Hamının gözü müttəhhimlər kürsüsündə oturmuş qadına zillənmişdi. Hakim ona indicə söz vermişdi. Qadın qalxdı. Onu adam öldürməkdə ittiham edirdilər. Doğurdan da o öldürmüşdü. Öz ərini, cənab Ceymsi öldürmüşdü. İndi onu mühakimə edirdilər. Qadın vəkildən imtina etdiyindən indi hakimlərə, ittihamçıya, müxbirlərə, açıq məhkəməyə toplaşmış həmvətənlərinə və qohum-əqrəbasına cavab verməli idi.
Qadın sözə başladı: "Mən onu sevirdim. Ona 3 il bundan əvvəl rast gəlmişdim. O zaman mən zəncilərə məxsus kolleci qurtarandan sonra şəfqət bacıları hazırlayan əlavə kursu yenicə bitirmişdim. Çox iş axtarmalı olmadım. Dərhal " Ric Qospital" adlanan xəstəxanaya qəbul olundum. Bu xəstəxana əvvəllər ingilislərə aid idi. İstiqlaliyyətdən sonra həmin xəstəxanada zəncilərin də eyni hüquqla müalicə olunacağını eşidən əsas personal-ingilislər köçüb getmiş, qanalıları müalicədən imtina etmişdilər. Bir neçə pul qazanmaq istəyən həkimdən başqa .Onlardan biri də Ceyms idi. Mən elə bilirdim ki, Ceyms qaraları müalicədən imtina edən həmvətənləri ilə razılaşmadığı üçün Akkarada qalıb. Mən elə bilirdim ki, o hələ ölkəsində milli təbib kursları olmayan qanalılıra acıyıb. O, yüksək insanpərvərlik naminə Akkarada qalıb xidmət edir. Onun üçün irq ayrı-seçkiliyi yoxdur. O, mənim nəzərimdə əsl insan kimi yüksəmişdi.Mən onu xəyalımda ucaltmışdım.Onun ən kiçik arzusu, ən adi istəyi mənimçün bir əmr idi. Bunları elə ürəkdən edirdim ki,o bunu hiss etməyə bilmirdi. Ara sıra-adət etdiyi sadə bir sözü "təşəkkür edirəm" dedikdə bütün yorğunluğumu unudurdum". Qadın bir anliq duruxdu. Zalda xəfif pıçıltı keçdi. Hakim göyümtül dırnaqlı qara barmaqlarını ağ sədəf zəngə basdı, sakitlik çökdü. Qadın özünü ələ alıb, sözünə davam etdi: "Xəstəxanada mənimlə bir növbədə gənc bir qanalı işləyirdi. Biz onunla eyni vaxtda kursu bitirmişdik. O, çox gülərüz sadə bir gəncdi. Hələ kursdan mənə laqeyid olmadığını duymuşdum. Mən də qəlbimdə ona qarşı nə isə xoş bir hissin baş qaldırdığını duymuşdum. Hər ikimiz tez-tez evlilikdən söz açmadan birgə planlar qururduq. Xəstəxanada işlədiyimiz ilk aylar belə keçdi. Lap kursdakı kimi. Amma artıq Ceyms barədı düşünməyə başladıqda gənc dostum ikinci, üçüncü plana keçdi. Artıq o qədər Ceymslə məşğul idim ki, bütüm vaxtım, düşüncə və duyğularım Ceyms idi. Gənc dostuma vaxtım qalmamışdı. Onlar hər ikisi məndə olan dəyişikliyi başa düşürdü. Ceyms gənc dostumdan xəbərsiz olduğundan heç bir düşüncəyə yol vermədən hərəkət edir,tez-tez mənə oxumağa kitablar verirdi. Kitabların çoxu məhəbbətdən, insanlıqdan danışırdı.
Gənc dostum mənim nə isə dəhşətli fəlakətə sürükləndiyimi görürdü. Amma gücsüz idi mən ona heç bir vəd verməmişdim. Qəlblərimizi bir birinə bağlayan heç bir hərəkət etməmişdim. Dostum çox qətiyyətsiz adam idi. Qətiyyətsiz olsa da görünür məni çox sevirmiş. Kaş bir qədər cürətli olaydı...Yox, kömək edə bilməzdi. Mən bütün qızlıq qəlbimlə arzu və xəyallarıml Ceyms haqda qurmuşdum. Dostum bir dəfə hətta məni bu çirkabdan xilas etmək üçün təşəbbüs də göstərdi. Bir axşam mənə yaxınlaşıb dedi:
- Aili ,icazə ver səni ötürüm.
Könülsüzcə razılaşdım. Bunun yaxşı nəticə verməyəcəyini, onun mənə nəsə deyəcəyini duymuşdum. Buna baxmayaraq qayğısız, laqeyid bir görkəm alıb dostumula yola çıxdıq. Biz piyada gedirdik. Küçələr qaranlıq idi. O, bütün yolu susur sanki nəyisə düşünürdü. Elə mən də düşünürdüm. Onun susqunluğuna fikir verəcək halda deyildim. Ürəyim elə bir sevinclə dolu idi ki,bu gün Ceymsdən 3 dəfə "təşəkkür" , bir dəfə də "okey" almışdım.
Qaranlıqda nəyəsə ilişib büdrədim.Dostum cəld qolumdan yapışıb, məni arxdan adladıb qismən genış yerə çıxartdı. Nədən başlayacağını bilmirmiş kimi duruxa duruxa dedi:
-Aili səndən bir söz soruşacaqdım...Sən səhv etmədiyinə əminsənmi?
Özümü bilməməzliyə qoymadım, gizlətmədim. Onsuz da bu söhbət gec-tez olmalı idi. Yaxşısı budur ki, bu gecə qurtaraq. Dedim :
-Düşünürəm...
O, qətiyyətimdən diksindi. Sanki bunu gözləmirdi:
-Nə etdiyini bilirsənmi?
-Bilirəm.
-Təəssüf etməyəcəksən ki? Sonra peşiman olmayacaqsan?
-Yox.
-Onlarla bizimki tutan deyil Aili.
-Zəmanə dəyişib. Həm də o elə adam deyil.
O, səsində açıq kədər duyulan ahəhglə son sözünü dedi:
-Nə olar ki, təki xoşbəxt ol. Amma hər halda mən sənı kömək etmək, səhvini anlatmaq istədim...
-Təşəkkür edirəm.
Bu da mənim son sözüm idi. Mən bununla öz dostuma, onun simasında məni irqimə, xalqıma, ailəmə bağlayan bütün ipləri söküb atdığımı duymadan qəti qərar verdim. Dostum sözsüs-sovsuz getdi.Nə öz məhəbbətindən danışdı nə də ki, Ceymsdən. Kaş o bir qədər qətiyyətli olaydi... Bu işdə mənə kömək edəydi.
Yox mənası yox idi. Heç nə mənə kömək edə bilməzdi. Mən öz hökmümü özüm vermişdim. Gözümə dünyada Ceymsdən başqa heç nə və heç kim görünmürdü. Nə anamım göz yaşları, nə atamın tutqun qəzəbli baxışları, nə də nənəmın qarğışları, qohum-qonşunun tənəsi.
Fikrim, məhəbbətim, arzularım kimi zövqüm də dəyişmişdi. İndi mən qoyun yununu xatırladan saçlarımı bəyənmir, onu at quyruğu kimi düz və cod tüklü pariklə əvəz edirdim. Qəhvəyiyə çalan dodaqlarıml pomada ilə, dırnaqlarımı boya ilə qızardırdım. Müasir modalı paltarları seçir, dar qısa yubka və kofta geyinirdim. Hər şeyi dəyişmişdim. Bircə bu nifrət etdiyim, lakin çarə tapa bilmədiyim üçün utandığım qara dərimi dəyişə bilmirdim. Üzümü, boynumu nə qədər ağ, xoş rayihəli pudra ilə pudralayırdımsa da olmurdu. Ağ pudra qara sifətimdə köhnə divarın qopuq-qopuq əhəngi kimi damğa-damğa qalırdı. Pis silinmiş yazı taxtası!"
Qadın yenə də durdu . Dərindən köks ötürdü və davam etdi...
Ardı var...
Müəllif: Əzizə Cəfərzadə
XƏBƏR LENTİ
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
5G-yə 600 milyon dollar xərcləyəcək
Azərbaycan səfirliyi Maydanla bağlı bəyanat yaydı
Azərbaycanlı müğənniyə kapitan rütbəsi verildi (FOTO)
3 boksçumuz finalda!
Məzənnə yenə dəyişdi
Sahurda nə yeməli, nə yeyilməməli?
Çimərlik üçün saç modelləri
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”
Mükəmməl qaşların sirri
Fikrət Kərimlinin 60 yaşı tamam oldu
Səhiyyə Nazirliyi Qriplə bağlı son vəziyyəti açıqladı
2014-cü ilin nişan geyimləri
Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT
Azərbaycan 900 yeni vaqon alacaq
Demi Rouz cəlbedici bikinidə mərhum anasını andı – FOTO
30 dəqiqədə ev təmizliyi
Körpələrlə necə vaxt keçirməli?
Günün ulduz falı - 04.12.2013
Morris sindromu
Sarmaşıq kişini evdən uzaqlaşdırır
Erməni qızdan etiraf: “Qarabağ Azərbaycandır” - VİDEO
Saç düzləşdiricilərinin zərərləri və düzgün istifadəsi
Karantin dövrünün təbiətə müsbət təsiri
Motorola Çini ələ keçirmək istəyir
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olundu
6-18 aylıq uşaqlar üçün papaq toxunuşu
Ağız qoxusunun çarəsi
Saçlarını günlərlə yumur - FOTO
Hamilələrin qidalanması və bu haqda MÜQƏDDƏSLƏRİN tövsiyyələri
Hamiləlikdə nə yeməli?
Serdar Ortaç ETİRAF ETDİ
Kristina Aqilera Bakıda - FOTO
250 qadın ağ paltarda Belarus küçələrinə çıxdı - VİDEO
Kompüter və smartfon satışları azalacaq
DİN vətəndaşlara müraciət etdi
Kanadadan Türkiyəyə böyük JEST
Boyunuza görə ideal kilo necə hesablanır?
Köhnə jurnallardan divar bəzəkləri
Labirint-1
Portağallı manna yarması şirniyyatı (foto-resept)
Ailədə uşaqların sayı
Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Romantik inanlara ulduzların tövsiyəsi
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Qızardılmış toyuq budları (foto resept)
Leyla Əliyeva ad günündə məşhurlarla bir arada - FOTO
İçlikli kartof kotleti (foto resept)
Sertap Erener Əməliyyat olundu-SƏBƏB
- ŞƏRHLƏR