Yaddaşım 6 yaşımdan bu günə qədər yaşadığım hər şeyi özündə qeyd edib saxlamışdı. Gizli kamera qeydlərini izləyirmiş kimi, hər şey gözlərimdə video kimi canlanır tez-tez.
6 yaşımda idim. Məni evin işığı adlandırdılar.Ona görə ki, evin tək oğlan övladı idim. İki bacım vardı məndən böyük. Hər səhər, atam işə, bacılarım isə məktəbə gedirdilər. Evdə anam bir də mən qalırdıq.
Anam... Tək sığına biləcəyim insan. Niyə, tək? Atam hər axşam işdən yorğun qayıdır, bacılarım isə dərsləri ilə məşğul olurdu. Başqa çarəmmi vardı? Anamı çox istəyirdim. Amma, onun qəribə xasiyyəti var idi. Gün ərzində ən azı bir dəfə döşəməyə sürətlə uzanıb yatırdı. Hə, yatırdı. Gözləri yumulurdu çünki. Bu, axşamlar olurdu çox vaxt. Atam da anamı yerdən qaldırıb oyatmağa çalışırdı. Bilmirəm niyə. Bəzi günlər isə, anam döşəmədə bərk yatırdı, atam onu oyada bilmirdi. Telefonla zəng vurub “Həkim, o yenə huşunu itirib. Tez gəl.” deyirdi. Huş nədir, görəsən? Nə olsun ki, itib. Bazarda təzəsi satılmırmı? Buna görə anamı şirin yuxudan oyatmaq nəyə lazımdır?
Bir gün, anam çox uzağa getdi. Daha doğrusu, həkim paltarında olan əmilər onu apardılar. Ağlayıb, “Məni də apar.” deyirdim. Sonra, həmən yerdə balacalara iynə vurulduğunu eşidib, fikrimdən daşındım. Anam, söz vermişdi ki, mən məktəbə getməyə başlayanda, dərslərimdən 5 alsam, qayıdıb mənə velosiped alacaq. Anam gedəndən bir neçə gün sonra, atam məni bibim gilə apardı. Bir neçə gün orda qaldım. Atam məni evə gətirəndə, həyətdə yük maşını və yük maşınına uzun dəmirlər yığan bir neçə nəfər tanımadığım adam var idi. Bu dəmirlər mənə tanış gəlirdi. Belə dəmirlərlə toyxana çadırları düzəldirdilər. “Bizim həyətdə toy olub yəqin.” -deyə düşündüm və toyda olmadığım üçün təəssüfləndim.
Atam mənə çox az vaxt ayırardı. Anam gedəndən sonra, hətta, bacılarımla məni incitməyə də başladı. Bacılarımı məktəbə getməyə qoymadı. Sonra, bir gün bir qadınla ilə evə gəldi. Bu qadını tanıyırdım. Evləri bizim evdən elə də uzaqda deyildi. Heç xoşum gəlmirdi ondan. Həmişə uşaqların üstünə qışqırırdı. Kobud idi.
- Bundan sonra, buna “xala” yox, “ana” deyəcəksiniz. – deyə, atam bizə tapşırdı. O qadın bizi hər gün incitməyə başladı. Boş yerə döyür, söyürdü.
* * *
Artıq, 8 yaşında idim Məni tərbiyəsiz adlandırdılar. Gəl ki, tərbiyəsiz bir hərəkət eləmirdim. Mən cəhənnəm, bacılarımı incidən o alçaq analığıma nifrət edir, onun buyruqlarına məhəl qoymurdum sadəcə. Hətta, bəzən acımasız işgəncələrindən əsəbləşib onu söyürdüm də.
Artıq az da olsa dərk etməyi bacarırdım. Anamın ölümündən də xəbərim vardı. Amma, qəbul edə bilmirdim. O, yenə uzaqlardadı. Bir gün gəlib mənə velosiped alacaq.
Anam üçün çəkdiyim həsrət əzabı içində girib, təkliyimlə dost olmuşdum. Evin işığı deyildim daha. Sönmüşdüm. Hər zarafata əsəbləşib məhəllə uşaqları ilə dava salırdım. Nə edim? Mən nə hayda, onlar nə hayda. İnsan bir anlayış göstərər.
Məktəbə gedirdim. 2-ci sinifdə oxuyurdum. Təkcə, müəlliməm həmişə məndən razı idi. O da ki, ancaq dərslərimə görə. Lakin, davakarlığımla əlaqədar məndən tez-tez evə şikayətlər gəlirdi. Gündəliyimdə hər dərsdə eyni qiymət vardı. “5”... Amma, anam nə bir xəbər göndərmişdi, nə də bir velosiped.
Atam, məndən gələn şikayətlərdən bezmişdi. Daha doğrusu, məndən gələn şikayətləri bəhanə edən analığım bezdirmişdi.
- Belə tərbiyəsizlə bir evdə qala bilmərəm. İkimizdən birimiz getməliyik.
Analığımın təkidi ilə atam məni Bakıya aparmaq üçün dilə tutdu:
- Səni orada gəzməli yerlərə aparacam. Karusellərə, elektrikli maşınlara minəcəksən.
Lakin, yaşadıqlarımın təsirindən şüuruma görə yaşımdan çox böyük idim və məni aldatmaq olmazdı. Bilirdim ki, Bakıdakı o əyləncələrdən sonra, uşaq evinə atılacaq və bir də o ailənin üzvü olmayacaqdım. Gedərkən sadəcə paltarlarımı yığıb atama verdilər. Mən isə öz istəyimlə tək bir şey götürdüm. “5” qiyməti ilə dolu gündəliyimi. Anam uzaqlardan qayıtdıqda mənə velosiped almamaq üçün bəhanəsi olmayacaqdı.
(Ardı var)
XƏBƏR LENTİ
Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıldı
Dünyaca məşhur rəssam 7 ildir tullantılarla qidalanır-FOTO
Azərbaycanlı qadın döyüşçü ABŞ təşkilatı ilə müqavilə bağladı
Xallı keks(foto resept)
Uşaqların maraqlı cavabları
Telefonunuzu kimlərin izlədiyini bu kodlarla öyrənin
İnfiniti –nin iddialı genişlənmə planları zəngin irsə əsaslanır.
Amine Gülşenin gəlinliyi qiyməti ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Misirə də qar yağdı: son 122 ildə ilk dəfə
Messi "Real"a keçir?
Körpələriniz üçün
2019-un manikür trendləri
Yeni Maserati GranCabrio
"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"
Dünya haqqında çox bilinməyən faktlar
Dəhşətli zəlzələ proqnozu:40 milyon insan öləcək
Sevgi
Xanım idmançımız Azərbaycanda ilkə imza atdı
"ANS lisenziya üçün təkrar müraciət edə bilməz" - MTRŞ
Siqaret çəkən qadınlar.
Türkiyədə iqtidar dəyişir
Qarışıq pizza (foto resept)
Serj müharibəyə mayda başlayır?
Bekhamın 450 milyon dollarlıq yeni evi - FOTO
Şagirdlərə dərsliklərin paylanılmasına başlanıldı
"İlin ən gözəl qadınları" bəlli oldu-FOTO
Olimpiya çempionumuzla bağlı ilginc məlumat
HAVA necə olacaq?-4 Sentyabr
Melisa Aslı Pamuk yeni serialda
Hamilələr üçün stil dərsləri
Azərbaycan insan alverinə qarşı mübarizədə irəlidədir
Kənan Doğulu Beren Saatla çəkdirdiyi yeni klipini təqdim etdi-VİDEO
Platforma ayaqqabılar
Səudiyyə Ərəbistanında sel oldu
İki dəqiqəsinə 500 min təklif olundu, təklifi rədd etdi
İnteryerdə canlı rənglər
52 min insana şad xəbər - Əmanətiniz geri qaytarılacaq
DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ
Günün qoroskopu: bu günün hadisələri sizi sevindirəcək
Məşhurların milyon dollara satılan əşyaları
Şagirdlərdə ürək qüsurlu xəstəlik aşkar edildi
Hava necə olacaq?
Nişan konfetləri
II və III qrup üzrə qəbul imtahanlarının tarixini açıqladı - CƏDVƏL
Adilikdən qeyri-adilik yaratmaq
Ziyafət ayaqqabıları
Pele: "Səsimi Messiyə verəcəm, amma Zidan Leodan güclü idi"
Ağır xəstə olan xalq şairindən xəbər var: "Yaralarım bitişmir..."
Qadınlar niyə elmə maraq göstərmir?
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi(1)
- ŞƏRHLƏR