Qonşuda bir qız var idi. Adı Samirə idi. Uşaq olanda biz həmişə həyətdə bir yerdə oynayırdıq. Çox səmimi qız idi. Sonralar bəzən ev işlərimdə mənə kömək də edirdi. Sonra onlar Bakıya köçdülər. Mən də ailə qurdum. Bir gün axşam tərəfi idi. Yoldaşım mənə bilirsənmi nə olub? Samirəni maşın vurub, ölüb dedi. İnanmadım ola bilməz dedim. Amma deyilən həqiqətmiş. Bir müddət özümə gələ bilmədim, axı həm də çox gənc idi. Baş sağlığı üçün ailəsinin yanına getdim. Anası dedi, həmin gün işdən icazə alıb, bir az tez çıxıb ki, bacısının toyuna hazırlaşsın. Avtobusdan düşüb yolu keçmək istərkən maşın vurub. Samirənin yası, bacısının toyu eyni gündə oldu. Nə isə... Allah rəhmət eləsin! Mənim də dərdim bundan sonra başladı. Bir müddət sonra bu qızın ruhu məni sakit buraxmadı.
Gecələr tez – tez gəlirdi məni gah qorxudurdu, gah da boğurdu. Yoldaşım evdə olmayan gün mütləq gəlirdi. Artıq hansı gün yoldaşım evdə olmayanda bilirdim ki, gələcək. Qabaqdakı otağın işığını axşamdan yandırırdım ki, qorxmayım. Görürdüm ki, gəldi, birinci otağın işığını söndürdü sonra gəldi yenə məni boğmağa. Ayılırdım ki, həqiqətən boğuluram. Kimə dedim dedilər Quran oxut. Oxutdum amma nə xeyri? Yenə davam edirdi. Bir gün gördüm yenə gəldi, başladı məni boğmağa, artıq boğulurdum ki, gözümü açdım, gördüm ruhu burulğan kimi fırlanıb pəncərədən çıxdı (pəncərə bağlı idi). Artıq axşam olmağını istəmirdim...
Bizim rayonda Mir Hüseynağa adlı bir seyyid yaşayırdı. Ermənistanlı idi. Deyilənə görə onların Ermənistandakı, evinin hər tərəfini ilanlar bürüyüb. Bir ermənin ayağı ora dəyə bilməyib. Bir nəfər olub, deyib ki, mən evin üstündən atılacam içəri. Ev o qədər də hündür deyilmiş, amma həmən erməni elə ordan atılanda gəbərmiş. Yəni, onların yurdu murdarlanmamış. Qaynanam onlara getmişdi. Ağanın həyat yoldaşı oxumaq üçün ona bir kitab veribdi. Oxuyanda içində “Ruhlardan qorunmaq duası”nı görəndə çox sevindim. Yazdım başımın altına qoydum. Hələ də çarpayımın rəfindədir. O gündən sonra mən rahat yuxu yata bildim. Bir şeyi də qeyd edim ki, ağa Ramazan ayında, oruc tutarkən, dəstəmaz alanda vəfat etmişdir. Allah Mir Hüseyn ağaya rəhmət eləsin, qəbri nurla dolsun! Həmin duanı sizinlə bölüşmək istəyirəm.
İmam Baqir (ə) ruhlardan qorunmaq haqqında buyurdu. “Fatihə”, “Nas”, “Fələq” surələrinin hər birini 10 dəfə yaz, həmən adamda qalsın. Sonra bu surələri müşk və zəfəranla yaz, yuduqdan sonra suyunu həmən adam içsin. Əgər dəstəmaz və ya qüsl alsa bu su ilə alsın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
2017-ci ilin ilk 6 ayına olan sosial media trendləri
HAVA necə olacaq?
Dünyaca məşhur aktrisa ərə gedir-FOTO
Bacarıqlı anaların hazırladığı qeyri-adi şirniyatlar
Hər gün edilən 7 səhv
"Fənərbağça" kubok matçında qalib gəldi
Lauranın maraqlı makiyaj nümunələri
Deputat Quranı təhqir etdi
Dostları sayəsində dünyanı gəzdi
Xərçəng xəbərdarlığı verən 12 işarə
Unutduğumuz 10 həqiqət
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
Çox yeyərək arıqlamaq üçün...
Sevimli aktyorumuz ad gününü qeyd edir
Bakıdan İstanbula sürətli qatarla da getmək olacaq
Hərbçimiz vətənə döndü
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Məşhurların doğulduğu evlər (foto)
Hamiləliklə xərçəngi səhv salıb kimyaterapiya etdilər-FOTO
Xəzərin suyunu təmizləmək üçün yeni qurğular tikilə bilər
Dünya bazarlarında neft 50 dollardan baha satılır
Beyonse 37 yaşını adada qeyd etdi-FOTO
Günün qoroskopu: təşvişdən uzaq olun
Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb
Həftənin ilk günü şaxta olacaq
Rüştü Reçber koronavirusa qalib gəldi
Paltaryuyan maşına aspirin həbi atdı, nəticə inanılmazdır!
Ermənistan prezidentini öldürmək istədilər
Bəzi məsləhətlər
Məşhur aktyordan gözlənilməz addım-FOTO
Düşmən Suqovuşanda erməni cəsədlərini yığan sanitar maşını vurub
Mobil telefon istifadəçilərinə xoş xəbər!
Hikmət Hacıyev Şuşanın işğaldan azad olunması ilə bağlı paylaşım etdi
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
İsti havalarda tərlətməyən saç modelləri
Apple yenidən lider oldu
Çiy şorbalar
Bakıda cənub küləyi əsəcək
Məhəmməd peyğəmbər haqqında gizlədilən film
Reuters İlham Əliyevdən yazdı
"Titanik"in batması haqda gizli həqiqətlər ortaya çıxdı
Mədinədə kilsə tikiləcək? - RƏSMİ CAVAB
Balqabaqlı cheesecake (foto resept)
Eldar Həsənov məhkəmə qarşısına çıxarıldı
Pensiya yaşı 65-ə çatdırılacaq
Manatın sabaha məzənnəsi
Ver yeyim, ört yatım...
Toylara qadağa qoyulmalıdırmı?
Cəbhədə misilsiz atışma
"Hercai" serialının ulduzuna İsraildən reklam təklifi
- ŞƏRHLƏR