Demə atam, demə ki, dərdim var mənim,
Dərd nədir ?- Gəl deyim, sözüm var mənim .
Xırdaca problemi dərd bilib yanma,
Düşmüşəm odlara !- deyib dayanma.
Bir baxarsan, öz özünə düzəldi,
Süpürüb atarsan, san ki, xəzəldi.
Vallah, dəymədüşər olub canımız,
Eləcə problemdi dörd bir yanımız.
Şişirib siz onu çox böyütməyin,
Əsil dərd sahibin siz incitməyin.
Dərd nədir:- Açılmaz düyünlər ilə,
Yeyilməz acısı şirinlər ilə.
Yanarsan atəşsiz tüstün başında,
Bir dünya heç olar əqli- huşunda.
Dərd əhliyəm göz dağı, göz dağım vardır,
Qəlbimdə bir ümid çırağım vardır.
Bax, dərdin özünü ağladıram mən,
Şənliklə ömrümə rəng qatıram mən.
Sanırıq dünyamız kabusdu, kabus ,
Yaşayırıq duyğusuz, əfsus, min əfsus.
Gəl ataq kədəri, nisgil, ələmi,
Yox deyək dərdlərə, sınsın qələmi.
Hər üzdə təbəssüm, sevinc yaşları ,
Ərisin qəlblərin qara daşları .
Gözəldir, deyilmi? - Söylə, bəs nədən,
Hələ də arxanca dərdi çəkirsən?
Demə, atam, demə ki, dərdim var mənim,
Dərd nədir ? - Gəl deyim, sözüm var mənim!
Müəllif:Mirzə Məmməd Vəliyev
Özgə səadəti
Min bir möcüzəli cahan içində,
Sən sirli bir ada, mən açıq dəniz
Mən coşub daşdıqca sən lal dayandın,
Sanki kainata sığmır qəlbimiz.
O ani sevinclər qırıq gülüşlər
Bahar küləyi tək ötdü ömrümdən,
Sinəmə sıxdığım tər bənövşəmi,
Nə deyim rüzgara aldı əlimdən.
Sevgi yuvasında bir yuva qurdum
Bilmədim ocağım tüstüdür nədir.
Qəlbimdən yad ocaq alovlansa da
Bilmirəm soyuqdu istidir nədir.
Payıza tuşlandı ömrüm çiçəyi,
Aramsız küləklər saraltdı məni
Özgə sevincinə ümid bağladım,
Özgə səadəti aldatdı məni.
Üzüb bu dünya ilə haqqı hesabı,
Ömür karvanımı çəkib gedirəm.
Min bir zəhmət ilə yuva qurmuşdum,
İndi öz yuvamdan uçub gedirəm.
Neçə don geyərmiş dünyanın üzü,
Oğurluq əyrilik axtarır gözü,
Dəydi xətrimə bir yersiz sözü,
Mən belə dünyadan köçüb gedirəm.
Çəkdim nadan ilə haqqa savaşı
Sınadım dar gündə dostu, yoldaşı
Namərd hiyləsindən olmuşam naşı,
Nadanlar əlindən qaçıb gedirəm.
Mən də yolçusuyam bu ömür yolun
Çox gördüm tikanın, sox qırdım kolun,
Bu sevda yolunda qəlbimin nuru,
Zülmət gecələrə saçıb gedirəm.
Müəllif:Məsləhət Tufan
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ziyafət geyimləri
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
Gələn il bir saniyə uzun olacaq
Məşhur model hər kəsi qorxutdu-FOTO
Koronavirus peyvəndi ilk kimlərə vurulacaq?
Mətbəxdə qırmızı havası
4 günə 4 kiloqram
İbrahim Tatlısəs yeni albom buraxır!
Petek Dinçöz ARB TV-də aparıcılıq etdi
MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu
Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?
"22-ci əsrin memarlığı"-FOTO
Azərbaycan üçün qorxulu proqnoz
Qışda mini ətək necə kombinlənməlidir?
"Kompüter oyunlarında uduzan uşaq..."
Öyrəndim ki...
Xəbərdarlıq: güclü külək, dolu
Fıstıqlı peçenye (foto resept)
İstanbul-Bakı aviareysi əlverişsiz hava şəraitinə görə təxirə salındı
BENQ qayıdır
Bu Gün Leyla Əliyevanın ad günüdür!
Gözlər qəlbin aynasıdır
Bu günün hava proqnozu
Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı
Yuxusuzluq ürəyin düşmənidir.
C vitaminin vacibliyi
Payız-qış ayaqqabıları
Evlərin tikintisində yenilik - VİDEO
"Ayfon" işlədnlər, HAZIRLAŞIN! - YENİLİK - FOTOLAR
Mikro trend: uzunqol köynək və birlərzik
10 ən bahalı əntiq avtomobil
Yaponiyada güclü zəlzələ oldu
"WhatsApp" internetsiz də işləyir - Telefonunuzda bunu edin
“Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ
MN: Düşmənin iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 “Qiasint-B” topu məhv edilib
Azərbaycanda internatlar ləğv edilir - Uşaqların taleyi necə olacaq?
Parlament mini ətəkləri qadağan elədi
"Ferhat ile Şirin"serialı Final etmədən yayımını dayandırdı-SƏBƏB
Sevgilisi FOTO paylaşdı
Azərbaycanın ən yaşlı kitabxana oxucusunun 91 yaşı var
Gədəbəydə sirli su: içən ölür
41 yaşlı Lara keçirdiyi estetik əməliyyatlarla tanınmaz hala gəldi - FOTO
Xanımların nəzərinə: əgər işləyirsinizsə...
Ronaldo Fələstinə 1,5 milyon dollar bağışladı
Məşhur cütlüyün beşinci övladı doğuldu
Fərqli badımcan turşusu (foto resept)
Azərbaycanda minlərlə uşaq valideynsiz böyüyür
Termometr sınanda...
Günün qoroskopu:Təşkilatçı olun!
Adelin son halı sevənlərini QORXUTDU-FOTO
- ŞƏRHLƏR