Bakıda hava 18°
USD AZN
EUR AZN

Qadin.Netlilərin maraq dünyası (SON)

Lalə Hacət-i Vuslat
Maraq dünyama nələr daxildir - maraqlı olan hər şey!  İlk marağım kitablar olub, evimizin kitabxanasını dəfələrlə başdan-başa oxumuşdum. Rəsm çəkməyi də uşaqlıqdan sevirəm, davam etsəydim bəlkə irəli gedərdim... Sonra keçdim taxta yonma sənətinə, atamın maşaAllah hər cür aləti var idi (hərtərəfli maraqdan və bacarıqdan atama çəkmişəm, tanıyanlar belə deyir), mənə xüsusi alətlər verdi, bir müddət başımı qatdım... 9-cu sinifdə ilk dəfə tort bişirdim təkbaşına, heç bir yerdə görmədən (indiyə kimi yadımdadır ki, krem necə üzürdü tortun üstündəlol), sonra öyrəndim və irəlilədim. Artıq çox sevirəm tort hazırlamağı, hər dəfə də yeni reseptlər bişirmək, yeni bəzəklərdən istifadə etməkdən zövq alıram!... Ailə qurandan sonra kitab alıb toxumağı öyrəndim. Onu da deyim ki, təbiətcə qənaətcil olduğumdan hobbilərimlə israfa yol verməmək üçün əksinə faydalanmağa başladım: toxuduğum əşyalardan xeyli satdım, indi də şirniyyat bişirmək həvəsimdən istifadə edərək həm zövqümü oxşayıram, həm vaxtımı səmərəli keçirirəm, həm də ailəyə maddi baxımdan köməyim olur... Ümumiyyətlə tikiş, elektrik, bağçılıq işləri, xarratlıq, rəngsazlıq, yəni nə varsa hamısı ilə zaman-zaman maraqlanmışam, ailəyə başım qarışmasa elə o işlərin içində olaram. Nehrə yağı çalmağı bacardığım üçün qalıb inək sağmağı və təndirə çörək yapmağı öyrənmək. Bunları da qismət olsa bu il xalamgilin kəndinə getsəm öyrənərəm inşaAllah!smile
aishvarya rai
Mənim hobbim dəvətnamə yığmaqdır, evə gələn hər dəvətnamadən ən gözəllərini seçib yığıram. Gün ərzində ən çox maraqlandığım və ən çox etdiyim işlər daha çox dini mövzularla maraqlanmaqdı. Bir də hindlilərlə çox maraqlanıram, əsasən də Aishvarya Rai ilə bağlı demək olar hər şeyini bilirəm. Bu qədər bəs edər?yahoo
Fidan
Mənim maraq dairəm çox genişdi. Futbola baxmağı, muncuqlardan boyunbağı, qolbaq, sırğa, güllər düzəltməyi, tort bişirməyi çox sevirəm. Kitaba oxşayan bir dəftər tutmuşam 6-cı sinifdən bəri, ora coğrafiyaya aid hər şey yazıram və təbii ki bilirəm də; xarici mahnıların sözlərini yazıb, oxuyuram, sonra səsimi telefona yazıram və deyim ki, super alınır.good İdman eləməyi çox sevirəm, həyətdə ipatdı oynayıram, volleybol oynamağı da çox sevirəm. Əsas odur ki, bunların hamısına vaxtım çatır.
YEGANA
İlk öncə onu deyə bilərəm ki, mənim maraq dairəm də çox müxtəlifdir, hamı kimi bişir-düşür, bəzək-düzək, bunlar öz yerində, amma ən böyük marağım, bəlkə çoxlarına gülməli gələr, mən ayaqqabı mazlamağı, şotkalamağı çox xoşlayıram və heç vaxt bu vərdişimdən usanmıram. Evə bir nəfər kişi xeylağı gələn kimi (yaxın-uzaq kimliyindən asılı olmayaraq) hamının ayaqqabıları mazlanıb, hazır vəziyyətdə qapıda olmalıdır.lol 2-ci ən çox maraq dairəm evdə ev əşyalarına tez-tez dəyişiklik etməkdir. Demək olar xəstəsiyəm, ən azından bir şey  1 ay dəyişilməz olaraq qala bilər. Qab yumaq da bir çoxlarının xoşuna gəlməsə də mənim sevimli məşğuliyyətimdir. Bir sözlə, sadalasam çox şey çıxacaq, məncə bəsdir. 
Sun
Əslində maraq dünyam o qədər də geniş deyil. Hobbim musiqiyə qulaq asmaq, sayta xəbər hazırlamaq və türk məşhurlarının keçmişiylə maraqlanmaqdır. Yəni nostaljini sevən biriyəm, keçmişdə necə olublar, həyatlarıyla, görünüşləriylə maraqlanıram. Ən zövq aldığım hobbim isə dini hekayələr, hədislər oxumaqdır. Dini xəbərləri çox sevirəm. Bu qədər.love
GulenaY
Uşaqlıqdan marağım olan bijuteriyalar idi, amma boyunbağı və üzük taxmağı xoşlamırdım. Yetkinlik yaşına çatanda maraq dünyama yeni bir maraq əlavə olundu. Artıq bu, mənim özümü dərk edən bir yaş dövrümdə idi ki, get-gedə bunu genişləndirdim. Bu marağım maşınlara idi, mən bütün markalarda sükan arxasında olmağı xoşlayırdım, artıq bu məndə xəstəlik kimi idi. Maşınlar haqqında məlumat, motorun gücü, sürət, komfort, neçənci ilin maşını olduğunu öyrənirdim. Hər markanın dadını bilmək üçün də qohum-tanışları görəndə artıq özləri icazə verirdi. "Kaş bunu sürərdim" dediyim maşın Bugatti Veyron olub. Fransada bu maşının satış salonunda oldum, sürməsəm də sadəcə oturub şəkil çəkirdim. Hətta o qədər maşın xəstəsinə çevrildim ki, ailəmizdə maşınları qaçırdırdım. Bir dəfə də rayonların birinə getmişdik, həyətdə gördüm sakitçililikdi, öz maşınımızı aradan çıxartdım. Amma dayımın maşınını əzdim və Bakının bəzi sürücüləri kimi qoyub qaçdım.lol Həmin hadisədən sonra çalışdım ki, bu qədər həvəsi içimdə öldürüm bir az. Amma nişanlanandan sonra bu həvəsi içimdə 10 faiz azaltdımsa, ailə qurandan sonra bu hələ ki 20 faiz olub. Bundan artıq da olan deyil. İndi isə maşınlarım çoxdur - ətçəkən maşın, paltaryuyan maşın, qabyuyan maşın - baxamayaraq ki, sürmək olmur, lakin hər bir qadına lazım olan vasitələrdir. smile Həyatda 2 şeyə marağım çoxdur, bir səyahətə və bir də maşınlara!
Zumrud Nurullayeva
Mənim maraq dünyamda demək olar hər şey var. Kitab oxumağı çox sevirəm, ən çox da dini kitabları. Balaca yaşımdan rəsm çəkməyi və 6 ildir toxumağı bacarıram (deyim ki, sayta öyrəşdikdən sonra toxumuram). Mətbəxdə yeni-yeni yeməklər bişirməyi çox sevirəm, qısası, qadınların əllə bacardığı xırda işlərin (qaş almaqdan naxış vurmağa kimi) hamısını bacarıram.smile Musiqi dinləməyi, balaca uşaqla oynamağı çox sevirəm. 
Duygu
Maraqlı olan hər şeyi xoşlayıram. Ona görə də maraq dünyam genişdir. Əsasən gəzintiyə çıxmağı, boş vaxtlarımda musiqi dinləməyi, bilmədiyim lazımlı və faydalı məlumatları oxumağı və öyrənməyi xoşlayıram. Bu maraqlı xəbərində mənə də yer verdiyin üçün təşəkkür edirəm, bacım.girl_smi
Seadet Sexavet
Mən yalandan durub maraq dairəsi saymayım. İndi marağım yalnız işimlə bağlı çıxan ədəbiyyatlar, yeniliklərdir. Çalışıram ki, mükəmməl nəticə verə bilim. Bundan başqa yeganə marağım da, arzum da ömrüm yetsə qızlarıma ali təhsil verməkdir. Oğlumu isə ali təhsili ilə bərabər müstəqil yaşaya biləcək, sözünü deyə biləcək bir kişi kimi yetişdirməkdir. İndi mənim başımı bu üç uşaq məktəblə elə qatır ki, heç adım da yadıma düşmür. Ancaq onlar yatanda bu vaxt Qadin.Netə baxıram. Burada sizin kimi xanımlarla tanış olduğum üçün isə çox xoşbəxtəm.love
SELENA
Mənim hobbilərim çoxdur: şəkil çəkmək (ən çox ixtisasıma uyğun şəkillər), maraqlı məlumatlar, reseptlər toplamaq. Dahilərin hikmətli kəlamlarını oxuyub öyrənmək. Səyahət etmək (ən çox Vətənimin bir-birindən gözəl bölgələrini görmək istəyirəm), şirniyyatlar hazırlamaq və onlardan məmnuniyyətlə dadmaq. Maşınları və toxumağı hədsiz çox sevirəm, gələcəkdə alınsa öyrənmək istəyirəm, inşAllah! Təbiətdə gəzməkdən, yaşıllığa tamaşa etməkdən zövq alıram. Lakin bunlardan ən önəmlisi kitab oxumaqdır, əslində bu hobbi deyil. Sadəcə, kitablarsız həyatımı təsəvvür edə bilmirəm, məncə, elm və kitablar qızlıdan daha qiymətlidir. Onlar bizim sərvətimizdir.
Sonda xəbərimdə iştirak edən hər kəsə təşəkkür edirəm, maraq dünyanız həmişə gözəl və rəngarəng olsun. Amin!girl_ang 
Son  kiss
Səslərin sayı: 12
67
7666
loading...
Şərhlər
Offline
Belke bir gun...
birdeki qab yumaq silmek en xosladigim isdir birde paltar utulemek.

manyakmisin sen kizim? belay sadaladigin ishlerde zövqlü ne var ki? menim kimi tenbel olmaq lazimdir.en yaxshisi odur :)))
7 iyul 2013 19:23
Offline
♥Selena♥
Xəbərim çıxıb ki, super) Əslində xəbər çoxdan hazır olmalı idi, amma imtahanlara görə ləngidi. Bu qədər intizarda qoyduğum üçün bütün Qadın.Net-lilərdən üzr istəyirəm.
Şərh yazan və oxuyan hər kəsə minnətdaram. Sizin hər fikriniz mənim üçün çox qiymətlidir, təşəkkürlər give_ros
7 iyul 2013 19:15
Offline
Serras
Oki qaldı musiqi dediyim kimi yenədə haramdı,ama mənim yaşımda qızların hamısı musiqiyə qulaq asdığı təqdirdə mən qulaq asmıram,sizlərdə bunu başa düşməliydiz

Baci belke bir az ca basqa deseydin duz cixmir axi axirinci sozun..
Mahniya qulaq asmaqda asmamaqda herenin oz fikridir kas ele tek etdiyimiz haram is o olaydi ele haminin.
7 iyul 2013 18:19
Offline
feyza
men masin surmekn ucun deli oluram ama avarya kecirenden sonra qorxuram yoldasimida girinc elemisem ki masin alma
7 iyul 2013 17:56
Offline
Seli
Lalə Hacət-i Vuslat,
Men emimle hemise sınıq salxaq taxtalardan nese duzeltmeyi cox coslayirdim. Kohne seyden nese yeni bir sey yaratmaq mene zovq verirdi.

Guya yoldasım mene masın alacaqdı, son vaxtlar masına minende nese ozumu pis hiss eliyirem elinde bayraq tutubki, masın surende nese olar
girl_cray
7 iyul 2013 17:41
Offline
Aminim

cenim menim ne maraqlidir senin yazin mende qab yumaqi xoslayiram eslinde en coxda ev islerini sevirem hele paltar utulemeyi daha coox sevirem ,,mende mesguliyetimi deyim amma gulme eve kim gelse bize iceri kec etmeden padyezde ayaqqabilarin cixartdiriramki eve toz torpaq gelmesin sionra silib temizleyib qoyuram eve maraqli xeberdi

DA MƏN ORASINI YAZMADIM CANIM SAN ŞÜKÜRSƏN
7 iyul 2013 17:27
imza: qadin.net
Offline
Belke bir gun...
Oki qaldı musiqi dediyim kimi yenədə haramdı,ama mənim yaşımda qızların hamısı musiqiyə qulaq asdığı təqdirdə mən qulaq asmıram,sizlərdə bunu başa düşməliydiz

canim,"basha düshmeliydiz" sözüne biraz diqqet ele istersen :)) istediyini danishanda,istemediyi cavablar alir insan... senin yashindakilar cox shey eliye bilerler,sen özüne cavabdehsen elbette.sadece maraqli geldi,diger xeberde ringe cixmishdin userlerle haram musiqi mövzusunda :)) neise
7 iyul 2013 17:17
Offline
Ayka S
YEGANA,
cenim menim ne maraqlidir senin yazin mende qab yumaqi xoslayiram eslinde en coxda ev islerini sevirem hele paltar utulemeyi daha coox sevirem ,,mende mesguliyetimi deyim amma gulme eve kim gelse bize iceri kec etmeden padyezde ayaqqabilarin cixartdiriramki eve toz torpaq gelmesin sionra silib temizleyib qoyuram eve maraqli xeberdi
7 iyul 2013 17:05
Offline
Nigar
Allah hər kəsə qismət eləsin Allahın kitabını oxumağı və başa düşməyi

amin amin amin insAllah
7 iyul 2013 16:55
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Fidan
iskom,
Çox sağol bacı Allah hər kəsə qismət eləsin Allahın kitabını oxumağı və başa düşməyi
7 iyul 2013 16:42
Offline
Aminim
iskom,
Yaxşıda utandırma məniiiiiiiii dance
7 iyul 2013 16:41
imza: qadin.net
Offline
Zumrud Nurullayeva
Qadinlarimiz her biri maraqlidir,maraq dunyalari dahada maraqlidir winked mene yer verdiyin ucun coooooox minnetdaram size.maraqli xeberlerinizi hemiwe oxuyaq))))
7 iyul 2013 16:41
Offline
NUREL
dərslərimə fikrimi vermişəm və birdə avazla Quran oxumağa.

Halaldir sene canim, Allah Quran oxumagini qebul etsin. Inshallah.
7 iyul 2013 16:41
Offline
Fidan
iskom,
Bacı bir-iki dənə məşğuliyyətimi çıxmaq şərtilə qalanlarını eliyirəm,indi nəyə görə əl işlərimlə o qədərdə məşğul olmuram,çünki dərslərimə fikrimi vermişəm və birdə avazla Quran oxumağa.
7 iyul 2013 16:33
Offline
NUREL
Əsas odur ki, bunların hamısına vaxtım çatır.

Halaldir de sene Fidancim. Men sene meettel qaldim duz soz. Dogrudan catdirisan??? man_in_l good kiss

hə məndədə elə catırda bacışka
Yoooo estegfurullah canim, ele demek istemedimeeey, sadece olaraq size gelen qonaq xoshbextdirde... cnki 10 barmaqda 10 marifetsen, hetta+++ ayaqqabilarini da silib yola salirsan. HALALDIR SENEEE... give_hea air_kiss
7 iyul 2013 16:32
Offline
Aminim
YEGANA bacı.sağole!
Evlərdən uzaq,əmimin məclisindən sonra,molla qaloşlarını tapa bilməmişdi-bacım o qədər mazlamışdı ki qaloşları yazıq arvad tanıya bilməmişdi,güclə geyindirdilər ona,elə mənim deyil deyə-deyə getdi

Demək mənim xasiyyətimdəki birisidə sizdə var bacı

Yeqis canin yanmasin qiz ayyaqqabi mazlamaq mende edirem ama ta her eve geleni yoxda yaxinlari birdeki qab yumaq silmek en xosladigim isdir birde paltar utulemek.

Oxşar xasiyyətlərimiz var ama paltar ütüləmək en zəhləm gedən işdi səndən farqli canım

YEGANA
Allah seni guldursun gozelim oldum gulmekden aferin sene men ayaqqabi mazlamagda tenbelem

sag ol canım oxuyarkən özümdə cox güldüm
7 iyul 2013 16:14
imza: qadin.net
Offline
Fidan
Best of all.... ,
SəRRaS,
Bu yazını çoxdan yazmışdım,həmdə ki,axı Asi bacıma şərh yazanda yazdım ki,artıq bu hobbilerdən istifadə etmirəm,yalnız dini kitablar oxuyuram,çünki dinə indi daha da bağlanmışam.Oki qaldı musiqi dediyim kimi yenədə haramdı,ama mənim yaşımda qızların hamısı musiqiyə qulaq asdığı təqdirdə mən qulaq asmıram,sizlərdə bunu başa düşməliydiz
7 iyul 2013 16:10
Offline
Aminim
AY İŞIĞI,
hmmmmmmmmm nə bilim ay bacı xoşummmm galirdə
7 iyul 2013 16:10
imza: qadin.net
Offline
AY İŞIĞI
yeqis Allah seni guldursun ayaqqabi mazlamaqdanda hobbi olar ? biggrin
7 iyul 2013 15:58
Offline
PƏRVANƏ ƏLİYEVA......
Cox maraqli xeber oldu,Her birinizin maraq dairesi cox maraqli idi qizlar.Selena canim teshakkur edirem maraqli xeberine gore. give_ros
7 iyul 2013 15:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )