Bakıda hava +19°
USD 0.7846 AZN
EUR 1.0097 AZN
01:11PERVANE ELIYEVA ....... COX KOVRELTINIZ MENI..ALLAH HAMINIZA KOMEY OLSUN. 01:10PERVANE ELIYEVA ....... BU GOZEL ARDI ARASI KESILMIYEN TEBRIKLERE GORE CIXSAQOLUN 01:09PERVANE ELIYEVA ....... EZIZLERIM ALLAH HER BIRINIZDEN RAZI OLSUN. 00:59PERVANE ELIYEVA ....... aishvarya rai, FIRUZA cox saqolun tebrikinize gore. 00:58V_E AXWAMINIZ XEYIR 00:52aishvarya rai Pervane Eliyeva mende tebrik edirem ad gunuvuzu 00:48FIRUZA PERVANE ELIYEVA MEN DE DOQUMGUNUN MUBAREK OLSUN DEYIREM 00:43PERVANE ELIYEVA ....... Fatma xanim cox cox saqolun.tebrike gore teshakkur edirem. 00:08Fatma xanım PERVANE ELIYEVA ad gününü təbrik edirəm 24 may 23:57First Lady Meni tebrik eden bütün xanımlar çox teşşekür edirem hamınıza
6467
SUALIM VAR!

 

1. Redaksiyaya necə xəbər göndərə bilərəm?
Saytda öz istifadəçi hesabınıza daxil olduqdan sonra, İstifadəçi hesabı panelindən Xəbər əlavə et linki vasitəsi ilə keçid etməniz kifayətdirki, Siz hazırladığınız xəbəri saytda yayımlanması üçün məlumat bazasına göndərəsiniz.
Xəbər göndərilmə qaydası aşağıda qeyd olunan xəbərdə ətraflı şəkildə izah edilmişdir:



2. Redaksiyaya göndərilmiş xəbər nə zaman aktiv olunacaq?
Redaksiyaya göndərilmiş xəbərdə redaksiya üzvlərinin (Baş redaktor və redaktor) yoxlanışı zamanı heç bir qayda pozuntusuna rast gəlinməzsə, aktiv olunması üçün təsdiq edilib "sırasını gözləmə" mövqeyinə keçəcəkdir. Xəbər saytda, onun mövzusu, aktuallığı, toplayacağı oxucu kütləsi nəzərə alınması prinsipi ilə yayımlanır. Yayımın gözlənilməsi üçün bir neçə gün vaxt tələb oluna bilər!
Aydın olduğu kimi, xəbər göndərərkən, efirə gedən xəbərlərə diqqət etmək lazımdır. Xəbər sayı daha az olan bölməyə-rubrikaya xəbər göndərməyiniz, nəticədə həmin xəbərin digərlərindən daha tez yayımına şərait yaradır!
Mənim məlumatlarım bölməsinə nəzər saldığınız zaman aşağı hisssədə redaksiyaya göndərmiş olduğunuz xəbəri görməsəniz - bu xəbərin, müəyyən əsaslarla məlumat bazasından silinməsi anlamına gəlir. Yox əgər xəbərinizi qeyd olunan hissədə görürsünüzsə, o zaman gözləməyiniz lazımdır.
Məlumat bazasına daxil olacaq hər bir xəbər mütləq aktiv olunmalıdır deyə bir qayda yoxdur! Göndərilmiş xəbər aşağıdakı hallarda məlumat bazasından silinə bilər.
1. Digər Azərbaycan saytlarından götürüldüyü halda
2. Daha əvvəl yayımlanmış, təkrar xəbər olduqda
3. Azərbaycan dili - latın qrafikası ilə yazılmadığı zaman
4. Qeyd olunan bölmə-rubrikalardan heç birinə uyğun olmadığı halda
5. Xəbərdə, mövzuya uyğun olmayan materiallar(yazı,şəkil,video və s.) olduqda!

  Xüsusi ilə qeyd etmək istərdik ki, şəxsi məlumatlardan ibarət, "Bizim ulduzlar", "Etiraflar" - rubrikaları üçün göndərilən yazıların yayımlanmasına görə administrasiya məsuliyyət daşımır. Xəbər yayımlandıqdan sonra, "O xəbəri silin", "Problemlərim yaranır", "O rəsimlərin orada olmasını daha istəmirəm" və s. bu kimi istəkləri qeyd edən istifadəçilərin ümumiyyətlə istifadəçi hesabları ləğv olunur!

"Bizim ulduzlar" rubrikasında xəbərin aktiv olunması üçün istifadəçinin minimal statistik göstəriciləri: 15 yazı və 500 şərh və ya  yalnız 2500 şərh olmalıdır!


3. Şərhlərin redaktə və ya silinməsinin səbəbi
Aşağıdakı hallarda istənilən istifadəçinin şərhləri silinir və ya redaktə olunur.
1. Ümumi etik qaydalar pozulduqda
2. Mövzudan kənar şərh yazıldıqda
3. Şərh sayının çoxalması naminə, xəbərə yalnız gülməcə(smayl) və lokonik sozlərdən (təşəkkürlər, çox sağolun, maraqlıydı, əməyə hörmət, bəyəndim və s.) ibarət fikir bildirildiyi zaman
4. Təhqir, Reklam, Flood olduqda
5. Xəbərlərdə şərh sistemi vasitəsilə "çat" yaradıldıqda
Şərhləri redaktə etmə imkanı olan istifadəçilərdən öz və ya başqasının şərhlərini səbəbsiz yerə redaktə etdiyi aşkarlanarsa bir daha bu imkandan istifadə hüququ olmayacaq!
İstifadəçinin şərhi redaktə olunarkən səbəb aydın şəkildə qeyd edilməlidir:
Səbəb: Reklam!
Redaktə etdi: öz istifadəçi adınızı qeyd edin


4. Saytda necə status-vəzifə sahibi ola bilərəm?
Layihə çərçivəsində müəyyən statusları qazanmağınız üçün saytın fəaliyyətində aktiv olmağınız kifayətdir. Statusların verilməsi haqda daha ətraflı aşağıdakı xəbərdə oxuya bilərsiniz:


5. Cərimələr - Cəzalar
Saytdan istifadə zamanı qaydaları pozmuş istifadəçilər Administrasiya tərəfindən cərimələnir və ya cəzalandırılır. Cərimə və cəzalar qayda pozuntusuna uyğun şəkildə dəyişə bilər. Minimal cərimə növü virtual olaraq qazanılmış pullların - hesabdan balansın silinməsidir. Bu növ cərimə zamanı, istifadəçinin hesabında minimum 100 manat olmasına diqqət edilir. Cərimələr 100 - 1000 manat arası dəyişə bilər. Balans minimal tələblərə cavab vermədiyi halda, cərimənin qazanılmış bonus xallardan silinmə ilə əvəzlənməsi mümkündür. Xalların silinməsi 50 - 500 göstəriciləri arasında dəyişir.
Əgər istifadəçinin hesabında qeyd olunan göstəricilərdən heç birinə rast gəlinmirsə o zaman cərimələr cəza ilə əvəzlənir. Minimal olaraq istifadəçi hesabının saytdan istifadəsinə 3 günlük məhdudiyyət qoyulur! Qərar verilərkən mübahisə etmək, vəziyyəti daha da mürəkkəbləşdirmək olmaz! Bu, həmin istifadəçi hesabının müddətsiz məhdudiyyətlə üzləşməsinə gətirib çixaracaqdır!


6. Status - vəzifələrdən sui-istifadə
Statuslu istifadəçilərdən qeyd olunan məsələ ilə bağlı Administrasiyaya ən kiçik bir şikayət belə gəldiyi halda həmin istifadəçinin bütün imtiyazları avtomatik olaraq ləğv edilir!
Bütün istifadəçilərin nəzərinə!
Əgər Siz statusundan sui-istifadə edən hər hansı bir imtiyazlı istifadəçinin məsuliyyətsizliyi üzündən layihədən istədiyiniz kimi yararlana bilmirsinizsə, lütfən gecikmədən bizi bu haqda xəbərdar edin - abusefor@qadin.net

 

7. Digər
Şəxsi ismarıclar, Mənim məlumatlarım, Dostlarım, Qonaqlarım və s. bu kimi digər bölmələr, onlardan istifadə qaydaları haqda bütün suallarınızı Redaktorlara və ya məhz burada məsul şəxslərə ünvanlaya bilərsiniz!


 Administrasiya və sayt rəhbərliyi istənilən vaxt qaydalarda dəyişiklik etmə hüququnu özündə saxlayır!

Əgər Sizin üzləşdiyiniz problemin, maraqlandığınız sualın cavabı burada yoxdursa, sualınızı qeyd edin!


Səslərin sayı: 110
257
83239
Şərhlər
Yazarlar
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Plastik əməliyyatlara münasibətiniz...
Əla!
Normal
Özüm istifadə etmişəm
O haqda anlayışım yoxdur
Çox pis!