Dünya arqan yağını xeyli zamanlar öncədən kəşf etmişdir. Son zamanlarda isə bizim ölkəmizdə rast gəlmək olar. Arqan yağı kosmetika yağlarının içərisində qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində isdifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər, istər gecə istifadə edilə bilən bu faydalı yağı hamilə qadınlar da hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir. Duru qızıl adlandırılan arqan yağından ətir istehsalında da istifadə edirlər.
Arqan yağından üzüm çəyirdəyinin yağını, məxmər çiçəyi, meyan kökü, peyğəmbər çiçəyi, yaşıl çay, öskürək otu, çobanyastığı yağı, lavanda və ya quşburnu ilə birlikdə qarışdıraraq istifadə etmək olar. Arqan yağının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, dərini cavanlaşdırır və təravətləndirir. Duşdan sonra bədənə çəkilən bu yağ dərinin tarımlığını qoruyan və nəmləndirmək üçün mükəmməl, təbii vasitədir. Arqan yağı yapışqan bir formada olmadığı üçün yenidən duş almağa ehdiyac yoxdur. Əgər arqan yağını duşdan əvvəl saçlarınızda istifadə etmək istəyirsinizsə, bir miqdar ovuc içinə töküb yayın, saçların uclarından dibinə qədər sürtün və daha sonra barmaq uclarıyla baş dərisinə masaj edin. Yağın saç diblərinə eyni miqdarda yayılması üçün iri dişli daraqdan istifadə etmək olar.Daha sonra saçlarınızı yuxarı şəkildə yığın və dəsmalla sarıyın. 1 saat gözləyin. Unutmadan onu da qeyd edək ki, dəsmalla sarımadan əvvəl dəsmalı isitmək lazımdır. Dəsmal isidilməlidir ki, yağ saçlara daha asan və tez hopsun. Bu yağı duşdan sonrada istifadə etmək istəsəniz saçın suyunu dəsmalla aldıqdan sonra, saça parlaqlıq və təzəlik vermək üçün darağın və ya fırçanın üstünə bir neçə damcı töküb saçlarınızı daraya bilərsiniz. Arqan yağı saç tökülməsinin də qarşısını alır və kökdən uca qədər qidalandırır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
ABŞ Senatı Suriya üzrə qətnaməni sentyabrın 11-də səsə qoya bilər
Dünyanın ən bəxtəvər ölkəsinin adı açıqlandı
Vyetnamda vəhşi heyvan ticarəti qadağan olundu
Nuh peyğəmbərin Qazqazdakı nəvələri
ÜST-dən koronavirusa təkrar yoluxma ilə bağlı AÇIQLAMA
Prezident İlham Əliyevin doğum günüdür
İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi
Şahzadənin toyuna xərclənən məbləğ açıqlanıb
Bu gün metro səhərə qədər işləyə bilər - RƏSMİ
Yemək dəstləri
Suda doğuşun faydaları
Gümüşü necə parlaq saxlayaq?
Mən şəkil çəkirəm- 3
Tarixin ən böyük yalanları
NASA elə bir faktı dünyadan gizlədir ki...-Tədqiqatçıdan Şok açıqlama
Şaftalı cemi (foto-resept)
"YouTube" rəhbəri uşaqlarına telefonu qadağan edir-SƏBƏB
Qan artıran ərzaqlar
Azərbaycanda ümumvətəndaş pasportlarının alınmasında yenilik
Göçmən börəyi (foto resept)
Hava haqqında
Düşmən hücumundan zərər çəkmiş mülki şəxslərə maddi yardım ödəniləcək - SƏRƏNCAM
"Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur"
Dünyanın ən gözəl qızlarının yaşadığı ölkələr
Günün ulduz falı
Cəbhə xəttində atışma
Ödlə bağlı problemlər
Bu körpənin beyni burnundadır
1 yaşına qədər uşaqlara pnevmokok peyvəndlərin tətbiqinə qısa müddətdə başlanılacaq
Saçaqlı geyimlər
Məlahət Abbasova qaynanasından nələr yazdı?
Bu qidaları əsla yeməyin!
Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub
Zayn Malik izləyicilərinə əsəbləşdi-FOTO
Xaricdə təhsil almaq istəyən tələbələri sevindirən xəbər
DÇ-2014: Braziliya üçün davam, ya tamam?
Pizza dilimləri ilə böyüyən körpə
Millimizin 16 yaşlı cüdoçusu dünyasını dəyişdi
Aleyna Tilki "gül kələminə" eşq elan etdi
Sevgiyə aid ən yaxşı 11 türk filmi
Azərbaycanda yeni pambıq sortu əldə olunub
2 yaşındakı qız üçün qonşular işarət dili öyrəndi
ŞOK: Koronavirusu illər əvvəl yaşayan bu xanımla nə bağlayır? - VİDEO
Pensiyalarda ciddi artım baş verdi - Rəsmi rəqəm
Alişanın Buseyə evlilik şərti var
Bananlı tort (foto resept)
Azərbaycanda İLK: Yalnız turistlər üçün hər yerdə internet imkanı yaradıldı
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Bergüzar Korel ilk dəfə bacısı haqqında danışdı
Ərdoğanın yeni Bakı səfərinin vaxtı bilindi
- ŞƏRHLƏR