Son illərdə bütün dünyada, həmçinin də Azərbaycanda boşanma halları narahatlıq doğuracaq şəkildə çoxalıb. Psixoloqlar bunun səbəbini münasibətlərin formasında görürlər. Çətin həyat şəraitinin qadınlarda yaratdığı itirmək qorxusu onları kişilərə qarşı daha diqqətli olmağa vadar edir. Bu isə bəzən yaxşılıq əvəzinə pis nəticələrə gətirir. Yəqin ki, bu fakt bir qədər qəribə səslənir. Axı diqqət, qayğı hansı pisliyi yarada bilər? Bu suallara qadınların problemləri ilə məşğul olan amerikalı psixoloq Barbara de Anceles belə cavab verir.
Qadınlar kişilərə qarşı münasibətdə aşağıdakı səhvləri buraxırlar:
* Qadınlar özlərini ana kimi aparırlar və kişi ilə uşaq kimi rəftar edirlər.
* Qadınlar özlərini sevdikləri şəxsə qurban verirlər; özlərini ondan sonra ikinci hesab edirlər.
* Qadınlar kişinin potensial imkanlarına aşiq olurlar.
* Qadınlar öz qabiliyyətlərini və üstünlüklərini gizlədirlər.
* Qadınlar könüllü olaraq, kişilərə tabe olurlar.
* Qadınlar kişidən istədiklərini əldə etmək üçün özlərini balaca qız kimi aparırlar.
Qadınlar partnyorlarına tez-tez nəyisə xatırlatmalı olurlar. "Yolda ehtiyatlı ol", "İşıq pulunu ödəməyi unutma", "Tərləmisən, əynini dəyiş" kimi "tapşırıqlar" qayğıkeş qadınlar üçün adi gündəlik sözlərdir. Bu sətirləri oxuyun kimi çoxunuzun "Düzdür" deyəcəyinə əminəm. Çünki bu, qadınlar arasında ən çox yayılmış haldır. Qadınlar kişilərlə uşaq kimi rəftar edirlər. Onlara elə gəlir ki, kişilər sərbəst heç nə edə bilmirlər, daim tapşırığa, nəzarətə ehtiyac duyurlar. Unutmayın ki, sizin bu rəftarınız kişini özünü balaca uşaq kimi aparmağa vadar edir.
Bəs qadınlar kişi ilə ana kimi rəftar edərkən hansı səhvlərə yol verirlər?
* Daim kişilərə onların görməli olduqları işlərdə kömək edirlər.
* Onlardan informasiya almaq üçün söz oyunu oynayırlar.
* Güman edirlər ki, kişilər unutqandırlar və buna görə özləri xatırlamalı olduqları şeyləri də onların yadlarına salmaq lazımdır.
* Onları uşaq kimi danlayırlar.
* Onların nəyisə düzgün edə bilməyəcəyini düşünərək məsuliyyəti öz üzərlərinə götürürlər.
* Onların səhvlərini tutur və istiqamətləndirməyə çalışırlar.
Bəs bunun kökləri haradan gəlir? Məsələ burasındadır ki, qadınları uşaqlıqdan ana olmağa hazırlayırlar, sonra isə onları analıq keyfiyyətlərinə görə tərifləyirlər. Bundan başqa, qızlar üçün əsas örnək, nümunə anadır. Ananın övladları və həyat yoldaşı ilə rəftarı gələcəkdə qızlarda adət formasına keçir. Yetkin insan olduqda da qadınlara elə gəlir ki, kişi ilə rəftarın yeganə yolu budur. Əslində, qadının bu münasibətinə səbəb kişini özündən asılı etmək arzusudur. Qadın yoldaşının bütün istəklərini yerinə yetirdikdə kişi ondan ayrı yaşaya bilməyəcək vəziyyətə düşür. Telefilmdə arvadı uzaqda olan kişinin uşaqlar üçün yemək bişirmək cəhdini seyr etdikcə onların evdə yararsız olduqlarını bir daha təsdiqlədiyiniz heç olmayıb? Qadınlar əmindirlər ki, kişinin qayğısını nə qədər çox çəksələr o, bir o qədər tənbəlləşəcək və asılı olacaq. Buna səbəb isə atılmaq qorxusudur. Hər bir qadın "O, məndən asılı olsa, heç vaxt məni tərk etməz" düşünür. Ana qayğısına öyrəşən kişilər isə həyat yoldaşlarının da qayğısını qəbul edirlər. Bu hal ona özünü sevimli hiss etmək imkanı verir. Üstəlik, ana qayğısı ilə böyümüş, sonra isə sərbəst yaşamağa məcbur olan kişilər həyat yoldaşına da asanlıqla təslim olurlar. Təəssüf ki, ilk vaxtlar kişiyə xoş gələn bu münasibət sonra möhkəm ittifaqı pozmağa başlayır. Kişi əsəbiləşməyə başlayır və qadına qarşı çıxır. Ana qayğısından "bezən" oğlanlar tezliklə sərbəstliyə çıxmağı arzuladıqları kimi, yetkin kişilər də azad olmağa üstünlük verirlər. Ola bilər ki, kişi münasibətdən narazı qaldığını üzə vurmasın. Daxildə isə özünə bu münasibətdən bezdiyini etiraf edəcək və sərbəstliyə can atmağa başlayacaq. Daim nəzarətdə olmaq tək kişiləri yox, qadınları da sıxır.
Kişini bezdirən başqa bir faktor özünün yararsız olduğunu hiss etməsidir. Sizin onun yerinə hər işi görməniz, etməli olduqlarını xatırlatmanız onda məhz inamsızlıq hissi əmələ gətirir. Beləliklə, özünə verdiyi dəyəri itirən kişi sizin də dəyərinizi qısa zamanda itirir. Təbii ki, bundan sonra kişidə sevgi və arzu da azalır. Kişi ilə ana kimi rəftar etdikdə qısa zamanda aradakı ehtiras da yox olur. Qadın özünü ana kimi apardıqca kişinin ona marağı azalır. Eyni hisslər qadında da yaranır. Bu halda çıxış yolu kişi ilə ana kimi rəftar etməkdən əl çəkməkdir. 15 illik birgə həyatdan sonra belə siz özünüzü yoldaşınızın sevgilisi kimi aparmağı bacarmalısınız. Kişinin əvəzinə iş görməyin. Qoyun yoldaşınız itmiş açarlarını özü tapsın, ziyafətə nə geyinəcəyinə özü qərar versin, yerə atdığı paltarı özü götürsün! Bu, o demək deyil ki, yoldaşınız sizdən açarının yerini soruşduqda siz "Özün axtar tap, mən sənin anan deyiləm" deməlisiniz. Qayğı və diqqət hətta pişiyə də xoşdur, onları hər an saxlamaq lazımdır. Ancaq siz anadan çox həyat yoldaşı, sevgili olmalısınız.
Kişiylə bacarıqlı, etibar etdiyiniz bir şəxs kimi davranın. Xatırlamalı olduğu heç nəyi onun yadına salmayın. Onun yaddaşını və təqvimini əvəz etməyin. Onunla yetkin və məsuliyyətli insan kimi rəftar edin.
Kişi ilə uşaq kimi danışmağa son qoyun. Onu danlamayın. Əsəbi və gərgin olduğunuzu bildirmək, təbii ki, haqqınızdır. Ancaq bu halda da onun yaşlı insan olduğunu unutmayın. Çalışın ki, nikahda hər birinizin öz məsuliyyəti olsun. Təkcə pul qazanmağı kişiyə etibar edib qalan işləri öz üzərinə götürmək düzgün deyil. Ola bilər ki, hər şeyi sizin etmənizə alışan yoldaşınız ilk vaxtlar sərbəst bir iş görərkən müəyyən səhvlər buraxsın. Lakin zaman ötdükcə o, yeni vəzifələrinə alışacaq və səhvlərə yol verməyəcək.
Qadınlar öz maraqlarını, məşğuliyyətlərini, sevdikləri işi asanlıqla kişiyə qurban verirlər. Bunu etmək üçün sevdiyiniz kişinin sizin maraq dairənizi mənasız hesab etməsi kifayətdir. Kişilərin verilən qurbanlara qiymət verməsi isə çox nadir haldır. Qəribə olsa da qadınlar, həyat yoldaşının xoşuna gəlməyən rəfiqələrindən, qohumlarından asanlıqla uzaqlaşırlar. Qadın üçün sevdiyi kişinin məhəbbətini itirməkdənsə, əziz adamlardan imtina etmək daha asandır. Unutmayın ki, sizi əziz adamlarınızdan qoparmağa çalışan kişilər, adətən, özlərinə inamı olmayanlardır. Bəzi kişilər üçün partnyor üzərində tam nəzarəti hiss etmək vacibdir. Kənardan kiminsə qadına dəstək verə bilcəyi onları qorxudur. Beləliklə, siz birinin məhəbbətini əldə edərək, başqalarının məhəbbətindən məhrum olursunuz. Bu isə qadını yoldaşının məhəbbətindən asılı edir. Üstəlik, qadının ətraf mühitdən təcrid olunması kişini əlavə tənqid və fikirlərdən qoruyur.
Özünü kişidən sonra ikinci yerə qoyan qadın, bütün fərdi keyfiyyətlərini itirib sırf onun istədiyi adama çevrilir. Onun arzularının qadını olmağa çalışaraq özünüzə xəyanət edirsiniz. İmkanların geniş olduğu çağdaş dövrdə isə qadınlar bu yolda hətta xarici görünüşlərini belə tamamilə dəyişə bilirlər. Verdiyiniz bütün qurbanlardan sonra onun bir gün sizi atacağını təsəvvür edin. Əmin olun ki, bu baş verərsə, yaşayacağınız peşmançılıq sizi dəli edə bilər.
Sevdiyiniz şəxsin arzularını həyata keçirməsi üçün siz öz arzularınızdan imtina etməyə qadirsiniz. Yoldaşının arzu etdiyi işi qurmaq üçün illərlə can atdığı arzusundan vaz keçən qadınlarla heç rastlaşmamısınız? Yoldaşının biznesində ona kömək etmək üçün iri şirkətdə perspektivli işini itirən qadın yalnız ondan ayrıldıqdan sonra səhv etdiyini anlayır, onda isə çox gec olur. Siz özünüz bu qadınlardan olmaya bilərsiniz, lakin əminəm ki, ətrafınızda onlarla belə qadın var. Bunu qəbul etmək isə çox çətindir.
Əsrlərdən bəri kişilərə qadınlardan öndə olduqları öyrədilib. Onlar bizim özümüzü qurban verməyimizi indi də gözləyirlər. Bu, heç kimə qəribə görünmür. Çoxumuz uşaqlıqdan analarımızın, nənələrimizin öz arzularını, istedadlarını qurban verərək yaşadıqlarının şahidi olaraq böyümüşük. Qadınlara elə gəlir ki, özlərini az da olsa, düşünmək eqoistlikdir. Ona görə də onlar arzularını həyata keçirməkdənsə, qurbanlarını reklam etməyə üstünlük verirlər.
Öz istək və arzularınızı qurban verərkən, qəlbinizin dərinliyində onun sevgisinin artmasını gözləyirsiniz. Doğrudur, bundan sonra onun sevgisi arta bilər, ancaq əksinə olmayacağına da kimsə təminat verə bilməz. Axı siz qurban verə-verə özünüzü sevməyi də yaddan çıxarırsınız. Vaz keçdiyiniz hər arzunun, hər yoldaşın, hər məşğuliyyətin sizin bir parçanız olduğunu düşünün. Hər itirilən arzu ilə şəxsiyyətiniz də itir və bir gün ayılıb özünüzü bomboş bir aləmdə görürsünüz. Sizdən heç nə qalmayacaq. Arzuolunan olmaq üçün siz hər şeyinizi vermisiniz, bu yolda isə öz varlığınızı, qadın qəlbinizi itirmisiniz. Bu itki adətən qəddarlıq və depressiya ilə nəticələnir. Özünüzdən narazı olursunuz, özünə inamı və özünəhörməti itirirsiniz. Bax, bu zaman sizdə səbəbkar saydığınız kişiyə qarşı qəzəb və inciklik hissi baş qaldırır. Bunun baş verməməsi üçün əvvəlcədən qurban olmaqdan əl çəkin!
Sizin üçün sadəcə əyləncə yox, ciddi iş olan məşğuliyyətləri atmayın. Sevdiyiniz insanları, sizin üçün vacib olan məşğuliyyətləri heç nəyə qurban verməyin. Öz arzularınıza sadiq olun, həyatınızı özünüz doldurun. Əsl qadın, güclü şəxsiyyət olun. Siz bunu edə bilərsiniz!
XƏBƏR LENTİ
Kamera və biz!
Ancelina Colidən gözlənilməz-VİDEO
Birinci Xanım Parisdə Xocalı faciəsindən danışdı
Maradona futbol oynayacaq
Riyazi məntiq (10)
Qırışların qarşısını alan qidalar
Bakıda "Təmiz hava": yoxlama gedir
Günün ulduz falı
Qış toyu üçün rəng seçimi
Günün qoroskopu: uğurlu gündür!
Utanmağın səbəbləri
Manatın məzənnəsi
Gizlənməkdə sərhəd tanımayan uşaqlar
Valideynlərlə bağlı həqiqət lazımdırmı?
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
Günün ulduz falı
Xoşbəxt Yusifzadə: "Bu gün neftin bir barelinin qiymətinin 60 dollar olması elə də kiçik rəqəm deyil"
Günəşdən unikal görüntülər
Bölgələrimizin mətbəxi - Gəncə
Mercedes-Benzin Bionik Avtomobili
Azərbaycanın ən yaxşı ürək həkimləri Qarabağda TOPLAŞDI
Gələn il üçün bayramlarla bağlı sərəncam imzalanıb
Bakılı sürücüləri yenilik gözləyir
Rezidenturaya qəbul olanların nəzərinə!
Kəsmikli göbələklər (foto resept)
Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO
Qarderobdan yaxşı qoxu gəlməsi üçün
Azad söz( 2 -ci hissə)
Dənizdə və ya hovuzda koronavirusa yoluxmaq riski nə qədərdir?
Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi
Şeymanın Acuna yazdığı mesaj canlı yayımda nümayiş edildi
Sən getdin...
Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO
Analar, siz səhv bilirdiniz?
Əsla makiyajlı yatmayın!
"Dolu" bu dəfə Daşkənddə
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Körpələr üçün zərif dekorasiya modelləri
Xərçəngin çarəsi əqrəbdə tapıldı
Cansu Dere ekranlara qayıdır
Valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı?
2018 payız trendi: Dama-dama kostyumlar
Evdə qar kürəsi (özün düzəlt)
"Zəhərli ana" xarakteri nədir?
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Hava haqqında - 21.09.2013
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Ronaldudan ibrətamiz addım: futbolçu 60 minindən keçəcək
- ŞƏRHLƏR