Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır. Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim "ata", "müdir", "komandir" rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.
Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.
XƏBƏR LENTİ
“3 adam” Niyə DAДћILDI?
Yeni planşet satılır
Britaniyanın yeni xüsusi xidmət orqanı 40 ölkədə nümayəndəlik açacaq
"Hər şey yeyirdim" - 64 kiloqram arıqlayan aktyor
Günə yaxşı başlamaq üçün 5 idman hərəkəti
İranlı nazir Təzəpir məscidini ziyarət etdi
“Mad Max” filminin çəkilişləri dayandı
48 saat dayanmadan oyun oynadı-FOTO
Selin Dionun makiyajsız halı sevənlərini qorxutdu-FOTO
Prezident Leyla Əliyevanı Şuraya üzv təyin etdi
Sabah yaz havası olacaq
Zərgərin istedadı
Məşhur aktyor arıqladı!-FOTO
Damarları təmizləyən içki
Reyhanın faydaları
Türk bayrağına hörmətsizlik
Bu il daha uzun olacaq
Rus əsgərlər ukraynalılara atəş açdılar
Yaponiyada quş qripi aşkar edilən bölgələrin sayı artdı
Antonio Vivaldi
Bu rayonda qaz olmayacaq
Asan başa gələn NAPOLEON TORTU (foto resept)
Unudulmaz tərz sahibi: Farah Fawcett
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ + VİDEO
Almanlara qalib gəldik
Birinci sinfə elektron qeydiyyat dayandırıldı
Azərbaycanda dərs ili uzadılır? - Nazir müavinindən AÇIQLAMA
Şuşa İslam dünyasının paytaxtı elan olunacaq
Sudan gələn sürməli qız
Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb
Nazirlik GMO-larla bağlı analizlər apara biləcək
Qiymətli metallar bahalaşıb, qızıl ucuzlaşıb
Planetin ən böyük aysberqi Antarktikadan ayrılıb
Banklar ipoteka kreditlərindən imtina edəcək
Azərbaycanda həkimlər xəstəyə dil tikdilər
UNESCO-nun baş direktoru İrina Bokova Prezident İlham Əliyevi təbrik etd
Qeyri-adi yaradıcılıq nümunələri
Ermənistan Azərbaycanı su ilə sınağa çəkmək istəyir
BMT yeni baş naziri dəstəklədi
Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının fəaliyyəti nə zaman bərpa olunacaq?
İrəvanda aksiya başladı
Çimərlik geyimləri
May ayının qalibləri!
Kişilərin göz qırpmadan dediyi 15 yalan (1)
Koronavirusa yoluxmamaq üçün bunu etdilər – FOTO/VİDEO
Turşu hazırlayarkən diqqət edilməsi lazım olanlar
Cəlilabadda qeyri-adi olay
Bu muzey 450 milyon dollara satışa çıxarıldı
Möhtəşəm cütlük: əncir və süd
Qadınların sevimli payız aksesuarları
- ŞƏRHLƏR