İsim.(davamı)
Morfoloji əlamətinə görə isimlər feldən sonra ən zəngin nitq hissəsidir. İsmin, kəmiyyət, mənsubiyyət və hal kateqoriyaları var. Bundan əlavə dilimizdə isimdüzəldən şəkilçilər də vardır ki, müxtəlif nitq hissələrindən isimlər düzəldərək isimləri daha da zənginləşdirir.
Sintaktik vəzifəsinə görə isimlərin cümlədə əsas vəzifəsi mübtəda və tamamlıqdır.
Məsələn: Uşaq şəklə elə baxırdı ki, elə bil adamları tanıyırdı. Səma ayaqqabılarını geyindi və çıxdı. Və s.
I cümlədə uşaq mübtəda, şəklə və adamları tamamlıq vəzifəsindədir.
II cümlədə Səma mübtəda, ayaqqabılarını tamamlıqdır.
İsim xəbər vəzifəsində də çox işlənir, amma bu dəfə onun mənası çox vaxt ümumiləşir.Məsələn: Həkim kabinetə daxil oldu və Kabinetə daxil olan həkimdir. Cümlələrindəki həkim sözü I cümlədə konkret olaraq adam bildirir. II cümlədə isə peşə bildirir.
Əşya və anlayışların səciyyəsinə görə isimlər iki qrupa bölünür:
a) Konkret isimlər: Maddi varlıqların adlarını bildirir. Məsələn: qapı, çarpayı, dəmir, ev, torpaq, ağac və s. Bu cür isimlər işlədildikdə biz o isimlərin məzmunu ilə bağlı müəyyən əşyanı xatırlayırıq.
b) Mücərrəd isimlər: maddi varlığın özünü deyil, onunla bağlı mənəvi anlayışların adlarını bildirir. Buqrup isimlərin maddi forması yoxdur.İnsan təfəkkürünün mücərədləşdirilməsinin məhsulu olan mücərəd isimlər I qrup isimlərdən sonra yaranmışdır.məsələn: arzu, istək, sevgi, qürur, ağıl, səadət, məhəbbət, cəsarət və s.
c) Başqa nitq hissələrinə nisbətən isilər daha çox dəyişə bilir: arxaizmlər, neologizmlər və alınma sözlər ilk öncə isimlərdə başlayır.
İsmin quruluşca növləri.
İsimlər sadə, düzəltmə və mürəkkəb olur.
Sadə isimlər: yalnız söz kökündən ibarət olur, ikinci bir morfemə ayrılmır.Məsələn: ağac, meşə , dağ, lalə, mələk, su, çörək, tufan və s.
Düzəltmə isimlər: sözdüzəldici şəkilçilər vasitəsilə düzəldilən isimlərdir. Sözdüzəldici şəkilçilər Azərbaycan dilində olduqca zəngindir.İsimdüzəldən şəkilçilər məhsuldar və qeyri-məhsuldar olur.
Qeyri-məhsuldar şəkilçilər bir neçə söz düzəldə bilirsə, məhsuldar şəkilçilər daha çox söz düzəldir və dilin lüğət tərkibini də zənginlədirməkdə yardımçı olur.
Məhsuldar şəkilçilər.
İsimlərdən isim düzəldən məhsuldar şəkilçilər:
1. -çı, -çi,-çu, çü. Bu şəkilçi ən məhsuldar şəkilçidir.Əksərən isimlərdən, bəzən də cifət və saylardan isim düzəldir.Məsələn: Balıqçı-isimdən, milyonçu- saydan, əlaçı-sifətdən düzəldilmiş isimdir.
2. –ıcı, ici,-ucu,-ücü. Bu şəkilçi məna və vəzifəcə -çı şəkilçisinə bənzəsə də şəxs bildirən isimlərdən başqa əşya bildirən isimlər də düzəldir. Məsələn: sürücü, oxucu,yazıçı və s.-şəxs bildirən isimlər; kəsici, bağlayıcı, qırıcı, aşıyıcı və s. əşya bildirən isimlərdir.
QEYD: İsim düzəldən -ıcı şəkilçisi tarixən -ıq və -çı şəkilçilərinin birləşməsindən yaranmışdır. Daha sonra -ıq şəkilçisi öz samit tərkibini itirmiş və bu şəkilçi -ıcı şəklinə düşmüşdür.Və beləcə də -ıcı şəkilçisi tarixən isimdən isim düzəldən şəkilçi kimi tanınmışdır.
3. –lıq, -lik,-luq,-lük. Bu şəkilçi də məhsuldardır. Məsələn: güllük, daşlıq,
çəmənlik- isimlərdən, gözəllik, pislik,saflıq- sifətlərdən, nlu, yüzlük, beşlik- saylardan, mənlik, sənlik, bizlik- əvəzliklərdən düzələn isimlərdir. –lıq şəkilçisi müxtəlif mənalı isimlər düzəldir:
a) Mücərrəd mənalı isimlər: yaxşılıq, pislik, qardaşlıq, gözəllik və s.
b) Çoxluq bildirən isimlər: qumluq, meşəlik, otluq, çəmənlik və s.
c) Konkret əşya bildirən isimlər: başlıq, gözlük, dizlik,qulaqlıq və s.
d) Peşə,sənət bildirən isimlər: həkimlik, müəllimlik, sənətkarlıq, pinəçilik və s.
QEYD: -çı və lıq şəkilçisi bəzi sözlərdə morfemlərə ayrılmır : çobançılıq, bekarçılıq, düşmənçilik və s.
4. –laq, -lək .bu şəkilçi əslində -lıq şəkilçisinin açıqsaitli variantıdır.Lakin –lıq şəkilçisi qədər məhsuldar deyil və mənaca fərqlənir.Məsələn: çaylaq, yatalaq, şapalaq və s.
QEYD: otlaq, yaylaq, qışlaq, ovlaq və s. sözlər bəzən –laq şəkilçisi ilə düzəldiyi güman edilir. Lakin, ot-la-q, ov-la-q, yay-la-q, qış-la-q . Burada fel düzəldən –la,lə və fel düzəldən –q,-k şəkilçilərindən istifadə olunub.
5. –lı,-li,-lu,-lü şəkilçisi. Çox məhsuldar şəkilçidir.Həm sifət, həm də isim düzəldir.Toponim və antroponimlərə qoşulduqda soyad, təxəllüs bildirən isimlər düzəldir.Məsələn: Məmmədli, Bayramlı, Həsənli, Kürçaylı, Gəncəli,Qafqazlı vəs. Müəyyən əraziyə və əşyaya mənsub olduğunu bildirən xüsusi ismlər düzəldir. Məsələn: azərbaycanlı, bakılı, kəndli, şəhərli, qubalı və s.
6. –daş şəkilçisi. Birvariantlı şəkilçidir.İdimlərdən isim düzəldir.məsələn: vətəndaş, yoldaş, sirdaş, silahdaş və s.
7. –ıltı, -ilti, -ultu, -ültü şəkilçisi. Çox məhsuldardır.Təqlidi sözlərdən isim düzəldir. Məsələn: nərilti, gurultu, danqıltı. Ufultu və s.
Fellərdən isim düzəldən məhsuldar şəkilçilər.
1. –ış, -iş, -uş,-üş. Fellərin kökünə və ya əsasına artırılır, hərəkət adı bildirən isim yaradır. Məsələn:gülüş, yeriş, duruş, gəliş və s. Məhsuldar şəkilçi kimi neologizmlərin də yaranmasınd aiştirak edir.məsələn: arayış, bildiriş, toplanış və s.
2. –maq, -mək şəkilçisi. Məsdər şəkilçisi kimi fəaliyyət göstərsə də substantiv cəhətinə görə tarixən əşya, alət bildirən isimlər yaratmışdır. Məsələn: qazmaq( plovun qazmağı), çaxmaq( tüfəngin çaxmağı), yemək( xörək mənasında)
3. –ma, -mə şəkilçisi: Bu şəkilçi məsdərin son saitini itirməsi ilə əmələ gəlib və əşya bildirən isimlər düzəldir.məsələn: qazma, üzmə, bulama, qatlama və s. bu tip sözlərdə -ma şəkilçisi vurğu qəbul edir.
4. –ım, -im, -um, -üm şəkilçisi: -ma şəkilçisinin daha qədim formasıdır.Obyekt, vasitə, proses, yer adı bildirən isimlər düzəldir.məsələn: ölüm, aşırım, geyim, uçurub, baxım və s.
5. –ın, -in, -un, -ün, -n şəkilçisi. Məna və vəzifəsinə görə -ım şəkilçisinə çox yaxındır. Eyni anlayışı hər iki şəkilçi ilə də işlətmək olar.məsələn: sağım-sağın, axım-axın, biçim-biçin və s.
6. –ıq, -ik, -uq, -ük şəkilçisi. Məsələn: çapıq, buruq, dəlik, qışqırıq, hörük və s.
7. –aq, ək, -q, -k şəkilçisi. Bu şəkilçi –ıq şəkilçisinin açıq saitli variantıdır.məsələn: sınaq, öskürək, daraq, dilək və s.
8. –anaq,- ənək şəkilçisi.məsələn: tozanaq, biçənək, boğanaq, döyənək və s.
9. –qı, -ki, -qu, -kü,( -ğı, -gi, -ğu, -gü) şəkilçisi. Bu şəkilçi alət, vasitə, obyekt bildirən mücərrəd isimlər və proses bildirən mücərrəd isimlər düzəldir. Məsələn: asqı, seçki, pusqu, çalğı, vergi, duyğu, hörgü və s.
10. –qın, -kin, –qun, -kün ( -ğın, -gin, ğun, -gün) şəkilçisi.Bu şəkilçi –qı şəkilçisinə mənaca yaxındır və əşya və proses adı bildirən isimlər düzəldir.Məsələn:daşqın, çiskin, coşqun, küskün, dolğun, yanğın, gərgin,düzgün və s.
11. –ı, -i, -u, -ü şəkilçisi. Bu şəkilçi xüsusi və ümumi isimlər düzəldir. Məsələn: vağzalı, çəki, ölçü, sürü, yazı,ölü, turşu, şirni və s.
Qeyd. Bu şəkilçini alınma şəkilçi lan –i, -vi şəkilçisi ilə səhv salmayın.Gəncəvi, Şirvani, inqilabi, həyati, mənəvi və s. bu kimi sözlərdə alınma şəkilçidir.
12. –tı. –ti, -tu, -tü şəkilçisi. Sifətlərdən və təqlidi fellərdən əşya və proses adı bildirən isimlr düzəldir. Məsələn: hönkürtü, ağartı, göyərti, qaraltı, çığırtı və s.
13. –ıntı, -inti, -untu, -üntü şəkilçisi. Feldən isim düzəldir.Məsələn: gəzinti, çürüntü, yeyinti, qırıntı, ovuntu və s.
14. –acaq,- əcək şəkilçisi. Fellərdən isim düzəldir.Məsələn: oturacaq, yanacaq, gələcək, sığınacaq, gəzinəcək və s.
15. –caq, -cək şəkilçisi: yelləncək, tüpürcək, bürüncək və s.
Qeyri- məhsuldar şəkilçilər.
Adlardan isim düzəldənlər:
-kən şəkilçisi : yelkən
-tuq şəkilçisi : qoltuq
-ey şəkilçisi : güney, quzey
-gər şəkilçisi : zərgər, misgər.
Fellərdən isim düzəldənlər:
-c şəkilçisi : tıxac, sevinc, qaxınc və s.
-ar, -ər şəkilçisi: açar, çıxar, çapar, baxar və s
-qac, -gəc, -ğıc şəkilçiləri: tutqac, üzgəc, dalğıc və s.
-caq, -cək şəkilçisi: qayıdış növ şəkilçisindən sonra gəlir. Məsələn: yığıncaq, bürüncək
-gə şəkilçisi: süpürgə, döngə
-ır, ir şəkilçisi: gəlir, yatır və s.
-qan: yapışqan
-an, -n şəkilçisi: qalxan, talan.
-zik: əmzik
-mur: yağmur
-a, -ə : yara, çevrə
-ca, -cə : əyləncə ,düşüncə
-mış, -miş, -muş, müş şəkilçisi: bişmiş, yemiş, keçmiş, süzülmüş və s.
Həm fellərdən, həm də isimlərdən isim düzəldən çəkilçilər.
-ıd, -üd: keçid, yaşıd, öyüd
-qar: yonqar, ucqar
Ərəb-fars mənşəli alınma şəkilçilər
-dar: anbardar
-keş: şəhmətkeş
-kar: sənətkar
-stan: dağıstan
-i, -vi : Həbibi, Gəncəvi, mənəvi, inqilabi və s.
-dan,: güldan, qənddan, qəhvədan və s.
-xana: kitabxana, xəstəxana
-şünas: ədəbiyyatşünas, tarixşünas və s.
-ban: bağban
-baz: hoqqabaz,quşbaz
Xana, keş və kar mənşəcə müstəqil sözlər olub şəkilçi yerinə keçmişdir.
Rus və avropa illərindən alınma şəkilçilər.
-izm: neologizm, arxaizm
-ist: idealist, jurnalist
-oloq: geoloq, antropoloq
-er: milyoner
Kiçiltmə və əzizləmə, ayrılıq, kinayə mənası yaradan şəkilçilər.
-cıq, -cik, -cuq, -cük : komacıq, parçacıq
-cığaz, -ciyəz, -cuğaz, -cüyəz : mənciyəz, qızcığaz,
-ça, -çə : döşəkçə, meydança
-gil: topluluq bildirir.- xalamgil, Səmagil, dayımgil. Nənəmgil və s.
Tapşırıq: İsim düzəldən şəkilçilər vasitəsilə düzəldilən isimləri tapıb qrup şəklində yazın.Yəni, fellərdən düzələn isimləri bir qrupa,isimlərdən düzələni bir qrupa və s. ayırın.Tapdığınız isimləri şərhlərdə qeyd etməyi unutmayın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün ulduz falı - 09.10.2013
İngiltərədə London derbisi: "Qırmızı şeytanlar" evində çətin rəqibi gözləyir
Kim? Harada? Necə? (2)
Bağçalar nə vaxt açılacaq?- RƏSMİ
Dəbli çantalar
Gəncənin raket atəşinə tutulması anı - VİDEO
6 məsləhət və 6 kiloqram
Sabah 38 dərəcəyə qədər isti olacaq
Böyrəklərin dərmanı… şərab
III Dünya müharibəsi gedir
Dəstəmaz zamanı saqqalın bütün tüklərini islatmaq lazımdırmı?
İmeda, Süri, Elyamel adlarını qoya bilməzsiniz
Bir adamı 4 dəfə öldürən saytları, neylərdin ilahi? - FACEBOOK CƏZALARI
Bill Gatesdən 9 liderlik sirri
Şakira məhkəmə qarşısına çıxdı
Azərbaycan rəssamın müəmmalı və sirli həyatı: Bakıda ilk "Mersedes"i o sürüb
Bakıya qar yağacaq
HAVA necə olacaq?- 6 MART
Köklü miso şorbası (foto resept)
Jan Klod Van Damm başlatdığı kampaniya ilə hər kəsin diqqətini çəkdi
Pentaqonun rəhbərindən Rusiyaya şok ittiham
Ən böyük arzusuna çatan şəhidimiz - VİDEO
Müəllim olmaq istəyənlər, DİQQƏT - Qeydiyyat başladı
Levanti mətbəxindən mərcili "Tabule" (foto resept)
Günün ulduz falı
Novruz adət-ənənəmiz
60 yaşlı cavan
Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb
Fatma Girik xəstəxanaya yerləşdirildi-FOTO
Bunlari bilirsinizmi?
Özcan Denizin səsi yüksəldi-FOTO
Sabir günləri keçirilir
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Arnold Şvartsnegger Rusiya şirkətini məhkəməyə verdi-10 milyonluq təzminat
Azərbaycanda internet sürəti artırılır
Ayrıldınızsa, unudun!
Alim açıqladı – İmmunitet koronavirus üzərində nə qədər təsirli olur?
Merkuri haqqında bilinməyən gerçək
Meray Keri 22 kiloqram arıqladı - FOTO
UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi - FOTO
BƏƏ-də ağacların mühafizəsində yenilik-Rəqəmsal kod
Azərbaycanda 134 nəfər koronavirusdan sağalıb
Rihanna hər kəsi təəccübləndirdi-FOTO
Oyunlardan nə qazanacağıq?
Armudlu piroq(foto resept)
Təbii antibiotiklər
Mensturasiyanız gecikirsə, bu bitkilərdən istifadə edin!
Soyuqdəymə zamanı yol verilən səhvlər
Buraxılış imtahanlarının nəticələri nə zaman bilinəcək?
Toy xonçaları
- ŞƏRHLƏR