Heredotun kitabında yer alan əfsanəvi hadisələrdzn biri də İran şahı Kirin b. e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır.
Kir müasir Azərbaycan ərazisində, Araz çayından şimalda yerləşən Massaket çarlığına
( bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər)
yürüşü zamanı öldürülmüşdü.
Bu rəvayətin qəhrəmanı massaketlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir.
Heredot yazır: "Massaketlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar." Bə'ziləri onları skif tayfalarından sayır. Massaketlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirdi. Ancaq Tomiris anladı ki, Kir onunla evlənmək yox, bu yolla Massaket çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd etdi. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, massaketlər üzərinə açıq hücuma keçdi. Araz çayından keçmək üçün Kir gəmilərdən körpü düzəltmək və həmin gəmilərin üzərində qüllələr qurmaq haqda əmr verdi.
Kirin qoşunu bu işlərlə məşğul olarkən Tomiris carçıları çağırıb, onların dili ilə Kirə belə bir müraciət etdi: "Ey Midiya hökmdarı! Öz niyyətindən keri çəkil. Axı sən irəlicədən bilə bilməzsən ki, bu körpülərin qurulması sənə xeyirdir, yoxsa ziyan? Bu işin başını burax, get öz ölkəndə şahlıq elə və bizim öz ölkəmizdə Hökmranlıq etməmizə paxıllığın tutmasın. Ancaq sən əlbət ki, bu məsləhətə qulaq asmayacaq və öz bildiyin kimi hərəkət edəcək, aramızdakı sülhü pozacaqsan. Əgər sən massaketlərin üzərinə hücuma keçməyi belə çox istəyirsənsə, körpü qurulmasını dayandır. Rahatca ölkəmizə gir, biz qoşunlarımı-zı çaydan üç günlük məsafəyə geri çəkərik. Yox, əgər sən bizi öz torpağına buraxmaq istəyirsənsə, işini davam elətdir." Bu müraciətdən sonra Kir fars ə'yanlarını öz yanına çağırtdırıb, onlardan məsləhət istəyir. Hamı bir ağızdan məsləhət görür ki, Tomirisin qoşununu burada gözləmək daha məqsədəuyğundur.
Müşavirədə iştirak eləyən lidiyalı Krez isə bu qərarın əleyhinə çıxır. "Mənə belə gəlir ki, biz gərək çayı keçərək, ölkənin içərilərinə doğru irəliləyək. Onlar geri çəkildikcə biz irəliləyək. Mən bilən fars həyat tərzinin gözəllikləri və bizim aldığımız böyük həzz və ləzzətlər massaketlərə mə'lum deyil. Buna görə də mən düşünürəm ki, biz gərək öz düşərgəmizdə onlar üçün qonaqlıq düzəldək, çoxlu qoyun kəsək, masaların üstünə şərab və cürbəcür yeməklər düzək. Bütün bunlardan sonra az miqdarda qoşunu orda saxlayıb, qalanları ilə çaya tərəf geri çəkilək. Əgər mən öz düşüncəmdə yanılmıramsa, düşmən bu tələyə düşərək, özünü ne'mətlərimizin üstünə atacaq və bizim böyük hünərlər göstərməmiz üçün şərait yaranacaqdır."
Beləliklə, məşvərətçilərin fikirləri haçalanır. Kir özünün əvvəlki fikrindən daşınaraq, Krezin təklifinə tərəfdar çıxır. Şah Tomirisə xəbər göndərir ki, biz sənin ölkənə keçmək istəyirik, geri çəkil. Tomiris də sözünə əməl edərək qoşununu geri çəkir. Belə olduqda Kir Krezi öz varisinə- oğlu Kambizə həvalə edir. Şah oğlundan israrla xahiş edir ki, Krezə hörmət göstərilsin və (əgər massaketlər üzərinə hücum baş tutmasa) onu himayə etsin. Beləliklə, Kir Kambizi İrana göndərib, özü qoşunla birgə çayı keçir. Bir günün içində Arazı keçən Kir Krezin təklifinə əməl edir. Düşərkəsində ən zəif dəstəsini qoyaraq, özü küclü qoşunları ilə geri çəkilir. Massaket hissələri düşərkəyə hücum çəkib, zəif farslara qələbə çalır. Krezin dediyi kimi, qələbəni qeyd etmək də yaddan çıxmır. Yeyib-içdikdən sonra massaketləri yuxu tutur. Beləliklə, onlar yuxuda ikən farsların hücumuna mə'ruz qalır, bir çoxları ölür, bir çoxları isə əsir düşürlər. Massaketlərin sərkərdəsi, Tomirisin oğlu Sparqapis də əsir düşənlərin içərisində idi.
Tomiris qoşununun və oğlunun aqibətindən xəbər tutan kimi Kirin yanına çanap göndərir. Çapar deyir: "Qaniçən Kir! Öz hünərinlə öyünmə! Şərab başa vuranda siz farslar bu üzüm suyundan məst olur və ləyaqətsiz sözlər danışarsınız. Bax, elə həmin zəhrimarla da siz mənim oğlumun qoşununa qalib gəlibsiz. Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah kücünə heç nə eləyə bilməzdiniz. İndi gəl massaketlərin üçüncü hərbi hissəsini yenəndən sonra xoşluqla mənim məsləhətimə qulaq as: oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get. Əgər bunu etməsən, and olsun bütün massaketlərin pənahı olan Günəş allahına ki, mən doğrudan da səni qan gölündə boğaram."
Kir isə bu sözlərə əhəmiyyət vermədi. Tomirisin oğlu Sparqapis şərabın dumanı başından çəkilən kimi hansı vəziyyətə düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını xahiş edir. Əlləri açılan kimi şahzadə özünü öldürür.
Tomiris Kirin məsləhətə qulaq asmadığını bilən kimi öz qoşunu ilə farslar üzərinə hücuma keçir. Bu, mənim zənnimcə, barbarlar arasında baş vermiş ən qanlı döyüş idi. Döyüşün gedişi haqda mənə mə'lum olanlar bunlardır: əvvəlcə düşmən qoşunları üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdular. Sonra nizə və xəncərlə əlbəyaxa döyüşə keçdilər. Döyüş uzanır, heç kim geri çəkilmək istəmirdi. Nəhayət, massaketlər qələbə çaldılar. Az qala farsların hamısı döyüş meydanında həlak oldu. Kirin özü də öldürüldü. Onun 29 illik hakimiyyətinə son qoyuldu. Tomiris şərab badəsini insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr etdi. Onun başını badənin içinə soxaraq.belə söylədi: "Mən cağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından."
Beləliklə, farsların Böyük Midiyanın xarabalıqları üzərində qurduqları İran dövlətinin ilk şahı şərəfsiz şəkildə qadın əlində məhv oldu.
XƏBƏR LENTİ
Mehriban Əliyeva şəhidlərin məzarını ziyarət etdi - FOTO
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Xaricdə oxuyan tələbələrə şad xəbər
Can Yamanı İspaniyada 2000 fanat qarşıladı
Şok qiymət artımı siqnalı
Pelin və Anıl cinayətə şahid oldular-FOTO
Engin Altan Düzyatan yeni serialla efirlərə qayıdır
Havalar isti keçəcək!
15 yaşlı girov geri qaytarılıb
Makiyaj etmədən də gözəl görünə bilərsiniz
Neçə müəllim çöldə qalacaq?
Instagram öz messencerini sınaqdan keçirməyə başlayır
Saat nağılı
Bakıda dəniz üzərindən yeni körpü
Cəbhədə növbəti təxribat
Qızardılmış kartof ruleti(foto resept)
Kakaolu, şokolad souslu "Napoleon" tortu (foto resept)
Qeyri-sağlam vərdişlər
Kosmetikamızı özümüz hazırlayaq
"Gəlin barmağı" tortu (foto resept)
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri
Bu ərazilərdə QAZ olmayacaq!
Çin dünya ticarətinin liderinə çevrildi
43 dinozavr yumurtası tapıldı
Facebook daha bir yeniliyi sınayır
BERMUD ÜÇBUCAĞI
İspanaqlı börək (foto-resept)
Qıvrım saçlı xanımların diqqətinə
Çay qadınlarda xərçəngin yaranması riskini azalda bilər
Kombayn sürən azərbaycanlı qadın-FOTO
Kiçik evlərdə də uşaq güşəsi yaratmaq olar
Aşura günü bunlar qadağan ediləcək - GENERALDAN AÇIQLAMA
İngilis-Azərbaycan və Azərbaycan-İngilis lüğəti
Fahriye Evcen yeni şəkillər paylaşdı
"Xoş gəldin"in yaşayışı "xoş getdin" deyir
Düşmənlə təmasdakı Ağdam kəndində son vəziyyət - VİDEOREPORTAJ
İstanbul su altında
Şəhid polkovnik Şükür Həmidovun atası: “Dəfələrlə bildiriblər ki, heç kimin yerini deməyin” - VİDEO
Məşhur muzey Trampın firuqunu zibil qutusuna yerləşdirdi
Millimiz sonuncu oyunda da uduzdu
Əvəzedilməz qadın olmağın sirləri
Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrın 5-də Kiyevdə görüşəcəklər
Bakıya qar yağacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Xocalı faciəsinin 9 yaşlı şahidi: “Xocalı mənim uşaqlıq nisgilimdir” - VİDEO
Güləşçimiz Macarıstanda medal qazandı
Karantinin uzadılıb-uzadılmamasına qərar veriləcəyi vaxt açıqlandı - RƏSMİ
Meqan Markl haqqında yeni FAKTLAR üzə çıxdı
Hündürdaban ayaqqabılar
İlin vacib tədbiri başlayır - ilk qonaqlar gəldi
- ŞƏRHLƏR