Qaraqanın eyni adlı musiqisinin motivləri əsasında...
İcazəsiz kopya edilməsiq adağandır!!!
Hər kəlməsi ilə Bərfimin heykəlindən bir damla qopub tökülürdü, qəlbimdəki büt qırılıb-parçalanırdı sankı və ən qəribəsidə budur ki,mən buna kədərlənmirdim. Bərfim susmağımı razılıq bilib divanda uzandı, əlimi yenə dodağına apardı, barmağım dodaqlarına toxunanda diksindim, kəskin hərəkətlə əlimi çəkib qalxdım.
-Həyatımızdan bacardıqca həzz alaq, istəsək elə edərik ki, münasibətimzi heç kim bilməz.
-Yox! Mən Cengizin arvadı ilə yatıb sonra heç nə olmamış kimi onun üzünə baxa bilmərəm! Mən səni sevmişdim! Bu sözü sənə deməyin neçə formasını xəyalımda qurmuşdum! Amma onların heç biri belə iyrənc formada olmamışdı! Mən 1 ildən çoxdur it zülümü çəkirəm, sənə görə hirslənib atamla savaşdım, öldü, sənə yan baxdığını düşünüb Aslanı cəhənnəmə göndərdim! Sizin rəqsi görüb zəncinin cənginə verdim özümü, səninlə bağlı əl-ayağımın bağlı olduğunu fikirləşib konyak şüşəsindən acığımı çıxdım, hansını deyim? Sən mənim üçün mayak idin, Allah idin, həyat idin, işıq idin. Sən mənim sənlə qurduğum ən müqəddəs arzuları bir anın içində dar hamam küncündə divara çırpırsan, və sonra da heç nə olmamış kimi ”Hər şey əvvəlki kimi olacaq, mən gecə Cengizlə, gündüz səninlə sevişəcəm, gizli-gizli, iyrənc-iyrənc” Deyirsən!
-…
-Sən nə qədər də qəbul etmək istəməsən də bunlar fərqli məsələlərdir. Mən belə bacarmaram…bacarmaram.
Bərfimə baxdım, yatmışdı…Keçib yanında uzandım.
Yatmışdım, yuxuda da Ziyanı görmüşdüm…
-Öldük, Elxan,ikimiz də öldük…
Yuxudan ayıldım, əllərimin içi su içindəydi, başımın diblərindən də tər axırdı, ürəyim şiddətlə döyünürdü. Ziyanın səsi hələ də qulaqlarımda cingildəyirdi “İkimiz də öldük” bu nə yuxu idi, İlahı?? Dəbərmək istədim. Bərfimin başı sinəmin üstündəydi. Nə vaxt yuxuya getmişdik biz? Saata baxdım, axırıncı dəfə baxandan heç 20 dəqiqə keçməmişdi. Bu 20 dəqiqə ərzində yuxulumışdım. Ziyanı da yuxumda görmüşdüm. ”İkimiz də öldük!”
Dikəlib Bərfimin başını kənara çəkdim. Rahat halda üzü üstə sərildi. Elə sərbəst, rahat forması var idi ki, sanki çoxdankı arzusuna mən yox bu çatmışdı… Çılpaq kürəyinə səpələnmiş saçlarına baxdım və elə o an qərar verdim, sabah Bakıya qayıdıram! Elə indi, bu saat bilet axtarıram. Heç kimə demədən qayıdacaqdım. Tüpürüm işə də, pula da, Cengizə də Bərfimə də! Bərfimə də bəli! Ona baxdıqca uzun saçları ilanı xatırladırdı mənə. Sankı bir dəstə ilan yatmışdı bayaqdan sinəmin üstündə. İyrənirdim ondan. Özüm də təəccübləndim bir anda qərarımın dəyişməyinə. Bərfim bilsəydi yəqin deyəcəkdi ki, əlbəttə arzuna çatdın daha nəyinə lazımdır Bərfim sənin! Amma yox! Bayaq da başa salmağa çalışdım onu yox bu başqa məsələdir. Mən özümə haqq qazandırmıram amma ilk dəfəydi ki,özümü günahkar bilirdim bu hisslərə görə. Dəyməzmiş həqiqətən! Mənim saf,məsum bildiyim bu qadın əsl fahişə idi. Hələ 1 saat bundan əvvəl həzzin ən uca zirvəsində də beynimin bir tərəfi düşünməkdən qalmamışdı, Bərfimin barmaqları, səsi,hərəkətləri, bir anda məni mum etməsi…Bunlar bir kişi ilə qazanılan təcrübə deyildi yox! Aslan da haqlı imiş… İlahı mən neylədim?? Əlimi başıma aparıb dərindən nəfəs aldım. Ürəyimdəkiləri Ona demək istəyirdim amma bir tərəfdən də oyanmağından qorxurdum. Oyansa üzünə baxaram, qərarımdan vaz keçərəm deyə qorxurdum. Artıq burda qalmağın, bu yatağda olmağın özü də dözülməz idi. Ehmalca ayağa durdum. Ətrafa baxdım, şalvarımı tapıb əynimə keçirtim. Dilim-dodağım qurumuşdu. Əvəlcə bir az su içim sonra da buralardan birdəfəlik getmək lazımdır. Bu insanların üzünü bir də görmək istəmirəm! Cengizin üzünü isə heç görmək istəmirəm, baxa da bilməzdim. Bu üçbucağın içində bir dənə təmiz insan var idisə də elə o idi. Bərfim məni də öz zibilinə salmağı bacarmışdı, Aslan kimi…Aslan! Onu da öldürmək lazım deyildi...
Artıq Bakıya gedən kimi nə edəcəyimi də dəqiq bilirdim. Polisə gedib hər şeyi etiraf etməliydim, bəlkə türmədə özümə gələrəm. Bəs anam? Elnurə? Onların halı necə olacaqdı? Nəysə buna Bakıda qərar verərəm dəqiq olan bu idi ki,mən qatil idim, özü də lazımsız yerə…
Mətbəxə keçib işığı yandırdım. Əlimə su bardağını alıb soyuducuya tərəf döndüm, elə həmin an tavan başıma uçdu sankı altında qaldım…
Cengiz soyuducunun qarşısında yerə diz çökmüşdü,düz gözlərimin içinə baxırdı…Əlində hələ Bakıda birlikdə aldığımız silah var idi…
Bir Allah şahid idi ki,həmin an yalnız anamı fikirləşdim…
Cengiz qəribə tərzdə gülümsədi:
-Təyyarəyə gecikdim…Sürpriz olsun istədim…Sizin sürpriz daha effektli oldu…
Gözlərini məndən çəkmirdi,mən əlimdəki bardağa baxırdım və həmin an yalnız anamla danışırdım ürəyimdə..
-Deməli sənin müqəddəs hislərinin qarşılığı bu deyilmiş? Deməli bir ildir ürəyində ört-bastır etdiyin ehtirası o bir anda üzə çıxartdı?...
Cengiz danışdıqlarımızın hamısını eşitmişdi, bu qədər müddəti necə dözmüşdü otağa girməmişdi? Bu qədər müddəti burda nə fikirləşdi?...
Bağışla, ana…
Cengiz ağır-ağır ayağa durdu. Gözlərini məndən çəkmədən mənə yaxınlaşdı..Silahı ürəyimə yapışdırdı, qımıldanmadım…
Bağışla,ana…
İçimdəki istilik geri basırdı məni sankı..Əlimdəki bardağı sıxmağa başladım. Bardağ çilik-çilik oldu. Artıq beynim düşünmürdü, divara söykənib yavaş-yavaş yerə çökdüm…Eynən Aslan kimi…Cengiz başımı ehmalca yerə qoydu, qulağıma nəsə pıçıldadı,başa düşmədim artıq beynimin son işıqları sönürdü. Cengizin Bərfim yatan otağa keçməsini sezdim, içərdən gələn silah səsi isə eşitdiyim son səs oldu.
Artıq mən qatil deyildim…
Artıq qatil olan tək mən deyildim…
Son
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Donlar
Gələn aydan sayğaclara baxış keçiriləcək
Tez arıqlamağa kömək edən 3 idman hərəkəti
2012-nin yaz-yay modası
Azərbaycan səfirliyi soydaşlarımız üçün ödənişsiz avtobuslar təşkil etdi
Bu addım xərçəngə səbəb ola bilər
Azərbaycanda İslam ipotekasının verilməsi dayandırıldı
Sabahın HAVAsı
Bu ölkədə vizasız YAŞAYA BİLƏCƏKLƏR
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Möhtəşəm binalar
Tramp prezident seçkilərdən əvvəl Putinlə görüşəcək
Duz istifadəsini azaltmaq üçün tövsiyələr
15 yaşlı qız eşqi üçün üzünü dəyişdi
“Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya
Məşhurların gözəllik sirləri
Urban geyim tərzi
Dünyanın ən böyük iti öldü
Duzlu bisküvit (foto resept)
Brüssel kələmi yeməyi (foto-resept)
Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlandı
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Dünyanın ən qorxunc zəlzələləri
Gülşen prokurorluğa verildi -SƏBƏB
Ronaldonun sevgilisi 1 milyonluq aksessuarları ilə DİQQƏT ÇƏKDİ-FOTO
10 yaşlı uşaq zəhərli ilanı əlinə götürüb yoldan kənarlaşdırdı
Adi vətəndaş buna görə 800 manatadək mükafat alacaq
Ərdoğandan Avropaya çağırış: “Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoyun”
TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir
Klassik mətbəx dekorasiyası
Burun tıxanmasına qarşı tədbirlər
Kondisionerli avtobuslar gəlir
Ramazan ayının 30-cu gününün duası
"Çukur"un aktyoru evlənir?-FOTO
Uşaqda skoliozun əlamətləri
Doğum çantası
Təkrar zəlzələ gözlənilirmi? – RƏSMİ AÇIQLAMA
Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər
Harri Meqanın növbəti istəyini reallaşdırdı-FOTO
Bergüzar Korel ağladı-SƏBƏB
Ziq-zaq formalı saç düzümü necə yığılır?
Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlanıb
Yuxuda çevrilmə hallarının səbəbi
Limonlu peçenye (foto resept)
Heyvanları bu cür gəzdirənlər CƏRİMƏLƏNƏCƏK!
Azərbaycan Gürcüstandan silah alacaq?
Ən ağır "bir həftəm"
"Milli sərvətimizdir Muğam"
Tələbə qız şəkilləri sayəsində varlandı-FOTO
Haxıştalar
- ŞƏRHLƏR