Hörmətli istifadəçilər!
Qadin.Net ilk milli qadın portalı Xaqan Musa media evinin təşkilatçılığı, Türkiyənin tanınmış elektrikli ev əşyaları istehsalçısı "Arzum" markasının sponsorluğu ilə müsabiqə elan edir.
Bu dəfə iştirak edəcəyiniz müsabiqənin şərtləri olduqca sadədir və müsabiqədə iştirak üçün heç bir xüsusi şərt yoxdur.
Mart ayının 5-i, 6-sı və nəhayət 7-si tarixlərində aşağıda gördüyünüz hissədə, zamanla beş rəqəm nümayiş olunacaq. Son rəqəm 07.03.2013-cü il tarixində, günün sonunadək yayımlanacaqdır. Bütün rəqəmlər nümayiş edildikdən dərhal sonra, sualın cavabını bilən istifadəçilər 08.03.2013-cü il saat 23:59:59 tarixinədək öz cavablarını qeyd edə bilərlər.
Hər bir istifadəçi yalnız bir dəfə cavab yazma hüququna sahibdir. İstifadəçinin digər cavabları keçərsiz sayılaraq silinir.
Müsabiqənin yalnız bir qalibi olacaq!
Bu səbəbdən qalibə "Arzum" elektrikli ev əşyaları kolleksiyasından 3 fərqli hədiyyə, 1 ədəd çörək qızartma sobası, 1 ədəd blender və 1 ədəd saç düzləşdirici makina təqdim ediləcək.
Bütün rəqəmlər nümayiş olunduqdan sonra, sizi maraqlandıracaq sual belə səslənəcək: bu rəqəmlər nəyi ifadə edir?
Suala doğru cavab verəcək şəxs müsabiqənin qalibi olacaq!
P.S. - 8 mart Beynəlxalq qadınlar günü olduğu üçün, xanımlara kiçik bir köməklik etməyi özümüzə borc bilirik: bu rəqəmlərin parça ilə bağlılığı var.
Daha bir köməklik, bu rəqəmlərin məhz 8 mart beynəlxalq qadınlar günü ilə də bağlılığı var.
İştirak edəcək bir hər bir kəsə uğurlar!
Sual:
56978
Bu rəqəmlər nəyi ifadə edir?
Düzgün cavab:
1857-ci il 8 mart - Nyu-York, tekstil fabrikində çalışan qadınlar, 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa etiraz olaraq nümayiş keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdır. Daha sonralar qadın hüquqları uğrunda nümayiş və etirazlar olsa da, "8 mart - qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü, beynəlxalq qadınlar gününün" yaranması və mütəmadi olaraq qeyd edilməsi məhz bu tarixlə bağlanılır.
Həmin tarixdən, yəni 8 mart 1857-ci ildən bu günə qədər, yəni 8 mart 2013-cü ilədək tam 56978 gün keçmişdir! Qeyd olunan rəqəm məhz bunu ifadə edir.
Qalib: Sabrina xanım
Təbrik edirik!
XƏBƏR LENTİ
Hande imicini dəyişdi-FOTO
Azərbaycan kino tarixində bir İLK
Yadplanetlilər bizimlə niyə əlaqəyə girmirlər? - Alimlərin müzakirəsi
Yaddaşımızı yeniləyək
Hind toyuğu ətindən kotlet(foto resept)
Norveçə səyahət
Həftənin ilk iş gününün havası
İrandan İŞİD-ə zərbə
Əgər işləyirsinizsə...
Qara dəliklər (2)
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Gözəl jaketlər
2 yaşlı uşaq anasını xilas etdi
Saçın tökülməsinə qarşı maska
Almalı tost (foto resept)
Aromaterapiya
Kitabsevərlər üçün dekorasiya
Aktrisanın geyimi qiymətinə görə diqqət çəkdi-FOTO
Ən son tüninqli BMW X5
Atalar və oğullar savaşına yeni baxış
Cennifer Lopezdən maraqlı AÇIQLAMA
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Manat yenə ucuzlaşdı
Tibbdə möcüzə: Hamiləliyin 5-ci ayında doğulan körpə sağ qaldı
İsmayıllıya dolu yağıb
Bella Hadid yeni İMİCDƏ-FOTO
Çiyələkli dondurma (foto resept)
Bu xəstəliyə diqqət!
Gənc anaların nəzərinə!
İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... FOTO
Stiven Siqal Qubernator olmaq istəyir-FOTO
Qızıl xərçəngi müalicə edir
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Ətir təəssüratı
Payız üçün ən yaxşı üst geyimləri
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
BÜRCLƏR bizə nə vəd edir?-11 Avqust
Tez qırılan saçlar üçün 3 maska
Klassik mətbəx dekorasiyası
Dəbli geyim nümunələri
İrem Dericidən qəribə paylaşım
Balıq sırdağı (foto resept)
Bu adaya gələnlər yoxa çıxır
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
Günün ulduz falı
Çin - sivilizasiyanın mərkəzi
Azərbaycana qar yağacaq
- ŞƏRHLƏR