Bakıda hava +26°
USD 1.0479 AZN
EUR 1.1805 AZN

Axır çərşənbə

Artıq 3 çərşənbəni geridə qoyub ən önəmli çərşənbə olan axır çərşənbəni,yəni Torpaq çərşənbəsini gözləyirik.

İstəyirəm sizə bizim kənddə axır çərşənbənin necə keçirildiyindən danışım.

Həmin gün qızlar və oğlanlar 2-3 evdə dəstə ilə toplanıb çərşənbəni qeyd edirdilər .Qızlar yığılan evin əl damında mütləq yellənçək asardılar.

Hər həyətdə tonqal ,qalanardı,hamı tonqalın üstündən hoppanırdı.

 

 

 

Xəlvətcə qapı pusmağa gedirdik .Nə eşitsək yozmağa çalışırdıq.Hamı çalışırdı həmin axşam yaxşı söz danışsın ,yoxsa gənc qızlar küsürdülər.

Sonra ən maraqlısı çilə çıxartma başlayırdı.Cavan qızlar hamı susub otururdu,bir gəlin başçı olurdu.Ortaya böyük bir sandıq qoyurdular,üstünə 1 yanan lampa 1 qab bulaq suyu,su mis qabda olurdu,1-də qırmızı ipək parça. 1 balaca qız (hələ aybaşı görməmiş) oturardı sandığın üstündə.Qırmızı parçanı atardılar onun başına,başçı kimə işarə etsə o,niyyət tuturdu ,balaca qız suya baxırdı orda nə görsə onu deyirdi.Həmin deyimi kənddə olan yaşlı qadınlar yozardılar.Sizləri inandırım həmin yozmaların çoxu düzgün olurdu.Yəni çox qızların taleyi həmin yozmalardakı kimi olurdu.

Birdə təzə gəlinləri suya çıxardırdılar həmin gün ,qız-gəlin hamısı yığışardı bulağın başına .Əvvəlcə gəlinin başına su tökərdilər,sonra şirni paylayardılar,o gündən sonra gəlin bulaqdan su gətirməyə gedə bilərdi.

Lap birinci çərşənbədən axırıncı çərşənbəyə kimi yumurta döyüşdürürdülər. Yumurta döyüşdürməsində nəinki uşaqlar, hətta kişilər də fəal olurdu. Axırıncı çərşənbədə mütləq qırmızıya boyanmış yumurta olardı süfrədə.

Axır çərşənbə

Hamı aş bişirirdi yanında da bozartma (aşqara bilmirdik).Şirniyyat da təkcə irəvan kətəsi bişirilirdi.

 

Axır çərşənbə

 

Ən çox sevinən nişanlı qızlar olardı, çünki həmin axşam onlara Bayram payı gedirdi.

Axır çərşənbə
 

 

Gecə saat 12-dən sulaşma başlayırdı, səhər 12-yə kimi.Başqa qızlar qaçıb gizlənsəydi olardı amma nişanlı qız mütləq bayıra çıxmalıydı ki, nişanlısı onu sulasın .

Xanımlar siz çərşənbə əlamətləri haqda nə bilirsiz yazın.Gəlin birləşək qoymayaq adətlərimiz unudulsun.

Səslərin sayı: 26
111
20733
Şərhlər
Offline
nezrin rehmanova
Sevgilime qovusmag isteyirem...qizlar dua edin mene girl_ang
16 mart 2015 21:42
Offline
Revan
Maraqlı xəbərə görə təşəkkür edirəm give_ros
10 mart 2015 17:04
Offline
Rzayeva Guler
Axir cersenbe cox Maraqli olur mene lezet eliyirdi alovun uzerinen atlamaq,
11 sentyabr 2013 20:09
Offline
angell75
COX MARAQLI GOZEL ADETLERIMIZ VAR.HAMININ BAYRAMINI TEBRIK EDIREM.
17 mart 2013 15:30
Offline
Nigar
ureyim lap rengli yumurta istedie
11 mart 2013 15:57
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Fatma xanım
Fidan Memmedova,
inşallah
Rəna,
creativka,
duygu,
oksana,
Sabrin,
niedlich,
Selvi,
DENIZ,
Yağmur damlası,
oxuyub bəyəndiyiniz üçün çox sağ olun
11 mart 2013 15:53
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Yağmur damlası
bu sulama adetini ilk defe esitdim,biz ancaq oddan hoppanmisiq qapi pusmusuq, birde papaq atmisiq.
11 mart 2013 00:47
Offline
Fidan Məmmədova
maraqli adetlerdir axir cersenbe gununu cox xoslayiram esas da qapi pusmani,esitdiyim sozler duz cixir hemise kecen il qapi pusanda esitdim ki deyirler gozel bir ovladin olacaq dediler hele de gozleyirem bunu insallah bu da duz cixar
11 mart 2013 00:44
Offline
DENIZ
bayramda an xosladiqim axir carsanbadi
28 sentyabr 2012 23:49
Offline
Selvi
Gozel adetlerimizdir.
7 avqust 2012 13:01
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
niedlich
HAMININ BAYRAMIN TEBRIK EDIREM...QOY BU BAYRAM BUTUN EVLERE SENLIK RUZI-BEREKET XOSBEXTLIK GETIRSIN...BAYRAMINIZ MUBAREK!
13 mart 2012 17:29
Offline
Sabrin
Beh-beh yaxinlaşir bu bayram smile Qulaq fali, uzuk fali ve s.
3 dekabr 2011 10:04
Offline
oksana
bu il novruzda nezere alariq...
21 oktyabr 2011 17:46
Offline
duygu
MARAQLIDIR EEE
25 sentyabr 2011 17:21
Offline
creativka
bildiyim adetleri qizlar sadalayiblar,men de yazmadim tekrar olmasin deye
21 avqust 2011 22:08
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
Rəna
Sonra ən maraqlısı çilə çıxartma başlayırdı.Cavan qızlar hamı susub otururdu,bir gəlin başçı olurdu.Ortaya böyük bir sandıq qoyurdular,üstünə 1 yanan lampa 1 qab bulaq suyu,su mis qabda olurdu,1-də qırmızı ipək parça. 1 balaca qız (hələ aybaşı görməmiş) oturardı sandığın üstündə.Qırmızı parçanı atardılar onun başına,başçı kimə işarə etsə o,niyyət tuturdu ,balaca qız suya baxırdı orda nə görsə onu deyirdi.
maraqlidir, bunu bilmirdim
17 mart 2011 17:41
Offline
B.Ulviyye
Axır çərşənbədə tonqal yandırarlar.
Axır çərşənbədə çimərlər.
Axır çərşənbədə evdən pul verməzlər.
Axır çərşənbədə qonşuya ələk verməzlər.
Axır çərşənbə günü borc un verməzlər.
Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
Axır çərşənbə günü evdən ağartı verməzlər.
Axır çərşənbə günü zahı üstünə getməzlər.
Axır çərşənbə günü evdən çörək verməzlər.
Axır çərşənbə gecəsi tez yatmazlar.
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib ??filankəslərin adına qazan asdım?? deyib qazana ət, düyü və s. tökərlər.
Axır çərşənbə günü ertədən lampa yandırarlar.

Axır çərşənbə hər birimiz üçün uğurlu olsun !!!
15 mart 2011 09:13
Offline
AyŞeN
COX HEYF.MEN EDE BILMEYECEM. recourse
14 mart 2011 19:15
Offline
Fatma xanım
Sitat: leylahuseynova
Fatma xanim bax bir de gordun ki evinize papaq atmaga gelmisik

ay canım yəni elə xöşbəxtlik ola bilər

Sitat: mehin
özüdə hamıləydim.

bax ona görədə su kimi saf gözəl qızın oldu Allah bəxtini versin
14 mart 2011 10:19
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
leylahuseynova
1.Qapi pusmaga cixirdiq qizlar hamisi
2. Papaq atiqdiq evlere
3.Ozumuzden boyuklerin yanina bayramlasmaga gedirdik.
4.Qapidan 5 addim atib ayaqqabimizi atirdiq eyer ucu ev icerisi terefe dusse evdeyik bu ilde yox col terefe dusse bextimiz acildi ere gedirik lol
5.Duzlu koke edirdik yuxuda bize su veran oglan bizim bextimizde olan olurdu
6.Agacin altina iki yumurta iki karandas qoyuruq qirmizi ve qara karandas seher yuxudan ayilan kimi gedib baxirdiq hansi karandas xetti cekilibse qara bextimiz qara olur qirmizi ise yaxsi sayilirdi.

Men indi de yoldasimla birlikde qapilara papaq atiriq ve bayramlasiriq fellow
Fatma xanim bax bir de gordun ki evinize papaq atmaga gelmisik tongue
14 mart 2011 10:18
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
  • 11:45 - Müəllif: Ceylan Mumoğlu
    Paxıllıq (3)

    Paxıllıq

    B.Ulviyye,Nə qədər başqalarının paxıllığını çəkəcəksiz başqa həyatları yaşamış olacaqsınız.Doğurdan da belədir, çox insan fərq etmir bunu, bir də sona gəldikdə baxıb görürlər ki, öz ömürlərini sürməyiblərmiş.
  • Çayın və limon suyunun faydaları

    ey sufrelerin bezeyi limonlu cay,sen hemise menimlesen
  • Gavalı və göyəm turşusu (foto resept)

    menden bes qizil ulduz,xestelenmisem urekbulanmasi qizdirma bundan olsa da nush etsem xeyalimdan kecirdim
  • 11:23 - Müəllif: B.Ulviyye
    Paxıllıq (3)

    Paxıllıq

    başqalarının paxıllığını çəkərək öz həyatınızı yaşamamış bitirməyin. Nə qədər başqalarının paxıllığını çəkəcəksiz başqa həyatları yaşamış olacaqsınız.basqasinin ne vari ne yoxu indiki zamanimda heqiqeten umrumda deyil( )
  • 11:13 - Müəllif: Ceylan Mumoğlu
    Paxıllıq (3)

    Paxıllıq

    Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın)Gözəl yazıdır, Aida, yorulmayasan. Yeni yazılarını gözləyirik. Xəbərdəki son sitat da əladır. Həqiqətən hər bir insan kənara deyil öz daxilinə baxıb içində cənnət yaratsa, həyat da gözəl olar.Sufilərdən oxumuşam hər bir insanın daxilində Allah Nurundan 2% var, insan əgər Yaradanına dönüş etməyə meyllidirsə həmin faizi artıraraq 100-ə çatdırdıqda nurlanma tamamlanır. Bunun üçünsə insanın bööyük səy göstərməsi vacibdir. Paxıllıq kimi mənfi, işığı bağlayan, nura əngəl olan xüsusiyyət tezliklə aradan qaldırılmalıdır. Əks halda Sevgiliyə qovuşa bilməz insan.
  • Qat-qat xəmirli pirojna (foto resept)

    qat qat peroyna biwirdim cox gozel alindi
  • 01:42 - Müəllif: B.Ulviyye
    Kartof Frii (foto resept) (23)

    Kartof Frii (foto resept)

    MAYA ELYumurta ağı köpüklənənə qədər çalınır, üzərinə ədviyyatlar, duz, istiot əlavə edilir.ilk defedir esidirem,ozunuz sinaqdan kecirmisiz ,nece olur?
  • Sizi güclü edəcək 7 qəddar həqiqət (2)

    O qatarin dalinca baxma baaxmaaaa Vaxtinda dogru qerar vermek lazimdi ,nece deyerler demiri isti-isti doyerler
  • Rəngarəng toyuq filesindən yemək (foto resept)

    Nə gözəl resepdir. Əsl mənlik bir yemək. Təşəkkürlər.
  • 00:42 - Müəllif: Dəniz84
    Diş ağrısı necə keçər? (5)

    Diş ağrısı necə keçər?

    Şəri BabayevaSevmirəmdə diş ağrısını.Diş ağrısını sevən var ki yani????
Ən çox oxunulanlar
Hansı TV kanalları izləyirsiniz?
Azərbaycan
Türkiyə
Rusiya
Müxtəlif
İzləməyə vaxt yoxdur!
Televizoru satmışıq ))