Bakıda hava 14°
USD AZN
EUR AZN
20:35Surayye Hec mene yazib elemirsiz iki baci 20:35Surayye salam canim menim sen necesen 18:32Sima salam axsamiz xeyir necesiz 09:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41119

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Artıq bir neçə ildir ki, userlərimizin bir qismi virtual münasibəti realda da davam etdirir.

Etiraf edək ki, ünsiyyətin virtualdan reala keçidi haqda ilk dəfə söz edilərkən çoxumuza qəribə gəldi və bir mənalı qarşılanmadı..

Bu addımı atanlarsa aramızdakı daha cəsarətli xanımlarımız oldu.

Daha sonra ilk ümumi görüş keçirildi.

Ümumi görüş userlərimizin daha çoxluq təşkil etdiyi şəhərdə-paytaxtda təşkil edildi.

Sonrakı il isə ümumi görüşlərə  Sumqayıt, Mingəçevir də qoşuldu..

Artıq saytımızın yaranmasının 5-ci ilinə keçmişik..

Xanımlarımızın demək olar yarısı realda da ünsiyyət qurur.

Adətən ümumi görüşlərin yay aylarında təşkil edilməsinin səbəbi iş xanımlarının məzuniyyətdə olmaları, gəzinti, əyləncə üçün ən uyğun zaman olması ilə əlaqədardır.
Yayın sonuna çox az qaldı.

Bu yay da ənənəmizə sadiq qalaraq sayt istifadəçiləri ilə ümumi görüş keçirməyi planlaşdırırıq.

Sumqayıt şəhəri üçün   30 avqust 2013 -  cü il saat 13:00

Görüş yeri :                     Dənizkənarı park, "Sülh göyərçini" abidəsinin yanı

Bakı şəhəri üçün            31 avqust 2013-cü il saat 13:00

Görüş yeri :                      Dənizkənarı Milli park (Park bulvar)

Qeyd:  Görüşdə rəhbərlikdən Baş redaktor Ceylan Mumoğlu, sayt həkimi Kərəmova Natəvan, ekspert Məmmədova Fatma və redaktor  Quliyeva Afət  də  iştirak edəcəklər. 

Görüşlərə qatılmaq istəyənlər buyursunlar   laughing

Dediyimiz kimi yuxarıda göstərilən tarixlərdə Qadin.Net istifadəçilərinin görüşü təyin edilmişdi. 

Sumqayıt görüşü bəzi səbəblərdən həmin günü alınmasa da, sonrakı günlərdə userlərdən üçü  görüşə biliblər. Onlardan biri Aysel xanım (Tormento), digəri mən Gülşən xanım və Baş redaktor Ceylan xanım.

Bakı görüşü isə elə yazıldığı tarixdə həyata keçdi. 

Bakı görüşünə qatılan istifadəçilərimiz :

Baş redaktor Ceylan Mumoğlu, sayt həkimi Dr.Nata, ekspert Fatma xanım, Sapfir statuslu istifadəçi Shoko (Şəfəq), Firuzə statuslu istifadəçi Zerish (Zərifə), istifadəçi aynus18 idilər. 

Görüşdən xatirə şəkilləri ilə tanış olaq  laughing

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Bu şəkildə user Shokonun qızının küsmə jesti Fatma xanımla Ceylan xanımın Qadin.Netlilərin simvolik dostluq əltutma jesitini kölgədə buraxıb  biggrin

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Sapfir statuslu istifadəçi Tormento (Aysel) ilə görüş, Sumqayıt.

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Ceylan xanımla söhbət zamanı qeyd etdi ki, Aysel xanımın nə qədər sadiq bir dost olduğunu canlı görüş zamanı bir daha təsdiq etmiş oldum. :)

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Saytımızın üzvü olmasa da, bizlərin halını hər zaman kənardan izləyən çox hörmətli Elmira xanım da qonağımız oldu, görüşdə iştirak etdi.

Ceylan xanımın dediyinə görə görüş sonunda qızı Aysel xanımdan xahiş etdi ki, artıq ona da saytımızda bir hesab açsın, buna çox şad olduq :) 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)
Və nəhayət, Ceylan xanımla özüm də görüşdüm. 
Görüşümüzə saytımızın yeni istifadəçisi, həm də Ceylan xanımın keçmiş iş yoldaşı , hazırda isə mənim iş yoldaşım Dilarə xanımın da qatılması bir başqa rəng qatdı. 
Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Görüşə qatılan hər bir xanıma sonsuz təşəkkürlər  winked

Səslərin sayı: 18
503
11144
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
KAW KI MENDE ORDA OLARDIM
14 yanvar 2014 22:48
Offline
Ayka S
AY NƏ MARAQLİ OLUB HEYİF MEN QATİLA BİLMEDİM
7 dekabr 2013 16:41
Offline
♠♠♠♠♠ AsIrMeCaZi♠♠♠♠♠
Kaw mende orda olaydim ela xeberdi love
7 dekabr 2013 16:22
Offline
Parvina İbrahimova
nə gözəldir sizləri belə yaxından tanımaq girl_ten inşallah gələn dəfə mən də orda olaram
22 oktyabr 2013 18:42
Offline
vlada
ay super lap kohne gunler ucun darixdim
28 sentyabr 2013 17:53
Offline
Bahar Yashar
ne gozel bele gorusler. umumiyyetce qadinlarin hemreyliyi cox xos bir hadisedir..... ALLAH mehriban elesin.hemise bele guleruz olun yazan elleriniz hec bir zaman yorulmasin.
15 sentyabr 2013 13:12
Offline
Gulshen_q
goz renginiz ne gozeldir? Men ele bilirdim, gozleriniz qaradir))

Təşəkkür edirəm.Siz də deyəsən mənim kimi şəkilləri həmişə böyüdüb diqqətlə baxırsız, hə? laughing Göz makiyajımda qara rəngdən çox istifadə etdiyim üçün gözlərim qara görünürdü.Həmin gün hazırlıqsız getdiyimçün makiyajım çox az idi.Gözlərimin öz rəngi bu səbəbdən bilindi.O rəngə görə çox adam elə bilirdi linza taxmışam.))Amma özüm sevmirəm rəngini.
14 sentyabr 2013 18:02
Offline
Buket
Tanish simalar)) Heyf, mende bu defe de alinmadi. MashALLAH her biriniz gozel, teravetli gorunursunuz. Gulshen xanim, goz renginiz ne gozeldir? Men ele bilirdim, gozleriniz qaradir)) Ceylan xanim, mene ele geldi ki, ariqlamisiniz)) Zerish xanimdan cox xoshum gelir, adama musbet enerji verir)) Fatma xanim, kecen ille muqayisede mashAllah cavanlashmisiz)) Aysele de ki, soz yox))
14 sentyabr 2013 17:20
imza: Sonralar olmur :)

Offline
Hacət-i Vuslat
Amma düz deyirsən ildən ilə yeniliklər var ha yaxşılığa doğru

hə ay Madam.yaxşılığa doğru... Qoca babuşka olandan sonra daha qısqanmayacaqlar bizi-gedin hara gedirsiz-deyəcəklər? cray dəysin başıma! dash
14 sentyabr 2013 15:14
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Nigar
maraglidi :)
14 sentyabr 2013 14:51
Offline
Ayka Nəcəf
men geldim amma hec kimi gormedim deye eve qayitdim.Fatma xala mene zeng edende artiq eve gedirdim.Insaallah gelen il korpemle gelerem goruse.
12 sentyabr 2013 09:33
Offline
creativka
yerin melum ay creativka recourse
11 sentyabr 2013 22:16
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
Flowers
Eee sən gələrdin, şəkilçəkmə zamanı gizlədərdik də səni

Kadrın arxasında durmaq istəmədim dəə biggrin

qoy 30 il keçsin rahat gedərik nəvələrimizlə

Amma düz deyirsən ildən ilə yeniliklər var ha yaxşılığa doğru fellow cool
10 sentyabr 2013 01:17
Offline
Selvi
Elə bil sənə toyda söz veriblər, Maşallah, nə qədər yazmısan
Təşəkkür edirəm xoş sözlərin üçün

Hə, ürəyim doluydu. smile Buyurun...
8 sentyabr 2013 17:41
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Belke bir gun...
Sırf o qara sellofan üzündən qardaşım oglu it almaqdan məhrum..Qardaşım dedi ki torbanan gəzəcəyik ay bala

mocking
7 sentyabr 2013 15:23
Offline
Sada
BEST OF ALL....    ,Day demə..hami bildi ki filankəz "uje" biggrin
Sırf o qara sellofan üzündən qardaşım oglu it almaqdan məhrum..Qardaşım dedi ki torbanan gəzəcəyik ay bala crazy
7 sentyabr 2013 15:16
Offline
Belke bir gun...
BİR GÜN qardaşıma deyirəm ki burda nə çox yangin olur e..pojarniklər gedir hər dəqiqə..dedi ki yangın deyil e..Gəlin də deyir ki "kiminsə dogum vaxtidi" Sən demə sizdə "roddoma "gedəndə mütləq "pojarnik"də gəlməlidi siqnal verməyə...

bilirsen ne yadima düshdü,Sada? "Beyin ogurlanmasi"nda deyir: indi gülle acilacaq... bütün kend bunu gözleyir lol yolda itle gezenlerin elinde qara sellofan görmüsen? biggrin ne kadar da titiz milletdiler :)))))
7 sentyabr 2013 15:07
Offline
Sada
BEST OF ALL....    ,
BİR GÜN qardaşıma deyirəm ki burda nə çox yangin olur e..pojarniklər gedir hər dəqiqə..dedi ki yangın deyil e..Gəlin də deyir ki "kiminsə dogum vaxtidi" lol Sən demə sizdə "roddoma "gedəndə mütləq "pojarnik"də gəlməlidi siqnal verməyə... dash

N.(SaTuOr),
biggrin Nisyə yazan da olub amma daha qapiya gəlib deyə hami verib aşı da götürüblər...Yaxşı üsül tapib.. sarcasti
7 sentyabr 2013 15:04
Offline
Sada
BEST OF ALL....    ,
Lale ondan danişma 1 defe 7 deqiqə dozdüm.... biggrin Qardaşim oglu da "PREDUPREJDAT" elemekdən dili qabar olub ki bibi keşmə ha...ədə nə keçmə...Bir də ki anbulansda yıxıl öl qabaga keşmək yoxdu haaaaaaaa... dash
7 sentyabr 2013 14:57
Offline
Belke bir gun...
.Amma hətta burda da milli qaydalara əməl edirəm ki deməsinlər ki getdi 2 gün qaldı "dəyişdi"..

hansi "milli qaydalar",Sadam? ishiqforun piyadalarcün yashil ishigini gözlemeden yolu qaca-qaca kecmek filan? lol qurban olum,Azerbaycana.
7 sentyabr 2013 14:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!