Bakıda hava +14°
USD 0.7844 AZN
EUR 0.9872 AZN
23:08❤ Nergiz❤❤ axsaminiz xeyr olsun bacilarim 15:03Minira Aslanzade Husnacim coxsagol seninle bahem. 15:02Minira Aslanzade Cumeniz mubarek olsun. 15:01Minira Aslanzade Salamaleykum Qadin.netliler 14:25nigarka salam ezizlerim 12:26Qəribə Fatma xanım sizin də Çüməniz mübarək olsun! 12:09Fatma xanım Qəribə canım Cümən mübarək olsun 11:33Fatma xanım Sənində sabahın xeyirli günün uğurlu olsun
29159

Digər ölkələrin toy adətləri

Digər ölkələrin toy adətləri

Başqa ölkələri toy adətləri

Digər ölkələrin toy adətləri


İnanılmaz toy adətləri


Pakistanda evlənmək istəyən oğlanı daha böyük təhlükələr gözləyir. Qız evinin ağsaqqalları bəy namizədini imtahandan keçirməyə qərar verir. Bu imtahan isə ailə böyüklərinin oğlana ağla gələ biləcək və bilməyəcək bütün təhqir və söyüşləri ünvanlamasıdır. Oğlan bütün bunları soyuqqanlılıqla qəbul edə bilirsə, sevdiyi qızla evlənməyə də haqq qazanır. Pakistanlılar bununla oğlanın böyük-kiçiyə sayğısını, habelə baş verə biləcək hansısa insidentdə səbirli olub-olmadığını yoxlayırlar.
Mavritaniya İslam Cümhuriyyətində isə evlənmə yaşına gələn qızların ən azı 60, ən çoxu isə 100 kilo olması lazımdır. Yemək yeməyən qızlar cəzalandırılır. Ona görə də ərə getmək istəyən qız mütləq ya pəhriz saxlamalı, ya da bol-bol yemək yeməlidir.
Cənubi Koreyada qızlar 25, oğlanlar isə 27 yaşına çatmadan evlənə bilməz. Bu ölkədə əsgərliyə getməmiş oğlanın evlənməsi qanunla yasaqlanıb.
İsveç toylarında isə qonaqlar gəlinlə bəyi öpmək üçün rəsmən yarışa girərlər. Əgər toyda gəlin ayaqyoluna gedərsə, bütün qadın qonaqlar bəyi, bəy ayaqyoluna gedərsə kişi qonaqlar gəlini öpməkdən ötrü növbəyə düzülərlər.
Polşa toylarında gəlinlər pul qarşılığında oynayırlar. Və son dayanacağımız Hollandiyadır. Bu ölkədə əgər gəlinin atası oğlanı bəyənmirsə, gəlinə cehiz verilmir. Gəlinin ən yaxın dostu ona lazım olan əşyaları məcburən almalıdır. Toyda bəylə gəlinin masasının yanına bir ağac yerləşdirilir və qonaqlar öz arzularını yazaraq, ağacın budaqlarından asırlar.
ÇİN
Kürəkənin ailəsi astroloji mütəxəssisinə müraciət edərək evlənməyi düşünən cüt haqqında şərh istər. Əgər astroloji mütəxəssisinin hazırladığı qoroskopu kürəkənin ailəsi uyğun tapsa, uşaqlarının doğum saatını və tarixini qızın ailəsinə göndərərək, eyni əməliyyatı onların da etməsini istər. Gəlinin ailəsinə veriləcək hədiyyələr arasında çay əhəmiyyətli bir yer tutur. Toydan əvvəl kürəkən evlilik yatağını hazırlayır və üzərinə portağal, fıstıq və müxtəlif meyvələrdən qoyur. Ailənin kiçik uşaqları yatağın üzərinə oturdurlar və meyvələrlə oynamalarına icazə verirlər. Yatağın üzərində uşağın çox olması isə çində nəsilartırmanın simvolu kimi qəbul olunur. Gəlin toyda qırmızı ayaqqabı geyir və qırmızı duvaq örtür.

HİNDİSTAN

Kürəkən gəlinin paltarından məsuldur. Gəlin bildiyimiz ağ gəlin paltarı yerinə, "sari" deyilən xüsusi bir geyim geyər. Mərasimə gəlirkən gəlinin üzərində gündəlik paltarla gəlir, daha sonra ərinin təqdim etdiyi paltarı geyir.

KOREYA

Koreyada evlilik ənənələrində ördək və qaz əhəmiyyətli bir yer tutmaqdadır. Köhnədən, kürəkənlər arxalarında qaz daşıyaraq ağ bir atın üstündə gəlinin evinə aparıb. İndiki vaxtda isə simvolik olaraq taxta qaz istifadə edilməkdədir.

ŞOTLANDİYA

Gəlin toydan bir gecə əvvəl ailə böyüklərinin ortasına oturur və onların ayaqlarını yuyur. Bu ənənə cütün xoşbəxtlik yolunda getmələrinin simvolik ifadəsidir. Toyda isə gəlin iki ayaqqabısına da xarab pul qoyar.

AFRİKA

Afrikanın bəzi bölgələrində kürəkən namizədi qızı ailəsindən istədikdən sonra qızın ailəsi qəbul etsə, gəlin namizədinə pul və fıstıq verər. Gəlin fıstığı kürəkənlə bölüşər, cütün birləşməsinə köməkçi olan vasitəçiyə də bir parça verilər. Bu qonşulara və qohumlara toy dəvəti anlamına gəlir.


BELÇİKA
Ən əhəmiyyətli ənənələri dəsmala ad işləməkdir. Gəlinin ailəsində, qızın adının işlənmiş olduğu dəsmal vardır və bu dəsmal toya gətirilərək qonaqlara göstərilər. Bu dəsmal toydan sonra qızın ailəsinin evinə geri gətirilər və gəlinin bacısı varsa onun adı işlənərək yenə evdə sərgilənər.


FİNLANDİYA

Finlandiyalı gəlinlər toyda əl işi olan qızıl bir tac taxarlar. Mərasimdən sonra subay gənc qızlar gəlinin ətrafında toplanar. Gəlin, gənc qızlar arasından birini seçərək qızıl tacını ona verər, seçilən qızın ondan sonra evlənəcəyi düşünülər.

FRANSA
Evlənəcək cütlərin mərasimdə iştirak edəcək çiçəklərini qonaqlar gətirər. Bir maraqlı ənənə də; gəlin və kürəkənin, evlilik günlərində istifadə edilən və nəsildən nəsilə köçürülən evlilik qabından şərab içməsidir.


BOLQARISTAN

Kişi, sevdiyi qızı ailəsindən istəmək üçün ən yaxın yoldaşıyla qızın evinə gedər. Gedərkən yanında "rakia" deyilən xüsusi bir ev viskisi və "zdravet" adı verilən yaşıl çiçəklərdən kiçik bir buket götürər. Bu çiçək xoşbəxtlik, sağlamlıq və zənginliyi təmsil etməkdədir. Bunun yanında qıza və atasına kiçik hədiyyələr verər. Qız bəli desə, qızın ailəsi də kişinin ailəsinə hədiyyələr göndərər. Nişan mərasimi qızın ailəsinin evində edilər. Bu mərasim bir tətil günü ya da Bazar günü təşkil edilər. Toydan əvvəlki Cümə axşamı günü xəmir və mayanın qarışdırılmasıyla xüsusi bir çörək bişirilər.

Sizcə, hansı adət daha maraqlıdır?
Səslərin sayı: 3
25
2497
Şərhlər
Offline
AYSUN MEMMEDOVA
Ele en yaxwisi ozumuzun adetidi
3 dekabr 2013 22:21
imza: İki şeyi unut; yaptığın iyiliği ve sana yapılan kötülüğü. iki şeyi unutma; ALLAH’ı ve ölümü.
Offline
afa.rasul
Oz adetlerimiz hamisindan yaxşidir.Unutmamaq lazimdir.
25 noyabr 2011 13:48
Offline
my love
Chox geribe adetlerdi. en yaxşisi oz adetlerimizdi
23 noyabr 2011 14:47
Offline
test
OZ ADETLERIMIZ HAMISINDAN YAXSIDI
22 noyabr 2011 14:34
Offline
oksana
hmm menim azda olsa melumatim var idi bu haqda twk
17 oktyabr 2011 17:30
Offline
Flowers
oz adet enenelerimize qurban olaram VALLAH xarcilerde cox qeribe bize uygun olmayan adetler olur eee bezen
10 oktyabr 2011 23:36
Offline
SARA91
OZ TOYLARIMIZ HAMISINDAN GOZELDIR .
1 oktyabr 2011 07:51
Offline
creativka
ele en yaxwisi ozumuzun adetidi,teki hemiwe toy olsun!!!AMIN!!!
15 avqust 2011 21:53
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
NUR Aydan
yaxsiki pakistanda dogulmamisam yoxsa tesevvur edirem gelecek heyat yoldasimi soyurler en gozel adet enene bizimkidi/qendi atib sirin edirsena o neye deseniz deyer
17 may 2011 14:16
Offline
yekta
tebii ki en maraqli toy adetleri bizim olkemizdedir.!!!!!!!
17 yanvar 2011 12:56
Offline
Balim
Sitat: so_LoNeLy
en yaxsisi ele ozumuzunkudu.twk birde turklerin

duz deyirsen yuxarida oxuduqlarim evlenmeye hevesimi oldurdu,yaxsiki bizde yoxdur winked
15 yanvar 2011 20:02
Offline
so_LoNely
en yaxsisi ele ozumuzunkudu.twk birde turklerin
15 yanvar 2011 19:39
Offline
ARZULAR-SAHZADESI
deyirem,ne yaxwi ki,azeriyem. winked
19 avqust 2010 00:30
Offline
Pervane
Bizim Gozel toy adetlerimiz var,amma indi coxu goturulub,bezi rayonlarda bu adetler yene de saxlanilir,cox maraqli idi,tesekkurler
8 avqust 2010 00:38
Offline
mukkuni
En xosuma gelen Cenubi Koreyanin ve Hollandiyanin adetleri oldu, yeri var
7 avqust 2010 23:15
Offline
DR_Manga
en yaxwi oz adetlerimizdi...
7 avqust 2010 14:04
Offline
Pərvanə
Hec də belə deyil Sahra xanim səhərdə olmasada kənd yerlərində bu adət ənənələri qoruyub saxlayirlar.

Avropasayagi toylari gorurukdə bu gun evlənirlər sabah ayrılırlar.
6 avqust 2010 14:39
Offline
Sahra
niyar,
Ay gozel indi toylar avropasayagidi cunki avropaya uzv olmusuq senin dediyin toylar rehmatdik lelin babanin vaxtinda idi wink

leylahuseynova,
baci qurban oda dagli toyudu bir nefer gedir kaseta disk satilan yere diyir mana bir davadan olan kino ver satici deyir qardas yaxsi dagli toyumuz var wink wink
6 avqust 2010 14:13
Offline
Azerikizi
menim obirilere baxanda fransanin bey ve gelinleri nesilden-nesile otrulen evlilik qabinda sherab icmesi xoshuma geldi.Yoxsa afrika beyleri geline fistig verer yox bir semicka verer.yada shotlandiya gelini ne hala qoyurlar tessefur edirem gelin oturub qabaginda tas ayag yuya-yuya surutdenir yerde.en yaxshi bizimkilerin adetidi geline toya qeder super ezizdiyirler toyun sabbahsi gununden baslanir yavash-yavash.
6 avqust 2010 12:46
Offline
Ceylan Mumoğlu
SAHRA,
Sahra xanim,yazan olmayacaq.Siz indiden bashlayin yazmaga,samballi bir meqale hazirlayin.Shekil olcusu 250*300 den artiq olmasin,texmini bu olculerde olsun,basqa saytin loqosu ustunde olmasin.

Ugurlar!
6 avqust 2010 12:03
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Kompotlardan nə zaman istifadə edirsiniz?
Hər gün
Hərdən
Bayram günlərində
Qonaq gəldikdə
Xüsusi günlərdə