Səhərin açılmasını səbirsizliklə gözləyirdik.Əslində mən ikicə saat yatmışdım.Bir az yemək hazırlayıb soyuducuya qoymuşdum ki,biz gedəndən sonra bir neçə gün hazır yeməkləri olsun.
Getdiyimiz gün,çiskinli,buludlu bir hava idi.Yol boyu mənzərələr bir-birini əvəz edirdi.Gah kiçik qəsəbələr,gah da ağcaqayın meşələri görsənirdi. Hər yan sarı və qırmızı rəngə boyanmışdı.Sarı yarpaqlı agaclar göz önündən ötüb keçdikcə, sanki, burda yaşadığımız acılı şirinli günlərimiz də onlarla birgə arxada qalırdı. Həyatımızda yeni bir səhifə açılırdı. Ortancıl oglum özünə ömür-gün yoldaşı seçmişdi. Onu görməyə gedirdim.Və bir də qardaşımın uşaqlarının kiçik toyuna. Ürəyim,beynim o qədər qarışıq fikirlərlə dolu idi ki...Sevinc,kədər,həzinlik hamısı bir –birinə qarışmışdı.Bir an öncə təyyarədən enmək istəyirdim. Gəncə hava limanına enəndə kövrəlməyə bilmirəm. Sanki bir an nəfəsim kəsiləcək bir hal keçirirəm.Gələndə də,qayıdanda da. Havaya baxdım,günəşə baxdım,çox sevindim.Hər tərəfi acgözlüklə seyr etdim. Sanki yay idi.Canım vətənim,səni hansı ölkə əvəz edə bilər ki?!Ölməz şairimizin bu misraları kecdi qəlbimdən:
El bilir ki,sən mənimsən,
Yurdum,yuvam məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan,Azərbaycan.
Avtomobilimiz irəlilədikcə görünən evlər,həyətlər,bağ-bağçalar adamın könlünü oxşayırdı.Ağaclar hələ də yamyaşıl idi.Ətrafın gözəlliyinə o qədər dalmışdım ki,artıq nə üçün gəldiyimi sanki unutmuşdum.Bir an qaynana olacağım yadıma düşəndə gülmək məni tutdu.Qaynanaya bax ha....Hələ öz aləmindədir.
Nəhayət bu da doğulub boya-başa çatdıgım küçə.Bu da o möhtəşəm cinarlar.Bu yollarla doğma məktəbə gedib gəlmişəm. Bura mənim ən sevdiyim,ən bağlı olduğum yerdir.
Anamgilin həyətində üç ailə yaşayır.Sanki bir ailədirlər.Çox mehribandırlar.Hər bir məclisdə əl-ələ verər,beləcə bütün işlərin öhdəsindən gələrlər, sonuncu qabın yuyulmasına qədər.Onlar yenə də əl-ələ vermişdilər.
Bir az söhbətləşib əşyalarımı qoymaq üçün öz evimizə yollandıq,qaynanam və kiçik oğlum Nicatla. Bura yenidən qayıdacaqdım.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yarpağın macərası
Düzgün qərar qəbul etməyin yolları
Dahilərdən gözəl sözlər - 13
Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Ana ilə yatmaq uşağın ürəyini müdafiə edir
Mehriban Əliyevadan xalqa çağırış
Rihanna fantastik qiymətə ev kirayələdi - FOTO
Koronavirus peyvəndinin qiyməti bəlli oldu
Günün ulduz falı
"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı"
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Çay gözəlləşdirir
Kredit götürmək istəyənlər üçün
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlandı
Apple gözləri izləyəcək
“Whatsapp”da yeni funksiya
Məşhur aktyor aparıcılıq etməyəcək-SƏBƏB
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Dəbli toy donları
Günün ulduz falı - 16.08.2013
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
Moruqlu kekslər (foto resept)
6 erməni əsgər məhv edildi
Düşmənin kabusu: “Ermənilər azanın səsini eşidəndə qaçırdılar” - VİDEO
Məşhur aktrisa ən böyük qorxusunu AÇIQLADI-FOTO
Tarixin ən qaddar 10 qadını
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
Ərəb ölkəsində nikahdankənar yaşamağa icazə verildi
Saç tökülməsinin qarşısını alan maska
Arıqlamaq istədi, ölümdən döndü - FOTO
Hıçqırıq necə keçər?
Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlandı
Peçenye keks (foto resept)
Obamadan yeni sanksiyalar
Sizi arıqladan 25 qida (1-ci hissə)
Koronavirusla bağlı SON STATİSTİKA
Bu smartfon 2 əməliyyat sistemində işləyir
Ceyms Bond filminin premyera tarixi dəyişə bilər-SƏBƏB
Gənc xanımlar üçün donlar
Azərbaycanlı idmançı Fransada 1-ci oldu
Di Kaprio Kendal Cenner ilə sevgilidir? - FOTO
Dekorativ Şamdan
Təbii makiyaj təmizləyiciləri
“Azərcell” ləğv olunur - SON DƏQİQƏ
Azərbaycanda ən çox rast gəlinən kişi və qadın bəlası
Şəkil çəkməyi bacaran heyvanlar
“Forma-83” elektron formada veriləcək
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Həyatı asanlaşdıran 10 ixtira
HAVA necə olacaq?-8 FEVRAL
- ŞƏRHLƏR