Tiflis, “Meydan” məhəlləsi
Tiflisin məşhur Rustaveli prospektində 10-15 dəqiqə gəzişsəniz virtual ya da real bir tanışla rastlaşmaq ehtimalınız olduqca yüksəkdir, ya da ən azından bir neçə azərbaycanlı görəcəksiniz. Azərbaycanlıların Tiflisə bu qədər çox səyahət etməsinin bir neçə səbəbi var. Tiflisin yaxın olması və qiymətlərin Bakıdan xeyli ucuz olması bu səbəblərdən yalnız ikisidir.
Tiflis həm də bu regionda yeni ilin ən maraqlı və orjinal keçirildiyi şəhərlərdən biri hesab olunur. Elə buna görə də yeni ili Tiflisdə qarşılamaq istəyənlər az deyil. Təbii ki, hamı daha əvvəl Tiflisdə olmayıb və sosial şəbəklərdə fotolarını bəyəndiyimiz dostlar da bizimlə bütün detalları paylaşmırlar. Elə buna görə də Tiflisə gəlmək arzusunda olanlar üçün məlumat xarakterli bir yazı yazmaq qərarına gəldim.
Tiflisə gəlmək üçün avtobus, qatar və təyyarədən istifadə edə bilərsiniz. Təbii ki, qiymət və təqdim olunan xidmətdə fərq var. Ən ucuzundan başlayaq.
Avtobus – Bakıdan Tiflisə avtobus biletinin standart qiyməti 12 manatdır, bayram günlərində, bəzən də qrafikin sıx olduğu günlərdə qiymət 13 manat ola bilər. Bakı Beynəlxalq Avtovağzalından hər gün Bakı-Tiflis avtobusları çıxır. Əksər vaxtlarda axşam saat 9-da və 11-də çıxan bu avtobuslar çox nadir hallarda ünvanına çatır. Bileti alarkən bu haqda sizə bir kəlmə də demirlər, hətta sürücü düz sərhədə çatana qədər sizə Tiflisə gedirik deyəcək. Amma sərhədi keçəndən sonra tap o sürücünü görüm necə tapırsan. Avtobuslarda texniki problemlər olduğundan çox vaxt sərhəddən keçə bilmirlər, sərnişinlər də taksi ilə Tiflisə getməyə məcbur olurlar. Bu haqda indiyə qədər olunan şikayətlərdən hər hansı nəticə əldə olunduğunu görməmişəm.
Belə hal baş verərsə taksiyə qaçmağa tələsməyin. “Qırmızı Körpü” sərhəd keçid məntəqəsindən Tiflisə təxminən bir saatlıq yol var, taksilər bu yol üçün ən yaxşı halda 15-20 lari alırlar. Əslində isə daha ucuz getmək imkanınız var. Hər gün bir saatdan bir, axşam saat 6-ya qədər sərhəddən Tiflis vağzalına “marşurutka”lar gedir. Qiyməti isə 4 laridir (2 manat). Vağzal şəhərdən kənarda deyil, “Station Square” metrostansiyası vağzal binası ilə yanaşıdır. İki stansiya o tərəfdə isə Rustaveli stansiyasıdır, buradan şəhərin mərkəzi hesab olunan Rustaveli prospektinə çıxa bilərsiniz.
Əgər Gəncədən Tiflisə gedəcəksinizsə Gəncədəki “Şəmkir avtovağzalı”ndan Qazağa gəlib, oradan da “Qırmızı körpü”yə gələ bilərsiniz. Qazax avtovağzalından hər gün bir saatdan bir “Qırmızı körpü”yə mikroavtobus gedir.
Gəncə Qazax – 2 manat; Qazax Qırmızı körpü – 1 manat; Qırmızı körpü Tiflis- 2 manat.
Qatar – Bakı Tiflis qatarına bir bilet 30 manatdır. Bakı Gəncə qatarına isə 20 manat. Qatar vaxt etibarilə ünvana daha gec çatsa da avtbusdan daha rahatdır.
Təyyarə – Bakıdan Tiflisə ən ucuz təyyarə biletləri 100-120 dollar arasında dəyişir.
Tiflisdə ictimai nəqliyyat
Taksi – Tiflisdə taksilər Bakıdakından daha ucuzdur, 5 lariyə şəhərdə istənilən yerə getmək olar, amma turist olduğunuzu görüb qiyməti bir az artıq deyə bilərlər. Amma bu sizin çox pul xərcləyəcəyiniz yaxud da taksisiz qalacağınız anlamına gəlmir, çünki, Tiflisdə maksimum 10 dəqiqə sonra çağırdığınız yerdə olacaq bir neçə taksi xidməti var. Qiymətlər isə həmişə digər taksilərdən daha ucuz olur.
Amma gecənin yarısı taksiyə zəng vurub sizi küçədən götürməsini istəsəniz gəlməyə bilərlər, çünki bəzi taksi xidmətləri müştərini yalnız evdən yaxud oteldən götürürlər. Bu halda yaxınlıqdakı hər hansı obyektin dəqiq ünvanını verə bilərsiniz.
Tiflisdəki taksi xidmətlərinin telefon nömrələrini buradan əldə edə bilərsiniz.
Metro – metrodan istifadə etmək üçün 5 lariyə kart almaq lazımdır. Bu kart təkcə metroda yox, həm də avtobuslarda istifadə olunur. Metroda bir gedişin qiyməti 50 tetridir (25 qəpik).
Avtobus – Gürcüstanda avtobuslar kart sistemi ilə işləyir. Metro üçün aldığınız kartı avtobusda da istifadə edə bilərsiniz. Bir gediş 50 tetridir. Kart sistemi “marşurutka”lara aid deyil, onlar hələ də ənənəvi sistemlə işləyir, qiymət isə 50 yox, 80 tetridir.
Sizə yaxşı yol!
XƏBƏR LENTİ
Evlərin qiyməti bahalaşıb
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
Toyuq suyuna şorba
İki rayonun inzibati ərazi bölgüsünə dəyişikliklər edildi
Uşaqlarımız niyə ağlayırlar?
Günün ulduz falı - 03.02.2014
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Hikmətli sözlər
Hava haqqında
Dərman bitkilər
Azərbaycanda 900-dən çox insan qidadan zəhərlənib
Yay istirahətinə gedən kişilər genofonda zərbə vuran xəstəliklərlə qayıdırlar
Ən çox hansı bürclər varlı olur?
Cansu Dere ekranlara qayıdır
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu
Ericsson Apple-ə qarşı
Gümüş aura nədir?
Məşhur kaskadyor həlak oldu
Xəyallarını de, düşüncələrini göstərim
Azərbaycanda keçirilən ilk qəbul imtahanının nəticələri açıqlandı
Autizm
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Mart ayının qalibləri!
10 çeşiddə YAY FƏSLİ komplekti
Məşhur türk aktrisası nişanlandı-FOTO
Balıq buğlaması (foto resept)
Bu adam benzin içərək yaşayır
Qəti xəbərdarlıq: ""İnternet Explorer" brauzerindən istifadə etməyin"
Məşhurlar 80-ci illərdə
Günün ulduz falı - 16.02.2014
Xanımlar, gözəlliyə belə qurban gərəkdir?
5 gün iş olmayacaq
Aslı Enver və Özcan Deniz İsrailə getdi
İlham Əliyev: "Rüşvət o vaxt verilir ki..."
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Noutbukun üstünə su dağılarsa nə etməli?
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Manatın ikinci devalvasiyası qaçılmazdır
TƏBİB koronavirusla mübarizə üçün könüllü səhiyyə işçiləri axtarır
Özünü məşhur aktrisalara bənzətdi
Qoltuq altı qaralmaları necə yox edək?
Azərbaycanın poçt xidmətində yenilik
Yeni serial başlayır-"Kızım"-VİDEO
Naftalan neftinin sirri nədir?
Azərbaycanda daha 136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər vəfat etdi
Hava haqqında
Murad Boz Aslı Enverlə barışdığını təsdiqlədi - FOTO
Fahriye Evcen Burak Özçivitin filminin qalasında GÖZ QAMAŞDIRDI - FOTO
Sevmək-sevilmək, gözəllik, xeyirxahlıq var ikən...
Cüneyt Arkın yenidən səhnəyə qayıdır-FOTO
- ŞƏRHLƏR