ABŞ Konqres kitabxanası (The Library of Congress) Britaniya kitabxanasından sonra dünayda ikinci ən zəngin kitabxanasıdı.
Konqres kitabxanasının əsası 1800cü ildə qoyulub. Onun təsis olunması haqqında qeyd paytaxtın Filadelfiyadan Vaşinqtona köçməsi aid olan qanunda göstərilir. Qanunda prezident Con Adams yalnız prezident, vitse-prezident və konqres nümayəndələrinin çıxışı olacaq kitabların yığılması və bu kitablardan ibarət kitabxananın yaradılması haqqda göstəriş verir. Yeni kitabların əldə olunmasına o zaman üçün kifayət qədər böyük məbləğ olan 5.000$ pul xərclənmişdi. Yeni yaradılan kitabxana isə Konrqres Kitabxanası adlandırıldı.
Kitabxananın tarixi onun uzun müddət yerləşdiyi Kapitoliya binası kimi dramatik anlarla doludu. Kitabxana binası bir neçə dəfə yanğına məruz qalıb. Yanğın zamanı ABŞ-ın 3cü prezidenti Tomas Cefersonun kitabxanaya verdiyi bütün kitablar məhv olmuşdu.
1897ci ildə kitabxana üçün İtaliya intibahı üslubunda yeni bina tikilir. Binanın inşaası üzərində 26 rəssam, 22 heykəltaraş çalışırdı. Onlar əsl sənət əsəri və mühəndis möcüzəsi yaratmağa nail oldular. Belə ki, burada kitabxananın öz şəxsi elektrostansiyası, yanğınadayanıqlı kitabsaxlama yerləri, kitablar üçün liftlər yerləşdirilmişdi. Binanın fasadını Romanın məşhur Trevi fontanı üslubunda olan fontan bəzəyirdi.
Bu gün Konqres Kitabxanası biri əsas ikisi köməkçi olmaqla 3 binadan ibarətdi. Köməçi binalar XX əsrin sonlarında tikilib. Hər üç bina bir-birilə yeraltı yollarla əlaqələnir. Konqres Kitabxanasının kolleksiyasına 470 dildə 132 milyon nüsxədən çox kitab, 5 milyona yaxın xəritə, yüz minlərlə mikro film, son üç əsri əhatə edən 1 milyondan çox qəzet nüsxəsi daxildi. Kitabxananın ümumi rəqəmsal həcmi 20 terrabayt təşkil edir.
Kitabxananın fondu
Kompkektasiya cəhətdən ABŞ Konqres Kitabxanası çox universialdı. Burada xarici səhiyyə və kənd təsərrüfatı sahələri istisna olmaqla bütün lazımlı sahələr əhatə olub. Bu iki sahə haqqda kitablar isə mövcud tematik milli kitabxanalarda saxlanılır. Tarix, filologiya, siyasət, texniki elmlər kitabxananın fodunun ən zəngin sahələridi. Hələ 1832ci ildə kitabxananın daxilində 3 milyon cild kitaba malik olan Hüquq Kitabxanası açılmışdı. Buranın fondu özündə demək olar ki, bütün dövlətlərin ən məşhur dövrlərin hüquq materiallarını toplayıb.
Bu cür daxili kitabxana heç də əbəs yerə deyil. Kitabxana yaradılarkən onun ilk məqsədi Konqres üzvlərini hüquq və elmi informasiya ilə təmin etmək olmuşdu. Buna görə də kitabxananın heyəti Koqres üzvlərinə hər zaman kömək etməyə, onlara analitik materialları toplamağa yardım etməyə, bütün sahələr üzrə suallara cavab verə biləcək və istər gündüz, istərsə də gecə onlara xidmət edə biləcək müxtəlif sahə mütəxəssisləri ilə təmin olub.
1930cu ildə kitabxana “milli” statusunu alır və ABŞ büdcəsi hesabına özünü zənginləşdirmə hüququ qazanır. Elə bu zaman da yeni məqsəd və prioritetlər müəyyən edildi: “Kitabxananın məqsədi Konqres və Amerika əhalisi üçün informasiyaya çıxışı təmin etmək, gələcək nəsil üçün təkrarolunmaz bilik fondunun qorunmasıdı.”
Hər il kitabxananı 1.7 milyon insan ziyarət edir. Kitabxanada 3.5 min işçi fəaliyyət göstərir. Əgər kitab rəflərinin ümumi uzunluğunu hesablasaq, bu 1000 kilometrə yaxın olacaq. Hesablamaların birinə görə kitabxanada yerləşən hər bir kitaba gözucu nəzər yetirmək istəsəniz bunun üçün sizə 150 il lazım olacaq. Bununla belə, kitabxana hər il 1-3 milyon əlavə kitabla öz fondunu zənginləşdirir.
Bu gün kitabxana həmçinin, elmi mərkəzlərə, özəl şirkətlərə, məktəblərə, elmi işçilərə və digərlərə resuslarından faydalanmağa imkan verir. Kitabxananın xidmətlərindən 16 yaşdan yuxarı hər kəs istifadə edə bilər. Kitablardan isə yalnız və yalnız oxu zallarında istifadə etməyə icazə verirlir. Oxu zallarının ümumi sayı 20dir və 1460 oxucunu eyni anda qəbul etmək imkanına malikdilər. Kitabların təxminən yarısı inglis dilində deyil. Yavaş-yavaş da olsa nəşrlərin elektronlaşdırılması prosesi gedir. Hələ ki, ümumi fondun 10%i elektronlaşdırılıb.
Təbii ki, bütün fondun içində ən dəyərli olan bütün Amerikanın qürur mənbəyi olan Müstəqillik bəyəmnaməsinin ilk çap versiyasıdı. Burada həmçinin Tomas Ceferso və digər prezidentlərin kitab kolleksiyaları saxlanılmaqdadı.
Aynur Alimuradbəyli
XƏBƏR LENTİ
Xristian müəlliminə namaz qılmağı öyrətdi - VİDEO
Azərbaycanda korrupsiyaya qarşı mübarizə davamlı xarakter alıb
Azərbaycanda magistrant və doktorantlara hərbi xidmətdən möhlət verilməsi məsələsi müzakirə ediləcək
Tütünçəkmədən imtina üzrə xüsusi kabinetlər yaradıla bilər
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər - SİYAHI
Azərbaycan "Formula 1"ə 150 milyon ödəməyəcək
Koronavirus kişilərdə sonsuzluq yaradır?
Ancelina Coli bu dəfə yeni münasibəti ilə gündəmdədir-FOTO
Məşhur aparıcının yeni sevgilisi məlum oldu-FOTO
Hava haqqında
Zaqatalamızın sərvətləri
Körpələr musiqini necə anlayır?
''Balaca çoban''
Münasibətinizin qeyri-sağlam olduğu göstərən hallar
İvana Sert hicabda-FOTO
100 yaşını həbsxanada keçirəsi oldu - FOTO
2019-un trend aksesuarları
Noyabr ayının qalibləri!
Məmurlara iPhone-dan istifadə qadağan edildi
BÜRCLƏR bizə nə vəd edir? - 10 MART
Azərbaycan-Türkiyə sənədləri imzalanıb - YENİLƏNİB
Adriana Limanın yeni sevgilisinin kimliyi məlum oldu-FOTO
Bananlı keks (foto-resept)
Nikah ləğv edilərkən uşaqların hüquq və mənafeləri necə qorunmalıdır?
Qadınların nə istədiyi bilindi
Kişilərin ağladığı anlar
Tək ayaqlı güllə əsgər
"Kaş ki..." deyən Qadın.Netlilər
Dünyanın ən qəribə adətləri
Saakaşvili saxlanıldı
Murad Aslıya Surpriz etdi
Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur
Badamlı şirniyyat (foto-resept)
"Barselona"nın ulduzu karyerasına son qoyur
Məşhur aktyor hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Koronavirusa yoluxan rus müğənni komaya düşdü
Azərbaycana 19 sm hündürlüyündə qar yağdı
İsmə aid biliklərin yoxlanılması
Qaşların və kirpiklərin rənglənməsi uzadılması(1)
Şuşa şəhərinin baş planının hazırlanmasına start verilib - RƏSMİ
"Birinci ledi" lərin geyim stilli
Yuxuda çevrilmə hallarının səbəbi
Sobada pendirli badımcan (foto-resept)
"Ordumuz çox itki verdi"
Birinin sizdən xoşu gəldiyini göstərən 4 işarə
Azərbaycan müsəlman ölkələrinin əksəriyyətindən daha qabaqcıl və demokratikdir
Geyim kombinasiyaları
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
Milyarderlərin sayı rekord həddə çatıb
2019-cu ilin ilk TRENDİ
- ŞƏRHLƏR