Ailə kimin üçünsə bir imtahan, kimin üçünsə bir hədiyyədir. Əslində həmişə fərqli cür yanaşdığımız imtahan, bəlkə də, illərlə xəyalını qurduğumuz, fərqli duyğular bəslədiyimiz ailə həyatımızda da qarşımıza çıxır. Heç düşünmədən belə canımızı fəda edə biləcəyimiz övladımızla, hər şeyimizi, sirrimizi, sevgimizi, dərdimizi, ömrümüzü paylaşdığımız həyat yoldaşımızla, bir çox hallarda ömrümüzün, demək olar ki, yarısını paylaşdığımız qaynanamızla… Bəli, bütün bunlar əslində içində olduğumuz üçün fərqinə varmadığımız, ancaq səbr edib sinə gərəndə bizə cənnətləri qazandıra biləcək bir imtahandır.
Övladımızla imtahan – bəlkə də bir xəstəliyi ilə. Gözünün önündə çöhrəsindən çarəsizlik yağan və köməyə ehtiyacı olan övlad. Bax, burada əsl imtahan başlayır. Allaha (c.c.) təvəkkül görə bilmədiyimiz və bizə ədalətsiz, ağır kimi görünən, əslində isə pərdə arxasında bizi Cənnətə səsləyən övlad imtahanı. Nə böyük bir imtahandır, elə deyilmi?!
Həyat yoldaşımız – hər şeyimiz. Onunla da imtahan olunuruq. Bəzən işdən evə gec gəlməsinə, bəzən ailəsinə və ya övladlarına vaxt ayıra bilməməsinə və bir çox özünəxas əskiklərinə qarşı sevgi ilə səbr etmə… Bu da bir imtahandır və bunun kimi daha nələr… nələr…
Bütün bunlara baxmayaraq, ailə bir nemətdir. Əskiklər isə şorbanın duzu kimidir. Onlar olmasa, gözəlliklərin qədrini bilərikmi?
Ailə quran insanı “qəfəsə düşən quşa” bənzədən qafil insan nə qədər ayaqda durmağa çalışsa da, nə qədər vüqarlı görünməyə cəhd etsə də, çinara bənzəməyə çalışsa da, əslində payızda yarpaqlarını tökməkdən qorxan ağaca, qaşsız üzüyə, ləpəsiz dənizə, hilalsız gecəyə, qarşılıqsız sevgiyə bənzəyir.
Qoca çinarlar var ki, insan baxdıqca vüqarına, gözəlliyinə valeh olur, amma bir də kölgə saldığı yerə baxın, bir yaşıllıq gorməyəcəksiniz. Ailəni bir yük kimi görən insan da belədir. Nə qədər vüqarlı görünsə də, əslində bir o qədər aciz və tənhadır çinar kimi. O böyüklükdə ağac bir də görürsən ki, kiçik, cılız bir qurdun əlində aciz qalır və heç gözləmədiyimiz adi bir gündə yıxılır. Ətrafında heç nə olmadığı üçün dayaq tapa bilmir. Halbuki ətrafında, kölgəsində ağac bitməyə qoysaydı, bəlkə də, onların köklərinə sarılar və ayaqda durmağı bacarardı. İnsan da belə deyilmi? Xəstəliklərimizlə, nəfsimizlə imtahan olunanda bizə dayaq olan ailəmizdir. Biz onlar olduğu üçün bu qədər ürəkli, iradəli, güclü görünürük. Yoxsa, gücümüz nəyə çatar ki?
Bəli, sərv olmalıyıq, istər ailədə, istərsə də cəmiyyətdə. Bir çoxumuzun qarşısına çıxan ailə imtahanını özümüzə hədiyyə olaraq qəbul etməliyik. Axı qarşılıq olaraq bizə Cənnət vəd edilir. Sinə gərməliyik çətinliklərə, sıxıntılara və “xəyanət”, “ayrılıq” kəlmələrini unutmalıyıq. Yalnız gözəllikləri görməyə çalışmalıyıq. Ən azı buna cəhd göstərməliyik. Çünki işdir, araya ayrılıq girsə və bunun qarşısını ala bilməsək, ən azı vicdanımıza hesab verəndə “mən əlimdən gələni etdim” cümləsini rahatlıqla deyə bilək.
Allahın halal qıldığı şeylər arasında ən sevmədiyi şey boşanmadır. Bəzən bu kəlməni çox asanlıqla söyləyə bilirik. Halbuki, ayrılıq kəlməsinin arxasında nə böyük uçurumlar var. Ani bir hirslə dediyimiz bu söz bir ömür boyu bizi girdablara sürükləyir. Sonralar nə qədər həyatımıza yön verməyə çalışsaq da, artıq bu kəlmə içimizə bir cığır salmış olur və bir də düzəldilməsi mümkün olmayan, düzəlsə belə, əvvəlki kimi qalmayan yolda görürük özümüzü. Kaş ki, ailə nemətinin qədrini əlimizdə ikən bilək və nə olursa olsun, əlimizdən buraxmamağa çalışaq. Mirvari necə sədəfində dəyərlidirsə, ailə də bütövlüyündə qiymətlidir. Bax buna görə həmişə dəyərli olmağa çalışmalıyıq. Ən azı ona görə ki, bizlər Allahın yaratdığı ən ali varlıqlarıq…
R.Qızılgül
XƏBƏR LENTİ
Dovşandodaqlıq
Səni sevmək...
Plastik kartlar və onlardan istifadənin üstünlükləri
16 milyon illik bitki aşkar edilib
Vanessa Mey Olimpiadada yarışacaq
"Nəfəs və nəfs..."
Ömer Muzun özünəməxsus rəsmləri
Günün ulduz falı
Duzlu suyla mənfi enerjidən xilas olun!
Dəniz düyüsü - min bir dərdin dərmanı
Stil ikonu Taylor Tomas Hill
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Hülya Avşar illər sonra etiraf etdi
Dövlət hesabına peşə məktəblərində oxumaq istəyənlərlə bağlı yenilik
Məşhurlar Aslı Enveri təbrik edirlər-FOTO
Azərbaycanda koronavirus vaksinasiyasınadək maska taxacağıq? - VİDEO
Ölkəmizə yay gəlir
Niyə qocalmaq istəmirik...
Yağ yandıran meyvə şirələri
Qan qrupunuza görə bunları bilməlisiniz!
Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO
3D çap bazarı yüksəlir
ABŞ "Eurovision"a bənzər yarış keçirəcək
İpoteka almaq istəyənlərin gəlirləri belə hesablanacaq
Yeni terminal 3 milyon sərnişinə xidmət edəcək
Koronavirusun ikinci dalğasının əsas göstəriciləri açıqlandı
İynə vurdurmaq namazı və orucu pozurmu?
Enerji pəhrizi
Uşaqların gülməli fotoları
Dovğa (foto-resept)
Bakıda avtobuslar pulsuz işləyəcək
İlk dəfə 60 yaşında evlənən azərbaycanlı bəy və gəlinlərin statistikası
BÜRCLƏR bizə nə vəd edir?-20 Yanvar
Dünya bazarlarında neftin qiyməti
BÜRCLƏR bizə nə vəd edir?-24 Avqust
Şuşadan erməni vəhşiliyinin izlərini silirik: Hərbçilərimiz Gövhər Ağa məscidini təmizlədilər - VİDEO
Rafet El Roman yenidən onunla evlənir? - FOTO
Dərs oxuma proqramı necə hazırlanmalıdır?
Dişlərə qulluq
Məşhur milyarder vəfat etdi
Ən kasıb ölkələr açıqlandı
General Polad Həşimovun yerinə o TƏYİN EDİLDİ
FİFA və UEFA-dan Ukrayna futboluna sərt təpki
Azərbaycana yeni iqtisadi təhlükə
Bu gün Azərbaycanda koronavirusa yoluxmuş 55 nəfər sağalıb - RƏSMİ
Bu gün Aşura günüdür
Nəqliyyat Nazirliyinin böyük layihəsi puç oldu?
Dəbdəbəli platformlar
XƏBƏRDARLIQ: virus infeksiyası yayılıb
İrina Şeyk yeni paylaşımı ilə izləyicilərini sevindirdi - FOTO
- ŞƏRHLƏR