Bermud üçbucağı (digər adı ilə Şeytan üçbucağı) - gəmilərin və təyyarələrin sirli bir şəkildə yox olduğu bir yerdir. Üçbucağın təpə nöqtələri Bermud adaları, Florida və Puerto Ricoda yerləşir. Hər bir tərəfi təxminən 1600 km-ə bərabərdir.
Bu anlayışı ilk dəfə 1964-cü ildə yazıçı Vincent Gaddis "Argosy" jurnalında işlətmişdir. Ancaq Bermud üçbucağı ifadəsi Berlitz tərəfindən beynəlxalq populyarlıq qazanmışdır. 1974-cü ildə nəşr etdirdiyi "Bermud üçbucağı" adlı kitabından sonra bu ifadə hər kəsin bildiyi və çəkindiyi bir yer kimi tanınmışdır. Həmin kitabda itmiş şəhər Atlantida haqqında da məlumatlar var. Bu kitabdan sonra Atlantida və Bermud haqqında müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bunlardan birində deyilir ki, Atlantida həmin bölgədə suyun altındadır. Gəmilərin və təyyarələrin batmağına və ya yox olmağına səbəb isə Atlantidada olan "kristal enerji"-dir. Daha utopik yanaşmalarda isə burada başqa planetlilərin bazalarının olduğu deyilir. Onların fikirlərinə görə, guya kainatın başqa hissəsindən bizim planetə açılan bir yarıq sayəsində yadplanetlilər oraya gəlib çıxa biliblər. Əlbəttə ki, bu ən az reallıq payına malik olan fərziyyədir.
Buna qarşılıq olaraq bəzi mülahizələrdə bu hadisənin təbiətin müxtəlif qüvvələrindən qaynaqlandığı fərz olunur. Məsələn, dənizin altında böyük miqdarda mövcud olduğu bilinən yanıcı metan qazı cəbhələri gəmi və təyyarələri yox edə bilər. Bəlkə də gəmi və ya təyyarələrin tam yanında səthə çıxan metan qabarcıqları ildırım və ya elektrik qığılcımı vasitəsilə yanır və onları heç bir izsiz batırır. Bu fərziyyə ilə əlaqədar bir neçə məntiq problemi var. Bunlardan biri ondan ibarətdir ki, metan onsuz da təbii olaraq ətrafımızda mövcuddur və bu günə qədər heç bir belə dağıdıcı hadisə ilə qarşılaşmamışıq.
XƏBƏR LENTİ
Alimlərdən koronavirus haqqında maraqlı açıqlama
Toya gedənlər üçün tövsiyələr
Günün qoroskopu:Aktiv olun!
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Azərbaycanda yeni kompüter oyunu yaradıldı
Şirin əkizlər
Kimlər fotoları daha çox paylaşır?
İnsan haqlarının vəziyyəti acınacaqlıdır
Südlü xurma plovu (foto resept)
Evi yeniləyərkən ilk hardan başlamalıyıq?
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Trampın pərəstişkarı onun COVID-19-a yoluxduğunu eşidəndən sonra öldü
Qısa ətəkli ziyafət geyimləri
Hüseyn Ərəblinski
Daimi makiyajın incəlikləri
Kriştianu Ronaldudan möhtəşəm rekord
Elman Rüstəmov manatın taleyi haqda danışdı
Bibərin faydaları
Aleyna Tilki məhkəməlik oldu
Günün qoroskopu: gərgin situasiyalar tədricən həllini tapır
Buse Varolun geyimi tənqid olundu-FOTO
Ayaqqabı modelləri
Uşaq avtooturacağına nə qədər önəm veririk?
Məşhur geyim markası bağlanır-SƏBƏB/FOTO
İslam bankçılığının Azərbaycana hansı xeyirləri ola bilər?
NASA-dan GÖZLƏNİLMƏZ QƏRAR
Məşhur aktrisa vəfat etdi-FOTO
Uşaqla alış-veriş etmənin qaydaları
2 yaşlı qız ilk kolleksiyasını yaratdı-FOTO
Çobanyastığı çayının faydaları
Dişə qulluqla bağlı 15 səhv və doğru
"Android" "iPhone"dan daha təhlükəsizdir?
Bakıda evlərin QİYMƏTİ DƏYİŞDİ
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Bakıda bu ərazilərdə evlər tikmək olmaz
Köməkçi internetsiz işləyəcək
Yağ əridən oolong çayı
Pendirli, göyərtili lavaş (foto resept)
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
İspanaqlı keks (foto resept)
Koronavirusla bağlı SON STATİSTİKA
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Asan və dadlı pizza xəmiri(foto resept)
Tarkan qızının üzünü ilk dəfə göstərdi - FOTO
Çində polis suyun üzərində qaçmağı bacardı – VİDEO
Pandemiya şəraitində Gürcüstanda hotellər necə fəaliyyət göstərəcək?
Ozan Güvən imicini dəyişdi-FOTO
Günün ulduz falı
Şəxsiyyət vəsiqəsinin alınmasında YENİ QAYDA
Möcüzəvi meyvələr (2)
- ŞƏRHLƏR