Əziz Qadin.Netlilər, bu gün sizinlə Meksikanın paytaxtı Mexikoda yerləşən artefakt muzeyinə səyahət edəcəyik. Amerikalı hinduların mədəniyyəti ilə bağlı zəngin artefaktlar kolleksiyası olan bu muzeyə hər kəs həvəslə gedir. Hətta tarix və antropologiya ilə maraqlanmayanlar üçün də bu muzeyin eksponatları təkrarolunmaz təəssüratlar yaradır. Əminəm ki, sizin üçün də virtual səyahət xoş olacaq.
Asteklərin zalı. Girişdə qurban üçün qabla yaquar fiquru var. Qurban gətirilənlərin ürəklərini bura yığırdılar.
Asteklər hindular içərisində həmişə ən qəddar hesab edilir. Lakin son zamanlar digər tayfaların onlardan geri qalmadıqları məlum olub.
Qurban daşı.
Asteklər hindu mədəniyyətinin ən sonuncusudur. Amerikanın ispanlar tərəfindən işğal olunmasından az əvvəl onların yüksəlişi təsadüf edir.
Asteklər yazıya malik idilər.
Asteklərin tarixini əks etdirən yazılar, piktoqramlar, ieroqliflər qalıb.
İspanlar cadudan qorxduqları üçün onların yazısını məhv edirdilər. Minlərlə əlyazması olan kitabxanalar məhv edilib.
İndi bunu konkistadorların ən dəhşətli cinayəti hesab edirlər.Onlar nəinki əhalinin çox hissəsini öldürmüş, hətta hinduların mədəniyyətini məhv etmişdilər.
Lakin asteklərin mədəniyyətini günahsız adlandırmaq olmaz. Hər gün batanda sabah yenə günəş çıxsın deyə asteklərin bütün məbədlərində Allahlara insan qurban edilirdi.
Allahların təsviri təfəkkürün hüdudsuz olduğunun sübutudur.
Bu ilanın başı 1 metrdən hündürdür. Bu yerlərdə yaşayan ilana bənzəyir.
Asteklərin piramidası. Maketdən görünür ki, piramidanı lay-lay tikirdilər. Şəhər böyüdükçə daha iri piramidaya ehtiyac olduğu üçün piramidaya yeni lay əlavə edilirdi.
Şəhər ispanlardan əvvəl belə idi. Şəhər böyük gölün ortasında süni daşlıq adanın üstündə yerləşirdi. Onun yaranma tarixi maraqlıdır. Asteklərin uluları taleyə inanırdılar. Onlar hesab edirdilər ki, şəhəri onlara işarə edilən yerdə yaradacaqlar. Bu yeri isə kaktusda oturub ilan yeyən qartal işarə edəcək. Bir dəfə onlar bu işarəni gördülər, lakin qartal kiçik dağ gölünün yanındakı daşın üstündə oturmuşdu. Ona görə də asteklər şəhəri gölün ortasında tikdilər.
Və doğrudan da onların imperiyası kontinentdə ən nəhəng imperiya oldu. Asteklər yeni torpaq əldə etmək və Allahlara qurban etməkdən ötrü əsir almaq üçün daimi müharibələr aparırdı.
İndiyə qədər də Meksikanın bayrağında kaktus üzərində oturan və ilan yeyən qartal şəkli təsvir olunub.
Asteklər dəmirlə işləyə bilmirdi. Buna görə kəskin alətlərini obsidiandan hazırlayırdılar. Belə bıçaqlar çox iti olurdu. Obsidian antiseptik xüsusiyyətə malik olduğu üçün astek cərrahları onunla çətin əməliyyatlar apara bilirdi və yara iltihablanmırdı.
Mədaxil məxaric kitabı. Alınan və dəyişilən malların siyahısı.
(Ardı var)
XƏBƏR LENTİ
Bu gün Od çərşənbəsidir
Damalı ətəklər yenidən dəbdədir!
Qurudulmuş pomidorlu, qozlu makaron (video-resept)
Toyuq filesindən qızılgül (foto resept)
İşləyən analar üçün məsləhətlər
Metro ticarətçilərinin aqibəti necə olacaq?
İdmançımız finişə hamıdan tez çatdı
Xalq artisti yeni imicdə-VİDEO
Azərbaycanda boşananların sayı açıqlandı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Portağallı toyuq qızarması (foto resept)
Sevimli şüşə qabımıza yeni görünüş verək
Ermənistanın Bərdəyə raket hücumunun nəticələri – VİDEO
Ayfon həvəskarlarına şad xəbər
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
Ən varlı yazıçıların SİYAHISI
Heyvanın inanılmaz faydaları
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
40 gün oldu
Hazal Kayanın yeni tərzi-FOTO
Bəzilər üçün müqəddəs əşya, bəziləri üçünsə adi suvenir
Ərdoğanı helikopterdən vurmaq istədilər
Nur Yerlitaş arıqlayıb belə oldu - FOTO
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Fitovannalar
Pis xəbərlərin faydası da var
50 illik cütlük koronavirusdan öldü
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Münasibətdə 3 böyük xəta
Qız uşaqlarına toxunma paltarlar 2
ABŞ bunu etsə, savaş olacaq
Üzüm mürəbbəsi (foto-resept)
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Çağatay Ulusoy YENİ İMİCDƏ-FOTO
Heidi Klum halloween geyimləri
Obama sərt bəyanat verdi
Saçlar sağlamlığınız haqqında nə deyir?
Burak Özçivit 14 fevralda 80 qadınla görüşəcək
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Xoruz yumurta toplayan qadını öldürdü
Alişan və Buse sevənlərinin rəğbətini qazandı
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
“Fənərbağça”nın futbolçusunda koronavirus aşkarlandı
Zakir Həsənov: "Düşmən vahimə içindədir"
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Azərbaycan üçün qorxulu proqnoz
Şənbə havası
Ozan Güvən xəstəxanalıq oldu-FOTO
- ŞƏRHLƏR