Bildiyimiz kimi qarşıdan qış fəsli gəlir və bununla əlaqədar hər birimiz evdə qışa tədarük görürük. Mən də fikirləşdim ki, bu mövzu sizə maraqlı olar. Düzdü, çoxunuz bunları bilirsiz, amma atalarımız demişkən “təkrar biliyin anasıdır”, həm də yeni ailə quranlara, nişanlı olanlara faydası olacağına əminəm.
Un, yarma, makaron, şəkər, bir çox tərəvəzlər və kartof, alma və armudun qış sortları normal şəraitdə uzun müddət saxlanıla bilər. Lakin ət, balıq, süd məhsulları və meyvə-giləmeyvələrin əksəriyyəti adi şəraitdə uzun müddət keyfiyyətli saxlanıla bilmir. Belə məhsulların saxlanılma müddətini artırmaq üçün onları müxtəlif üsullarla konservləşdirirlər. Konservləşdirmə - saxlamaq deməkdir.
Sterilləşdirməsi 112-120 dərəcə C-də və təzyiq altında aparılan ət, balıq, süd kimi məhsulların ev şəraitində konservləşdirilməsi mümkün deyil. Lakin əti duzlayıb açıq havada qaxac etmək, balığı duzlayıb qurutmaq mümkündür. Ev şəraitində ət və ət məhsullarının, balıq və balıq məhsullarının, yumurtanın soyuducuda saxlanması öz növbəsində aşağı temperaturda konservləşdirmə hesab edilir. Soyudulma zamanı məhsulun temperaturu 0-1 dərəcə C-yə qədər aşağı salınır. Məhsulları soyutduqda 20 gündən (ət, balıq) 10 aya qədər (meyvə-tərəvəz) və daha çox saxlamaq mümkündür. Lakin soyudulmaqla saxlanılan məhsullara daim nəzarət olunmalıdır.
Ev şəraitində yüksək temperaturun təsiri ilə konservləşdirmə aparılması, bir qayda olaraq pasterizasiya əməliyyatına əsaslanır. Pasterizasiya məhsulun tərkibindən, qabın həcmindən asılı olaraq 60-100 dərəcə C temperaturda 10-15 dəq-dən 60-90 dəq-yə qədər aparılır. Nəticədə fermentlər fəaliyyətdən qalır və mikroorqanizmlər qismən məhv olur. Bu üsulla meyvə-giləmeyvə və tərəvəzlər konservləşdirilir. Pasterizasiya üsulu ilə meyvə-tərəvəzləri konservləşdirdikdə, əsasən, aşağıdakı şərtlərə əməl olunmalıdır:
- Məhsul konservləşdiriləcək banka, balon və butulkalar yeyinti sodası ilə təmiz yuyulmalı, yaxaladıqda şüşənin divarlarında su damla və ləkə halında qalmayıb, şəffaflığı itirmədən süzülməlidir.
- Banka, balon və butulkalara məhsulu yığmazdan qabaq, onları qaynayan su içərisinə salıb 3-5 dəq. saxlamaq, yaxud 10-15 dəq. qaynayan suyun buxarına verməklə sterilləşdirmək lazımdır.
- Banka və balonlar bağlanacaq tənəkə qapaqlar 3-5 dəq. qaynayan suda sterilləşdirilməlidir.
- Konservləşdiriləcək meyvə-giləmeyvə və tərəvəz keyfiyyətinə görə seçilib, yetişkənliyinə və ölçüsünə görə ayrılır. Hər bankaya bərabər ölçülü məhsul yığılmalıdır. Onlar təmiz yuyulmalı, süzgəcə yığılıb üzərindən qaynayan su axıdıldıqdan sonra banka və balonlara doldurulmalıdır.
- İstifadə olunan ədviyyat, ətirli göyərti və başqa tamlı məhsullar banka və balonun dibinə qoyulmalı, sonra üzərinə meyvə-tərəvəz yığılmalıdır.
- Meyvə-tərəvəzin üzərinə tökmək üçün hazırlanmış duz, şəkər və sirkə məhlulu ayrıca qazanda qaynadılmalı və qaynar-qaynar meyvə-tərəvəzin üstünə tökülməlidir. İsti banka və balon qızdırılmış suya qoyulub pasterizə edilməlidir.
- Pasterizasiya zamanı suyun banka qapağından ən çoxu 2-3 barmaq aşağı olmasına çalışmaq lazımdır. Pasterizə müddətində suyun zəif qaynaması kifayətdir.
- Pasterizə müddəti banka və balonun isti suyun içərisinə qoyulduğu vaxtdan deyil, suyun qaynağa düşdüyü vaxtdan hesablanmalıdır.
- Banka və balonun daxilində hava qalmaması üçün onları isti-isti ağzınacan doldurmaq lazımdır. Hazır konserv soyuduqda məhsul həcmini azaldır və kip bağlanmış bankanın daxilində havasız boşluq əmələ gəlir. Banka daxilində hava qalarsa, saxlanılma zamanı konserv tez xarab olur.
- Banka və balonun ağzını kip bağladıqdan sonra, onları ehmalca ağzı üstə qoyub, soyuyana qədər həmin vəziyyətdə saxlamaq və dərhal çevirmək lazımdır. Konserv soyuduqdan sonra da onu ağzı aşağı saxladıqda, məhsulun tərkibində olan üzvi turşular tənəkə qapaqla reaksiyaya girib, məhsulun keyfiyyətini aşağı salır.
XƏBƏR LENTİ
Giləmeyvələr
Simdən incə əl işləri
Demet Özdəmir sosial şəbəkədə jurnalistlərə qəzəblənib
Sinan Akçıl Hollandiyada evlənəcək
Mesut Özil və Amine Gülşe 10 milyonluq villaya köçdülər-FOTO
Bakıda tələbə qız qaçırıldı
Hava haqqında
HAVA necə olacaq?-10 Avqust
"Tanrının gözü" göründü - İlk dəfə-VİDEO
Azərbaycanda analıq məzuniyyəti neçə gündür?
Nə üçün şagirdlər orta məktəblərdə dərslərdən yayınırlar?
Karamelli piroq (foto resept)
Mükəmməl makiyaj üçün bəzi sirlər
Sünnət
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ev üsulu coco star (foto-resept)
Smartfon bazarında lider dəyişdi
Dekabr ayı üçün bayramlar və tarixi günlər
Çiyələk yağından necə istifadə etməli?
Acun Ilıcalı Pərvizə görə tənqid olundu
Dəbli ev dekorasiyaları
Uşağın yuxusunu qoruyun
Cüneyt Arkından Türkan Şoray etirafı
Bakı metrosunda sərnişinlərə fosforlu qolbaq paylanacaq-SƏBƏB
Ağsaqqallar və ağbirçəklər qayıdır...
Avropanı buxar vulkanı bürüdü
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Rayonlara qar yağacaq
Ütünü necə təmizləməli?
Vampir-balıq kəşf edildi
HAVA necə olacaq?
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Valideynlərə XƏBƏRDARLIQ
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Fahriye Evcen qalmaqallı FOTOsu haqqında
Yaponiya Ayda zavod tikəcək
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Metroda halın dəyişdisə, vay halına
İlham Əliyevin reytinqi açıqlandı
Türkan Şorayın azərbaycanlı oxşarı - FOTO
Əl işləri- Toxunma ayaqqabılar
Uşaqları istidən qoruyun
Qarın böyüməsinin üç əsas səbəbi
Fransadan aprel döyüşlərinin ildönümü ilə bağlı BƏYANAT
Leyla Əliyeva oğlu ilə yemək bişirdi - VİDEO
Antaliya otellərinə Mayamidən ağ qum gətirirlər-SƏBƏB
Hadisədən Qalmaqallı FOTO
Milyon dollarlıq oyuncaqlar-FOTO
Adriana Lima yeni reklama çəkildi-FOTO
Bəzi yeni qəbul olunan tələbələr dərsə sentyabrın 15-də başlamaya bilər - AÇIQLAMA
- ŞƏRHLƏR