1. Soda tamamilə neytrallaşmasın deyə, xəmir yoğurarkən sodanın üstünə bir az sirkə, ya da limon şirəsi tökmək lazımdır. Sodalı xəmiri çox yoğurmurlar çünki yapıxır və yumşaq olmur.
2. Tort, ya piroq bişirərkən formanı isti duxovkada tez-tez ora- bura çəkmək olmaz. Belə etdikdə xəmirin içindəki hava çıxır və məmulat yapıxır.
3. Məmulatın üstünə yumurta sürtülürsə,onu bişirməyə 5-10 dəqiqə qalmış yumşaq fırça ilə ehmallıca çəkmək lazımdır ki, xəmir yatmasın.
4. Biskvit xəmiri hazırlanarkən un, yumurta, şəkər qarışığı ilə 15 saniyədən çox yoğrulmur, çünki xəmir yapıxır və məmulat bərk olur.
5. Blinlərin xəmirinə bişməmişdən bir az əvvəl yaxşı çalınmış yumurta ağı əlavə etsəniz, onlar daha yumşaq və dadlı olar.
6. Yağda qızardılan pirojkilərin xəmiri duxovkada bişirilən pirojkilərin xəmirinə nisbətən yumşaq olmalıdır.
7. Yumurta ağından qlazurla örtülmüş şirniyyat məmulatı zəif qızdırılmış duxovkada bişirilməlidir, çünki yana bilər.
8. Bişəndən sonra tortu, keksi formada, ya da tavada saxlamaq olmaz, o saat çıxarmaq, salfetin üstünə qoyub soyutmaq lazımdır.
9. Əgər şirniyyatı (tortu) iki qata bölmək istəyirsinizsə, tortun qırağından bıçaq ilə kəsin, ora bərk sap salın və sağ tərəfdəki sapı sol əllə, sol tərəfdəki sapı sağ əllə tutub özünüzə tərəf çəkin.
10. Tortun aşağıdakı qatı üst qatına nisbətən lap az şirələnməlidir.
11. Əti bişirərkən yaxşı bulyon almaq istəyirsinizsə-soyuq suya, ətin özünün dadlı olmasını istəyirsinizsə-isti suya salın.
12. Ət nə qədər vamla bişərsə, bulyon o qədər şəffaf olar.
13. Ət bişən qazana yerkökü saldıqda ətin spesifik qoxusu itir.
14. Təzə südü işıqda saxladıqda tərkibində olan A və C vitaminləri itir.
15. Südə şəkər (1 l südə 1 çay qaşığı) qatıb qaynatdıqda uzun müddət təzə qalır və vitaminləri itmir.
16. Kəsmiyi, pendiri duzlu suda isladılmış əskiyə büküb saxladıqda keyfiyyətini itirmir.
17. Əgər yumurtanın ağı axıb sarısı qalmışsa,onu ehmallıca su olan bankaya qoyduqda uzun müddət təzə qalır.
18. Yumurtanı bişirərkən onun küt tərəfindən iynə,ya da sancaq ilə xırda deşik açılsa,o sınmaz.
19. Əgər qayğanağın yunurtasını süd ilə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd) o daha dadli və zərif olur.
20. Zəif od üzərində bişirilmiş qayğanaq bərk od üzərində bişmiş qayğanaqdan dadli olur.
21. Əgər siz yumurtanın ancaq ağını işlətmək istəyirsinizsə,yumurtanı hər iki ucundan qayıqla deşin,yumurtanın ağı axacaq,sarısı isə qalacaqdır.
22. Quru mayanı işlətməmişdən əvvəl 20-30 dəqiqə soyuq suda islatmaq lazımdır.
23. Təzə mayanı unun 2-5 % -i qədər soyuq suda islatmaq lazımdır.
24. Xəmirdə yağ çox,su isə nə qədər az olarsa,bir o qədər çox ovular.
25. Laylı xəmiri yoğurandan sonra 1 saatlığa soyuq yerə (10-12 oC ) qoysanız,yaxşı yayılar və vərdənəyə yapışmaz.
26. Qurumuş pendiri şorun içinə qoyduqda təzələşir.
27. Turş kəsmiyə bir az süd qatıb 1 saatdan sonra süzdükdə dadlı olur.
28. Kəsilmiş ətin ətrafına gicitkan qoyub nəm əskiyə bükdükdə uzun müddət təzə qalır.
29. Təmizlənmiş və üstünə limon şirəsi çəkilmiş ət gec xarab olur.
30. Əti, kotleti dağ olmuş yağa qoyduqda tez qızarır və şirəsi çıxmır.
31. Kotletin üstünə soyuq su çiləyib tavanın qapağını örtür və öz buğunda vam odda qızdırırlar.
32. Əgər kotletin yumşaq olmasını istəyirsinizsə,ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.
33. Ət bulyonunu ətin bişməsinə yarım saat qalmış,balıq şorbasını əvvəldə,göbələk bulyonunu isə axırda duzlamaq lazımdır.
34. Gec bişən toyuğu 20-30 dəqiqə bişirdikdən sonra 5-6 dəqiqəliyə soyuq suya salıb yenidən bişirdikdə tez hazır olur.
35. Qaraciyəri qızardandan sonra duzlayırlar.Əvvəlcədən duzlanmış ciyər çox bərk olur.
36. Hisə verilmiş kolbasanı saxalmaq istəyirsinizsə,onun üstünə bitki yağı çəkib havası yaxşı dəyişilən yerdən asın.
37. Bişmiş və ya hisə verilmiş kolmasanı kəsəndən sonra kəsiyinə yağ sürtür və limon dilimləri qoyub saxlayırlar ki, kolbasa qurumasın. 38. Balıq qoxusu az olsun deyə,qızartmamışdan əvvəl 2-3 saatlığa sirkədə isladılmış əskiyə bükülür, ya da urvalanacaq una bir az sürtgəcdən keçirilmiş pendir qatılır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Özümü ən rahat hiss etdiyim yer hamamdır" - Azər Axşam
Azərbaycanda iki bank bağlandı
Aİ Ermənistan ilə assosiativ sazişi paraflamaq niyyətində deyil
İstanbulun məşhur körpüsü insanlara şok yaşatdı
Universitetlərdə tədris forması ilə bağlı nazirdən AÇIQLAMA
BÜRCLƏR bizə nə vəd edir? - 19 APREL
Məhərrəm ayı ilə bağlı fətva verildi
Rusiya Xəzərdə hücuma hazırlaşır
İlin Ən Pis filmlərinin reytinqi hazırlandı
NASA-dan QORXUNC XƏBƏRDARLIQ
250-dən çox insanın ölümünə səbəb olan selfi
Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU
Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO
Muğannanın ölümündən 1 il ötdü
İşğaldan azad olunmuş Füzulidə bir ilk - VİDEO
Məşhur aktrisa "Mona Liza" əsəri haqqında film çəkilir
Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər
Qozlu tort (foto resept)
Dəhşətli nəticə - Beyinə də sıçraya bilər
Qazın limiti yanvarın 1-dən etibarən...
Ağır çəkili cütlüyə qəribə qadağa-FOTO
Yeni ilə keçmədən bunları edin
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət
Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR
Prezident xalqı təbrik etdi - Video
Sinoptiklərdən qeyri-sabit hava vədi: şimşək çaxacaq, dolu düşəcək
Hamilə olan Fahriyənin son halı - FOTO
Koronavirus palçıqda da tapıldı
Azərbaycanda abidələrlə bağlı ilk
İlham Əliyev sərəncam imzaladı
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Ziynet Sali JLo-dan danışdı tənqid olundu-FOTO
Baharın makiyaj trendi
Məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır
Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO
Gülşen geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Fatma Girik xəstəxanaya yerləşdirildi-FOTO
"Qarabağ" uduzdu
Aleyna dedi-qodulara son qoyan açıqlama verdi-FOTO
Lobyalı tərəvəz şorbası (foto resept)
TƏBİB rəsmisi kimlərə antivirus preparatları verilmədiyindən danışdı
Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı
Gəmi NƏHƏNG canlı ilə toqquşdu-FOTO
"Ufak -tefek cinayetler"in ssenarisi GERÇƏK OLDU - Aktrisalar dalaşdı
E vitamini hansı qidalarda var?
Quşları seyr etməyə çıxan kişi xəzinə aşkar etdi
HAVA necə olacaq?
Yeni analar üçün dəriyə qulluq
Dünyada maraqlı və gülməli boşanma hadisələri
Azərbaycan filmləri Malatya festivalında
- ŞƏRHLƏR