Bütün yeməkləri soyuducuda saxlasaq da, bəzi yeməklərin soyuducunun xaricində qalması lazım olduğunu da bilməliyik.
Dadlarını, təzəklərini və faydalarını qorumaq üçün soyuducuya qoyulması lazım olan yeməklərə və bu yeməklərin nələrə yaxşı gəldiyinə gəlin birlikdə nəzər salaq .
Maye yağlar
Maye yağlar, xüsusilə də zeytun yağı soyuducuya qoyulmamalıdır. Çünki maye yağlar sıxlaşır və qatılaşır. Maye yağları sərin və qaranlıq yerlərdə mühafizə etmək lazımdır.
Qəhvə
Qəhvəni soyuducuya qoymaq ləzzətini itirməsinə və soyuducudakı digər yeməklərin qoxularını əmməsinə səbəb olur.
Aparılan araşdırmalar gündə 6 fincan qəhvə içən 55 yaşındakı bir adamın düşünmə potensialının içməyənlərə nisbətlə 6 qat daha çox olduğunu göstərir.
Bundan əlavə qəhvənin bədənə daha çox hərəkət qazandıraraq maddələr mübadiləsinin yağ yandırmasını təmin etdiyi müəyyən edilmişdir. Qəhvəni soyuducu xaricində, hava keçirməyən bir qabda saxlamalıyıq.
Soğan
Soyuducudakı nəm, soğanların yumşalmasına, kiflənməsinə və xarab olmasına səbəb olur. Soğanı sərin və quru bir yerdə saxlamağınız daha doğru olacaqdır. Ancaq soğanla kartofu bir yerdə yan-yana saxlamaq olmaz, yoxsa ikisi birdən xarab ola bilər.
Soğan sidik kisəsində xərçəngə səbəb ola biləcək zəhərli maddələri əmərək xərçəng riskini azaldır. Xüsusilə siqaret çəkənlər tərəfindən xərçəngdən qorunmaq üçün bol istehlak edilməlidir.
Reyhan
Reyhanı soyuducu yerində yox , soyuq suda saxlamaq daha yaxşı olacaqdır. Reyhan də qəhvə kimi soyuducuya qoyulduğu zaman ətrafındakı yeməklərin qoxusunu əmərək öz ləzzətini itirə bilər.
Reyhan həzmsizliyin qarşısını alır. Çayı dəmlənib içilsə, bağırsaq qazlarını aradan qaldırmağa kömək olur. Sakitləşdirici xüsusiyyətiylə də bədəni rahatlaşdırar. Bir başqa xüsusiyyəti də immunitet sistemini gücləndirərək bədən müqavimətini artırır.
Bal
Əgər balı möhkəmcə bağlanmış bir qabda saxlasaq, sonsuza qədər təzə qala bilər. Bu səbəblə soyuducuya qoymağınıza ehtiyac yoxdur. Soyuducuya qoyduğunuz təqdirdə kristal olaraq şəkərlənəcəkdir. Sərin bir yerdə şüşə qabda saxlamaq ən yaxşısıdır.
Balın faydaları saymaqla bitməz. Qandakı tullantı maddələrini təmizləyər və ürək əzələlərinə gümrahlıq verir. Öskürəyi kəsmə xüsusiyyəti olduqca təsirlidir.
Sarımsaq
Sarımsağı soyuducuda saxlamaq cücərməsinə və xarab olmasına səbəb olur. Nəmsiz və sərin bir mühitdə saxlamaq lazımdır.
Sarımsaq ağ qan hüceyrələri sayını artıraraq immun sistemi və immuniteti gücləndirdiyi üçün xərçəngə qarşı qoruyucudur. Selenyumdan çox zəngin olan sarımsaq bir çox xəstəliyin qarşısının alınmasında təsirlidir. Döş, bağırsaq, mədə xərçənglərinə tutulma riskini azaltdığı kimi bu xəstəliklərin irəliləməsini də yavaşladır.
Xüsusilə, siqaret çəkənlərin gündə bir ədəd sarımsaq çiynəməsi siqaretin zərərli təsirlərini azaldır.
Sarımsaq damarları genişlədərək təzyiqin düşməsinə köməkçi olur və qanın daha sürətli axmasını təmin edir.
Çörək
Çörəklərin təzə qalması üçün soyuducuya qoymaq əslində doğru deyildir. Çörəklər soyuducuda daha sürətli bayatlayırlar. Ancaq dilimlənmiş çörəkləri paket halında soyuducuda 4 günə qədər saxlaya bilərsiniz.
Pomidor
Soyuq pomidorların yetkinləşmə müddətini dayandırdığı və toxumasının dəyişməsinə səbəb olduğu üçün soyuducuda saxlanmamalıdır.
Bir neçə günlük ehtiyacınızdan artığını almayaraq pomidorları tez istifadə etmək ən yaxşı həll olacaqdır.
Pomidorlar lif baxımından zəngindir, qabıqları həzmi asanlaşdırır. İçində saxladığı antioksidanlar yaşlanmağı gecikdirir.
Yemiş
Yemişi kəsmədən soyuducuya qoymaq antioksidan xüsusiyyətinin itməsinə səbəb olur. Kəsdikdən sonra soyuducuya qoya bilərsiniz.
Yemişi ümumiyyətlə yeməklərdən sonra yeyirik, ancaq yeməklərdən əvvəl yemiş yeyilərsə, həzm orqanlarını təmizləyir və xəstəlikləri aradan qaldırır. Yemiş çəyirdəklərini qaynadılaraq içildiyində bəlğəm, burun tıxanması kimi tənəffüs yolu narahatlıqlarını aradan qaldırılmasına köməkçi olur.
Ərik, banan, kivi
Bu meyvələrin qətiliklə soyuducu xaricində saxlanılmasıı lazımdır. Qazetə büküb saxlamaq doğru bir mühafizə üsuludur.
XƏBƏR LENTİ
Bill Geyt "Coronavirus"la mübarizəyə 100 milyon dollar ayırdı
Sılanın qanlı köynəyini istəyirlər
Ronaldo yenə ən yaxşı oldu
Tapılan telefonda “oğrunun" selfisi və VİDEOSU aşkarlandı
"Əhəmiyyətsiz sayılan baş ağrısı ciddi bir xəstəliyin əlaməti ola bilər"
Putin möcüzə yaradır
Məşhur aktrisa həbs olundu-FOTO
Metro ilə gedənlərə müjdə
''Kirpi'' salatı (foto resept)
Hotmail tarix olacaq
Ermənistanda panika: Gümrüdə nə baş verir?
Dəbli görünmək yaşla bağlı deyil
190 manatlıq birdəfəlik ödəmə ilə bağlı MÜHÜM AÇIQLAMA
Nokia xəritəsini Apple-a verməyəcək
Bakıda çin malları brend adı ilə satılır:12 manatlıq geyim 68 manata
"Bizim Tarla" Manqal salatı
Bergüzarla Halitdən 3,5 milyonluq reklam
Günün ulduz falı - 21.09.2013
Ayın ətrafında açıq-aydın yadplanetli gəmi göründü
Azərbaycanın sabiq prezidenti 4800 dollar pensiya alır
Prezident İlham Əliyev Bakıdakı dəhşətli yanğın olayını nəzarətə götürdü
Yaponların uzun ömür sirri
2019-un ən dəbli qadını seçildi
İlk dərs günü hava belə olacaq
Məşhur cütlüyün BARIŞIQ xəbəri yayıldı
Anita Tsoy koronavirusdan sağaldı
Möhtəşəm qış toyu üçün tövsiyələr
Sünnət əməliyyatına dair məsləhətlər
Avropanın Çin səddi: miqrantlara yer yoxdur
Dərslər sentyabrın 15-dək təxirə salınır? - RƏSMİ
"Alo, qurbanım qaçdı" xidməti
Əsmər qadınlar necə makiyaj etməlidir?
Uşaqların sosial-psixoloji inkişafı-6
Zəncəfilli peçenyelər( foto resept)
Təhsildə yenilik
Ağır xəstə olan xalq şairindən xəbər var: "Yaralarım bitişmir..."
Ronaldodan yeni rekord
Azərbaycanda tikinti işlərinə məhdudiyyət qoyuldu
Dadlı borş
Ermənilər necə silahlandırılır?
Azərbaycanda snayper kursları bərpa olunur
Azərbaycanda daha 24 nəfər koronavirusdan öldü: 532 yeni yoluxma
Qırmızı pomada seçərkən diqqət edin
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Britni Spirsin son paylaşımı diqqət çəkdi-FOTO
Azərbaycanda insanlar falçılara niyə inanır?
Xizək sürməyin 5 müsbət təsiri
Qırmızı lobya şorbası (foto-resept)
1 aya sürətli saç uzadan maska
Sağlamlığınızı onların güdazına verməyin
- ŞƏRHLƏR