Bu xəbərimdə siz bəzi tərəvəzlərin, göyərtilərin və ərzaqların qaynadılma müddəti ilə tanış olacaqsınız.
Toyuq yumurtası (5-15 dəqiqə)
Yumurtanı qaynatmaq üçün soyuq suya atmalısınız. Yumşaq olmasını istəyirsinizsə, 5-15 dəqiqə qaynatmalısınız. Yumurtanın qabığının tez soyulmasını istəyirsinizsə, qaynayan kimi tez soyuq suya salın.
Noxud (1-1.5 saat)
Noxudu qaynatmamışdan öncə bir neçə saat suda islatmaq lazımdır. Qaynadan zaman suyunu dəyişib, soyuq suyun içərisində 1-1.5 saat qaynadılması gərəkdir.
Qarğıdalı (15-40 dəqiqə)
Təzə qarğıdalını tez soyuq suya töküb 10-15 dəqiqə qaynatmaq lazımdır. Köhnə qarğıdalını isə daha çox - 40 dəqiqə qaynatmaq lazım gəlir.
Mərcimək (10-40 dəqiqə)
Təmiz yuyulmuş mərciməyi az odda qaynayan suya töküb növündən asılı olaraq 10 dəqiqədən 40 dəqiqəyə qədər qaynatmaq lazımdır. Qırmızı mərcimək 10 dəqiqəyə, yaşıl mərcimək 30 dəqiqəyə, qəhvəyi mərcimək isə 40 dəqiqəyə hazır olur.
Xırda lobya (40-60 dəqiqə)
Xırda lobya qaynadılmamışdan öncə soyuq suda 6-12 saat saxlanılır. Daha sonra suyunu dəyişib 40-60 dəqiqə qaynatmaq lazımdır.
Təzə yaşıl lobya 4-5 dəqiqə, dondurulmuş lobya isə 5-7 dəqiqə qaynadılır.
Brokkoli (5-12 dəqiqə)
Brokkolinin tərkibində daha çox vitamin və mikroelementlərin qalmasını istəyirsinizsə, təzə brokkolini qaynar suda 5-7 dəqiqədən az qaynatmayın. Dondurulmuş brokkolini isə 10-12 dəqiqə qaynatmaq lazımdır.
Kələm (15-25 dəqiqə)
Doğranmış kələm 15 -25 dəqiqə arasında bişirilir.
Brüssel kələmi (5-12 dəqiqə)
Təzə brüssel kələmi 5-12 dəqiqə, dondurulmuş brüssel kələmi isə 10-12 dəqiqə bişirilir.
Gül kələmi (10-15 dəqiqə)
Təzə gül kələmini bölmək və qaynayan suyun içərisinə atıb, 10-12 dəqiqə qaynatmaq lazımdır. Dondurulmuş gül kələmini isə bir az daha artıq - 15-17 dəqiqə qaynatmaq lazımdır. Gül kələmi qaynayan zaman suyun içərisinə bir tikə qənd atsanız, gül kələmi öz rəngini dəyişməyəcək və ağ rəngini qoruyub saxlayacaq.
Kartof (20-25 dəqiqə)
Kartoflar köhnə və yeni olurlar. Orta boy köhnə kartof 20-25 dəqiqə qaynadılır. Yeni kartof isə 10-15 dəqiqəyə qaynadılır. Ümumiyyətlə, kartofu ağzı qapaqlı və duzlu suda qaynatmaq lazımdır.
Kök (20-25 dəqiqə)
Kök 20-25 dəqiqəyə qaynadılır. Ən yaxşı qabığı soyulmamış qaynatmaqdır. Beləlikə, kök tərkibində daha çox vitamin və mikroelement saxlayır.
Çuğundur (40-50 dəqiqə)
Çuğundurun qaynama müddəti onun ölçüsündən asılıdır. Ölçüsü nə qədər böyük olsa, bişirilmə müddəti də o qədər çox olacaq. Çuğunduru qaynatmazdan öncə qabığını soyub və doğrayıb qaynatmaq tövsiyə olunmur. Əks halda,, faydalı vitamin və mikroelementlər itəcək. Təmiz yuyulmuş orta ölçülü çuğunduru 40-50 dəqiqə qaynatmaq lazımdır.
Balqabaq (boranı) (20-30 dəqiqə)
Balqabağın qabığını təmizləyirik, çox da iri olmayan hissələrə doğrayıb 20-30 dəqiqə müddətində qaynadırıq.
İspanaq (3-5 dəqiqə)
İspanağı təmizləyirik, yuyuruq və qazanda 3-5 dəqiqə qaynadırıq. Qaynatdıqdan sonra süzgəcə qoyuruq, üzərinə də soyuq su tökürük və sıxırıq.
Gicitkən (3-5 dəqiqə)
Kulinariyada təzə gicitkəndən şorbalarda və salatlarda istifadə olunur. Salat üçün gicitkəni təmiz yumaq, qaynayan suya tökmək və 3 dəqiqə qaynatmaq lazımdır. Daha sonra süzgəcə qoyub, üzərinə soyuq su töküb istəyə görə doğramaq olar. Şorbalarda istifadə zamanı isə gicitkəni 5 dəqiqə qaynatmaq lazımdır.
Turşəng (2-3 dəqiqə)
Turşəngi 2-3 dəqiqə qaynatmaq lazımdır. Turşəng rəngini dəyişən kimi - yaşıldan açıq yaşıl rəngə keçən kimi deməli hazırdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gülməli heyvanlar (son)
Kənan Doğulu və Beren Saat toy il dönümünü belə qeyd etdilər
Kredit almaq asanlaşır
Kubada meymunabənzər donuz balası doğuldu!
Dəbli ayaqqabılar
Azərbaycanın tanınmış dirijoru vəfat edib
Bir az dərin düşünək
Deniz Seki estetik əməliyyatdan SONRA
"Qremmi" -də ən yaxşılar seçildi-SİYAHI-FOTO
Unikal əməliyyat: ağzı bağlayan şiş kəsildi
Türkiyədə zəlzələ oldu
Şəhzadə Diananın 4 gözəllik imzası
Sel Tovuzu dağıtdı
Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur
Bir gün də yaşasa, müdafiə naziri olacaqdı - Generalın ölümünün böyük sirri
İlin ataları
Qeyri-adi “pasiyent” stomotoloqu qorxutdu - VİDEO
2020-nin ən məşhur çantaları
Azərbaycanda daha 36 nəfər koronavirusdan öldü: 1703 yeni yoluxma
Üz və bədən üçün maskalar
Düşmənin yüksək rütbəli zabiti məhv edildi - RƏSMİ
Böyükşor bulvarı açıldı
Əzvay şirəsi
Kirpikləri uzatmaq üçün təbii yollar
Yarpaq bisküvit (foto resept)
Sabahın hava proqnozu
Bu cür hallar milyonda bir baş verir
Bu xəstələrə dərmanlar elektron reseptlə veriləcək
Novruz haqqında bunları bilirdiniz?
İran XİN Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutmasını pisləyib
Üzü zərifləşdirən 6 hərəkət
2017-ci ilin saç modelləri
"Çox təəssüflər olsun ki, zəif həkimlərimiz var"
Nepal dağlarında ən azı 24 turist həlak olub
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Sən kimsən? (Test)
Süni mayalanmadan öncə diaqnoz
Millimizin başına bu məşqçi keçsə, vay futbolçularımızın halına!
Biskvitli "Tiramisu"tortu(foto resept)
“Bilik günü”ndə valideynlər məktəb binasına buraxılacaq? - AÇIQLAMA
Beren Saat və Kənan Doğulu da Bengünün toyunda iştirak edib-FOTO
İyunun 16-da Tehran-Təbriz-Bakı aviareysi açılır Böyüt
Atatürk adını qoymaq olmaz?
"Aşk-ı Memnu"nun aktyoru öldü
Stresi azaldan qoxular
Sevgilisinin boğazına xalta keçirib gəzdirdi - FOTO
Attestat ala bilməyənlərin NƏZƏRİNƏ!
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Uşaqlar uçun xəz papaqlar
Sançes: "Braziliya millisindən qorxuruq"
- ŞƏRHLƏR