Hamımızın içimizdəki dalanlarda azıb qalan Teseyi, onu izləyən Minotavrı, ip eşən Ariadnisi var
Alt mənliyimiz, şüuraltımız, xarakterimizin müxtəlif tərəflərini yansıdan eqomuz... Eləcə də bu eqomuzun parçaları olan davranışımız. Situasiyadan asılı olaraq fərqli şəxsiyyətlər kimi davrana bilirik. Bu müəyyən norma daxilində əslində qəbulediləndi. Amma bəzi adamlarda baryer aşılır, yaxud alınan travmanın böyüklüyündən, eləcə də yaranan emosiyanın miqdarından asılı olaraq eqo parçacıqları dominantlıq qazanır və beləcə şəxsiyyət bölünməsi gerçəkləşir. Tibbdə çox rast gəlinən bu psixi rahatsızlığın müxtəlif səbəbləri ola bilər.
Uşaqkən yaşanan ağır travmalar;
Fiziki və emosional şiddət;
Eləcə də müxtəlif kənar psixi təsirlər.
Bu məsələ istər elm adamlarının, araşdırmaçıların, istərsə də adi adamların həmişə maraq dairəsində olub. Təəccüblü deyil ki, ədəbiyyatçılar və kinematoqraflar da şəxsin alt şüuruna həmişə maraq göstəriblər. Xüsusən, psixoloji travmaların alt şüurdakı inikası nəticəsində şəxsiyyət bölünməsi, alterlərin yaranması ciddi maraq obyektidir. Örnək kimi, yazıçı Daniel Kizin "Billi Milliqanın 24 zəkası", "Beşinci Salli" əsərlərini, amerikalı psixoterapevt Korneliya Vilburun eyniadlı əsərinin motivləri əsasında çəkilmiş "Sibil" filmini, eləcə də bir neçə ay əvvəl Nayt Şemalanın ağ pərdəyə yansıtdığı "Split" filmini göstərmək olar. Azərbaycan ədəbiyyatında və kinematoqrafiyasında da bu baxımdan müsbət nələrsə var - sözügedən mövzuda Azərbaycan ədəbiyyatında cığır açan Xəyalə Muradın "Adsız" romanı... Buna qədər Xəyalə xanımın 3 - "Görünməyən həqiqət", "Bir yarpağın arzusu" və "Hər şey qızım" üçün kitabları işıq üzü görüb. Son kitabı adsız olsa da, düşünürəm ki, roman Xəyalə Muradın yaradıcılığına ad verəcək gücdədir. Eyni zamanda, digər kitablarından istər mövzu, istər mətn baxımından köklü dərəcədə fərqlənir. "Adsız"la hələ çapa imzalanmamışdan, əlyazmada oxumuşdum. Mətndə kifayət qədər açıqlar, boşluqlar var, amma Xəyalə xanımın iri addımlarla irəliləməsini də gözardı etmək qərəzli olardı.
Düşünürəm ki, mənfi tərəfləri əvvəlcədən deməyim daha düzgün olar. Elə ilk səhifələrdən hiss olunur ki, əsər çox sürətlə yazılıb. Xəyalə xanım səhv etmirəmsə, iki həftəyə yazdığını demişdi. Üstəlik, dil bir qədər kasad və qurudur. Təkrarlar yorucu təsir bağışlayır. Bunu, əlbəttə, tam olaraq yazıçının üstünə də atmaq olmaz. Ciddi redaktə sözügedən nahamarlığı kifayət qədər rəndələyə bilərdi. Amma məsələ ondadır ki, redaktə də gözoxşayan səviyyədə deyil. Ümumilikdə isə ikinci basqı gerçəkləşsə, bu mənfiləri digər mənfilərə vurub riyazi olaraq müsbətə çevirmək çətin olmaz...
"Adsız" bir bədəni bölüşən yeddi fərqli şəxsdən danışır. Onlardan altısı qadın, biri kişidir. Günün müxtəlif vaxtlarını öz aralarında bölüşən alterlərin hərəsinin özünə aid dünyası, ətrafı var. Bir-birlərindən xəbərdar olsalar da, digər alterlərə problem yaratmamağa çalışırlar.
Günay kimi tanıdığımız qəhrəman uşaqlıqda aldığı psixoloji travmalar nəticəsində şəxsiyyət bölünməsinə məruz qalıb və bu proses hazırda da davam edir. Özününsə qətiyyən heç nədən xəbəri yoxdur. Sadəcə, bir məsələdən əndişəlidir: günləri yoxa çıxır. Vaxt çox sürətlə axır. Bundan narahat olsa da, hər hansı cavab tapa bilmir. Həyat yoldaşından kömək istəməyə çəkinir. Hətta gecənin bir aləmində gözünü polis şöbəsində açanda da nə baş verdiyini anlaya bilmir. O məşum gecənin sirrinə vaqif olmaqdan daha çox unutmağa çalışır.
Müəllif bu əsəri yazmaq üçün kifayət qədər araşdırma aparıb, müxtəlif elmi-psixoloji kitablar, sənədli romanlar oxuyub, filmlərə tamaşa edib. Kitabın sonundakı ciddi ədəbiyyat siyahısı da buna sübutdur.
Xəyalə xanım qadın psixologiyasına yaxşı bələddir. Situasiyadan asılı olaraq qadınların hansı qərar verəcəyini, hansı addımı atacağını yaxşı bilir, bunu mətndə elə incə manevrlərlə idarə edir ki, əsər mətndən daha çox yaşantı halına gəlir.
Alterlərdən məndə ciddi qıcıq doğuran Emil oldu. Özündənrazı, qaba, başqalarının maraqlarını asanlıqla öz mənafeyinə qurban verməkdən çəkinməyən bu alter əslində əsərin düyün nöqtələrindəndir. Alterlər arasında yeganə kişi olan Emil qadın bədənində yaşayır. Özünü kişi kimi görür, kişi hesab edir, kişilər kimi davranır, geyinir. Amma bütün bunlar qadın bədənində baş verir. Emil həm də müdafiə səddidir. Hər hansı potensial təhlükə Emili aktiv hala gətirə bilər. Yaxud təhlükə zamanı Emil yada düşür. Özünü vasitəçi alter kimi qələmə verən, istənilən addan ciddi-cəhdlə imtina edən Adsız, sözsüz, romanda ən ziddiyyətli, ən maraqlı, eləcə də ən savadlı personajdır. Aktiv olduğu üç saatın böyük hissəsini mütaliəyə həsr edən Adsız digər şəxsiyyətlərdən kəskin fərqlənir. Onu daha çox ümumi mənafe maraqlandırır. Öz maraqlarını o qədər də önəmsəmir. Buna görə heç xoşlanmadığı Emillə də danışıqlara gedir. Hətta oxucuda qayğıkeş ana obrazı formalaşdırır.
Əsəri oxuduqca əslində görünənin baş verəndən çox fərqli olduğunu anlayacaqsız, çoxlu suallarınız yaranacaq. Bəs cavablar hardadır? Niyə alterlərdən ən az aktivlik vaxtına sahib Adsız öz adını romana verib? Günay vaxtının niyə itdiyini anlayacaqmı? Çözümlərindən qorxduğu suallar necə, yenə açıq qalacaq? Cavabları öyrənmək üçün geriyə, 2013-cü ilin sentyabrına qayıtmaq lazımdır.
Cavid QƏDİR
XƏBƏR LENTİ
Uşaqlarda koronavirus simptomları aşkarlandı
Tramp ABŞ-ın kibertəhlükəsizlik agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırdı
Dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı TƏKLİF
ABŞ məxfi xidməti: Yadplanetlilər mövcuddur və bununla bağlı sübutları dərc edəcəyik
Dərini yeniləyən maska
Toy dəvətnamələri
Çiyələkli rulet (foto-resept)
Yol polisindən hava xəbərdarlığı
Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA
Taksi sürücülərinin nəzərinə!
Baş nazirin mətbəxinə siz də baxın
"Payız aylarına hazır olmalıyıq" - Baş infeksionistdən xəbərdarlıq
Qarakənd faciəsinin ağ ləkələri
Minimum aylıq əməkhaqqı artırıldı
Melaniya Trampın geyimi müzakirələrə səbəb oldu
Nazirlik Vətən Müharibəsində çoxsaylı xəsarətlər alan qazimizlə bağlı hərəkətə keçdi
Şəkil seç! (Test)
Ana südünün faydaları
"Altın portakal" sahiblərini tapdı
"Bizim hikaye" erkən FİNAL edir-SƏBƏB
Azərbaycanda dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək
Günün ulduz falı
Səmada eyni anda üç Günəş görünüb - VİDEO
SON DƏQİQƏ! Rəsmən açıqlandı - Bu şəxslərə də pul veriləcək
Avropada İslamın yayılması onları narahat edir
Hava haqqında - 25.08.2013
Ölərkən "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyən azərbaycanlı
Yay geri qayıdır
Plastik tac yarım milyona satıldı
Dərini nəmləndirən kakao yağı
Saçlar üçün təsirli maskalar
Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanlar nə vaxt keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Ayaqqabı ipi bağlamağın 13 yolu
Günün qoroskopu: taleyinizdən şikayətlənməyin
Azərbaycanda pensiyaların ödəniş tarixi dəyişdi
Orfoqrafiya lüğətindəki mənasız sözlər açıqlanıb: asfaltsifət, aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
İlham Əliyevdən mesaj
Sümüklərinizin sağlamlığını qoruyun
Prezidentdən Nazirlər Kabineti ilə bağlı FƏRMAN – Aparatda iki müavin olacaq
BMT-dən dəhşətli Yəmən açıqlaması
Makiyajın ilk addımı
Nə üçün uşaqlıqda zaman indikiyə nisbətən daha ləng gedir?
Azərbaycanda ilk dəfə onlayn məzun günü: Təhsil naziri “Son zəng”i çaldı - CANLI
Bilirsinizmi? (3)
Əl işlərim
Zökəmdən necə qurtulmalı?
Zəlzələ olduqda ayət namazı necə qılınmalıdır?
Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı
Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb - VİDEO
Çağla yeni il planlarından danışdı-FOTO