Böyük avropalı və Şahmat
28 noyabr 1881-ci ildə Avstriya – Macarıstan imperatorluğunun mərkəz şəhərlərindən olan Venada varlı sənayeçi ailəsində dünyaya göz açmışdır. Ədəbiyyatla ilk tanışlığı məktəb illərindən başlamışdır. Ədəbiyyatla bağlı ilk işi kimi1901-ci ildən sonra fransızca yazan Paul Verleyn və Baudelairinin şeirlərini almancaya çevirməsini göstərmək olar.
I Dünya Müharibəsi zamanı (1914-1918) könüllü olaraq Venada döyüş qərargahında “Döyüş arxivi”ndə məmur olaraq çalışmışdı. Döyüşdən sonra Avstriyaya dönərək Salzburqa köçür. 1920-ci ildə Frederik Von Uinternit ilə evlənir. Stefan Sveyq Salzburqda, Kapuzinerberqin yamacındakı villasında təxminən 20 il yaşamışdı.
Salzburqda keçən illərində Sveyq Avropanın fikir birliyi üçün ağırlığını qoydu; məqalə və konferanslarıyla ictimai fikrə qarşı xəbərdarlıqlarda tapıldı; diplomatik dairələrə ağıl və səbir çağırışı etdi. 1927-ci ildə Almaniyanın Münhen şəhərində “Duyğu qarışıqlığı”, “Ulduzun Parladığı Anlar” və “Tarixi Miniatür” adlı kitabları nəşr etdirdi, 1927-ci ildə 20 Fevral tarixində “Rilkeyə əlvida” başlıqlı bir çıxış etdi. 1928-ci ildə Lev Tolstoyun 100 illik yubileylərində iştirak etmək üçün SSRİ-yə getdi.
1933-cü ildə Nasistlərin hakimiyyətə gəlməsi ilə yandırılmağa başlayan kitab kampaniyasında yəhudi əsilli Stefan Sveyqin də əsərləri vardı.1934-cü ildə Gestapo silah axtarışı adı ilə onun villasına basqın etmişdi. Elə həmin ili ölkəsini tərk edərək Londanda yerləşməli oldu. 1937-ci ildə Sveyq ilk həyat yoldaşı olan Frederikdən ayrıldı. “Ürəyin qürubu” adlı romanı yayımlandığı 1939-cu ildə Portuqaliyaya birlikdə səyahətə çıxdığı Lotte Altmanla ikinci dəfə ailə həyatı qurdu. İkinci dünya müharibəsi zamanı Nyu-York, Argentina, Paraqvay və Braziliyaya getdi. Sonda Braziliyada yerləşmək qərarını alan Sveyq 22 Fevral 1942-ci ildə Braziliyada – Rio-de-Janeyronun Petropolis şəhərciyində ikinci həyat yoldaşı ilə birlikdə intihar edir.
Ziqmund Freydə olan marağı onun əsərlərində insan xarekterini analiz etməyə imkan yaradıb. Əsasən dünyada bioqrafik əsərləri ilə məşhur olsa da, yazdığı novelalar ilə də yaddaşlarda iz qoymuşdur.
Əsərləri;
1. Roterdamlı Erazmın zəfər təntənəsi və faciəsi
2. Bəşəriyyətin bəxt ulduzları ( Tarixi miniatürlər)
3. Dünənin Dünyası
4. Jozef Fuşe – siyasi xadimin portreti
5. Novellalalar
6. Dayə
7. Dəhşətli sirr
8. Qorxu
9. Amok
10. Yad qadının məktubu
11. Kitab Mendel
12. Bir qadın həyatından iyirmi dörd saat
13. Gözlə görünməyən kolleksiya
14. Şahmat
Şahmat
1941-ci ildə ölümündən əvvəl yazdığı son əsəri olan “Şahmat” novellasında digər əsərlərində olduğu kimi insanın dərin duyğularının ən gizlin qatlarına enməyi bacarıb. Əbəs yerə Stefan Sveyq “böyük avropalı” adlandırılmayıb. Sveyq poetikasının əsası qəlbi oxumaq qabiliyyəti idi. Bu novella çox qısa zaman ərzində kəskin bir-birinə zidd olan iki insanın xarekterini çılpaqlığı ilə gözlər önünə gətirir. Bir tərəfdə Çentoviç, digər tərəfdə isə Doktor B.
Hadisələr Nyu-Yorkdan Buenos-Ayresə gedən sərnişin gəmisində cərəyan edir. Gəmidə olan bu hadisə yazıçını özü olduğu düşünülən məchul bir insan tərəfindən danışılır.
Mirko Çentoviç özündən razı, qaba və kinli bir insandır. Təhsilsiz və hər şeyi pulla ölçən bu insanın intellektual səviyyəsi xeyli aşağıdır, o, istənilən dildə tək cümləni belə səhvsiz yazmağı bacarmayan bir savadsızdır. Atası Dunay çayında gəmiçilik edən, sonradan gəmisini qəzada itirən Çentoviçi bir rahib saxlamışdır. Ona təhsil vermək istəmiş, yalnız bir şeyi yüz dəfələrlə başa salsa belə anlamamışdır.
Təsadüf nəticəsində şahmata olan marağını kəşf edən rahib onu şəhərə gətirir. Beləliklə də onun gələcək karyerası belə başlayır. Tez bir zamanda məşhurluq qazansa da, adı ilə bağlı saysız lətifələr yaranır. Bununla belə Çentoviçin heç zaman normal düşüncə qabiliyyəti olmamışdır.
Hadisələr danışan şəxs gəmidə Makkonor adlı “üçüncü dərəcəli oyunçu” ilə tanış olur və onunla şahmat oynayarkən bu gəmidə dünyaca məşhur Çentoviçlə birlikdə üzdüklərini bildirir. Sonradan Makkonor Çentoviçlə 250 dollar qarşılığında bir çempionat keçirməyə razı olur. İlk oyunda uduzan Makkonor, ikinci oyundan sanki yardım üçün göndərilmiş məchul biri sayəsində bərabərə oyunu tamalayır. Növbəti gün Doktor B.-ni razı salıb yenidən çempionat zamanı Çentoviçə qalib gəlir. Doktor B. ikinci oyunu yarıda buraxmalı olur. Burada Doktor B. kimi verilən məchul insan faşist zülmünə məruz qalmış, aylarla “heçliklə” savaşmış bir zavallı kimi təsvir edilmişdir. Doktor B. Avstriyanın, ümumilikdə isə Avropanın işğalı zamanı bu zülm və təqiblərə məruz qalmış insanların prototipidir.
Doktor B. aylarla yalnız bir çarpayısı olan qaranlıq otaqda öz məni və “heçliyi” ilə mübarizə apararkən, təsadüfən şahmat kitabı əlinə keçir və bununla da öz heçliyindən xilas olmaq istəyərkən “Şahmat xəstəliyinə” tutulur. Şahmat sayəsində təklikdə öz qara və ağ məni ilə mübarizə aparır, sonda tamamilə bunun xəstəsinə çevrilir.
Ümumiyyətlə bu əsər 20-ci əsrdə Birinci Dünya Müharibəsini bəşəriyyətin səhvi adlandıran Sveyqin İkinci Dünya Müharibəsinə qarşı bir etirazı idi. Hümanist yazıçı olan Sveyqi bu müharibə çox sarsıtdı və 1942-ci ildə özündə güc taparaq “Dünənin dünyası” əsərini tamalaya bildi. Elə həmin il də ikinci həyat yoldaşı ilə birlikdə, dünyanın bir daha əvvəlki vəziyyətinə qayıtmayacağına inanaraq həyatına son qoydu.
Fərid Absəlimov
XƏBƏR LENTİ
Məkkədə gözlənilməz hadisə
HAVA necə olacaq?-XƏBRDARLIQ
Bensu Sorelin Ayrılıq xəbərləri yayıldı-FOTO
Azərbaycan post-sovet ölkələri arasında 6-cı oldu
“Qanlı Yanvar” Şəhidlər Xiyabanında
Koronavirusa görə pulsuz izləyəcəklər
Məşhur aktrisa vəfat etdi
Ana-bala olduqlarına heç kim inanmır - FOTO
Devid Bekhem İlk Dəfə Bunları Açıqladı-FOTO
Ciyər qutabı (foto resept)
Mətbəx üçün künc dəstləri modelləri
Uşaqları sərbəst necə tərbiyə etmək olar?
Kim deyir ki, qadın zəif məxluqdur?
İmmunitet sistemini zəiflədən hallar
Gənc anaların 10 qorxusu
Bollivud aktyorları (2)
Ünvanına yetişməyəcək məktub
Təbiətin gözəlliyini əks etdirən şəkillər
Dima Bilan əməliyyat olunacaq
Xərçəng xəstəliyinin əlamətləri
Dəbdən düşmüş ev dekorasiyası
Oskar qazanmasa da, çoxunun sevimlisinə çevrilən filmlər
Fransız dizaynerdən qəribə donlar
Günün qoroskopu: təkbaşına, müstəqil şəkildə çalışın
40 yaşından sonra dəblə necə ayaqlaşmalı?
Xələf Xələfov: "Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində mübahisəli yatağın olması məsələsindən danışmaq yersizdir"
Nazirlik hərəkətə keçdi
Sabah dərs olmayacaq?
Koronavirusla bağlı SON STATİSTİKA
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
Avropa ölkələri Qafqaza yalnız neft anbarı kimi baxmamalıdır
Gimnastımız İtaliyada uğurla çıxış edib
Bədənini divar örtüyünə bənzətdi
Roman əsasında çəkilmiş ən yaxşı filmlər (2)
Kirayə mənzillərə müraciət başladı
Telekanal qazisini böyük coşqu ilə qarşıladı - VİDEO
Şokoladlı, kokoslu tort (foto resept)
Eser Yenenler yeni pəhrizə başladı
78 yaşlı azərbaycanlı "morj"
Balqabağın sehrli gücü
Saytımızın ƏN-ləri IV HİSSƏ
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (III hissə)
Cazibədarlığın xəritəsi
Ohanyan: "Azərbaycan ordusunu diqqətlə izləyirik"
Nuriyyə Əhmədovanın vəziyyəti yaxşı deyil
8 martda pul yığan müəllimlər cəzalanacaq
Hərəkət et, yaşa!
Evdə arıqlama üsulları
Ana südü və oksitosin hormonu
Azərbaycanda tutulan nəhəng balıq Türkiyədə satışa çıxarıldı
- ŞƏRHLƏR