"Başqa vaxt hamımız fikirləşirik ki, daimi məhəbbət yoxdur və bizim öz məhəbbətimiz adi bir hissdir. Amma xatirələr güclü çıxır. Deməli, bütün bir şəhəri dəhşətə gətirmiş bu xəstəlik ancaq xəstəlik qorxusu gətirməmişdi. O həm də insanları xatirələrlə yaşamağa və daxili haqq-hesab çəkməyə məcbur eləmişdi."
Əksəriyyətimiz Kamyunu " Yad " əsəri vasitəsilə tanıyırıq. Bu əsərdən onu absurd fəlsəfəsinin və nihilizmin təmsilçisi kimi tanısaq da əmin olun " Taun " romanı yazıçı haqqındakı bu düşüncəmizi alt - üst edəcək.
1957-ci ildə Nobel mükafatına layiq görülmüş Albert Kamyu ilk romanlarından başlayaraq demək olar ki, bütün əsərlərində ölümün qaçınılmazlığı qarşısında həyatın, yaşamağın mənası nədir və ölümə rəğmən necə yaşamaq lazımdır kimi suallara cavab verməyə çalışıb. Bəzi əsərlərində ölüm gerçəyinin qarşısında yaşamağın mənasız olduğunu, hətta həyatdakı tək həqiqətin ölüm olduğu fikrini müdafiə edir. Çünki insan əvvəl-axır ölümə məhkumdur. Amma, yazıçı heç vaxt intihara haqq qazandırmır. Həyatın bütün mənasızlığına rəğmən yaşamaq lazım olduğunu deyir. O, intiharı çıxış yolu olaraq görmürdü. Bütün bu absurd fəlsəfəyə əsaslanan fikirləri ilə, " Yad " romanında Mersault obrazının ətrafında söylədiyi fikirləri ilə nihilizmə bir qapı açmış olsa da, " İnqilab edən insan " adlı fəlsəfi təcrübələrindən ibarət kitabındakı fikirləri onu nihilizmdən uzaqlaşdıraraq müsbət bir həyat fəlsəfəsinə yaxınlaşdırmışdır. Bu kitabında Kamyu inqilabın səbəbini haqsızlığa qarşı mübarizə və ədalət kimi uca bir dəyərə bağlamaqla, bütün dəyərlərin yox sayılması kimi qiymətləndirilən nihilizmdən uzaqlaşır.
"Taun" romanında da biz yazıçının bu cərəyandan uzaqlaşdığını görürük. " Taun ", Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir və bir növ onların simvoludur. Bu xəstəlik vasitəsilə yazıçı insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyəti, onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını, həyat öz adi axarı ilə davam etdiyi zamanlarda fərqinə vara bilmədikləri xırdalıqlara necə diqqət ayırmalarını, dünənə kimi əllərini uzatsalar çata biləcəkləri qədər yaxınlarında olan doğmalarından, həyat yoldaşlarından, sevgililərindən, dostlarından gözlənilmədən ayrı düşməyin onlarda yaratdığı əbədi ayrılıq qorxusunu oxucuya çatdırır. İnsanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiyini göstərir.
Keşiş Paneluo taunu insanların bu günə kimi işlətdikləri günahların cəzası olaraq görür və bu cəzaya layiq olduqlarını düşünür. Tanrının varlığına inanmayan Həkim Bernar Ryö isə taunu bir pislik olaraq qəbul edir və pisliyə qarşı mübarizə aparmalı olduğuna inanır. İnsanları sevir, onlara kömək etməyə çalışır.
Həkim Ryönun öz ifadəsi ilə desək heç Tanrı da bu müxtəlif əqidəli insanları birgə mübarizə aparmaq fikrindən döndərə bilmədi. Çünki əqidələri fərqli olsa da hər biri pisliyə qarşı mübarizə aparırdı. Tanrıya inanıb-inanmasından asılı olmayaraq bütün yaxşı insanlar şəhərdə tüğyan edən və hər gün yüzlərlə insanın ölümünə səbəb olan bu bəlaya qarşı birlikdə mübarizə apardılar. Keşiş Panelu, illər öncə onu tərk etmiş arvadına vaxtında sevgisini göstərə bilmədiyi üçün özünü günahkar sayan, ömrünü naməlum bir əlyazmaya həsr etmiş bələdiyyə işçisi Jozef Qran, şəhərə reportaj hazırlamağa gəlib taun epidemiyası başladıqdan sonra şəhərdən çıxış qadağan edildiyi üçün qayıda bilməyən və sevdiyi qadından ayrı düşən jurnalist Ramber, qoca həkim Kastel, Jan Taru... Tanrıya inanmadan müqəddəs olmağa çalışan, insanları sevən, bütün pisliklərə qarşı mübarizə aparan Jan Taru... və həkim Ryö. Bu obraz mənə " Zəfər tağı "ndakı Raviki çox xatırlatdı. Ravik kimi humanist,anlayışlı və elə onun qədər soyuqqanlı bir insan...
Həkim Ryö və dostları xəstəliyə qarşı mübarizə apardılar və qalib gəldilər. Ancaq həkim Ryö bu uğurun keçici olduğunu və taunun bir gün yenidən qayıda biləcəyini bilir... Və o daha bir şeyin fərqindədir: bir gün ölümlə birlikdə yox olacağımız halda yaşadığımız müddətcə pisliklərə qarşı mübarizə aparmalı olduğumuzu.
" Yad "ın qəhrəmanı ilə Ryö arasında müqayisə aparsaq onların analarına olan münasibətini nümunə göstərmək olar. Ryö anasına qarşı laqeyd deyildi və dilə gətirməsə də onu sevirdi. Bundan başqa o qeydlərində taunun dost olmağa imkan tapmadan Tarunu onun əlindən aldığı üçün ona heç vaxt sevgisini göstərə bilməyəcəyini deyib təəssüflənir... Bu da onun ana sevgisi, dostluq kimi mənəvi dəyərlərə sahib olduğunu göstərir ...
Əsəri " Yad "dan fərqləndirən başqa bir cəhət isə roman boyu hər zaman ümid qığılcımının olması idi. Bu ümid heç vaxt sönmədi...
Roman axıcı və bir o qədər də təsirlidir... Ən çox müstəntiq Ottonun balaca oğlunun və Tarunun ölüm səhnəsində təsirləndim birdə Qranın oyuncaq mağazasının qarşısında dayanıb keçmiş arvadını xatırlayaraq ağladığı səhnədə...
Bu romana mən verilə biləcək ən yüksək balı verərdim. Çox həm də çox bəyəndim. Qeyd edim ki, bu əsər haqqında yazmaq mənim üçün olduqca çətin oldu. Uğurlu alınmayacağından qorxurdum. Bilmirəm nə dərəcədə yaxşı yaza bilmişəm. Əsərin gözəlliyi qarşısında yazım çox sönük təsir bağışlaya bilər. Hər kəsə xoş mütaliələr.
Aybəniz Həsənova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün qoroskopu: qəfil üstünlükləri aşkarlayaraq irəliləyin
İspanaqlı kek
Dünyanın ən bahalı tibbi maskası hazırlanır
Uşağınız söylədiklərinizi əhəmiyyətsiz hesab edir?
50 yaşından yuxarı qadınlar üçün makiyaj
Azərbaycanda qızıl bahalaşdı
10 yaşlı dahi
Bu planetdə külək səsdən daha sürətli əsir
Bakıda qadınlar üçün taksi
Milli yemək ənənələri COVID-19-dan ölüm səviyyəsinə təsir edir
Xanımlarımız üçün babetlər
Selulitlərinizdən bu qarışımla xilas olun
Çex Respublikasında koronavirusa yoluxanların sayı artdı: Səhiyyə naziri istefa verdi
Ağ şokoladlı truff (foto resept)
HAVA necə olacaq?-12 İyul
Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ
Yeni qayda: sürücü-polis münasibətində kağız "məsələsi"
"Barselona" şoku: sırada "Mançester Siti" və PSJ-dir?
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
Bu şəxs attraksiona minmək naminə 85 kiloqram arıqladı
63 yaşlı ana və 40, 36, 41 yaşlı qızları...
Yeni makiyaj trendi: Draping
Pəhrizin kimlərə heç bir köməyi olmur?
Rəssamın şagirdinə verdiyi dərs
Uşağın kimə bənzədiyini hamilə ikən öyrənin
XİN: “Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil”
Qış makiyajında trend rənglər
Hollandiyada ağıllı yol
Con Frenç Sloanın rəsmləri
Yay fəslini sevməmək olar?
Azıx mağarasının görüntüləri yayıldı - VİDEO
Hava haqqında
Kişilərin saçı tökülürsə...
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub
Hamilələr necə yatmalıdır?
Meyvəli salat (foto-resept)
Yaşına bax, qidalan!
İlham Əliyev: “Şuşaya dəmir yolu çəkiləcək”
At ilində nələr dəbdə olacaq?
Kağızdan miniatür heyvanlar
Roma salatı
Ancelina Coli və Bred Pitt şərik olacaq-SƏBƏB
Bakıdan Sumqayıta metro çəkiləcək?
Ərdoğan Ermənistanın Azərbaycana hücumunu qınadı - VİDEO
Ermənilərin təslim addımı
Yanan bina sakinləri evlərinə geri dönür
Şəhərlərarası sərnişindaşımada ciddi izolyasiya qaydaları olacaq - RƏSMİ
Azərbaycanda əmək haqları artacaq
2012-nin burma bilərzikləri
- ŞƏRHLƏR