Bəzən elə anlar olur ki, sanki, hiss edirəm ki, zövqüm formalaşır. Hansısa musiqi parçasını dinləyəndə, hansısa reklama tamaşa edəndə olur ki, ani olaraq içimdə dəyişiklik hiss edirəm. Murakaminin bu hekayələri zövqəmələgətirmədə mənim üçün müstəsna rola sahib oldu.
Leksinqton kabusları (Призраки Лексингтона) – Yuxular, xəyallar və arzular dünyası necə də al-əlvan, rəngarəngdir. Əsl əbədiyyət və sonsuzluğu yuxularda, xəyallarda hiss etmək olur. Murakaminin əsərlərində bu çalarlar mövcuddur.
Hekayə yazıçının Keysi adlı caz plastinkalarının kolleksiyoneri ilə baş vermiş görüşü və onun evində bir neçə gün gecələməsi haqqındadır. Hekayədə dolğun süjet və razvyazka yoxdur. Hekayələr toplusuna ad vermiş bu hekayə, yazıçının dediyinə görə real hadisələrə əsaslanır. Bəsit məişət-proza fantastikasıdır. Hekayənin baş qəhrəmanı (yazıçının özü) tanışının evində gecə ruhların peydə olduğunu hiss edir. Ruhlar öz aralarında nə isə danışırlar, amma başa düşmək olmur. Bax belə şeylər də olur. Ani bir nararazlıq və nəticə olaraq qeyri-məyyən bir mənzərə.
Susqunluq (Молчание) - Aoki kimilərinin yalanlarını sidq-ürəkdən qəbul edən kütlə çox təhlükəlidir. Heç nə dərk etmir, heç nə təklif etmir, sürü instinktinə boyun əyərək özgələrin ürəyəyatan və sərf edən fikirləri əsasında davranırlar. (РќР° самом деле страшнее всего толпа, которая Р·Р° чистую монету принимает ложь таких, как РђРѕРєРё. Ничего РЅРµ предлагает, ничего РЅРµ понимает, лишь повинуется стадному инстинкту Рё пляшет РїРѕРґ дудочку чужих мнений, красиво звучащих Рё удобоваримых.)
Susmaq, yoxsa cavabını vermək? Bax şəxsiyyəti formalaşdıran məgər bu deyilmi? Mən bundan sonra necə yaşayacam? Mən sürünün harasındayam? Sürü mənim yoxsa mən sürünü?
Hekayənin sənədli-film kimi quruluşu və avtobioqrafik fəlsəfi-psixoloji olması oxucuya kifayət qədər çox şey öyrədə bilər. Murakami kütləni mühakimə edir. Murakami sizə yerinizi göstərəcək.
Yeddinci (Седьмой) – Düşünürəm ki, həyatımızdakı ən qorxulu şey qorxunun özü deyil. O həmişə olub və bu gün də müxtəlif qılıqlara girərək qarşımıza çıxır. Ən qorxulu şey qorxuya arxa çevirib göz yummaqdır. Məhz həmin anda biz malik olduğumuz dəyərli NƏYİSƏ güzəştə getmiş oluruq. Mənim vəziyyətimdə bu dalğa idi. – hekayədən kiçik bir parça olan bu cümlələri oxuyanda, hiss etmək olur ki, hekayə bəşəriyyəti min illərdir narahat edən psixoloji sıxıntılardan bəhs edir. Çox vaxt bizim sayəmizdə bölünərək çoxalan qorxu adlanan mikrob, çox insanı bir çox şeydən məhrum etmişdir. Qorxu ilə əlaqədar olan fəlsəfi düşüncələr və ya qorxu haqqında deyiləsi sözlər yuxarıdakı cümlələrə çox gözəl sığışdırılıb.
Dostunu uşaqlıqda dalğalar tərəfindən udulduğunu görən şəxs onu xilas etmədiyi üçün bütün ömrü boyu vicdan əzabı çəkir. Bu vicdan əzabı onu hər səhər yuxudan çığırtı ilə oyadır. Bu əzab onu xaotik həyat yaşamağa və düşüncə irrasionallığına sürgün edib. O, çıxış yolunu tapmalıdır. Məgər insan həyatında problemlərin və qorxuların yeganə həll yolu məhz onların üzərinə şığımaqla çözümlənir.
Bu mövzu heç də diqqətdənkənar qalan məsələ deyil. Bu mövzuyla əlaqədar hədsiz sayda film, hekayə, roman və şeir yazılıb, təqdim olunub. Lev Tolstoy vicdanı ilahi parça adlandırırdı və insan həyatında vicdan əzabı kimi ikinci bir əzab ola bilməz. Biz isə çox vaxt bizi qorxudan şeylərdən uzaq qaçmağı seçirik. Tupikə düşürük. Tupikdən yeganə çıxış yolu geri dönməkdir.
Olduqca həssas və tragik olan bu hekəyədə biz zaman keçdikcə problemlərə yanaşma tərzimizin dəyişməsini, psixoloji və vicdani azadlıq əldə etmək üçün əslində birbaşa bizi qorxudan amilin üzərinə getməli olduğumuzu, qorxunun mahiyyəti kimi nüansları nəzərdən keçiririk.
Niftiyev İbrahim
XƏBƏR LENTİ
Cəbhədə son vəziyyət
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Xəzərdə suitilərin ölümünün hansı səbəbdən baş verdiyi araşdırılır
Dekor sabunlar təhlükə mənbəyidir
Bir neçə günə məşhurlaşmış Zao tətbiqi
Payız üçün köynəklər
Bürcünüzə görə dekorasiya
Onları filminə çəkən müflis olur-FOTO
Arıqlamaq üçün pəhriz
Aqillərin inamına görə...(2)
Prezident və ailəsi təntənəli mərasimdə - FOTO
Nə vaxt nə içəcəyinizi bilin!
Bakı metropoliteni iş qrafikini dəyişəcək
Boliviya tarixinə düşən şəxs prezident seçildi
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Diordan çanta kolleksiyası
Hava xəbərdarlığı
HAVA necə olacaq?-16 Sentyabr
Bred Pitt yeni sevgilisi ilə tətilə çıxdı
Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər
Türkiyədə zəlzələ olub
Milli Qəhrəmanlarımızın şəkilləri Bakı küçələrinə həkk edildi - VİDEO
Hamilə qadının bətnində 13 uşaq var
Bayramda təcili yardım və polislər ayağa qalxacaq
Nar dənəli çuğundur salatı
Güllü kəpənək tortu (foto-resept)
271 qız bir anda ərə getdi
Tokio metrosunda robotlar olacaq - FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
2014-cü il - At ili
Yatmazdan əvvəl bunu etməyin
Hər növ saç üçün maskalar
O da "Təki Vətən sağ olsun!" dedi
Süd verən analar bunu siz də hazırlaya bilərsiniz
Rahat həyat ömrü qısaldır
2016 - Bayramınız mübarək!
Düşmən Tərtər rayonunu atəşə tutub - RƏSMİ
Hansı meyvə suları ürək üçün faydalıdır?
Göylər eşqim qədər mənə əzizdir..
Sabah leysan yağacaq, dolu düşəcək
Gözəlləşmək üçün bıçaq altına girən məşhurlar - FOTO
Peyvənd olunmayan uşaq suçiçəyi keçirsə...
Sevənlərin davranış mədəniyyəti
Pis yuxu şəxsi həyatı məhv edir
Günün ulduz falı
İranda 8 narkotacir asıldı
YAY FOBİYASI: bu xəstəlik kimləri ölümə aparır?
Meyvələrin bilmədiyimiz faydaları
Meyvə, yoxsa dərman...
- ŞƏRHLƏR