Bu vaxta qədər bəlkə də K.-nın işə qarışmasından yaxşı nəticə gözlədiyi üçün dinməyən Frans adlı keşikçi, əynində də bircə şalvar qapıya tərəf gəldi, diz çökərək onun qolundan yapışdı:
– İkimizi də xilas edə bilmirsənsə,–deyə pıçıldadı,–ən azı, məni buraxdırmağa çalış! Villem məndən yaşca böyükdür, hər cəhətdən də ürəklidir, özü də bir neçə il bundan əvvəl, yüngül də olsa, kötək cəzası alıb, ancaq mən hələ indiyəcən alçaldılmamışam, elədiklərimi də Villem öyrədib, yaxşısını da , pisini də... Yazıq nişanlım indi bankın qabağında dayanıb məni gözləyir. Utanıram, mənə rəhm edin...–göz yaşlarına bələnmiş üzünü K.-nın pencəyinin ətəyinə sürtdü.
– Daha gözləyən deyiləm!–kişi hər iki əli ilə kötəyi yuxarı qaldırdı, Fransı döyməyə başladı. Villem bir küncdə büzüşərək, başını qaldırmağa belə cəsarət etmədən oğrun-oğrun onlara tərəf baxırdı. Həmin anda Fransdan dəhşətli bir qışqırtı qopdu, sanki insan qışqırmadı, hansı bir musiqi alətisə sındırıldı və onun kəsilmək bilməyən səsi bütün dəhlizi başına götürdü, bütün binada eşidildi.
– Qışqırma!–deyən K. özünü saxlaya bilmədi, xidmətçilərin səsi eşidib gələ biləcəyi tərəfə baxa-baxa Fransa bir dürtmə vurdu. Çox bərk itələməsə də, huşunu itirmiş keşikçi yerə yıxıldı, çapalaya-çapalaya döşəməni cırmaqlamağa başladı. Ancaq kötəkçinin zərbələri boşa çıxmır, döşəmənin üstündə də onu tapırdı. Kötəyin ucu qalxıb-endikcə Frans yerində qıvrılırdı. Uzaqdan qulluqçular göründü: biri irlidə gəlirdi, biri də iki-üç addım ondan geridə. K. tez qapını örtüb pəncərələrdən birinə yanaşdı, onu açdı. Daha qışqırtı eşidilmirdi. K. xidmətçilərin yaxınlaşmasına imkan verməmək üçün dedi:
– Mənəm!
– Axşamınız xeyir, cənab prokurist,–o tərəfdən səs gəldi,–nəsə olub?
– Xeyr, xeyr! Həyətdən it səsi gəlir.–xidmətçilərin buna fikir vermədiyini görüb əlavə etdi:–Siz işinizdə olun...
Xidmətçilər onunla söhbətə başlamasın deyə əyilib pəncərədən bayıra baxdı. Bir az keçəndən sonra dönüb dəhlizə baxanda gördü ki, xidmətçilər gedib. Pəncərənin qarşısında dayanıb qaldı: anbara tərəf getməyə ürək eləmirdi, evə də getmək istəmirdi. Onun baxdığı dördkünc balaca bir həyət idi, xidməti otaqlar onu dövrəyə almışdılar və hamısının da pəncərəsi qaranlıq idi, yalnız yuxarıdakılarda ayın işığı əks olunurdu. Yorğun baxışları qaranlığı yararaq həyətin uzaq küncünə–bir neçə əl arabasının dayandığı yerə dikildi. Kötəkçiyə mane ola bilmədiyinə görə əzab çəkirdi, ancaq onun günahı deyildi, əgər Frans qışqırmasaydı–yəqin çox ağrıtdı, amma elə anlar var ki, adam özünü saxlamağı bacarmalıdır–hə, qışqırmasaydı, çox güman ki, nəsə bir bəhanə tapıb kötəkçini yola gətirərdi. Əgər aşağı çinli məmurların hamısı yaramaz idisə, onda ən iyrənc vəzifə sahibi olan kötəkçi niyə istisna olmalı idi? Əskinası görəndə gözlərinin necə parıldadığını K. yaxşı gördü və doğrudan da döyməyə başlaması da, məlum məsələ idi ki, məbləği bir az çoxaltmaq üçün idi. K. da simiclik eləməzdi, çünki məqsədi həqiqətən də keşikçiləri azad etmək idi. Əgər bu məhkəmə sistemini darmadağın etmək istəyirdisə, elə buradan başlaması da təbii idi. Ancaq Frans bağırmağa başladığı andan hər şey bitdi. K. heç vaxt imkan verə bilməzdi ki, xidmətçilər, ya da başqaları gəlib onu anbarda bu adamlarla bir yerdə görəndə təəccüblənsinlər. Belə qurbanlığı heç kəs K.-dan tələb edə bilməzdi. Əgər bu işi etmək qəsdində olsaydı, sadə bir yolu seçərdi, soyunub kötəkçiyə deyərdi ki, keşikçilərin əvəzinə onu döysün. Yeri gəlmişkən, bəlkə də kötəkçi heç buna razılıq verməzdi, çünki havayı yerdən vəzifə borcunu yerinə yetirməmiş hesab olunardı və qanunu da ikiqat pozardı, axı K. istintaq altında idi, məhkəmə məmurları ona toxuna bilməzdilər. Əlbəttə, burda xüsusi hallar da ola bilərdi. Hər halda, K. başqa cür hərəkət edə bilməzdi, qapını örtməli idi, halbuki bunun özü də onun təhlükədən tam azad olması demək deyildi. Son anda Fransa dürtmə vurduğuna təəssüfləndi, ancaq bunu da həyəcanına bağışlamaq olardı.
Uzaqdan xidmətçilərin addım səsləri eşidildi. Onların diqqətini cəlb etməmək üçün pəncərəni bağlayıb əsas pilləkənə tərəf getdi. Anbarın yanından keçəndə, ayaq saxlayıb içərini dinşədi. Tam sakitlik idi. Bəlkə də kişi onları ölənəcən döymüşdü, çünki hər şey onun ixtiyarına buraxılmışdı. K.-nın əli artıq dəstəkdə idi və onu tez geri çəkdi. Daha heç birinə kömək edə bilməzdi, xidmətçilər də indi gəlməli idilər. Özünə söz verdi ki, bu işi belə qoymasın, əsl günahkarları, hələ indiyədək cəsarət edib onun qabağına çıxa bilməyən o yüksək çinli məmurları, imkanı daxilində, layiqincə cəzalandırsın. Bankın qabağındakı pillələri düşərkən bütün ətrafa diqqətlə göz gəzdirdi, ancaq o həndəvərdə kimisə gözləyən qız görmədi. Nişanlısının onu gözlədiyini deyən Fransın sözləri yalan çıxdı, ancaq bu yalanı bağışlamaq olardı, çünki kiminsə qəlbində daha çox mərhəmət hissi oyatmaq üçün deyilmişdi.
Səhəri gün də keşikçilər K.-nın yadından çıxmadı. Fikri dağınıq olduğu üçün yaxşı işləyə də bilmədi və onu qurtarmaq üçün kabinetində dünənkindən çox qalmalı oldu. Evə gedəndə yenə anbarın yanından keçəsi oldu və sanki adət etdiyi üçün onun qapısını açdı. İçəridə qaranlıq əvəzinə gördükləri onun ağlını başından çıxartdı. Hər şey dünən qapını açarkən gördüklərinin eyni idi: girəcəkdə qalaqlanmış köhnə kağız-kuğuzlar, əlində kötək olan kişi, çılpaq keşikçilər, rəfdəki şam... Keşikçilər o dəqiqə şikayətə başladılar:
– Cənab...
K. tez qapını çırpdı, üstəlik də onu yumruqladı, sanki bununla daha bərk bağlamaq istəyirdi. Az qala ağlaya-ağlaya sakitcə oturub nüsxə çıxaran xidmətçilərin yanına getdi. Onlar K.-nı görən kimi dayandılar.
– Anbarı da qaydaya salın!–ucadan dedi?–zibilin içində batıb qırılırıq!
Xidmətçilər söz verdilər ki, sabah mütləq təmizləyəcəklər. K. başını tərpətdi, gecənin bu vaxtı onları işləməyə məcbur etmək olmaz, halbuki elə bu niyyətlə gəlmişdi. Xidmətçilərin yaxınlığında olmaq məqsədilə bir az da oturdu, nüsxələrdən bir-iksini götürüb baxdı, özünü elə göstərdi ki, guya onları yoxlayır və sonra da çıxdı. Bilirdi ki, xidmətçilər onunla birlikdə çıxmağa cəsarət eləməyəcəklər və daha heç nə haqqında düşünməyərək yorğun halda evə qayıtdı.
Altıncı fəsil
Əmi. Leni.
Bir gün günortadan sonra–poçtu göndərmə vaxtı olduğu üçün K. çox məşğul idi–kağızları gətirən xidmətçilərlə birlikdə əmisi Karl da–o, mülkədar idi və kənddə yaşayırdı–içəri girdi. K. bir ay bundan əvvəl onun gələcəyini fikirləşərkən qorxduğundan az qorxdu. Təxminən bir ay bundan əvvəl dəqiq bilirdi ki, əmisi mütləq gələcək. Onda fikirləşirdi ki, qəddi bir az əyilmiş
əmisi yastı şlyapası da sol əlində uzaqdan sağ əlini ona tərəf uzadaraq gələcək, masanın üstündən K.-ya tərəf tələsən əli qarşısına çıxan hər şeyi silib-süpürəcək. Əmisi həmişə tələsirdi, çünki beynində belə bir axmaq fikir dolaşırdı ki, paytaxta gəldiyi bircə günün ərzində nəzərdə tutduğu bütün işləri görsün, bundan əlavə də təsadüfən alınan danışıqları, alveri, ya da əyləncəni əldən buraxmasın. Bunula belə, K. çalışırdı ki, həmişə ona arxa olmuş dayısına, imkanı daxilində, kömək eləsin. Üstəlik də gecələmək üçün onu həmişə özünün qaldığı evə aparmışdı. Adını da “Kənddən gələn xəyal” qoymuşdu.
Salamlaşan kimi, hətta K.-nın təklif etdiyi kresloya oturmamış dedi ki, onunla təklikdə danışmaq istəyir.
– Belə lazımdır,–güclə danışa bilirdi,–rahat olmağım üçün belə lazımdır.
K. o dəqiqə xidmətçilərə dedi ki, çıxsınlar və yanına da heç kəsi buraxmasınlar.
– Eşitdiklərim düzdür, Yozef?–tək qalan kimi kişi soruşdu və oturdu. Yeri rahat olsun deyə əlinə keçən bir neçə kağız qalağını da altına qoydu.
K. susdu, söhbətin nədən gedəcəyini başa düşdü, ancaq çox gərgin işdən sonra onu qəfil, şirin bir yorğunluq bürüdü, gözlərini pəncərəyə dikdi: oturduğu yerdən qarşıdakı küçənin balaca üçkünc bir hissəsi, iki mağazanın vitrinləri arasındakı boş divarlar görünürdü.
– Sən hələ pəncərəyə baxırsan!–Əmisi əllərini göyə qaldırdı,–Allah eşqinə, mənə cavab ver, Yozef! Bu doğrudur? Belə şey ola bilər?
– Əziz əmi!–K. nəhayət özünə gəldi,–axı sənin nə istədiyini bilmirəm...
– Yozef!–əmisi xəbərdarlıq etdi,–bildiyimə görə sən həmişə həqiqəti danışmısan. İndi bu son sözlərini nəsə bir pis əlamət kimi qəbul etməliyəm?
– Nə istədiyini başa düşürəm,–K. ona tabe oldu,–yəqin məhkəmə barədə eşitmisən...
– Elədir...–əmisi başını asta-asta yırğaladı.–Eşitmişəm, məhkəməyə düşübsən.
– Kimdən eşitmisən?
– Erna yazmışdı... Düzdür, səninlə get-gəli yoxdur, özün də, təəssüf ki, onunla az maraqlanırsan, ancaq buna baxmayaraq, xəbər tutub. Məktubu bu gün aldım və o dəqiqə də durub gəldim. Bura gəlməyimin başqa səbəbi yoxdur, ancaq bunun özü də elə-belə səbəb deyil. Sənə aid olan yerlərini oxuya bilərəm,–deyə məktubu cibindən çıxardı,–bax budur, yazır: “Yozefi çoxdandır ki, görmürəm, keçən həftə banka getmişdim, ancaq işi çox olduğundan məni yanına buraxmadılar, bir saata yaxın gözlədim, sonra evə qayıtdım, çünki piano dərsim vardı. Onunla söhbət etməyə çox can atıram, bəlkə yaxın günlərdə fürsət düşəcək. Çox mehriban, diqqətcildir, ad günümdə mənə bir böyük qutu şokolad göndərmişdi. Sizə yazmağı unutmuşdum, ancaq indi onu soruşduğunuz üçün yadıma düşdü. Onu da bilməlisiniz ki, pansiona gələn şokolad o dəqiqə yoxa çıxır, kiminsə sənə şokolad bağışlamasını görürsən, elə o dəqiqə də yoxa çıxır. Yozef barədə sizə bir söz demək istəyirəm. Yuxarıda yazdığım kimi, bankda məni onun yanına buraxmadılar, çünki bir cənabla söhbət edirdi. Bir xeyli sakitcə oturub gözləyəndən sonra xidmətçidən söhbətin təxminən nə qədər çəkə biləcəyini soruşdum. Dedi ki, yəqin çox çəkər, ola bilsin, cənab prokuristin məhkəməsi barədə danışırlar. Soruşdum ki, bu nə məhkəmədir, bəlkə yanılır, dedi ki, yox, yanılmır, məhkəməyə verilib, özü də çətin məhkəmədir, özgə heç nə bilmir. O özü də böyük məmnuniyyətlə cənab prokuristə kömək edərdi, çünki çox yaxşı, ədalətli insandır, ancaq bunu necə edəcəyini bilmir, indi bircə onu arzulayır ki, sözükeçən cənablar ona arxa dursunlar. Yəqin belə də olacaq, hər şey yaxşı qurtaracaq, ancaq cənab prokuristin ovqatından hiss edir ki, hələlik işlər yaxşı getmir. Əlbəttə, onun dediklərinə çox da fikir vermədim, o sadəlövhü sakitləşdirməyə çalışdım, eyni zamanda da dedim ki, bu barədə heç kəsə danışmasın və mən bütün bunların hamısını şayiə hesab edirəm. Lakin bununla belə, əziz ata, bəlkə növbəti gəlişində özün bu məsələni araşdırasan, çünki sənə həqiqəti öyrənmək daha asan olar və əgər doğrudan da lazım gələrsə, sözükeçən dost-tanışlarını işə qoşasan. Lazım gəlməsə–çox güman ki, belə də olacaq-onda ən azı tezliklə qızın Ernaya səni bərk-bərk qucaqlayıb sevinməyə şərait yaratmış olarsan...” Yaxşı qızdır...–deyə məktubu qurtaran əmisi göz yaşlarını sildi.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Beynəlxalq kiber məkanda qlobal virus epidemiyası ilə bağlı nazirliyin TÖVSİYƏSİ
Ukraynaya 17,5 milyard dollar ayrılacaq
Bitmiş sevgilərin ardından qadınlardan eşidilən 19 fikir
Namaz qılmayanın orucu qəbul olurmu?
Sumqayıtda qəribə yenilik
36 saat çəkən evliliyindən danışdı
Uşaqlar arasında neçə yaş fərq olmalıdır?
Möhkəm və uzun dırnaqlar üçün
3 günlük bahar detoksu proqramı (II hissə)
Biz eyni vərdişlərə malik müxtəlif insanlarıq
Fəza təfəkküründən məntiqi sual(2)
Qızılca və məxmərək peyvəndi almayanların diqqətinə!
Rəqəmli pazllar (1)
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Necə bir gənclik gəlir?
3D döymələr
Övladınızın onlayn dərslərə həvəsini necə artıra bilərsiniz?
Dünya İqtisadi Forumunun daha bir irəliləyiş
Azərbaycanda koronavirusa 1202 nəfər yoluxdu, 18 nəfər vəfat edib
İnternet reklamına nə qədər pul xərclənib?
Şorqoğal (foto resept)
Leyla Əliyeva “Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatında iştirak edib
Putinə yenə "yox" dedilər
"Həkimlərin də əmək haqlarının artırılması nəzərdə tutulub"
Türkiyədə daha bir mədən faciəsi
Məşhur aktyor xeyirxahlığı ilə fərqləndi
Dəbli qol saatları
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Kişilərə romantik görünən davranışlar
HAVA necə olacaq?-29 yanvar
Quba xalçalarının qiyməti
Az yatmaq təhlükəlidir
Mayonezli maska ilə gözəl saçlara qovuşun!
50 yaşlı Bred Pitt qocalmaq bilmir
Şəhid anası: “Mən Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” - VİDEOREPORTAJ
Polisdə işləmək istəyirsiniz?
Şokoladdan hazırlanmış ev görənləri heyrətləndirir-FOTO
Demet Özdemir geyimi ilə diqqət çəkdi-FOTO
Koronanın ilk simptomu artıq bu ola bilər - Mütəxəssisdən ŞOK AÇIQLAMA
İnanılmaz transfer: "Real" onu 230 milyon avroya alır
Aygün Bəylərdən inanılmaz dəyişiklik - FOTOLAR
Bakıda doğulub xarici təmsil edən şöhrətli alimlər
Günün qoroskopu: Enerjili olun!
Günün qoroskopu: - gərəkli yerə əməl və məsləhətlə çatmağa çalışın
Dəri rənginə görə dodaq boyası seçimi
Rus dili dərs-27
Polad Həşimovun yaşadığı bina təmir edilir - FOTO
Bilmədiyiniz maraqlı faktlar
Bakıda qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumu keçirilir
Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-3 (son)