Əslində belə klassiklərə şərh vermək, razılaşarsınız ki, kifayət qədər çətindir. Adətən belə əsərlərdən sonra insan elə böyük bir okeanın ortasına düşür ki, oradan quru parçası tapıb okeanın gözəlliyini təsvir etmək çətin olur. Məhz belə əsərlər insanın zövqünü, mənəviyyatını, tərbiyəsini formalaşdırır.
Londonun dili nəfis, dərin mənalı, dinamik və gərgin süjetlidir. Yazıçının həyatı haqqında maraqlandıqdan sonra bu gözəl üslubun (naturalizm, realizm) yaranma səbəblərini başa düşmək olur (uşaq yaşlarından ağır zəhmətə öyrəşmiş insan). Onun əsərləri insanı mənəvi cəhətdən bərkidir, insana bir çox şeyi göstərir, başa salır. London dəfələrlə deyir ki, həyatda qalmağın şərti güclü olmaqdır. Həyatın universal ritmini, sənə göstərdiklərini qəbul edib, onlardan istifadə etmək əsas məsələdir. Bu qanun hər yerdə işləyir. Beton cəngəlliklərdən tutmuş daimi buzlaqların olduğu Alyaskayadək və bir gün sənin sakit, cənub günəşinin isitdiyi evciyinə gəlirlər və bəxti gətirməyən digər sağlam köpəklərlə Alyaskaya xudbin insanların daha çox pul qazanmaları üçün oğurlayıb aparırlar. Sən nə edə bilərsən? Müqavimət göstərsən də, dəyənək və yumruq qanunu səni əhliləşdirir. Sən qaba güclə, bu dünyanın ən əvvəldən ağası olan qaba gücün özüylə tanış olursan. Əhliləşib, sınırsan və onların dediyini edirsən. Budur başlayır: aclıq, şaxta, rəqabət və sağ qalmaq üçün daima öyrənmək və mübarizə aparmaq. Lakin Nitsşe düz deyirdi: "Bizi öldürməyən şeylər bizi güclü edir". Nəhayət çətinliklər səni elə formalaşdırır ki, sənin əzələlərin və mənəvi gücün istənilən çətinlik və rəqabətdə baş açmağa kömək edir. Anidən sən anlayırsan ki, bütün bunlar - sahiblər, sadiqlik, liderlik və s.- sənlik deyil. Səni azadlıq çağırır. Azadlıq, vəhşilik, təbiətin özü, dünyanın ilkin forması, əbədiyyət səni haraylayır. Sən ona çox yaxınlaşmısan. Yaxşı bəs sənə kimsə təminat verə bilərmi ki, bu sənin yeni sahibin deyil? Deməli, azadlıq da nisbi anlayışdır.
Belə başa düşə bilərik ki, nəsillər bir-birini əvəzlədikcə, vaxt-zaman irəlilədikcə biz (həm insanlar, həm də digər canlılar) dəyişirik, lakin bir gün əcdadlarımızın harayı bizi çağırır. Bizdən asılı olan və olmayan səbəblərə görə biz onlardan həm ayrı düşürük, həm də zaman-zaman yaxınlaşırıq.
Belə gözəl əsərlə nə qədər çox insan tanış olsa, bir o qədər yaxşıdır. Tək sən mənim qəhrəmanımsan. Sən həmişə güclü olmusan. Səni çox istəyirəm. Səni tanımağım çox yaxşı oldu. Qaç! Şaxtalı beynimdə, xəyalımda, arzularımda, qəm-qüssələrimdə isti nəfəsini hiss elətdirərək mənim yanımda mənimlə qaç! Gəl, onlara göstərək ki, biz çətinliklərin öhdəsindən gələ biləcəyik.
İbrahim
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu çiçəklər təəccüb doğurur
Saçları uzadan xardal yağı
Evlilik verilişləri bağlanacaq, bütün aparıcılar eyni filmə çəkiləcək
Cazibədar xanımlar üçün donlar
Kahı salatı (foto resept)
Azərbaycanın yunan-Roma güləşçiləri İstanbulda yarışacaqlar
Zebra keks (foto resept)
Uşağınızdan sizə məktub!
Dirsəkdəki qaralmaları aradan qaldıran üsullar
Qadınların kişilərdə sevmədiyi 5 xüsusiyyət
Ön cəbhədə şiddətli atışma
Yeni doğulmuş QOCA - Körpə görənləri dəhşətə gətirdi
Onların da geyimləri var
Daha bir ölkə İŞİD-i vuracaq
Koronavirusla bağlı təhlükəli fırıldağın üstü açılıb
"Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur"
Dəbli çantalar
Dəbli çantalar
Şəkidən Bakıya qatarla gəlin gətirdilər
Ay qana boyandı
Türkiyəli yazıçıdan Adriana Limaya qeyri-adi EVLİLİK TƏKLİFİ - FOTO
İdeal insanların həyata baxışı
"İrəvanda xal qalmadı", yoxsa...
2019-da 2000-ci illərin trendləri geri qayıdır
Günün qoroskopu: Cəsarətli olun!
Binə hava limanı bağlanır
XİN: Ukraynadakı Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsi nəzarət altındadır
İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ
İlham Əliyev və xanımı ən böyük idman kompleksində
Azərbaycan tarixindən yüz şəxsiyyət-19
Qeybətin mənfi tərəfləri
Milli Kino Günü qeyd olunacaq
Milli parklar təhlükədə
Qarderobunuzu qışa hazırlayın
WhatsApp-ın azərbaycanlı istifadəçilərinə şübhəli mesajlar gəlir
İranlı ekstrasensdən şok proqnoz
Qeyri-adi güldanlar
Günün qoroskopu:Səbrsizlik etməyin!
Tanınmış milyarder Bodrumda çimərliyi bağlatdırdı - FOTO
Xarakterimizdən xəbər verən qaş formaları
Azərbaycanda yeni şəxsiyyət vəsiqələri veriləcək
Gəlinin fatasını qaldıran bəy şoka düşdü - FOTO/VİDEO
Demet Akalın xainlikdə ittiham olunur
Serenaya məhkəmədən rədd cavabı
Noxudlu burger (foto resept)
Uşaqların yetişdirilməsində hansı kitabları oxuyuruq?
Beren Saat Kənan Doğulunun sözünü yerə saldı-FOTO
Beyni ölmüş ana sağlam uşaq dünyaya gətirdi
Bakıda ağzı olmayan uşaq dünyaya gəldi
Azərbaycanda şaxta rekord həddə çatacaq
- ŞƏRHLƏR