20-ci əsrin əvvəllərində Sara Jozefina Beyker Nyu-Yorkda uşaqlar üçün səhiyyə sahəsində əsl inqilab edib.
Şəhərin aşağı Şərq tərəfindəki xarabalıqlar dünyada ən sıx məskunlaşmış yerlərdən biri idi. Epidemiyalar nəticəsində immiqrantların yerləşdiyi evlərdə təxminən 4500 nəfər ölmüşdü. Lakin Beykerin təşəbbüsləri sayəsində ölüm halları xeyli azalmışdı.
Jozefina Bayker 1873-cü ildə Nyu-Yorkun Pokipsi şəhərində Quaker ailəsində böyüyüb. Məktəbi bitirdikdən sonra o, Manhettendəki Qadın Tibb Kollecində tibb təhsili alıb.
1908-ci ildə qızılca, dizenteriya, tifoid və difteriya kimi xəstəliklər yayılmağa başlamışdı. Həmin dövrdə Beyker Uşaq Gigiyena Bürosuna cavabdeh təyin edilmişdi.
O, yeni müalicə üsulları ilə bir çox yeniliklərə imza atır. İlk növbədə təhsilə və profilaktikaya diqqət yetirməyə qərar verir. Tibb bacıları gənc anaları ziyarət edir, körpəyə necə qulluq etmək və ana südü ilə bəsləmək barədə məlumatlandırırdı. Beyker əmizdirə bilməyən anaların uşaqları üçün süd məntəqələri şəbəkəsi yaradır. O həmçinin doğuş zamanı gonoreya bakteriyalarının yaratdığı uşaqlıq korluğu problemini də həll edir. Bunun üçün gümüş nitratın dəqiq bir dozasını özündə saxlayan yeni steril arı mumu qabları hazırlayır. İki il ərzində uşaqlıq korluğu ildə 300 körpədən 3-ə qədər azalır. Proqramlarının işə başlandığı üç il ərzində Nyu-Yorkda körpə ölümü 40% aşağı düşür.
Beykerin müalicəyə yeni yanaşması Nyu-Yorkun hüdudlarına da yayılır, onun proqramlarını digər ştatlar da təkrarlamağa qərar verir. O, 1917-ci ildə ictimai səhiyyə sahəsində doktorluq dərəcəsini alır və tibb məktəbində müəllimlik etməyə davam edir. Beləliklə Beyker Millətlər Liqası Səhiyyə Komitəsində xidmət edən ilk qadın təyin edilir.
Beyker 1945-ci ildə 71 yaşında vəfat edir, lakin inanılmaz mirası bu gün də dünyanın səhiyyə proqramlarında yaşayır və minlərlə həyatı xilas edir.
Aytən Məftun (publika.az)
XƏBƏR LENTİ
Bu qəribə yeməklərdən xəbəriniz var?
Adel pərəstişkarlarını məyus etdi
Xoşbəxtlik gətirən qidalar
BÜRCLƏR bizə nə vəd edir?-26 yanvar
Artur Rasizadə qanunu dəyişdi
Valideynlərin davranış xətaları
Mervenin sirri məlum oldu-FOTO
Göy qutabı və ətli qatlama (müəllif: AZS və emilya86)
McLaren yeni sirr açır
Yayla bağlı ilkin HAVA PROQNOZU
Bakıdan İrəvana sərt cavab
Rihannadan yeni FOTOsessiya
Paşinyan indi də Gürcüstan ərazisinə göz dikir - VİDEO
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma
Kreativ mebellər (2-ci hissə)
Berrak yeni ili yeni evində qarşılayacaq-FOTO
Sobada tərəvəzli toyuq (foto-resept)
Mixail Qurfinkel: "V Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvəti məmnuniyyətlə qəbul etdim"
"Time 100" Qırmızı Xalça
Ermənistanda cəbhəyə getməkdən imtina edənlərin övladları girov götürülür
Günün ulduz falı
Şeyma bikinili FOTOlar paylaşmağa davam edir
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Avtobusların marşrutu dəyişir
HAVA necə olacaq? 10 İyul
Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!
Prezident İlham Əliyev Emoməli Rəhmonu yenidən Tacikistanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Qazaxıstana naməlum obyekt düşdü - FOTO
COVİD-19-dan sağalanlar və donor olmaq istəyənlər hara müraciət etsin?
Yeni il gecəsi üçün don toxuyaq
Azərbaycan sərhədləri əsasən Xəzər dənizində pozulur
Üzdəki ləkələri yox edən 4 maska
"Qəbələ" "İnter"ə qarşı
Messinin ən böyük arzusu
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Serialların dillər əzbəri olan sevgiləri
"Santa-Barbara"nın aktrisası vəfat etdi - FOTO
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
"Azərbaycan donor ölkə statusu qazanıb"
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Azərbaycanda verilən rəqəmsal imzaların sayı artıb
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Körpələrin zəkasını inkişaf etdirən vərdişlər
Mustafa Sandalı Şikayət etdilər-SƏBƏB-VİDEO
Sarımsaqlı plov (foto resept)
Yeni il üçün peçenye(foto resept)
Çağla 1 milyonluq maşını ilə diqqət çəkib -FOTO
Swatch saatları
HAVA necə olacaq?-12 APREL
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
- ŞƏRHLƏR