Bu gün yel çərşənbəsidir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır.
Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar;
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Qədim inanca görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmazdı. Sovurulmamış buğda götürənin oğlu ölər, xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar, deyərdilər.
Yeli əsdirəni söymək olmazdı. Çünki onun arxasında Tanrı dayanır. Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o - Yel havamızı təmizləyir, yeniləyir, dəyişir.
Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, deməli, diləyin yerinə yetəcək.
Yel çərşənbəsində Yel babanı köməyə çağırardılar. Yel çərşənbəsinin ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulması və oğul-uşağın, qız-gəlinin yelləncəklərdə yellənməsidir.
Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır.
Yel çərşənbəsində adətən hava təmizlənir. Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir, ayinlər icra olunur. Xırman vaxtı keçirilən Yel baba mərasimi Xıdır Nəbi bayramı və nəhayət, Yel çərşənbəsi, Yelə olan inamla bağlıdır.
Qəfəsləri açın...
Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir.
Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin - havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir.
Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir.
Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur.
Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var.
Məsələn, "Yel əsib qoz tökülüb", "Yelnən gələn selnən gedər", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar", "Yel bağlayanı el açar", "Külək kimi hərdən bir yana əsmə", "Yel əsir, yengələr oynayır", "Yel aparan yelinki, yerdə qalan mənimki", "Kələknən gələn, küləknən gedər", "Yel qayadan nə aparar"..
Əski etiqadlarda "qara nəhrdə" yatmış dörd cür külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, hər biri isə bir libasda özünü göstərir. Burada rənglərin mifik mənası var. Ağ yel - ağ libasda, qara yel - qara libasda, xəzri - göy libasda, gilavar - qırmızı libasda təsəvvür edilir.
Yel çərşənbəsi günü yel bu dördlüyün məcmusundan ibarət hesab olunur və qısa müddətdə bütün dünyanı dolaşır.
Əski inamlarda yel ya özü tanrıdır, ya da dünyanı idarə edən tərəfindən
göndərilən qüdrətli bir antromorfdur. O, lazım olan insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. Müqəddəs kitabımız "Qurani-Kərim"də isə yelin - küləyin Allah
tərəfindən göndərildiyi, onun Allahın mərhəmət və cəza antromorfu olduğu qeyd edilir. İlaxır çərşənbələrin üçüncüsünün yellə bağlanması onun çox qədimlərdən xalq arasında müqəddəs varlıq kimi tanındığını göstərir.
Türk mifologiyasında Yel obrazı
Qədim Türk mifologiyasında Yelin özünəməxsus obrazı var. Torpağın oyanması üçün hərəkət lazım idi, Yel baba da yatmış torpağı silkələyir, oyadır, cana gətirir. Türk mifologiyasında Yel baba özünün Yel atına minib dünyanın hər yerini gəzir. Onun atı da qanadlıdır.
Türk mifoloji təsəvvüründə də Yel baba dörd cür libas geyir: ağ, qara, göy, qırmızı. Qara yel Qərbdən, Ağ yel Şərqdən əsir. Xəzri göy libasda, gilavar isə qırmızı libasda görünür.
Yel - yol göstərən, bələdçi
İlaxır çərşənbələrdən üçüncü və dördüncü çərşənbə axşamları ilə bağlı ziddiyyətli məqamlar da var. Bəzən yel və torpaq çərşənbələrindən hansının əvvəl olması mübahisəsi yaranır. Bakı Dövlət Universitetinin folklor kafedrasının müdiri, folklorşünas alim, profeesor Azad Nəbiyevin fikrincə, ilaxır çərşənbələrdən sonuncunun - Yel çərşənbəsi olması daha çox dini inanclara söykənir. Çünki dini etiqada görə, Allah yaradılış prosesində ən son olaraq hava - yel - yəni nəfəs - ruhdan istifadə edib. İnsana ruhun verilməsi ilə o, canlı varlıq halına gəlib. Lakin xalq inanclarına görə, təbiətdə ən son oyanış torpağa aiddir. Sonda torpağın oyanması ilə həyat yenidən dirçəlir, yaşam prosesi təzələnir. Buna görə də ilaxır çərşənbələrdən üçüncüsü Yel, dördüncü, sonuncu isə Torpaq çərşənbəsi hesab edilir. Bu məntiqlə Yel çərşənbəsi yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Belə ki, yaradılışla bağlı dörd ünsür mifində yaradılışın maddi əsası olaraq torpaqla su, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələrsə yellə oddur. Yaradılış mifologiyasında torpaqla suya daha çox stabillik, donuqluq, yellə oda isə dinamiklik, hərəkət xasdır.
Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Əski türk mifoloji mətnlərində bu mifin məntiqdən irəli gələrək yel daha çox antropomorflaşdırılmış, canlı, çevik bir varlıq kimi təsəvvür edilmişdir. Bu təsəvvürlər daha çox "yel baba" mifik obrazında cəmlənmişdir. Bəzən Yel baba mənfi obrazda xatırlansa da, əksər hallarda müsbət obrazda özünü göstərir.
Şifahi xalq yaradıcılığında yelin tanrılığı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb.
Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca, bəzən də qarı sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır.
Qədim inanclarda Yel dağının da adı keçir. O dağı ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Maraqlıdır ki, "Yel baba" ritual nəğməsində də can üstə olan gənc qız sanki son nəfəsində üzünü küləyə tutub, ölüm xəbərini anasına aparmağı xahiş edir. Ola bilsin ki, ilkin inanışlarda Yel baba məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə hesab edilirdi. Yəqin elə buna görədir ki, Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsü olaraq sonuncu torpaq çərşənbəsi ilə bayram axşamı - Novruz günü arasında bir növ bağlılıq, təbiəti yekun oyanışa hazırlayan bir çərşənbə hesab edilir. İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb ona dua edək. Dua edək ki, Vətənimiz və xalqımız əmin-amanlıqda olsun. Əsən küləklər bizə xoş müjdələr gətirsin. Ocağımızın alovunu gurlaşdırsın və bizi doğma ocaqlarımız ətrafına toplasın.
"Şərq"in araşdırma qrupu
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb
XƏBƏR LENTİ
Ayrılıq ağrısından necə xilas olmalı?
Beyin əməliyyatından sonra Maradonanın ilk görüntüsü - FOTO
"Güzgünün şəffaf olmasını arzulamışıq"
Azərbaycanda yumurta niyə ucuzlaşmır?
Eklektika
Özünü və ətrafdakıları dəyərləndir
Avropada rouminq ləğv ediləcək
Ceyhun Hacıbəyli haqqında bilmədiklərimiz
Azərbaycanlı xanımın videoları dünyanın ən reytinqli səhifəsində - VİDEO
Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
Azərbaycan nefti bahalaşdı
Rudiment orqanlar xətası
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Ramazanda necə qidalanmaq lazımdır?
Günün ulduz falı - 31.08.2013
Koronavirusun ən çox yayıldığı ölkələr açıqlandı
Könüllü olaraq cəbhə bölgəsinə getmək istəyənlərin nəzərinə - RƏSMİ
Sağlam hamiləlik üçün 5 idman qaydası
Neft yenə bahalaşır
Azərbaycanda əhalinin sayı hər il bu qədər artacaq
Bunları edərək özünüzü bədbəxt etməyin!
Milyarder kosmosa uçmağa hazırlaşır - 5 ay sonra
Gülben Ergen sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İdeal insan modeli
Sürücülərə tövsiyyə
Emin Əmrullayev təhsil müəssisələrində tətilin səbəbini açıqladı
4 Ford qiymətində toqqa
Yanar tonqal tortu(foto resept)
Rihanna DİQQƏT mərkəzində-FOTO
BÜRCLƏR bizə nə vəd edir? -24 MAY
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Xaçmazın qalmaqallı “Telefonçu qız” abidəsi götürüldü
Nil Karaibrahimgilə xoş SURPRİZ-FOTO
158,7 kq arıqlayan qadın - Bilsəniz nə əziyyət çəkirəm - FOTO
Arı pətəyi piroqu (foto resept)
Həddindən artıq marmelad yeyən kişinin ürəyi dayandı
Hande və Murat EVLƏNİR-FOTO
Möhtəşəm gəlinlik modelləri
Bir sual yüzlərlə ev yıxdı!
Avropa Şurası baş katibinin Azərbaycana səfəri təxirə salındı
Məhəmməd Əmin Rəsulzadənin ailə faciəsi
İstanbuldakı partlayışı terrorçu qadın törədib
Yazın trend çantaları
Hava haqqında
Rövnəq Abdullayev “Qarabağ”ı təbrik edib
Tanınmış aktrisa xəstəxanalıq oldu-SƏBƏB
Qadının yataqda 10 səhvi
Məşhur aktyor “Çukur” serialını tərk etdi - FOTO
“Azəriqaz”-dan sumqayıtlılara şad xəbər
Zahanın qalereyası
- ŞƏRHLƏR