Meditasiya – latıncadan “meditatio” , “meditor” – düşünürəm, ayırd edirəm mənasını daşıyır . Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir.
Meditativ məşqlər müxtəlif olur. Hərdən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb meditasiya edirlər.
Meditasiya əlsində, çox qədim bir üslubdur. Hətta ola bilsin ki, qədim Misirdə və hətta mayalılar da öz dövlərində meditasiya ilə məşğul olublar. Amma meditasiyanın əsas inkişaf və istiqaməti hind yoqası və buddizmdə olub. Müsəlmanlarda isə buna aid sufizm var. Təsəvvüf ,və ya sufizm İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyandır. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi - dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Sufilər və müsəlman müəlliflərinin əksəriyyətinə görə, təsəvvüfün qaynağı Quran və Məhəmməd peyğəmbərin (s.ə.s.) hədisləridir. Təsəvvüfün tək bir şəkli olduğu deyilə bilməz. Quran və şəriətə sıx bağlı bir şəkildə, tamamilə şəriətə uyğun təsəvvüf anlayışı ilə yanaşı, şəriət xaricində əsaslara dayanan batini-ifratçı sufi anlayışları da İslam dünyaslnda çox geniş yayılmışdır. Bunların bir çoxunda isə başqa din və fəlsəfi cərəyanların təsirini görmək mümkündür.
Müasir psixoterapiyalarda meditativ metodlar çox istifadə edilir. Hesab edilir ki, meditasiya bədənin rahatlaşması, dincəlməsi, stressdən azad olma, lazımsız həyəcan və düşüncələrdən fikrin təmizlənməsi, mənəvi rahatlığın alınması və daxili harmoniyaya görə insana lazımdır.
Meditasiya 2 əsas yerə bölünür:
1) Boşluqda meditasiya – bu yolla beyin müəyyən bilik vəziyyətinə çatır, şərqdə buna “Maarifçilik” deyilir.
2) Birtərəfli meditasiya – konkret bir obyekt üçün olan araşdırma, məsəlçün şəxsi nəfəs, zehn, vizual obrazı aydınlaşdırma. Belə meditasiya ilə birinci növdəki kimi, bədən rahatlaşıb, fikir cəmləşib beyini müəyyən bilik vəziyyətinə gətirmək və sonra, axtarış və informasiya üçün olan ikinci bilik təbəqəsinə çatmaqdır.
Meditativ transa girmək üçün dünyada bir çox üsullardan istifadə edirlər. Bunlara meditativ praktikalar deyilir. Bu praktikalar aşağıdakı amillərə bölünür:
Dini
Dini-fəlsəfi
Psixoterapevtik
Didaktikopropedevtik
Ədəbiyyatda meditativ vəziyyətə çatmaq üçün yüzlərlə üsullar qeyd edilib. Təcrübələr göstərib ki, bütün bu üsulları cəmləşdirən əsas monoton təkrar olunan hərəkətlərə dərindən fikir cəmləməkdir. Belə monoton hərəkətlər fiziki ola bilər, məsəlçün , Afrika tayfalarındakı ritual rəqslər, savaş incəsənətindəki məşqlər, təsbehi əllə oynatmaq (muncuqlarini hərəkətə gətirmək), mantranı (meditasiya üçün duayabənzər bir yarı-musiqili sözlər) səsləndirmək, tənəffüsə fikir cəmləmək və s. Psixi də ola bilər, təsəvvür də ola bilər, məsəlçün, çakralara fikir cəmləmək, “astral bədənin” mövcudluğuna fikir vermək. Əsas məqsəd ətraf aləmə fikir verməmək və tam sakitliyə qapanmaqdır.
Çakralar (tərcümədən mənası “çarx”, “dairə”, “disk”)
2. Göbəkdən aşağı 3 barmaq məsafəsində yerləşən, rəngi portağal, çəhrayı, bönövşəyi, funksiyası emossiya, seksual energiya, həyata olan sevinc, istək, həzz.
3. Təxminən mədə tərəfdə yerləşir, rəngi sarı, funksiyası hakimiyyət, idarəetmə, azadlıq, karyera, özünə inam, ağıl.
4. Ürəkdə yerləşən, rəngi yaşıl və mavi, funsksiyası tabe olma, sevgi, mərhəmət, sevinc.
5. Boğazda yerləşir, rəngi indiqo, funksiyası ünsiyyət, özünüifadə, incəsənət potensialı, harmoniya, “həqiqətin daxili səsi”.
6. Alında “üzüncü göz”, rəngi ametist, funskiyası untuisiya, ağılın funksiyalaşdırılması, yüksək bilik (parapsixoloji), ekstrasensor bacarıqlar.
7. Bədəndə deyil, amma başın tam üstündə olan çakra. 6-cı çakra aktiv edildikdən sonra, yəni “üçüncü göz”, və ya “bəşər gözü” açıldıqdan sonra insanda bu çakra da əmələ gəlir. Rəngi yasəmən gülü rəngli, funksiyası kainata qoşulma, təmiz azadlıq (fiziki azadlıq, yuxuda olan kimi), nirvana (buddizmdə buna kainata qoşulmaq, ruhun bədəndən çıxıb yuxarıya getməsi mənasını verir).
Belə çıxır ki, insan “aurası” deyilən şey, məhz bu çakraların cəmi rəngi və işığıdır. Boşuna deməyiblər ki, insanın emosiya və hissiyyatından asılı olaraq aurasının rəngi də dəyişilir. Elə bu çakralar da gördüyünüz kimi rənglərini dəyişə bilirlər.
Astral bədən
Meditasiya zamanı, yəni insan çoxlu meditasiya etdikdən sonra onda 6-cı çakra açılır, “üçüncü gözü” görür. Bu göz açıldıqdan sonra bir daha heç vaxt bağlanmaz. Bu göz barədə ətraflı məlumat almaq üçün mənim məlumatlarıma daxil olub mövzularımın birindən “Üçüncü göz” barədə ətraflı oxuya bilərsiz. Bu göz vasitəsi ilə insanda 7-ci çakra açılır. İnsan bədənindən yuxudakı kimi bilməyərək deyil, artıq bilərəkdən ruhunu çıxardır. Bədənlə ruh arasında “qızıl ip” var ki, bu insanı ölməyə qoymaz və o ruh yenidən bədənə geri dönə bilər. İnsan meditasiya zamanı buraxdığı ruh ki var, “astral bədən” adlanır. O bədən vasitəsi ilə görmədiyiniz yerləri görmək, bilmədiyiniz şeyləri bilə bilərsiz.
Müxtəlif mədəniyyətlərdə meditasiyanın müxtəlif pozaları yaranmışdır. Amma elmi cəhətdən meditasiyanın dərinliyinin pozadan asılı olmadığı təsdiq edilib. Ən məşhur poza budur: insan bardaş qurub oturur, başı bir az aşağıya baxır, beli tam düzdür, əlləri yanda açıq şəkildədir, baş və çeçələk barmağın ucları bir-birinə dəyir.
Meditasiya insanı bir çox xəstəliklərdən də sağalda bilir. Bunu belə izah etmək olar: insan daima energiya itirir, bu energiya itkisi bədənin müəyyən yerlərində nasazlıqlar yaradır, beləliklə insanda xəstəliklər meydana gəlir. Meditasiya zamanı isə insan nirvanada olur, yəni kainata qoşulur, kainat insana öz sonsuz enerjisini verir. Başdan aşağı bütünbədənə enerji daxil olur. Bədən qidalanır. Xəstə olan yerlər meditasiya zamanı göynəyə də bilir. Bu o deməkdir ki, enerji cəhətdən ac qalmış bədənin müəyyən nöqtələri enerji ilə qidalanır və xəstəliklər bununla yox olur.
Meditasiya insanı dinini dəyişməyə sövq etmir. Meditativ biliklərə əsasən, biz hamımız, yəni ruhumuz kainatda olan mənbədən gəlib. Bu həyatdakı məqsədimiz bütün dinlərdə deyildiyi kimi (Satanizmdən başqa) yalnız yaxşı hərəkətlər və yaxşı düşüncələr etməliyik. Amma ən əsas məqsədimiz gəldiyimiz mənbəyə geri yolu tapmaqdır. Deyilənə görə, meditasiya məhz bunun üçün insana lazımdır. Bu zaman insan o yerə geri yolu tapır. Öldüyü zaman isə, o yolu tapmayanların ruhu yerdə azıb qalır, o yolu həyatında tapmış insanların ruhu isə öldükdən sonra yerdə məcburi qalmır və gəldiyi yerə geri dönə bilir.
Bu yazımı və “Üçüncü göz” barədə olan xəbərimi diqqətlə oxusaz, ekstrasenslərin necə bilik və bacarıq əldə etdiklərini təbii ki, anlayacaqsız və sizə daha heç nə qaranlıq gəlməyəcək.
XƏBƏR LENTİ
"Gəlin" tortu (foto-resept)
Qu quşu
İyul ayında HAVA necə olacaq?
Hadisə FOTOsu haqqında Açıqlama verdi
HAVA necə olacaq?
Sabah QAZ OLMAYACAQ!
Yahoo! virus yayır
Qarabağa qoşun yeridilməyəcək
Putinə qorxulu xəbər
16-cı əsrə aid soba tapıldı - FOTO
Həcc arzusunda olanlara şad xəbər
Uşaqlarla cinsəllik haqda necə danışmalıyıq?
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Son 10 ilin sərin avqustu müşahidə edilir
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Səbəbi bilinməyən nevroloji xəstəlik
Dəniz Seki 15 kq arıqladı-FOTO
Məşhur aktrisa ən böyük arzusunu reallaşdırdı
Bilirsinizmi?
Qazax benzini alacağıq
Afrikada bir gün
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
İnstagram-da izlənməkdən bu yolla qurtulun-FOTO
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur cütlük boşandıqdan sonra BARIŞDI
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Hamiləliyin ləğvinə icazə verildi
Kalori yandıran qidalar
Brüsseldə gül xalısı
Vivienin bürc illustrasiyaları
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Pendirli piroq (foto resept)
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Neon rəng hər yerdə
Asteroidin ilk - FOTOları
Ebru Gündeş Bakıya gəlir-FOTO
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Noyabrın 15-i son vaxtdır
Çağla Şikel ilk dəfə etiraf etdi
Pazllar ("Canım bacım")
Dəbli çəkmələr
Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdirdi - VİDEO
Bu çiplər özlərini məhv edir
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Damarları təmizləyən qidalarla tanış olun!
Cazibədar alt paltarları
Şəhidlər sükutla anıldı
- ŞƏRHLƏR