Bəzən qadınlar bir-birlərinin gözəlliklərini anlamayacaq, təqdir etməyəcək qədər qısqanclıq hissi keçirirlər. Özünə baxmayan, kobud burunlu, kiçik ağızlı qadınları belə dünyanın ən çirkin varlığı kimi seyr edənlər də vardır. Belələrini görəndə əsəb keçirməmək mümkün deyil. Qardaşım "Bir qadın gözəldirsə bəyənib, təsdiqləyəcəksən, başqa çarən yoxdur" - deyir mənə!.. Gözəllik bizim əlimizdə olan bir şey deyil ki?! Tanrı elə yaradır, baxaq və möcüzəni görək, görə bilək deyə.. Hamımızda qaş, göz var, amma bir başqasınınkı möhtəşəm olur… Məsələn, mənim gözlərim gözəldir, amma məndən daha gözəl gözlülər də vardır. O zaman heyran-heyran baxıram.
Bu yaxınlarda bir hadisəyə şahid oldum. Ofisdə birlikdə çalışdığım bir yoldaşım var. Çox qəşəngdir, irigözlü, ağzı, burnu düz, baxımlı, gülərüzlü, təsiredici səsli…. Hər görən onu bəyənir. Məsələn, xalam onu çox bəyənirdi. Mən də eləyəm, bir qadın gözəldirsə, "Mən ağlımı itirdim, bəs kişilər nə etsin?" deyirəm.
Xanımlar, insanı gözəl göstərən başqa şeylərdir. Dünya gözəlləri bəzən dünyanın ən çirkini kimi görünər, bəzən ilk baxışda çirkin kimi gördüyünüz sonra dünyanın ən gözəl qadını olar. Kimin qəlbinin gözəlliyi üzündə əks olunubsa, bax, odur gözəllik. Gözəlliyin dərəcəsi o zaman müəyyən edilir. Kiminsə bəyənib-bəyənməməsi deyil gözəllik…
Gözəllik hər kəsin özüdür. Nə qədər gözəl olduğunuz ancaq kim olduğunuzla bağlıdır. Güzgünün qarşısına keçərək "Bu mənəm" deyib gülümsəyə bilirsinizsə, ətrafınızdakıların burnu, dodağı, çəkisi sizi maraqlandırmırsa, o zaman gözəlliyinizdən həzz ala bilərsiniz. Çünki
başqasını bəyənməmək özünüzü bəyənmək deməkdir. Yer üzündə bunun öhdəsindən gələ biləcək nə bir qadın, nə də kişi vardır.
Maraqlıdır, kişilər üçün belə davranırıq, yoxsa özümüzü qorumaq üçün? Yoxsa özümüzü qiymətləndirməyin başqa bir yolu da budur?! Belə qadınlara yazığım gəlir...
XƏBƏR LENTİ
Sarkozi Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırdı
Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşları qəbul edib
Alla Puqaçova yenidən TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Bir Hacıbaba Bağırov vardı...
Azərbaycana 30 santimetr qar yağdı
“Ulduz müharibələri”nin aktyoru öldü
Bloklanan “Email”i açmaq üçün mütəxəssisdən tövsiyə
Qadın güləşi üzrə açıq Azərbaycan Kuboku keçirildi
Düşmən Ağdam və Ağcabədini atəşə tutur - RƏSMİ
Azərbaycanda koronavirus yenidən alovlana bilər - XƏBƏRDARLIQ
Obama Amerika kəşf etmədi
Adobe photoshop (Dərs-10)
Vera otel qapısında qaldı-FOTO
Azərbaycanda insanlar falçılara niyə inanır?
Çin üsulu badımcan qızartması (foto resept)
Tramp daha iki hind quşunu xilas etdi
Bu yay küləkli günlərin sayı çoxalıb - İnstitut
Bu şəhərdə artıq avtomobil qəzaları olmayacaq
Sızanaqlar üçün kərəviz maskası
İŞİD Bakının neft yataqlarını vurmaqla hədələdi
Bakıda dünyanın ən iri miqyaslı festivalı təşkil olunacaq
Cəfərili çuğundur salatı (foto-resept)
BÜRCLƏR bizə nə vəd edir? - 4 APREL
Azərbaycanda zəlzələ olub
Ermənilər Qarabağdan qaçmağa başladı
Pensiyaçılara Bakı 2015 müjdəsi
Yüzlərlə tələbə köpükləndi
Yeni il axşamı hamilələr ehtiyatlı olsun
52 tatudan sonra tanınmaz hala düşdü
Üz deyil ki, sənət əsəridir
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
Sobada bişmiş badımcanlı makaron (foto-resept)
Kral cangüdəni ilə evləndi-FOTO
Macar kababı (foto reept)
Mənim gözəl Xaçmazım
500 illik məscid məhv olmaq üzrədir
Abituriyentlərin nəzərinə!
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Beren Saat və Kənan Doğulunun ayrılıq əbəri yayıldı-FOTO
Hava haqqında
Cennifer Lopezdən maraqlı addım-VİDEO
Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır
Dimedrol reseptlə satılmalıdırmı?
Ərəblərin brilyant təyyarəsi: sirr açıldı - FOTO
Ermənistan bir həftə sonra məhv edilmiş hərbçilərinin sayını açıqladı
İştahsız uşaqlara maraqlı yeməklər
Dişlər haqqında 5 maraqlı fakt
Almalı piroq (foto resept)
Erməni idmançılar Azərbaycana gəlməkdən imtina etdilər
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
- ŞƏRHLƏR