Bakıda hava 12°
USD AZN
EUR AZN
10:23Xəyalə Murad Sağlamlığınız naminə Evdə Qalın! 10:23Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41591

Uzunömürlü olmaq üçün...

 

Acı yeməyi kənara qoymağa tələsməyin. Alimlər acı yeməklərin sağlamlıq üçün faydalı olduğuna əmindir.

 

Uzunömürlü olmaq üçün...

 

Elmi araşdırmalar ədviyyatlı yeməkləri sevən insanların daha uzun yaşadığını təsdiqləyib. Alimlər 23 il ərzində 16 mindən çox amerikalının qidalanma vərdişlərini öyrənib.

 

Məlum olub ki, çox vaxt ədviyyatlı yemək yeyən insanların ölüm riski digərlərindən daha az olur. Acı qidalar beynin xoşbəxtlik hormonu olan serotonin istehsalına səbəb olur. Bu hormon stress, depressiya və pis əhval-ruhiyyənin öhdəsindən gəlməyə kömək edir. Acı ədviyyatın əsas komponenti bir sıra faydalı keyfiyyətlərə malik olan kapsaisindir.

 

Uzunömürlü olmaq üçün...

 

Kapsaisin ürək xəstəliyi riskini azaldır və həzmi yaxşılaşdırır, müəyyən mənada piylənmə ilə mübarizə aparır. Kapsaisin eyni zamanda analjezik xüsusiyyətləri ilə də tanınır: sinir impulslarını basdırmağa qadirdir. Odur ki, bu maddə ağrıkəsici kremlərin ən vacib komponentlərindən biridir.

 

Uzunömürlü olmaq üçün...

 

Bir çox həkim kapsaisini prostat xərçəngi ilə mübarizədə təsirli silah hesab edir. Ancaq həzm probleminiz varsa, ədviyyatlı qidaları xüsusən də acqarına yemək zərərlidir.

 

publika.az

Səslərin sayı: 0
0
435
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!