Psixoloji araşdırmalar göstərir ki, qadınlar emosional baxımdan kişilərdən 9 dəfə güclüdür. Və bu, bir daha "qadın zəifliyi" ilə bağlı bütün stereotiplərin axmaq qərəzdən başqa bir şey olmadığını göstərməyə imkan verir.
La Pola
Kolumbiyalıların dediyi kimi Polikarp Salavareta ya da La Pola qısa, lakin parlaq həyat yaşayıb. O, ölkəsinin müstəqilliyi uğrunda mübarizədə böyük hünərlə iştirak edib. Polikarp partizan hissələrini kəşfiyyat ilə təchiz edir və könüllülər cəlb edirdi. Mübarizəsi ona ölüm bahasına başa gəlir, edam cəzasına məhkum edilir. Lakin 1967-ci ildə La Polanın şərəfinə bayram təsis edilir - Kolumbiya Qadınlar Günü.
Elizabet Blekuell
Elizabet Blekuell ABŞ tarixində tibb təhsili almış ilk qadın olub. O dövrdə hökm sürən patriarxal görüşlərə baxmayaraq, 1857-ci ildə Nyu-Yorkun kasıb qadınları və uşaqları üçün xəstəxana açır.
Gertruda Bell
Arxeoloq Gertruda Bell öz dövrünün ən nüfuzlu qadını olub. Ərəb və şərq adət-ənənələrini mükəmməl şəkildə bilən Bell Osmanlı İmperiyasının süqutundan sonra İraqın müasir sərhədlərinin müəyyənləşdirilməsində böyük rol oynayıb. Ərəb şeyxləri Gertrudanı kişiyə tay tuturdu. Britaniya komandiri isə ona gizli kəşfiyyat mayoru rütbəsi vermişdi.
Nelli Blay
"Ledi sensasiya" ləqəbli Nelli Blay dünyanın ilk qadın jurnalistlərindən biridir. Onun bir neçə məqaləsi dərc edildikdən sonra qəzetin redaksiyasına təhdid məktubları göndərilmişdi. Onun ən sensasion yazılarından biri ruhi xəstəxananın ifşa olunması idi, bunun üçün qız özünü xəstə kimi göstərmiş və 10 gün orada dəhşətli şəraitdə yaşamağa məcbur olmuşdu.
Gertruda Kezebir
Gertruda Kezebir öz timsalında göstərir ki, həyatınızı dəyişdirmək üçün heç vaxt gec deyil. O, 37 yaşında ərindən ayrılır, kollecə gedir və peşəkar fotoqrafiya ilə məşğul olmağa başlayır. Gertrudanın foto portretləri qısa müddətdə məşhurluq qazanır və bu gün onlar fotoqrafiyanın şah əsəri hesab olunur.
Enni Okuli
Qeyri-adi mahir atıcı kimi məşhurdur. Atasının ölümündən sonra 8 yaşlı Enni atış oyununu sataraq ailəsini dolandırmağa başlayır. Enniyə ən böyük populyarlığı "Vəhşi Qərb" şousundakı çıxışı gətirir, burada o, hədəfini güzgüdən nişan alaraq onu arxadan vururdu. Okuli danışmaqla yanaşı xeyriyyə işlərində iştirak edir və qadınların hüquqlarını müdafiə edirdi.
Madam Si Cey Uoker
Sahibkar və xeyriyyəçi madam ABŞ-da bir milyon dollar sərvət qazanan ilk qadın olub. O, gəlirinin böyük hissəsini Afrika-Amerikan qadınları üçün kosmetika və saç baxım məhsullarının satışından əldə etmişdi. Uoker başqa qadınların da öz işlərini qurmasına kömək etmək üçün təlimlər keçirdi.
Mod Vaqner
Hətta bu dövrdə belə bədəni döymələrlə olan qadınlara münasibət birmənalı deyil, odur ki, Mod Vaqnerin hobbisinin ona necə baha başa gəldiyini təsəvvür edin. Mod XX əsrdə yalnız öz bədənini yazı və rəsm əsərləri ilə bəzəyən deyil, eyni zamanda döymə sənətini öyrənən ilk qadınlardan biri olub.
Annet Kellerman
Peşəkar üzgüçü olan Annett Kellermanın çimərlik kostyumu XX əsrin əvvəllərində tamamilə qəbuledilməz hesab edilirdi. Aşkar ədəbsizliyinə görə həbs olunmasına baxmayaraq, tezliklə onun səyləri sayəsində həcmli və qapalı çimərlik geyimi unudulur.
Şarla Takral
Təəssüf ki, Hindistanda qadınlar bu gün çətin ömür yolu keçir. Odur ki, 1936-cı ildə 21 yaşlı Şarla Takralın pilot lisenziyasını alan ilk qadın olması ikiqat təəccüblüdür. Ailə səbəblərinə görə, o, mülki aviasiya pilotu olmaq xəyalından imtina etməli olsa da, gələcəkdə paltar və zərgərlik dizayneri kimi uğurlu bir iş qurmağa nail olur.
Nensi Ueyk
İngiltərəli qadın II Dünya Müharibəsi dövründə Fransız müqavimətinin ən yaxşı xarici agentlərindən biri sayılırdı. Nensi əsgər olduğunu sübut edir və gestaponun təqiblərindən xilas olmaq bacarığına görə ona "Ağ Siçan" ləqəbi verilir. Müharibədən sonra Nensi Avstraliyaya köçüb siyasi karyera qurmağa çalışır. 2001-ci ildə vətəninə qayıdan cəsarətli qadın 98 yaşında vəfat edib.
Rozalind Franklin
Biofizik Rozalind Franklin DNT quruluşlarını dəqiq radioqrafiya etməklə elmə əhəmiyyətli töhfə vermişdi. Ancaq təəssüf ki, onun xidmətləri qiymətləndirilmədi və DNT quruluşlarının kəşfinə görə Nobel mükafatı Fransis Krik, Ceyms Uotson və Moris Uilkinsə təqdim olunmuşdu. Onların işi Franklinin əldə etdiyi məlumatlara əsaslansa da, çıxışlarda adı belə çəkilməmişdi.
Aytən Məftun (publika.az)
XƏBƏR LENTİ
Elmin İnkişafı Fondu Facebook-da sualları cavablandıracaq
Britni Spirsin çəkdiyi şəkil 10 minə satıldı - FOTO
Dərini cavanlaşdıran un maskası
Məşhur aktrisa da 1 milyon dollar bağışladı
Mətbəx mebelləri
Bakı sakinlərinə şad xəbər
Ağlaması körpənin həyatını xilas etdi - FOTO
Öz portretini dəfələrlə çəkən rəssam
Altsheymer xəstəliyi ilə mübarizədə yeni üsul tapıldı
Mioplopita-Yunan alma piroqu (foto resept)
İŞİD-ə qarşı böyük müharibə planı
Şokoladlı, vanilli cizkeyk (foto resept)
83-cü "Oskar" film festivalı
Şəkil çəkdirmək müqabilində hoteldə yaşamağa icazə veriləcək
Bu gün Milli Mətbuat Günüdür
Disleksiyadan əziyyət çəkən məşhurlar
Bir yarışma ilə həyatı dəyişən məşhurlar - FOTO
Çin dünya ticarətinin liderinə çevrildi
Ev heyvanlarına hücum edən müəmmalı canlı sakinləri qorxudur-VİDEO
Şokoladın faydaları
2013 qış rəng trendləri
Yuxusuzluq yaradan ərzaqlar
"Azərbaycanda etnik və dini tolerantlıq dövlət səviyyəsində təbliğ edilir"
ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
Dəbdən düşməyən ayaqqabılar(1)
Yuxusuzluqdan xilas edən zəngli saat
Bakı 2015-in açılış mərasimi belə olacaq
Almaniya Parlamentinin deputatı: "Apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir"
Fərqli dekorasiya modelləri
“Caliber”: “Erməni tərəfinin itkiləri yeddi mini keçib” - VİDEO
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
Yay tərəvəzlərinin kalori miqdarı
Qocalmayan Hollivud ulduzları
ATƏT-in saytı haker hücumuna məruz qalıb
Doğum günü tortları
Günün ulduz falı
Ailə mübahisəsinə son
HAVA necə olacaq? 11 İyun
"Forbes" Emin Ağalarovun illik qazancını açıqladı
Putin azərbaycanlıya orden verdi
"Normand dördlüyü"nün görüşü bitdi
Bədən quruluşuna görə palto seçimi
İllik qiymətlərindən narazı qalan şagirdlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir? - 12 MAY
Selena Gomez yeni FOTO-larını paylaşdı
Toyuq ətli blinçiklər (foto-resept)
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Arxeoloqlar Nizami Gəncəviyə hədiyyə edilmiş kəndi aşkarladılar
Burma peçenye (foto resept)
Oruckən ağız qoxusunun qarşısını almaq üçün xüsusi üsul
- ŞƏRHLƏR