Arada qarşımıza gözəl şeirlər çıxır, onları yadda saxlamaq istəyirik. Ya da şeiri yadda saxlamağa məcbur oluruq (Məktəb, universitet və s.). Lakin, bizim üçün çətin olan cəhətlərdən biri də şeiri əzbərləməkdir. Bəzən saatlarla, bəzən isə günlərlə zəhmət çəkir, lakin bir nəticə əldə edə bilmirik. Şeir əzbərləmək üçün hafizə əsas səbəblərdəndir. Lakin, hafizənin zəifləməsinə də ən böyük zərbə vuran fikir dağınıqlığıdır. Daha diqqətli olsaq, səy göstərsək, bir nəticəyə vara bilərik. Mütləq!
İndi isə, keçək əsas məsələyə...
1. Şeiri əzbərləmək üçün ilk addım onu səsli formada oxumaqdır. Adətən insanlar şeiri ürəklərində ouyur. Lakin, sizin qulaqlarınız da bunu duymağa ehtiyacı var. Ən azı, bir şeiri bir neçə dəfə uca səslə oxuyun. Çalışın ki, şeir dilinizə yatsın (otursun).
2. Şeirin sözlərindən əlavə onun yaratdığı təsviri gözünüzün önündə canlandırın. Misal üçün:
Dərsə gedən bir uşaq.
Çıxdı buz üstə qoçaq. - Beyninizdə bu şeirin təsvirini çəkin ki, bu informasiya olaraq beyinə ötürülsün.
3. İndi isə, şeirə diqqətlə baxın. Bu səfər sözlərə diqqət yetirib, onların nizamını, düzülüşünü yadda saxlamağa çalışın. Bu dəfəki missiyanız sözlərlədir. Onu aramla oxuyun.
4. Daha sonra şeiri bir vərəqə köçürtməyə çalışın. Bunu səslə oxuya-oxuya etsəz, daha effektli olacaq.
5. Şeirin düzülüşü uzun olduqda, onu bir neçə hissəyə ayırın. Bu gözünüzə daha rahat görsənəcək. Onu hissələrə ayırıb, parçalayıb öyrəndikdən sonra, hamısını bir yerə cəmləmək daha rahatdır.
6. Yazdığınız birinci vərəqə diqqət edin. Birinci kəlməni öyrənin, sonra ikincisini. Daha sonra hər ikisini bir yerdə deyin. Məsələn:
Birinci addım: Dərsə gedən bir uşaq
İkinci addım: Çıxdı buz üstə qoçaq.
Üçüncü addım:
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq
Dördüncü addım: Sürüşdü birdən-birə
Beşinci addım:
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq
Sürüşdü birdən-birə - Beləcə, davam edin.
7. Bəzən şeirdə elə bir yer olur ki, daim yaddan çıxır. Adətən bu başlanğıcda olur. Belə olduqda, onu kiçik bir kağıza qeyd edin. Çaşarkən, vərəqə baxıb davam edin. Bunu bir neçə dəfə etdikdən sonra, artıq vərəqə ehtiyac qalmayacaq.
8. Deyilənə görə məşq etməyən bir insan bir səhifəni bir saata əzbərləyə bilir. Daha çox məşq etməklə bu müddəti daha çox azalda bilərsiz. Əgər vaxtınız boldursa, yatmamışdan 20 dəqiqə əvvəl şeirlə məşğul olun. Axşamlar beyində öyrənilənlər yenidən mənalandırılır. Bir də görəcəksiz ki, ağızınızdan şeirin kəlmələri çıxır. Bunu bir neçə gün təkrar edin. Səhər tezdən də oxumağın çox böyük təsirləri var. Beyin informasiyasız olduğu üçün onu təmiz səhifəyə yazırsız.
Hər bir şeyin başında məşq etmək və səy göstərmək, ən əsası isə, ümidsizliyə qapılmamaq gərəkdir!
Fərid Abdullah
XƏBƏR LENTİ
Nə istədiyini bilirsənmi?
Bakıda 1 çaynik çay 1 şiş kababdan bahadır
Məşhur aparıcı işinə qayıtdı-FOTO
Ebola virusunun aşkar olunması üçün iki yeni test
Modern lampalar
Facebook-da çoxdan gözlənilən yenilik
Dahilərdən gözəl sözlər - 12
Qatillərin ən çox hansı bürcdən çıxdığı açıqlandı (1)
Heykəl kimi insan…
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
Qara nöqtələr üçün qəhvə maskası
Uzunboğaz çəkmələr
İllər sonra ilk dəfə Cıdır düzündə səhnə quruldu, Şuşada konsert verildi - VİDEO
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
TƏBİB sədrindən karantinin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Hava haqqında
Diabetin dərmansız davası
Günün qoroskopu: Yeni ideyalara açıq olun!
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Kivi ilə cavanlaşdırıcı və ağardıcı maska
Kəs və yapışdır-20
Doğulacaq körpənin cinsiyyəti bal ayında məlum oldu-FOTO
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Ramazan ayının 20-ci gününün duası
Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ
Xoşbəxt ailə həyatı üçün məsləhətlər
Bakılılar donurlar: xətti çəkdilər, istilik yaddan çıxdı
Sobada ətli rulet (foto-resept)
Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI
Facebook öz ödəmə sistemini yaradır
Əks cinsi 7 saniyəyə valeh edin
Azərbaycanda gimnastika
Martın 31-dən YENİ QAYDA
"Fənərbağça"nın oyunçusu "Dinamo"nun baş məşqçisi oldu
Şərf modelləri
Qatilin polis əmisi oğlu da saxlanıldı?-RƏSMİ AÇIQLAMA
Mila Kunis öz evliliyindən danışdı-FOTO
Mustafa Sandal boşandıqdan sonra ilk dəfə-FOTO
Uşaqların izləməli olduğu cizgi filmləri
İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... FOTO
Süleyman Dəmirəlin vəziyyəti ağırlaşdı
Qocalmağı gecikdimək üçün...
Yerin yumru olduğunu sübut et, 25 min qazan
Dayəni necə seçməli?
Millət vəkili: “Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər”
Bakıda qarğalar niyə kütləvi şəkildə ölür?
Günün qoroskopu - 27.11.2013
“Avroviziya”nın qalibi bəlli oldu
"Vineqred" salatı (foto-resept)