Bütün dünyada cərrahların əməliyyat zamanı pasiyentin qarnında hər hansı bir alət, sarğı materialı və s. saxlaması halları qeydə alınır.
Təbii ki, bu cərrahın diqqətsizlik və məsuliyyətsizliyindən xəbər verir və qəti şəkildə yolverilməzdir. Lakin hər bir pasiyent belə halların mümkün olduğunu bilməlidir. Nəzərə almaq lazımdır ki, əməliyyat yarasında unudulmuş hər hansı əşya tək ağrı və digər xoşagəlməz hisslərə deyil, pasiyentin əməliyyatdan sonra həlak olmasına da səbəb ola bilər.
- 2015-ci ildə İordaniyanın Aman şəhərində qeysəriyyə kəsiyi əməliyyatından sonra 36-yaşlı qadın qarında güclü ağrılar və müəmmalı titrəmə hiss etməyə başladı.
Rentgen zamanı qadının qarnında unudulmuş... telefon aşkar olunub və qadın yenidən əməliyyat olunub.
- 2014-cü ildə Qazaxstanda pasiyentin qarnından 20 sm uzunluğunda qayçı xaric olunub. Bu qayçı 12 il bundan əvvəl əməliyyat zamanı xəstənin qarnında unudulub. Bu illər ərzində xəstə daim qarnında ağrılar hiss edirdi.
- 2012-ci ildə Ukraynada Vinnisa vilayətində əməliyyat zamanı pasiyentin qarnında 4 m uzunluğunda bint unudulub. Əməliyyatdan sonra kişi uzun müddət ərzində özünü pis hiss edirdi, çox arıqlamışdı. Xoşbəxtlikdən pasiyent vaxtında digər xəstəxanaya müraciət edib və "səhv"i düzəltmək mümkün olub. Əks halda pasiyent həyatını itirə bilərdi.
- Petrozavodsk sakini olan 33-yaşlı qadının isə bəxti gətirmədi. Ginekoloji əməliyyat zamanı onun qarnında unudulmuş dəsmal güclü iltihabın, toksiki şokun inkişafına səbəb olub ki, nəticədə qadın ölüb. Bu hadisə 2011-ci ildə baş verib.
- 2007-ci ildə Hindistanda əməliyyat zamanı 60-yaşlı kişi pasiyentin qarnında qayçı unudulub. 2 il ərzində kişi qarında olan ağrılardan əziyyət çəkirdi.
- 25 il ərzində Braziliya sakini Sueli di Paulu qarında kəskin ağrılardan əziyyət çəkirdi və daim mədə dərmanları qəbul edirdi.
Təsadüfən rentgen müayinəsi zamanı qadında mədənin yanında 15-sm-lik dəmir pinset aşkar olunub.
- Amerika cərrahları əsl "rekorda" imza atıblar. 2000-ci ildə Vaşinqtonda Donald Çerç adlı pasiyentin qarnından şiş çıxarılıb. Əməliyyatdan sonra pasiyent daim qarında ağrılardan şikayətlənirdi. Əməliyyatdan 2 ay sonra ailə həkimi Donaldın qarnını əli ilə yoxladıqda orada bərk bir şey hiss edib. Rentgen müayinəsindən sonra məlum olub ki, kişinin qarnında 32 sm-lik retraktor qalıb.
Xəstəxana Donald Çerçə 100 min dollar kompensasiya ödəyib.
- 2006-cı ildə Tula vilayətində (Rusiya Federasiyası) xəstəxanaların birində qeysəriyyə kəsiyi əməliyyatından sonra qadının qarnında iynə qalıb.
- 2004-cü ildə Ufa şəhərində (Rusiya Federasiyası) cərraah yaşlı qadının qarnında 18 sm uzunluğunda borucuq unudub. Uzun müddət ərzində səbəbi məlum olmayan ağrılardan əziyyət çəkən qadın əməliyyatdan 9 ay sonra ölüb.
XƏBƏR LENTİ
1 iyun-Uşaqların beynəlxalq müdafiəsi günü
Yadplanetlilərin mövcudluğu təsdiqləndi – FAKTLAR/Video
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Bu aydan hemofiliyalı xəstələrə ilkin tibbi yardım onların yaşadıqları ərazilərdə göstəriləcək
Bakının məşhur məktəbi niyə sökülür?
İmtahanların vaxtı bilindi
Daha iki aktyor karonavirusa görə karantinə alındı-FOTO
Sabiq müdafiə naziri: "4 növ yadplanetli gəlmişdi, güllələdik"
Azərbaycanda koronavirusa yoluxanların əsas yaş qrupları açıqlandı - RƏSMİ
Düşüncənin riyazi dili - Münasibət
Azərbaycanda çörək ucuzlaşacaq? - Təkrar emal...
Sadə salat (foto resept)
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
82 yaşlı ulduz estetik əməliyyatlardan imtina etdi-FOTO
Qurban Qurbanovdan qələbə şərhi
Nüsrətdən şokolad şousu - VİDEO
HAVA necə olacaq? 28-yanvar
Azərbaycanda daha 27 nəfər koronavirusdan öldü: 685 yeni yoluxma
Dərinizi oxuyun
Saçlarınız qırılır?
“Medcezir”in ulduzu çalışdığı teatrdan qovuldu-SƏBƏB
Bakıda saxta pul çap edənlər tutuldu
Tarixin ən cazibədar qadını açıqlandı
Ürək üçün 5 faydalı qida
Yun köynəklərlə necə tərz yaratmalı?
Şok hesabat: məktəblilərin 40 faizi savadsızdır
4-cü İslam Həmrəylik Oyunları ilə bağlı möhtəşəm şou
Sərt karantinlə bağlı daha bir açıqlama: 5 gün...
Məşhurlar Aslı Enveri təbrik edirlər-FOTO
Bakıda bukinislər niyə azalıb?
Tibetin cavanlaşdıran 5 idman hərəkəti
İş axtaranların nəzərinə!
Metropoliten gücləndirilmiş rejimə keçdi
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM
İngiltərənin məşhur tarixi abidəsində türk izləri – FOTO
WhatsApp-da yeni yasaq
Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi
Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi
Bel ağrılarını necə azaltmalı?
Saçların qabarmasının qarşısını necə almaq olar?
Qəribə geyim və aksesuarlar
Vəsiqəlik şəklimizi niyə sevmirik?
Dırnaqları tez uzadan maska
26 kq arıqlayan müğənnini kimsə bəyənmədi-FOTO
Pulun iyinə komadan oyandı
Ving Çun
Tərəvəzli plov (foto resept)
Milli xörəklərin kolorisi məlum oldu
Arıqlamaq üçün alma sirkəsi içdi, öldü...
Britni Spirs uşaqların alimentini artırmalı oldu-FOTO