Qeyd etmək lazımdır ki, məhz qadınlar, bütün həyatları boyu gözəllik, gənclik və cazibədarlıq arxasınca qaçırlar. Amma bir şey var, görəsən doğrudanmı bu belə zəruridir? Məgər qadın yalnız cazibədarlığı və gözəlliyi əsasında təyin olunur? Doğrudanmı qadının xarici görünüşü onu qadın edir? Bu sualla bağlı, gəlin, ibrətli bir hekayəyə diqqət salaq:
"Bir dəfə kişilər bir yerə yığılaraq, kainatda ən gözəl qadın necə olmalıdır, deyə mübahisə etməyi qərarlaşdırdılar.
Bir kişi parıltılı qəhvəyi gözləri, digəri, əksinə - boz rəngə çalan, başqa birisi isə mavi rəngli gözləri sevdiyini deyir. Birinin qısa saçlardan, digərinin əksinə - uzun saçlı qadından xoşu gəldiyini deyir. O biri kişi isə kişilərin buruqsaçlı qadınlardan xoşlandığını dilə gətirir. Kişilərdən biri deyir ki, kişilər hündürboy, ətli, qamətli qadınları xoşlayırlar, O birisi deyir ki, xeyr, əksinə, incə, zərifqamətli qadınlar daha gözəldir. Hər biri öz fikrinin doğru olduğunu iddia edir.
Onların heç biri digərini razı sala, qane edə bilmir. Buna görə də müdrik qocanın yanına gəlib, məsələni onunla dəqiqləşdirməyi qərara alırlar.
Onlar qoca kişiyə məsələni danışırlar:
- Ey müdrik qoca, bizim bu sonu olmayan mübahisəmizə son qoy! Bizə kömək et, de görək, kainatın ən gözəl qadını kimdir?
Bu zaman müdrik qoca uzaqda yerləşən dağların buludlar arxasında qalan zirvəsinin necə tünd rəng almasına tamaşa edirdi. Bir az keçdikdən sonra təbəssüm edərək dedi:
- Sevimli."
Bəli, həqiqətən də belədir. Əgər bir insan birini səmimi qəlbdən sevirsə, sevdiyi şəxsdən başqa birisini tanımayacaq. Ondan daha gözəlini gözləri görməyəcək. Biz də, öz növbəmizdə arzu edərdik ki, hər birimiz sevimli olaq və bütün dünyanı xoşbəxtliyimizlə əhatə edək.
Müəllif: Farid Abdullah
XƏBƏR LENTİ
Bir gündə 4,3 milyard dollar itirdi
Həftədə 5 kq arıqlamaq üçün pəhriz
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
Facebook hesabınızı bağlayın
Bu şəxslərə koronavirus peyvəndi vuruldu: “İynə yerində...” - VİDEO
Azərbaycanda daha bir rüsum
Temperatur 40 dərəcəyə çatacaq
"Dünyanın Ən Gözəl Üzü"adının sahibi-FOTO
İlham Əliyev Azərbaycan ictimaiyyətini mübarizəyə çağırır!
Avropaya çatdıq?
Kiyevdə Müstəqillik meydanına 4 min adam aksiya keçirir
Heç indiyə qədər çayın axınına diqqət etmisiniz?
Bütün ölkədə telefon və İnternet kəsildi
"Santa Run" başladı-Hər kəs küçələrdə-FOTO
Nəhəngliyi ilə seçilən 10 gəmi
Bu da Mitsubishi Lancer Evolution X
Bu gün “Son zəng”dir
Yol polisi xəbərdarlıq etdi
Gözəllik üçün maskalar
ÜST: “Koronavirusun müalicəsində parasetamoldan istifadə edin”
Azərbaycanın tanınmış dirijoru vəfat edib
Dünyanın ən güclü parataekvandoçusu at belində Novruzun rəmzi obrazında
Neslihandan Kadirə SURPRİZ
Ekspert rəyi: Pulu haraya yatırmaq sərfəlidir?
Qışda gözlər də üşüyür
Üzdəki məsamələri təmizləyən bal
Tatlısəs Hiltonu Bodruma dəvət etdi
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Kağız kabab ( foto resept)
Övladları Əliyar Əliyevin məzarını ziyarət etdilər
300 illik gəlinlik
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
Fotoçərçivələr
Çayla qəhvə içənlər, yetməz!
Ermənistandan antirekord
“Tvitter”dəki bu profillər silinəcək
Azərbaycanda bayram namazının vaxtı açıqlandı
Özünüzü günahlandırmayın!
Çiplərlə bağlı TƏBİB rəsmisindən - Açıqlama
Əlillərə avtomobillər paylandıgh
2018-in trend çantaları
Valideynlərə dəyərli məsləhətlər
İraq İŞİD-ə qarşı ilkə imza atdı
Yer kürəsi üçün TƏHLÜKƏ - Nəhəng asteroid yaxınlaşır
Niyə təkcə Rusiya səfiri döyüş bölgəsinə getdi?
Qorxulu meşədən
Göbələkli-hinduşkalı keks (foto resept)
Şokolad sevənlər bu xəbəri mütləq oxusun
Trend: Toxunma donlar
Canlı yayımda dünyanın ən zəhərli ilanı sancdı - VİDEO
- ŞƏRHLƏR