Necə edək ki insanlardan inciməyək?
İnsan inciməyə bilmir. Çünki bu, onun təbii hissidir. İnsan sevindiyi, güldüyü, qibtə etdiyi, nə iləsə maraqlandığı kimi inciyə də bilir. Bu, onun emosiyalarının məhsuludur. Elə insanlar var ki, incisələr də bu inciklik onlar üçün fəlakət sayılmır, bunu problemə çevirmirlər. Lakin elə insanlar da var ki, incimək onlar üçün əsl həngamədir. Bir inciklik üstündə dostluq əlaqələrini, münasibətləri, hətta ailəni belə, dağıdan kəslər var. Bəs nə edə bilərik ki, insanlardan incimək bizdə elə də böyük təsir qoymasın? Elə isə, ardını oxuyaq.
İnciklik nədir?
İnciməmək, ya da incikliyin adama az təsir etməsi üçün anlamaq lazımdır, axı bu inciklik nə deməkdir? Əgər ümumi nəticə çıxarsaq, görərik ki, inciklik neqativ hesab etdiyiniz şeyə istisna bir davranışdır. Məsələn, kimsə sizə bir söz deyib və siz bu sözdən incimisiniz. Ola bilər ki, başqa birisinə bu söz deyilsəydi, həmin insan bu sözdən inciməzdi. Deməli, incikliyinin sərhədləri və mənbəyi individualdır. Həm də unutmayın ki, inciklik hissi həmişə sizə zərbə endirir, ola bilər ki, başqasının bundan heç xəbəri də olmasın. Özü də inciklik elə bir şeydir ki, ona bir az imkan yaratsanız, səhhətinizdən də ola bilərsiniz.
Bəzən insanlar öz incikliklərindən “kolleksiya yığırlar”. Təsəvvür edin, əgər siz hər zaman bu inciklikləri toplasanız və onlara çıxmaq izni verməsəniz yığılan incikliklər gələcəkdə fəsad yaradacaqdır. Nəticədə insan həmişə stress içində yaşayacaq və depressiyaya düşəcəkdir. Hətta yadına gətirə bilməyəcək ki, görəsən onun heç kəsdən incik olmadığı bir gün olubmu? Əlbəttə, inciklik müvəqqəti şeydir. Zamanla keçə bilir. Lakin əksər insanların inciklik duyğusu o qədər güclüdür ki, hətta bir ömür boyu bunu özlərində saxlayırlar.
Təsəvvür edin, bəzən inciklik səbəb olur ki, yaxın qohumlar illərlə bir-birləri ilə danışmır, yaxın dostlar daha sonra düşmənə çevrilir. Siz incikliyi dəf etməyi ona görə öyrənməlisiniz ki, bu hiss sizə xoşbəxt yaşamaq imkanı tanımır.
İndi isə gəlin, incikliyi yatızdıran bir neçə məşğələyə baxaq
1. Öz fikrinizi camaata açıqlamayın
Tez-tez olur ki, başqaları sizin gözləntilərinizi doğrultmur, özlərini siz istədiyiniz kimi aparmırlar. Buna görə də siz həmin adamlardan inciyir, ya da ən pisi onlara kin saxlayırsınız. Anlamaq lazımdır ki, başqalarına nisbətdə sizin gözləntiləriniz və tələbiniz yalnız sizin mövqeyinizdir. Elə ki, bunu başqalarına bağladınız, inciklik hissi dərhal sizə bulaşacaqdır.
İndi bir az bəsit deyək, əgər siz kiminsə sizə borclu olduğunu düşünürsünüzsə, özünü siz istəyən kimi aparmadığına görə ondan incimək haqqına malik olduğunuzu iddia edirsinizsə, əmin olun, ən böyük günah elə sizdədir. Axı malik olduğunuz həyat sizə aiddir. Bu sözü başqalarına da aid etmək olar. İndi siz istəyirsiniz deyə, başqaları da istədiyiniz kimi yaşamalıdırmı? Ona görə də, əgər bir nəfərlə istəkləriniz zidd gəlirsə, yaxud ondan daha çox inciyirsinizsə, bu o deməkdir ki, həmin adamın sizin həyatınızda bir yeri yoxdur.
2. Diqqətinizi yalnız yaxşı şeyə yönəldin
Bu məsləhət olduqca universaldır. Baxmayaraq ki, daha real və həqiqət olanlardandır. Əgər siz inciklik və sair pis hisslərdən qaçmaq istəyirsinizsə, məsələyə baxarkən baxış bucağınızı dəyişməlisiniz. Neqativ emosiyalar toplamaq əvəzinə müsbət bir şey haqqında düşünün. Məsələn, kimsə sizi bilərəkdən, yaxud bilməyərəkdən incidibsə, dərhal küsməyə başlamayın. Bir yadınıza salın ki, bu insan sizdə nə vaxtsa müsbət emosiyalar oyadıbmı? Bu baxış bucağı, demək olar ki, bir çox məsələləri həll edir. Əgər pisin üzərində dursanız, özünüzə zərbə endirmiş olacaqsınız.
Buna görə də, çalışın istənilən incikliyi unudasınız. Hətta birinci cəhddən çətin gəlsə də. Hərdən sizi incidən insanla yaxşı ünsiyyət qurmaq da yardımçı ola bilir.
3. Başqalarını anlamağa çalışın
Əgər kimsə sizi sözlə, yaxud hər hansı bir hərəkətlə incidibsə, əvvəlcə onun motivini anlamağa çalışın. Çox az insan var ki, bilərəkdən kimisə incitməyə çalışsın. Adətən incikliyə səbəb müxtəlif emosiyaların coşması, pis əhval-ruhiyə və sair səbəblər olur. Əgər siz şəxsi hisslərinizdən asılıb qalmısınızsa, çətin ki, başqa birisni anlaya, xüsusilə də ondan üzrxahlığa nail ola biləsiniz.
Başqalarını anlamağa çalışmaq məsələyə başqa səmtdən baxmaqdır. Beləliklə, bu, sizə hadisədən baş çıxarmaq imkanı verəcək. Hətta ola bilər ki, sizi qıcıqlandıran hissdən dərhal qurtulasınız.
4. Yadınızda saxlayın ki, həyat əbədi deyil
Yəqin, çox adam görmüsünüz ki, boş şeylər üstündə kimdənsə inciyir. Bu mənasız durum, hətta illərlə davam edir. Nəticədə valideyn-övlad incikliyi, dostlar arasında nifrət yaranır. Ən pisi budur ki, sizin incikliyiniz yatdıqda və həmin insanla barışmaq istədikdə, o, ölmüş də ola bilər. Bəli! Psixoloqlar deyib ki, belə hadisələrin düzəldilməsinə, hətta uzun illər lazım gələ bilər. Özü də burada vicdan əzabı da öz işini görəcəkdir. Bu cür halların baş verməməsi üçün incikliyi şişirtməyin, onu arxada qoyun. Əgər bu mümkün deyilsə, elə insanların əhatəsində olun ki, sizdə bu cür hisslərin yaranmasına səbəb olmasın.
5. Ağıllı olun, hər şeyi ürəyinizə salmayın
Elə insanlar var ki, sizi cavab verməyiniz üçün təhrik edirlər. Bununla, çox güman, tez-tez rastlaşırsız. Bu adamlar iş yoldaşlarınız, hətta yaxınlarınız belə ola bilir. Anlamaq lazımdır ki, bütün insanlar tərbiyəli və müsbət xarakterli deyillər. Başqaları elə buna çalışır ki, daim qarşıdurma olsun, hətta sizi açıq şəkildə belə, təhqir etsinlər. Buna görə də, zəruri olan sizin sakitliyinizi qorumanızdır, hər şeyi qəlbinizə salmamaqdır. İmkan verməyin ki, onlar sizi hövsələdən çıxarsınlar. Anlayın ki, hər kəs ideal deyil, insandan yalnız yaxşı şey gözləmək ağıllı iş deyil. Yalnız pis şey də gözləmək düzgün deyil.
Bəzi adamlar bu cür insanlarla qarşıdurmaya çıxır. Əgər bir adam ədəblidirsə, ədəbsiz adamla necə qarşı-qarşıya gələ bilər? Onun üçün hədd yoxdur. Sizin üçünsə var. Ya ədəbsiz olmalısınız, ya da uyğun şəkildə cavab verməlisiniz. Unutmayın, yaxşılığa yaxşılıq, pisliyə isə ədalətlə cavab verin.
6. Problemi başa düşün və onun nəticələrinin fərqinə varın
Gündəlik həyatda qarşılaşdığımız mənasız şeylərə görə inciməyi necə tərgidə bilərik? Öz hisslərini idarə etməyi öyrənin, imkan verməyin ki, inciklik inkişaf etsin. Xüsusilə lap axmaq vəziyyət alır ki, siz hansısa xırda şey üstündə incik düşürsünüz. Şərait yaratmayın ki, xırdaçılıq sizdə böyük inciklik yaratsın. Bunun nəticələrini düşünün.
Unutmayın ki, hissləriniz üzərində nəzarəti ələ almağı bacarsanız, nəinki başqalarından küsməyəcəksiniz, hətta həyatınıza müsbət emosiyalar da qatacaqsınız.
7. Bağışlamağı bacarın
Ən axırıncı məsləhət, bəlkə də ən vacib olanı bağışlamağı bacarmaqdır. Bu xüsusiyyətə ən ali adamlar malik olublar. Küskünlük və inciklik yalnız bağışlama olmayan yerdə yaranır. Əgər bağışlamağı bacarmırsınızsa, onda mənfi və neqativ emosiyalarınız aşıb daşacaqdır. Sadəcə bağışlayın, üstündən keçin və bunu küsdüyünüz adama bildirmək də lazım deyil. Bağışlamaq sizi artıq yükdən və hiss etdiyiniz ağırlıqdan xilas edə bilər.
Hazırladı: Fərid Abdullah
XƏBƏR LENTİ
Dəniz qana boyandı - FOTO
Ağ Evdə koronavirus təşvişi- VİDEO
Dilqəm Əsgərovun oğlu danışdı
Denis Kislov: “Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi”
Bu azərbaycanlı Cocuq Mərcanlıya 3 milyon ayırdı
Məşhurların boyları
Yalan xəbər yayan saytların adları açıqlanacaq
Bu il 2020-ci ildən daha qısa olacaq
Koronavirusa yoluxmaqdan qorxan qadın infarktdan öldü
Maykl Ceksonun ŞOK VİDEOsu yayıldı - FOTO
Bu uşaq qidaları Azərbaycanda qadağan olunacaq
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
Qocalmanı ləngidən və sürətləndirən qidalar
Monikadan növbəti eleqant obraz - FOTO
Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək - VİDEO
Türkiyə tarixində heç bir "erməni soyqırımı" olmayıb
Körpənizlə səfərə çıxırsınız?
AMEA elmi kompüter şəbəkəsinin məlumatlarının ötürülməsi sürətini artırıb
Türk futbolçu Avropa nəhənglərinin hədəfində
"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi
Afaq Bəşirqızı ilə bağlı sərəncam
Yanğından xilas olmaq üçün sobaya girdi - FOTO
Ordumuz şəhid verdi
Dilan Çiçek son halı ilə hər kəsi qorxutdu - FOTO
Ən böyük arzusu Vətən uğrunda döyüşmək olan şəhidimiz - VİDEO
9 aylıq hamilə olmasına heç kim inanmır - FOTO
Dünyada yeni böhran başlandı
Özünü üçüncü mərtəbədən atan uşağı havada tutdu - FOTO/VİDEO
Uşaq otağı dizaynı
Sabahın HAVAsı
Minlərlə ailəyə ŞAD XƏBƏR: ayda 216 manat alacaqlar - RƏSMİ
Real olmayan gözəllər
Karantin Bülənt Ərsoyun alış-verişinə mane olmadı
Ebola Azərbaycanda yayıla bilər?
Koronavirus haqda dəhşətli sirlər açıldı - "Belə bir şey görməmişdik"
HAVA necə olacaq?- 3 MART
Rio-2015: Azərbaycan 2 "bürünc" qazanıb, 3 pillə gerilədi - MEDAL SİYAHISI
Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir
Instagram-da Direct bağlanacaq
Türkiyə sərhədə əlavə hərbçi yerləşdirib
Qış üçün papaqlar
Dünyanın ən maraqlı rekord sahibləri
"Bermud üçbucağı"nın sirri tapıldı-inanılmaz FAKT
Qırışlar üçün cirə maskası
Günün ulduz falı - 24.12.2013
Əcnəbilərlə evlənmək istəyən qadınlara ciddi XƏBƏRDARLIQ
Neslihanla Engin bir arada-FOTO
Damla şokoladlı şirniyyat (foto resept)
O, evdar qadındır
Düşüncələr dilə gəldi
- ŞƏRHLƏR