Futbol komandasında oyunçuların sayının 11 nəfərdən ibarət olması fikrini ilk dəfə ingilislər, daha dəqiq desək, ingiltərəli tələbələr irəli sürmüşlər.
Əvvəllər futbol oyunu bir kütləvilik təşkil edirdi hətta, futbol oyunu kütləvi bir döyüş meydanını xatırladırdı. Məsələn: 1570-ci ildə sənətkarların təşkil etdikləri kütləvi futbol oyunu çoxlu yaralı və bir neçə nəfərin ölümü ilə nəticələnmişdir. İdmana yaraşmayan bu cür xoşagəlməz hallar çoxlarının hiddətinə səbəb olurdu. Kral VIII Henrix isə 1542-ci ildə belə bir vəhşi idmanın oynanılmasını yasaq etmişdir və bu qadağaya əməl etməyənləri həbsxana gözləyirdi. Kral VIII Henrix sərəncamında bele yazmışdır: — “ Bu cür vəhşi, qanlı və düşmənçilik yaradan oyunu bir daha heç kəs oynamayacaq!”. Bu qadağa 1842-ci ilədək qüvvədə olmuşdur. 1842-ci ildə isə formal olaraq qadağa ləğv edilmişdir.
Köhnəlmiş kral qadağasının ləğvindən bir müddət sonra Kembric Universitetinin tələbələri 1848-ci ildə futbol oyununun sivil qaydalara uyğun olan nizamnaməsini tərtib etmişlər. Bu qaydalar da, demək olar ki, humanizmə tam cavab vermirdi. Çünki bu qaydalara görə, rəqib oyunçuya badalaq vurmaq, əllə tutub saxlamaq, ayağına təpiklə vurmaq yasaq deyildi.
Futbolun yaranma tarixi 1863-cü il hesab olunur. Çünki həmin ildə ilk Futbol Assosiassiyası yaradılmış və indiki qaydalara uyğun gələn qaydalar tətbiq olunmuşdur. Bu qaydalar içərisində Kembric tələbələrindən qalan bircə qayda var idi, o da — oyunçuların sayının 11 nəfər olması. Bəs, Kembricli tələbələr nədən – “komandada oyunçuların sayı 11 nəfər olsun “- qaydasını qoymuşlar?..
O zamanlar Kembric Universitetinin yataqxanasında otaqlar 11 çarpayılıq idi. Yəni – hər otaqda 11 tələbə qalırdı. Universitetdə isə tələbələr otaqlar arasında futbol yarışması keçirirdilər. Necə deyərlər: — “otaq otağa qarşı, yəni — 11 nəfər 11 nəfərə qarşı.”
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, “Kembric Yunayted”(“Cambridge United”) futbol klubu İngiltərənin ən qocaman klublarındandır və bu klub 1912-ci ildə yaradılıb, 1949 –cu ildən peşəkar status alıb.
Komandada oyunçuların sayının 11 olması haqda başqa bir tarixçə də mövcuddur. Belə ki, deyilənlərə görə, — “komandada oyunçuların sayı 11 olsun!” – qərarını ilk dəfə “Şeffeld” futbol klubunun oyunçuları vermişlər. “Şeffeld” futbol klubu özünün qış məşqlərini Kriket klubunda edirdi və onlar bu məşqləri kriket klubunun üzvüləri ilə keçirirdilər. Kriket komandasının da üzvləri 11 nəfərdən ibarət olurdu.
İndiki qaydalar belədir: — Oyun iki komanda arasında keçirilir. Hər komandada oyunçuların sayı qapıçı da daxil olmaqla 11-dən artıq olmamalıdır. Komandaların hər hansı birində meydançadakı oyunçuların sayı 7-dən az olarsa, oyun başlana bilməz və s...
XƏBƏR LENTİ
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Daban çatları (1)
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Sabahın hava proqnozu
Özcan Deniz haqqında gözlənilməz xəbər
Geri qayıdan trendlər
Bir həftəyə 4 kq arıqladan pəhriz
Quru meyvəli çörək dilimləri (foto-resept)
Qaraciyərin böyüməsinin səbəbləri
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub
Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO
Souslu tavakababı (foto resept)
Doğuşdan sonra bunlara əməl edin!
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
Hamilə olan Fahriyənin son halı - FOTO
İş yerinizi nə zaman dəyişməlisiniz?
Türkan Şorayda gözəl addım-FOTO
Dünyanın ən gözəl 13 qadını
Ramil Səfərov ata oldu
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
“Instagram”da “TikToka”a bənzər yenilik
Çəmənotu
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
Dünyanın ən yaxşıları seçildi
Uşağa eyni vaxtda altı orqan köçürülüb
17 asteroiddə su aşkarlandı
Altı aktyor serialı tərk etdi-SİYAHI
Ordumuzda yenilik
Alla Puqaçovaya nə olub?-FOTO
Məşhur modelə 250 minlik hədiyyə-FOTO
2 yaşındakı qız üçün qonşular işarət dili öyrəndi
Türkiyədə bina çokdü
Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?
Hündürdaban ayaqqabılar
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Günün qoroskopu: Təmkinli olun!
Dreyk 100 milyona təyyarə aldı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
HP yeni noutbukunu göstərdi
Azərbaycanda özəl pensiyalar ola bılər
Cem Yılmazdan evlilik açıqlaması
Günün qoroskopu:Çətinliklərdən qorxmayın
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
Gi pəhrizi
Göbələkli qovurma (foto-resept)
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Qaşlarını yan dara, qız...
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
- ŞƏRHLƏR