Müharibə insanların həyatına təsir edən, onların həyatını dəyişən dəhşətli bir bəladır. Bu bəla insanların ölməsi, yaralanması, şikəst qalması, yaxınlarını, evini itirməsi və eyni zamanda qorxu, terror, dəhşət, əzab və göz yaşı deməkdir. Bütün bu səbəblərdən dolayı müharibə çox ciddi və geniş yayılmış psixoloji problemlərə gətirib çıxarır. Bu problemlər bir çox travmalar, travmadan sonrakı stress pozuqluqları, depressiv durumlardır.
Travma insanın özününkü saydığı və ya sahib olduğu hər şeyi hədəfə alan gözlənilməz, ani, şiddətli və qorxuducu təsirlərin ortaya çıxması vəziyyətidir. Müharibə də bu təsiri yaradan, travma faktorlarından biridir. Çünki müharibə zamanı insanın sahib olduqları açıq-aşkar bir şəkildə təhdid altında qalır. Ölüm, əsarət, təcavüz, işgəncə vs. bu təhdidlərdən bəziləridir.
Müharibə müddətində insanın yaşadığı qorxu, dəhşət, çarəsizlik hissləri müharibə bitdikdən sonra azalsa da, bəzən yenə davam edə bilir. Yəni travma faktoru ortadan qalxsa da, travmadan sonra yaranan ruhi pozuntular ortaya çıxa bilməkdədir. Bu pozuntular içərisində ən çox rast gəlinəni “Travmadan Sonrakı Stress Pozuqluğu” (TSSP) və depressiyadır.
Müharibə zamanı insanlara zərər verən təsirlər həmçinin yaş dönəminə və cinsə görə də dəyişir.
Qadınlar
Qadınlar cəmiyyətdə hüzursuzluq yaradan bir çox hadisələrdən kişilərə nisbətən daha çox təsirlənirlər. Çünki hadisələr zamanı yaranan emosional reaksiyanı idarə etməkdə çətinlik çəkirlər.
Kişilər
Müharibəyə qatılan kişilərdə “Döyüş Sindromu” adı verilən və Travmadan Sonrakı Stress Pozuqluğuna səbəb olan bir xəstəlyin yarana bilməsi qeyd olunur. Lakin buna baxmayaraq kişilər doğuşdan etibarən öz evlərini və ailələrini qoruyacaq dözümlülükdə olurlar. Bunun nəticəsində də öz emosional reaksiyalarını nəzarətdə saxlamağı yaxşı bacara bilirlər.
Uşaqlar və yeniyetmələr
Müharibədən ən çox zərər görən qruplar uşaqlardır. Müharibədən zərər görmüş uşaqlarda əsəb, kəkələmək,yuxu pozuqluğu, iştah pozuqluğu, inkişaf geriliyi, kabus görmə, günahkarlıq duyğusu, özünə qapılma, qaranlıqdan və ya xəyali varlıqlardan qorxma, səbəbsiz ağlama, ağrılar, səslərə qarşı həddindən artıq həssaslıq, məktəbə getməyi və dərs öyrənməyi rədd etmə, yoldaşları ilə əlaqələrdə pozulmalar müşahidə olunur. Yeniyetmələrdə isə antisosyal davranışlar artır və özünə güvən duyğusu azalır. Gələcəyə aid plan qura bilmirlər.
Mütəxəssis dəstəyi vacibdir
Müharibələrin, insan və cəmiyyət psixologiyasına təsir etdiyi və narahatlığı artıraraq bir çox xəstəliklərə səbəb olduğu bəllidir. Bu istiqamətdə döyüşlərdə iştirak edən fərdlərə, mütləq mütəxəssis nəzarəti lazımdır. Başda dövlət orqanları olmaqla hər kəsin öhdəsinə bu mövzuda böyük vəzifələr düşür. Sağlam bir nəsil yetişdirə bilmək üçün həm müharibəylə qarşılaşan fərdlərimizə, həm də bilvasitə müharibədən təsirlənən hər kəsə, nizamlı bir şəkildə, psixososial dəstəklər verilməlidir. Mütəxəssislər istər Tv-lərdə, istərsə də hər-hansı toplantı zallarında bu mövzularda seminarlar verməli, insanlarda dözümlülüyü aşılamalı və onlara travmatik problemlərin öhdəsindən gəlmək yollarını öyrətməlidirlər.
Müharibə həm də insanları bir-birinə doğmalaşdıran hadisədir. Bu onları genetik olaraq bağlı olduqları sürü şəklində müdafiə olunmaq davranışına vadar edir. Bu da cəmiyyətdə davam etməkdə olan şəxsi zəmində düşmənçiliklərin və ya çəkişmələrin aradan qalxmasına və fərdlər arasında mehribançılığın yaranmasına səbəb olur. Psixoloji zərərlərdən qorunmaq üçün unikal yollardan biri də məhz bu cür sosiallaşmaqdır.
Dini-ideoloji dəyərlərə bağanmaq da, cəmiyyəti bu cür hadisələrə qarşı dözümlü edir. Məsələn faciə yaşamış insanın dini bağlılığı, həmin faciənin mənasızlığını və puç olması fikrini onun düşüncələrindən aparır. Beləcə heyfislənmək əzabı azalan fərd, hadisəyə qarşı daha təmkinli olur.
Müharibənin vətənimizdə, eləcə də dünyanın bir çox yerlərində baş verməsi əlbəttə ki, üzücü haldır. Lakin onu da unutmamalıyıq ki, bəzən döyüşsüz və əziyyətsiz də firavanlıq qazanmaq mümkün olmur.
Müəllif: Coşqu İsmayılzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 25 fevral
Sağlam qalmaq üçün bunlara əməl edin
Peçenyeli şokolad tortu (foto-resept)
Uşağı döymək olarmı?
Azərbaycana yay fəsli daxil olub
Sənə dönmək istəyirəm
Sabah da tıxaca hazır olaq?
İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi
Alla Puqaçova hər kəsi təəccübləndirdi-FOTO/VİDEO
ABŞ Marsda 10 minlik şəhər tikəcək
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
Cins şalvarlar
Filmin çəkilişləri dayandırıldı-SƏBƏB
Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ
Google keçmişə qayıdır
Dərs ilinin müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? - RƏSMİ
İlk çantalar
Üçüncü sınaq başlayır
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa götürüldü - RƏSMİ
Günün qoroskopu: çoxsaylı problemlər yarana bilər
Parlaq və ləkəsiz dəri üçün maska
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik
Manikür üçün dırnaq ətini yumşaldan maska
Yay aylarında qidalanmada nələrə diqqət edilməlidir?
Kraliça Yelizaveta portretində səhv tapdı - VİDEO
Beyrutda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Yağış yağacaq, külək əsəcək...
Geyim kombinasiyaları
18 oktyabr Milli Müstəqillik günüdür!
İzmirdə yenə zəlzələ oldu
Doğuşdan sonra depressiya
Məşhur serial ərəb şahzadəsinin sifarişi imiş
Rusiyada koronavirusa qarşı daha bir peyvənd test ediləcək
Toy üçün saç aksesuarları
Adel 20 kq arıqladı-FOTO
Sarı şam kimi yanan paxistaxis
ÜST-dən maska XƏBƏRDARLIĞI - Qaydalar dəyişdi
Qıvırcıq saçlar üçün 3 tövsiyə
Cemli, halvalı peçenye (foto resept)
Günün qoroskopu: məsləhət üçün təcrübəli insanlara müraciət edin
Günün ulduz falı - 21.09.2013
Lampalar bizi izləyəcək
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutub
Türkiyə kurortu sökülür
Günün qoroskopu: çətin qərarlar qəbul etməlisiniz
Köhnə film ulduzların palto dəbi
Hadisə xəstəliyini ETİRAF ETDİ
Məşhur filmlərin səhnə arxası şəkilləri
- ŞƏRHLƏR