Bankların bağlanmasının mənfi və müsbət tərəfləri var.
Mənfi tərəflər aşağıdakılardır:
- İşsizlik – banklar bağlanan zaman filiallar da bağlanır, istər Bakıda, istərsə də rayonlarda, nəzərə alsaq ki, işçilərin əksəriyyəti gənclərdir, hər bankın filialında ən azı 10 işçi var, bir bankın üzərinə ən azı 100 filial işçisi düşür, 6 banka minimum 600 işçi düşür, minimum bir bankın filial sayını 10 hesablasaq, 6 banka 60 filial düşür, deməli regionlarda da, gənc kadrların işsizlik problemi olacaq, yeni iş tapmaq da çətindir, nəzərə alsaq ki, banklarda əmək haqqı digər şirkətlərə baxanda yüksək idi, gənclərin işsiz qalmağına yanıb tökülmək lazımdır;
- Problemli kreditlərin payının artması hər işsiz qalanın ipoteka, avtomobil və istehlak kreditinin olmasını ehtimal etsək, anlayarıq ki, işsiz qalan kreditlərini ödəyə bilməyəcək və bu isə digər banklarda problemli kreditlərinin payının artmasına və təminat qismində qoyulan girov obyektlərinin bankın baalansına keçirilməsinə və satışa çıxarılmasına gətirib çıxaracaqdır, banklar girov götürüb balansına keçirdikləri əmlakı necə satacaqlar, sata bilməsələr, bu onlar üçün qeyri-likvid aktivə çevriləcəkdir.
- Banka olan kreditlərin vaxtından əvvəl geri qaytarılması-bank öhdəliklərini (bankın digər bank və maliyyə qurumlarından götürdükləri kredit, buraxdıqları və satılan istiqrazlar, əhalinin əmanəti və cari hesablardakı pul vəsaitini, səhmdarların pulunu-payını) qaytarmaq üçün aktivlərini likvid etməlidir, real pul əldə etməlidir, bu isə yükün kredit portfeli və əsas vəsaitlərin üzərinə düşəcəyi deməkdir;
- Əmanətlərin qaytarılmasında problemlərin yaranması-banklar aktivlərini real pula çevirə bilməzsə, qeyri-likvid aktivləri gec satışa çıxarılsa, satış prosesi uzansa, kreditlərin qaytarılmasından imtina edilsə, bank əmanətləri qaytara bilməyəcək;
- Banklardan kredit götürən kiçik və iri sahibkarların müflis olması-banklar öz öhdəliklərini icra etmək üçün aktivlərini cəlb etməyə başlasa, bank verdiyi kreditləri tələb edəcək, bu isə fiziki şəxslərdən savayı, kiçik və orta sahibkarların biznes və aqrar kreditlərinə, bank vasitəsilə dövlət fondundan alınan kreditlərin banka qaytarılmasına və həmin müəssisələrin və sahibkarların maddi durumunun pisləşməsinə, işçilərin ixtisar edilməsinə və ən pis halda müflis olmasına gətirib çıxaracaqdır, krediti qaytara bilmədiyi halda, təminat qismində qoyulan girov və biznes, əsas vəsaitlər əldən gedəcək, sahibkarın cari hesabı bloklanacaqdır;
- Bank krediti yolu ilə məhsul satan və xidmət göstərən şirkətlərə, mağazalara zərbə dəyəcəkdir, məhsul və xidmətin dəyərini birdəfəlik ödəyə bilməyən müştəri onu hissə-hissə ödəmək imkanından məhrum olacaqdır. Bu isə məişət, avtomobil krediti bazarının payının azalmasına səbəb olacaqdır, busahə üzrə fəaliyyət göstərən şirkətlərin satışının azalmasına və birbaşa satış gəlirlərinin azalmasına gətirib çıxardacaqdır.
-
Banklarla birlikdə əməkdaşlıq edən və törəmə təşkilatları olan klirinq, lizing, sığorta, konsaltinq şirkətlərini də onların əməkdaşlıq etdiyi bankların aqibəti gözləyəcək, çünki bir bankın bir neçə törəmə maliyyə qurumu olmaqla, pulu öz aralarında dövriyyəyə buraxıb, hər tərəf qazanmış olurdu, indi bank, ən iri iştirakçı və təsisçi kimi bağlanırsa, digər qurumları da eyni aqibət gözləyir, yenə də həmin şirkətlərin işçiləri ixtisara düşəcək və işsizlik problemini yaradacaq.
Bankların bağlanmasının müsbət tərəfləri aşağıdakılardır:
- Maliyyə sağlamlaşdırılması işi görüləcək;
- Banklar arasında sağlam rəqabət olacaq;
- “Ölü” banklar bazardan çıxarılması çirkli pulların yuyulmasının azalmasına səbəb olacaq;
- Maliyyə bazarında maliyyə dayanıqlığı ilə seçilən banklar qalacaq;
- Bankların maliyyə riskləri bölüşdürülmək yolu ilə azaldılacaq;
- Sahibkarlarımızın bank kreditlərindən asılılıq yolu ilə sərmayələşməsinin payı azalacaq;
- Banklar tərəfindən prudensial və qanunpozuntu halları azalacaq və müştəri hüquqlarının müdafiəsi işinə nəzarət güclənəcək və istehlakçıların hüquqlarının müdaifəsi işinə diqqətli yanaşılaraq, müştərilərinə hörmətlə yanaşılacaq;
- Bankların fəaliyyət istiqaməti dəqiqləşəcək -Korporativ, fərdi, sərmayə və s.
Günel Fərhadqızı
XƏBƏR LENTİ
Bu da İŞİD-in qırıcıları
Mənzillər ucuzlaşıb, torpaq isə...
Bu il təhsildə nələr olacaq?
Münasibətinizin qeyri-sağlam olduğu göstərən hallar
"Azərbaycan telekanallarında çal-çağır, şou-biznes verilişləri bağlansın"
Bakı-Sumqayıt yolunun dərdinə çarə tapılır
Armen Sarkisyan: “Ermənistan həm müharibədə, həm də beynəlxalq platformalarda məğlub olub”
Ramzan Kadırov üsyan etdi
Con Frenç Sloanın rəsmləri
Məşhurların dəyişən tərzi
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Ördək dimdikli dinozavr növü tapıldı
Hande Erçel yeni layihə ilə ekranlara qayıdır
Gənc yazar Aysel Əlizadə(müsahibə)
Latviyada rekord istilər gözlənilir
ÜST-dən qrip peyvəndinin koronavirusa təsiri barədə AÇIQLAMA
Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşları qəbul edib
Suqovuşanda Azərbaycan bayrağını qaldıran hərbçiyə ev verildi
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Pandemiya dövründə mağazadan necə alış-veriş etməliyik?
Serenay Sarıkaya və Cem Yılmaz EVLƏNİR-FOTO
Gürcüstandan Azərbaycana Qarabağla bağlı DƏSTƏK
Səhvən hesabına daxil olan 120 min dolları xərclədi - Məhkəmə
Vanqadan 2019-cu ilin PROQNOZU
Arıqlamaq tədbirləri
Mübahisələrdən sonra
Ananaslı və köklü keks (foto resept)
Parlaq gecəlik modelləri
Dəri kurtkalar
"Mən bəzi liderlər kimi saçımı boyatmıram"
Koronavirusdan SAДћALMAQ MÜMKÜNDÜR: ÜST açıqladı - VİDEO
Bu gün ilin ilk Ay tutulması baş verəcək
"Rüstəm İbrahimbəyovun siyasətə qoşulmağının məntiqi anlamı yoxdur"
Gəncədə həndbol üzrə açıq birinciliyə yekun vuruldu
Koronavirusun ötürülməsi ilə bağlı daha bir mifə son qoyuldu
Dünyanın ən yaşıl çimərliyi
HEÇ BIR KƏSIN ÖZ HƏYATI ILƏ OYNAMAĞA HAQQI YOXDUR
Faydalı məsləhətlər
Bu il baş verəcək nadir hadisələr:Almaz yağışı
Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon
Ermənilərə qan udduran igidimizi siz də tanıyın - VİDEO
Əhməd Davudoğludan şok açıqlama
Qız uşaqlarını təhlükədən necə qorumalı?-VİDEO
Helikopterdən dəvətnamə atdılar - Video
Lənkərana dolu yağıb, təsərrüfatlara ziyan dəyib
Bişkekdə Heydər Əliyev adına park salına bilər
Victorias secret-dən bəyəndiklərim
Gələn həftə son 68 ilin ən nadir hadisəsi baş verəcək
Google-da işə katerlə gedirlər
Orucluğun qadağan edildiyi ölkəni su basdı, ölənlər var
- ŞƏRHLƏR