Kənardan baxanda ağzı, gözü və sinir sistemi olmayan bitkilər insan kimi görmə, eşitmə, dadbilmə və toxunma duyğularından istifadə edərək çox vaxt insanlardan belə həssas ola bilirlər.
Bitkilərin nəyə görə görmə qabiliyyətinə ehtiyacları vardır?
Bitkilərin dadbilmə duyğusu necədir?
Bitkilər necə eşidirlər?
Yer üzərindəki canlılar aləmində çox əhəmiyyətli yerə sahib olan bitkilərdəki sistemlərin ən maraqlı xüsusiyyətlərindən biri reaksiya mexanizmlərdir. Kənardan baxanda nə ağzı, nə gözü, nə də sinir sistemi olan bitkilər bu reaksiya mexanizmləri sayəsində çox vaxt insanlardan belə həssas ola bilirlər.
Bitkilərin görmə duyğusu
Bitkilərin bizim kimi gözləri yoxdur, lakin bizim gördüyümüzdən daha çoxunu görə bilirlər. Çünki onların işığa həssas birləşmələrdən yaranmış zülalları vardır. Buna görə də bizim gördüyümüz və görə bilmədiyimiz bütün dalğa uzunluqlarını mənimsəyirlər. Hətta işığa qarşı həssaslıqları insan gözündən daha çoxdur.
Bitkilərin bu xüsusiyyətlərə sahib olmalarının səbəbi böyümək və həyatda qalmaq üçün işığa olan ehtiyaclarıdır. Buna görə də gözlərlə işığı görürlərmiş kimi işıq istiqamətində zoğ verir, böyümələrini işıq istiqamətində davam etdirirlər. Hətta gün ərzində günəşi təqib edən günəbaxan bitkisinə bu xüsusiyyətinə görə belə bir ad da verilmişdir. Bitkilər özlərinə verilmiş görmə qabiliyyəti sayəsində işığın sıxlığı, keyfiyyəti, istiqaməti və periodu kimi şərtləri müəyyən edirlər. Bitkinin gündəlik həyat tərzi özünü işığa görə quran bir “daxili saat”ın nəzarətindədir.
Bitkidə işığı mənimsəməkdə məsul olan iki zülal ailəsi vardır. Bu iki ailədən biri beş fərqli növü olan “fitokrom”, digəri isə iki fərqli növü ilə “kriptokrom” adlı zülallardır. Bu zülallar eyni zamanda işığı qavrayan bir işıq reseptorudurlar. Bu qəbuledicilər bitkinin içindəki saatı işığın hər an etdiyi dəyişikliklərə görə qurmaqla vəzifəlidirlər.
Dadbilmə duyğusu
Bitkilər yalnız günəş işığı ilə yaşaya bilməzlər, yəni torpaqdan bəzi qidaları da qəbul etməlidirlər. Dad duyğusu, torpaqdan mineral və qidaları alan bitki kökləri üçün çox əhəmiyyətlidir. Arabidopsis (kərə otu) adlı bitkidə aparılan müşahidələr bir genin nitrat və ammonium duzlarının miqdarının çox olduğu yerləri müəyyən etdiyi aşkar olunmuşdur. Bu gen sayəsində köklər təsadüfi deyil, qida istiqamətində inkişaf edərək şüurlu şəkildə hərəkət edirlər. Nitratları müəyyən edən bu gen ANR1’dir.
Bu gendən başqa, Teksas Universitetində aparılan bir müşahidədə “apiraz” adlı bir ferment də kəşf edilmişdir. Kök səthində olan bu ferment göbələk kimi torpağa qarışmış mikroorqanizmlərin çıxardığı ATF-nin (adenozin triphosphate) dadını hiss edə bilir. ATF molekulu təbiətdə hər zaman hazır tapılan qısa müddətli bir enerji ehtiyatıdır. Apiraz bitkinin bu molekulu alıb qidaya çevirməsini, daha sonra da sormasını təmin edir. Bitkilərin bir zibilyığan kimi hüceyrə xaricindəki ATF-ni yığıb istifadə olunacaq vəziyyətə gətirməsi yeni kəşf edilmiş möcüzədir.
Ardı var...
Həqiqət mütləqdir!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Möcüzəvi bal
Uşağın böyüməsi və inkişafı
“Ağıllı mauslar” tərcüməçilik edəcək
Birce Akalay
Baykal gölü ikiyə ayrıldı
Selena Qomes artıq İnstagramda ən məşhur ulduz deyil
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
"LACOSTE"dən çantalar
Şardan hazırlanan bəzəklər
Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycana dəstək paylaşımı
Qadınlar üçün 12 qızıl qayda
İşğaldan azad edilmiş Kəlbəcərin kəndindən görüntülər - VİDEO
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Qocalma əleyhinə preparat hazırlandı
Bu günün hava proqnozu
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Dünyada ilk- printerdən maşın çıxdı
Piyada keçidindən istifadə etməyənlər cəzalanacaqlar
Urmiya gölü niyə quruyur?
Gözəlliyin karyerada rolu
Minimalist manikür nümunələri
Səyahət üçün ən gözəl yerlər
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Musiqidən danışaq
Eser Yenenlerden hamiləlik pozu-FOTO
“Telegram”da videozəng funksiyası təqdim olundu
Zeyn Maliki ölümlə hədələdilər-FOTO
"Terminator"un məşhur aktyoru intihar etdi-FOTO
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Bakının üstünü alan duman nədir?
Şokoladlı keks (foto resept)
Çağla Şikel uşaqlıq FOTOsunu paylaşdı
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
Azərbaycanda zəlzələ
Çağla Şikelin Üzü Şişdi-SƏBƏB
Zəhər zərərsizləşdirən quşlar
Tavada albalı piroqu (foto-resept)
Tərəvəzli noxud şorbası
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Dırnaq yemək vərdişi
Cennifer Lopez sirri açdı-FOTO
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Günün ulduz falı
Latviyaya səyahət
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Türkan Şorayda gözəl addım-FOTO
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
- ŞƏRHLƏR