Göyçay narının dünyaya tanıdılmasında müstəsna rolu olan şəxslərdən biri rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevdir. Məhz Mübariz Ağayevin ilk dəfə 2006-cı ildə Göyçaya rəhbər təyin edildikdən sonra “Nar bayramı” adlı böyük bir ənənəyə start verdi. Hər il noyabr ayında (narın tam olaraq yetişmə ayı) Göyçayda nar bayramı minlərlə rayon sakininin, ayrı-ayrı şəhər və rayonlardan, eləcə də paytaxt Bakıdan gəlmiş qonaqların, dövlət və hökumət nümayəndələrinin, xarici dövlətlərin ölkəmizdəki səfirlərinin və onların nümayəndələrinin, habelə ölkə xaricindən gəlmiş turistlərin iştirakı ilə baş tutur.
Bayram iki hissəli olmaqla tədbirə qatılan qonaqlara xüsusi zövq yaşadır...
Rəsmi hissə zamanı təşkil olunan sərgidə, nar və nardan hazırlanan məhsullarla (nar şərab, nardança, nar soku) yanaşı, Göyçay mətbəxinin əvəzedilməz təamı olan döşəmə plov da nümaiş olunaraq qonaqların dadması üçün təklif olunur. Həmçinin, şəhər və kənd sakinlərinin, ayrı-ayrı idarə və təşkilatların, müəssisələrin nümayəndələrinin nardan hazırladıqları müxtəlif dekorasiyaları, xüsusilə Azərbaycan Respublikasının Xəritəsi və Gerbi bayram iştirakçılarında xüsusi maraq oyadır.
Kəndirbazların və pəhləvanların rəngarəng nömrələrini bayrama qatılanlar maraqla izləyir, sərgidə nümaiş olunan əl işləri, rəsm əsərləri isə göz oxşayır...
Rəsmi hissənin ardından təşkil olunan bayram konserti Azərbaycanın incəsənət ustalarının iştirakı ilə davam edir. Gecə saatlarında isə bayram konserti atəşfəşanlıqla başa çatır.
Hər il təşkil olunan Nar bayramı kütləvi informasiya vasitələri ilə nümaiş olunur. Bir neçə il öncə isə Amerikanın məşhur “CNN” kanalı Göyçaydan – nar bayramından reportaj hazırlayaraq, bütün dünyaya çatdırmışdır...
NARLI VƏ ÇİNARLI GÖYÇAY...
Göyçay təkcə narı ilə deyil, həm də qürurlu çinarları ilə də məşhurdur. Məhz bu səbəbdən “Çinarlar şəhəri” və “Çinarlı Göyçay” deyimləri mövcuddur. Söhbət Göyçay narından və çinarından düşdüsə, bu yerdə mənim də yadıma elə Göyçayda doğulmuş, şairə Nuranə Nur-un Göyçay haqqında olan şeirindən dörd misra düşdü:
Onun çinarları mənim vüqarım,
Ətirli bağları lətafətimdir.
Gülöyşə narının hər bir dənəsi
Sonsuz məhəbbətim, sədaqətimdir...
Məhz Göyçay narı dünyada tanınaraq, "əsl Azərbaycan narları" üçün sinonimə çevrilmişdir. Göyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir...
Elvin Ömərov
XƏBƏR LENTİ
"Ermənilər digər əraziləri də işğal ediblər"
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Ermənilər Laçından qaçırlar
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Pesto souslu balıq (foto resept)
İnsanı ölümə aparan içkilər
Bu günün tarixi (07.09.2015)
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Messinin 30 yaşı oldu!
Günəş haqda qorxunc proqnoz
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Evlilik ildönümlərini belə qeyd etdilər
Əsəb xəstəliyi testi
Sağ qalmaq üçün bunları etmək şərtdir
Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Tərəvəzli plov (foto resept)
Güzgüdəki əksim - həyat yoldaşım
Kubokun finalı... "Tofiq Bəhramov"da olmayacaq!
Uşaqlara riyazi hesablamaları sevərək öyrədin
Gəncliyin sirri-Səməni
Hansı çiçək hansı otağa qoyulmalıdır?
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Kimdir günahkar?
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA
Da Vinçi klonlaşdırılır
Serenay uşaqlıq fotosunu paylaşdı-FOTO
Dünyanın ən qəribə toyu
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
48 kiloqram arıqlayan aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
Marsda müəmmalı baza tapıldı-FOTO
Google istifadəçiləri izləyir
Doğum sonrası qanamalar
Göbələk xəstəlikləri
Çin dollar satışını məhdudlaşdırıb
Fərqli bəy-gəlin-FOTO
Dollar yenə ucuzlaşdı
Bu kitabı əkəndə ağac olur - FOTO
İnstagram milyonçuları
Əlil uşaq və ailə
Hamiləliyin ən gözəl tərəfləri
Azərbaycan üçün yaxşı proqnoz
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Hava necə olacaq?
- ŞƏRHLƏR