Bir çox insan bəzən ürəyinin daha sürətlə döyündüyünü hiss edir. Uzun bir pilləkəni sürətlə çıxdıqda, qaçdıqda və ya həyəcanlandıqda ürək döyüntülərinin artdığını, daha sonra ürəyinin yenidən əvvəlki ritminə düşdüyünü hər insan hiss edir. Ancaq bunun, əslində nə qədər böyük möcüzə olduğunu düşünməz. Ürək döyüntülərinin sürəti orqanizmə yerləşdirilmiş kompyuter sistemi tərəfindən tənzimlənir.
Ürək döyüntüləri artdıqda orqanizm kifayət qədər oksigenlə təmin olunmazsa, hüceyrələr elektrik müvazinətlərini itirər və sürətlə, nizamsız döyünməyə başlayarlar. Odur ki, ürəyin nizamlı ritmlə müntəzəm döyünməsi çox vacibdir. Bu prosesi sabit sürətlə yola başlayan avtomobilin işləməsinə bənzədə bilərik. Ancaq müəyyən vaxtlarda ürəyin ritmi sürətləndirilməli və ya yavaşladılmalıdır. Bu da sabit sürətlə yola başlayan avtomobilin qaz pedalına basaraq sürətləndirilməsi və ya əyləcə basaraq yavaşladılmasına bənzəyir. Ürəyin ritmini azaldan əyləc azan sinirləri, ürəyin ritmini sürətləndirən qaz pedalı isə simpatik sinirlərdir. Əyləc pedalının (azan sinirlərin) hərəkətə keçməsini isə asetilxolin adlı xəbərçi molekul təmin edir.
Normal şərtlərdə dəqiqədə 72 dəfə döyünən ürək güc sərf etdikdə, stress vəziyyətində, insanın temperaturu qalxdıqda və buna bənzər hallarda artıq qana ehtiyac olduğuna görə sino-atrial düyün (ürəyin döyünmə sürətini tənzimləyən hüceyrə qrupu) ürəyin sürətini artırır. Beləliklə, lazım olan qan vurulur. Simpatik sinirlər də damarları daraldaraq qan təzyiqini artırır, bundan əlavə, böyrəküstü vəz adrenalin və noradrenalin hormonlarının ifraz olunmasını təmin edir. Bu hormonlar ürəyin sürətini artırırlar. Qalxanabənzər vəzdən ifraz olunan tiroksin hormonu isə maddələr mübadiləsini sürətləndirərək ürəyin fəaliyyətinə təsir edir və ürəyin sürəti dincəlmə vəziyyətinə nisbətən 5 dəfə artır.
Simpatik sinirlər avtomobildəki qaz pedalı kimi ürəyin fəaliyyətini sürətləndirir, parasimpatik sinir sistemi isə ürəyin fəaliyyətini yavaşladır. Parasimpatik sistem lazım gəldikdə ürək əzələlərinin yığılma qüvvəsini azaldaraq ürəyin ritmini dəqiqədə 40 dəfəyə qədər yavaşladır. Arteriyalardakı reseptorlar qan təzyiqinin artdığını hiss etdikdə asetilxolin molekulunun ifraz olunması üçün parasimpatik sinirlər vasitəsilə beyinə qıcıq göndərirlər. Beləliklə, qan damarları genişlənir, təzyiq aşağı düşür. Əgər təmiz qanı orqanizmə daşıyan damarlar lazım gəldikdə genişlənməsəydi, cırılıb parçalanardılar. Nəticədə də kəllə qutusuna qan dolar və beyinə kifayət qədər qan getmədiyi üçün insan iflic olardı.
R.Əbərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?
Vitaminli salat (foto resept)
Azərbaycanlı şagird dünya çempionu oldu
"Real"ın baş məşqçisi görün kim olacaq...
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
İşləyən hamilələr diqqət!
Günəşdə alışma: 1 həftəlik qasırğalar başlayır
"Titanic"də kadrarxası
"Bu il 7 dəfə tonqaldan tullanmışam" - Elza Seyidcahan
Qadın.Netlilərin evlilik təklifləri...
Dəridəki qırışlar üçün cəfəri suyu
Hava haqqında - 21.12.2013
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Azərbaycanda maqnit qasırğası gözlənilir
Rusiyada qrip kabusu: 1000-dən çox məktəb bağlandı
Yenə yağış, yenə külək
Ali Sunal qızı və xanımından yazdı-FOTO
Bu ölkə NATO-nun üzvü oldu
Ən doğru nəfəsalma qaydası
Üç gün dənizdə kömək gözlədi - VİDEO
Təbii maskalar
Həftənin ilk iş gününün hava proqnozu
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Ofisiant belə məşhurlaşdı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər
İspaniyada neft emalı zavoduna ildırım düşdü - VİDEO
Qan qrupunuza görə bunları bilməlisiniz!
Fitnes ulduzu Mayamidə-FOTO
Türkiyədə qar yağdı
Şəklə baxın və xarekterinizi öyrənin
Qarpız maskaları
Gəlin buketləri
HAVA necə olacaq?
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
AMEA-da “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub
Qeyri-adi mətbəx əşyaları (sifarişlə)
2015-ci ilin ən yaxşı filmləri seçildi
Rusiyadan qorxulu addım
Yeni qatarlar gətirilir
Yeni tədris ilində məktəblərin taleyi necə olacaq?
Xəstəlik (son)
Qısa və uzun boylu insanlar bir yerdə
Xəzərdə 4,5 bal gücündə zəlzələ oldu
“Sən anlat Karadəniz”in aktrisasının toyu olacaq
Qadınlarda klimaks dövrü
Bəla başımıza necə gəldi?
Moskva son illərin ən soyuq qışını yaşayır
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
AZAL uçuşlarda endirim etdi
- ŞƏRHLƏR