İxtisarla
Şüşə strateji baxımdan əhəmiyyətli maddədir. Kəşfindən dövrümüzə qədər bir tərəfdən çeşidləri artarkən, digər tərəfdən də istifadə sahəsi genişlənmiş, mühüm istehlak maddəsi olmuşdur.
İstifadə etdiyimiz şüşələr süni şüşələrdir, bununla bərabər şüşə dünyada təbii şəkildə də mövcuddur. Təbii şüşə obsidian adı ilə məlumdur.
Təbiətdəki şüşə insanlara yol göstərici olmuş və ondan geniş şəkildə faydalanmamıza vəsilə olmuşdur. Şüşə inşaat, avtomobil, içki, ərzaq, bəyaz əşya, mebel, əczaçılıq, dənizçilik, elektrik, elektronika və daha bir çox sektorda istifadə edilən mühüm məmulatdır. Şübhəsiz, şüşənin həyatımızda bu qədər geniş istifadə edilməsinə səbəb ondakı üstün xüsusiyyətlərdir. Şüşə təmasda olduğu qaz, maye və bərk maddələrin təsirlərinə qarşı güclü müqavimət göstərir. Bu müqavimət kimyəvi davamlılıq adlanır. Şüşənin kimyəvi davamlılığını nizamlamaq mümkündür: şüşədəki qələvi faizinin artması şüşənin kimyəvi davamlılığını azaldır, boroksid, alüminium oksid, sink oksid və sirkonium oksid isə artmasına kömək edir. Bu xüsusiyyəti sayəsində ən möhkəm hesab etdiyimiz maddələrdə belə saxlaya bilmədiyimiz əridici bir çox kimyəvi maddəni şüşə qablarda saxlaya bilirik.
Şüşə maddənin bərk ilə maye arasındakı xüsusi halıdır. Silisium oksidi (qum) atomları araya girən kalsium, kalium, maqnezium və natrium atomları ilə nizamsız şəkildə birləşir. Bu “nizamsızlıq” nəticəsində şəffaf, xarab olmayan və olduqca davamlı (çatlama xaric, çatlama dərhal yayılır) bir maddə əmələ gəlir. Paslanmadığı, su keçirmədiyi və şəffaf olduğu üçün demək olar ki, hər sahədə istifadə edilir.
Təhlükəsiz şüşənin tapılması ən çox ehtiyac olduğu vaxtda baş verdi: motorlu nəqliyyat dövründə… 1903-cü ildə fransız kimyaçı Eduard Benediktus sınaq şüşəsini laboratoriyada yerə saldı. Sınaq şüşəsi sındı, amma çiliklənmədi. Benediktus tərkibində kolloid maddə olan mayenin buxarlanmasından sonra şüşədə qalan incə plastik təbəqənin çiliklənməsinin qarşısını aldığını başa düşdü. Bunu qeyd etdikdən sonra bu mövzu üzərində artıq düşünmədi. Ancaq qəzaya düşən bir avtomobilin içindəki qızın qırılan şüşələrdən çox ağır yaralanması bu məsələni yenidən gündəmə gətirdi. Daha əvvəlki təcrübəsindən ruhlanaraq iki şüşə təbəqəsinin arasına sellüloz nitrat yerləşdirərək üç qat şüşəni əmələ gətirdi. Kəşfi 1920-ci ildə avtomobillərin ön pəncərələrində istifadə edilməyə və avtomobil sənayesində əsaslı şəkildə təqlid edilməyə başlandı.
Şüşə olmasaydı...
- Evlərimizdə günəş işığından məhrum olaraq yaşayardıq.
- Mikroblar və digər mikroorqanizmlər haqqında məlumat əldə edə bilməzdik.
- Ay və ulduzlar haqqında gözümüzlə gördüyümüzdən başqa məlumatımız olmazdı.
- Əsas göz xəstəliklərini aradan qaldıra bilməzdik.
- Laboratoriyalardakı bir çox məmulatdan istifadə edə bilməzdik.
- Güzgülər olmazdı.
- Bütün avtomobillərin üstü və ya ətrafı daima açıq olardı.
- Şəffaf yemək və içki qabları olmazdı.
- Vitrinlər olmaz və ticarətə mənfi təsir edərdi.
- Fotokameralar olmazdı.
- Televizorlar və kompyuter ekranları olmazdı.
- Elektrik lampası olmaz, qaranlıqda qalardıq.
- Avtomobillərdə arxa görüntü güzgüləri olmazdı. Eləcə də yan güzgüləri olmazdı.
- Skaner, kserosurət cihazları olmazdı.
- Yüksək məlumat və işıq ötürən fiber optik kabellər olmazdı.
- Bəzək əşyaları olmazdı.
- Oda davamlı şüşə qablar olmazdı.
- İstixanalar olmazdı.
- Bu gün istifadə etdiyimiz işıqlandırma armaturalarının çoxu olmazdı.
- Vitrajlar olmazdı.
- Saatları oxuya bilməz, oxuya bildiklərmiz isə xarici təsirlərə qarşı müdafiəsiz qalardı.
- Təyyarələr və vertolyotlardakı pəncərələr olmazdı.
Şübhəsiz, şüşənin olmadığı belə dünya əsla bugünkü kimi olmayacaqdı. Şüşənin təkcə bugünkü xüsusiyyətlərdə olması da kifayət etmir. Şüşənin xam maddəsinin də bol və asan tapılan olması şərtdir (qum kimi). Əgər Allah istəsəydi, şüşənin xam maddəsi qızıl və ya almaz kimi az rast gəlinən maddə olsaydı, ondan yenə də bugünkü kimi faydalana bilməzdik. Əgər bu gün bir çox texnologiyadan və komfortdan rahatlana biliriksə, bu şüşədəki xüsusi yaradılışdan qaynaqlanır. Şüşə də dünyada Allahın insan üçün yaratdığı nemətlərdən biridir.
Kazımov İzhar
XƏBƏR LENTİ
Bu gün Od çərşənbəsidir
Damalı ətəklər yenidən dəbdədir!
Qurudulmuş pomidorlu, qozlu makaron (video-resept)
Toyuq filesindən qızılgül (foto resept)
İşləyən analar üçün məsləhətlər
Metro ticarətçilərinin aqibəti necə olacaq?
İdmançımız finişə hamıdan tez çatdı
Xalq artisti yeni imicdə-VİDEO
Azərbaycanda boşananların sayı açıqlandı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Portağallı toyuq qızarması (foto resept)
Sevimli şüşə qabımıza yeni görünüş verək
Ermənistanın Bərdəyə raket hücumunun nəticələri – VİDEO
Ayfon həvəskarlarına şad xəbər
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
Ən varlı yazıçıların SİYAHISI
Heyvanın inanılmaz faydaları
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
40 gün oldu
Hazal Kayanın yeni tərzi-FOTO
Bəzilər üçün müqəddəs əşya, bəziləri üçünsə adi suvenir
Ərdoğanı helikopterdən vurmaq istədilər
Nur Yerlitaş arıqlayıb belə oldu - FOTO
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Fitovannalar
Pis xəbərlərin faydası da var
50 illik cütlük koronavirusdan öldü
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Münasibətdə 3 böyük xəta
Qız uşaqlarına toxunma paltarlar 2
ABŞ bunu etsə, savaş olacaq
Üzüm mürəbbəsi (foto-resept)
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Çağatay Ulusoy YENİ İMİCDƏ-FOTO
Heidi Klum halloween geyimləri
Obama sərt bəyanat verdi
Saçlar sağlamlığınız haqqında nə deyir?
Burak Özçivit 14 fevralda 80 qadınla görüşəcək
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Xoruz yumurta toplayan qadını öldürdü
Alişan və Buse sevənlərinin rəğbətini qazandı
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
“Fənərbağça”nın futbolçusunda koronavirus aşkarlandı
Zakir Həsənov: "Düşmən vahimə içindədir"
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Azərbaycan üçün qorxulu proqnoz
Şənbə havası
Ozan Güvən xəstəxanalıq oldu-FOTO
- ŞƏRHLƏR