Hava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlmişdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkün deyil. Bununla bağlı belə bir nümunə gətirək. Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın atomlarını görməyiniz qeyri-mümkündür. Yox, əgər “atomları mütləq görmək istəyirəm” deyirsinizsə, həmin açarı təsəvvürünüzdə Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.
Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla dolu olduğunu anlada bilmək üçün bir nümunə də göstərək. Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1.000.000.000) atom saya bilsəydik, bir duz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı. Yaxşı, bəs bu qədər kiçik cismin–atomun içində nə var? Məsələ ondadır ki, hədsiz dərəcədə kiçik olmasına baxmayaraq, atomun içində kainatla müqayisə olunacaq qədər qüsursuz, bənzərsiz və kompleks sistem var. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir.
Nüvədəki gizli güc
Nüvə atomun mərkəzində yerləşir və hər kimyəvi elementin atomunun xüsusiyyətinə uyğun sayda proton və neytronlardan meydana gəlmişdir. Nüvənin radiusu atomun radiusunun on mində biri qədərdir; rəqəmlə göstərsək, atomun radiusu 10-8 (0,00000001) sm, nüvənin radiusu isə 10-12(0,000000000001) sm bərabərdir. Yəni, nüvənin həcmi atomun həcminin 10 milyardda birinə bərabərdir.
Bu kiçikliyi təsəvvür etmək üçün bayaqkı gilas məsəlini yada salın. Əgər əlinizdəki açarı dünyanın ölçülərinə gətirsəniz, onun içindəki atomların hər biri gilas boyda olardı. İndi isə həmin “gilas”-ların içindəki nüvəni axtaraq. Amma bu axtarış boş yerədir, çünki hətta indiki ölçülərdə də nüvə gözlə görünməyəcək qədər kiçikdir. Nüvəni görə bilmək üçün ölçüləri yenidən dəyişdirmək lazımdır. Bu dəfə həmin “gilası”-ı iki yüz metr enində nəhəng şara çevirməliyik. Həmin ölçüyə qədər böyüdülən atomun nüvəsi yenə də çox kiçik, vur-tut bir toz dənəciyi boyda olacaq.
Nüvənin 10-12 sm-lik miqyasıyla atomun 10-8 sm-lik miqyasını müqayisə edəndə belə bir nəticə ortaya çıxır: əgər atomu bir kürə şəklində qəbul edib həmin kürəni tamamilə nüvəylə doldurmaq istəsək, bunun üçün 1.000.000.000.000.000 dənə atom nüvəsi lazım olacaq.
Ancaq bundan daha təəccüblü vəziyyət var: ölçülərinin atomun 10 milyardda biri qədər olmasına baxmayaraq, nüvənin kütləsi atomun kütləsinin % 99,95-nə bərabərdir. Bəs necə olur ki, bir tərəfdən kütlənin az qala hamısı nüvənin payına düşür, digər tərəfdən isə nüvənin ölçüləri atomun ölçülərindən 10 milyard dəfə kiçik olur?
Səbəb belədir: atomun kütləsinin sıxlığı bərabər şəkildə paylanmamışdır. Yəni kütlə əsasən atomun nüvəsində cəmlənmişidr. Tutaq ki, sizin 10 milyard kv. metrlik bir eviniz var və bu evin bütün əşyalarını 1 kv.metrlik otağa yığmalısınız. Bunu necə etmək olar? Təbii ki, belə bir şey mümkün deyil. Ancaq atomun nüvəsi dünyada tayı-bərabəri olmayan bir güclə bunu edə bilir. Bu gücün qaynağı kainatdakı dörd təməl qüvvədən biri olan “Güclü nüvə qüvvəsi”-dir. Bu təbiətdəki ən şiddətli qüvvədir və məhz bu qüvvə atomun nüvəsini bir yerdə saxlayaraq dağılmağa qoymur. Nüvədəki protonların hamısı müsbət yüklüdür və elektromaqnit qüvvəsinin təsirilə bir-birlərini itələyirlər. Amma güclü nüvə qüvvəsi onların itələmə qüvvəsindən 100 dəfə böyük olduğu üçün protonları bir yerdə tuta bilir və nüvəni dağılmağa qoymur. Qısası, hədsiz dərəcədə kiçik olan atomun daxilində bir-birinə təsir göstərən iki böyük qüvvə var və onların son dərəcə həssas tarazlığı sayəsində nüvə bütöv qala bilir.
Atomun ölçülərini və kainatdakı atomların sayını nəzərə alsaq, ortada möhtəşəm və qüsursuz bir dizaynın olduğunu görməmək mümkün deyil. Kainatdakı təməl qüvvələrin böyük elm və qüdrətlə ən uyğun şəkildə yaradılması açıq-aşkar göz önündədir. Bəzi insanlar bütün bunları danmaq üçün həm kainatın, həm də atomun təsadüflər nəticəsində yarandığını iddia edirlər. Halbuki, aparılan hesablamalar kainatdakı bu sistemlərin təsadüfən yaranması ehtimalının sıfıra bərabər olduğunu göstərir.
İzhar Kazımov
XƏBƏR LENTİ
Moldova millisi Putinin cavabını verdi
Dərimiz niyə quruyur?
Gürcüstanın baş naziri Azərbaycana gəlib
Temperatur 45 dərəcəyə çatacaq-Alimlərdən ŞOK XƏBƏRDARLIQ
Zebra çəkməyi öyrənək
Ermənilər daha bir məscidimizi tövləyə çevirdi - VİDEO
Qohumluq əlaqələri cəmiyyəti ailəyə çevirir
Balqabaq cemi (foto resept)
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür
Paşinyan: “Müdafiə xəttimiz dağıdıldı və bu fəlakətlə nəticələndi”
Keçmiş sevgilisindən Timatinin ayrılıq xəbərinə reaksiya
Düşmən orduda çaxnaşma
Ata 10 yaşlı oğlunu çarmıxa çəkdi
Toy günü elə bir şey istədi ki...-FOTO
Ordu döyüş vəziyyətində
Uzunömürlü ailələrin sirri
Müsəlman qadınlarla bağlı İNANILMAZ YENİLİK
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər tətbiq edilir: YENİ XİDMƏT
Qurbanlıq heyvanları onlayn necə alacağıq? - VİDEOREPORTAJ
Antidepressantların uşaqlara faydaları və zərərləri
Badımçanlı rulet (foto resept)
Çinin Apple-i sürətlə inkişaf edir
Şaftalının faydaları
Məşhur aktrisa 98 kq arıqladı-FOTO
Qadın və kişi arasındakı fərq
"Azərbaycan və Ermənistan prezidentlərinin bu ay görüşəcəyinə ümid edirik"
ABŞ-dan şok etiraf
Çobanyastığı maskası
Sədərək" ticarət mərkəzinə gedən yol bağlanır
Arda Turan evləndi – FOTO
Atəş altında olan Qapanlıdan xəbər var
Meditasiyanın insana qazandırdığı keyfiyyətlər
Romantik şamlar
Sel Astaraya ziyan vurub
Özünüzü motivasiya etməyin 10 yolu
Kerri və Lavrov Vyanada Qarabağı müzakirə edəcəklər
İpoteka götürmək üçün maaşınız bu qədər olmalıdır
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Bakıdakı qadın həbsxanası sifarişlə işləyəcək
Fransız rejissor islamı qəbul etdi
Gilas souslu ördək (foto resept)
Ər və arvad mübahisə zamanı nələri etməməlidir?
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Kəsmikli, qaymaqlı tort (foto resept)
Əllərə necə qulluq etməli?
Almadan Qu quşunun hazırlanması
Ağıllı soyuducu təqdim edildi
Diqqət! Gmail.com poçtunda virus
Ermənilər terrorçuları Qarabağa gətirirlər
- ŞƏRHLƏR